XÜSUSİ PEDAQOGİKANIN PREDMETİ, VƏZİFƏLƏRİ, PRİNSİPİ VƏ METODLARI
Xüsusi pedaqogika elminin bir sahəsi kimi.
Defektologiya bir müstəqil elm kimi XIX əsrin sonu XX əsrin əvvəllərində inkişafa başlayıb. Defektologiya termini latın və yunan sözlərinin birləşməsindən əmələ gəlib: defectus – çatışmamazlıq, qüsur; logos – elm, söz.
Müasir dövürdə defektologiya termini xüsusi pedaqogika termini ilə əvəz olunub.
Xüsusi pedaqogika pedaqogika elminin bir sahəsidir və müasir elmlər sistemində özünəməxsus yer tutur. Xüsusi pedaqogika xüsusi qayğıya ehtiyacı olan (anomal) uşaqların psixi-fizioloji inkişafının xüsusiyyətlərini, onların təliminin-tərbiyə qanunauyğunluğunu öyrənir. Bütövlükdə xüsusi pedaqogika dedikdə insana məxsus müxtəlif xarakterli çatışmazlıqların və qüsurların öyrənilməsinə və aradan qaldırılmasına yönələn bir elm sahəsi nəzərdə tutulur. Xüsusi pedaqogikanın əsas predmeti xüsusi qayğıya ehtiyacı olan uşaqlardır (fiziki və ya əqli cəhətdən qüsurlu) və onların təlim tərbiyə problemləridir.
Xüsusi pedaqogikanın tədqiqat obyekti – xüsusi qayğıya ehtiyacı olan (anomal) uşaqlardır.
Klassik xüsusi pedaqogika bir sıra müstəqil sahələri özündə cəmləşdirir.
Surdopedaqogika – eşitmə qüsurlu uşaqların təlim-tərbiyəsi ilə məşğul olan sahə;
Tiflopedaqogika – görmə qüsurlu uşaqların təlim-tərbiyəsi ilə məşğul olan sahə;
Oliqofrenopedaqogika - əqli cəhətdən geri qalan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan sahə;
Loqopediya – nitq qüsurlarının öyrənilməsi və islahı ilə məşğul olan sahə.
Xüsusi pedaqogika xüsusi qayğıya ehtiyacı olan (anomal) uşaqların psixoloji xüsusiyyətlərini öyrənən xüsusi psixologiyanı da özünə daxil edir.
Müasir xüsusi pedaqogikada differensiyasiya prosesi gedib və yeni-yeni elmi tədqiqat istiqamətləri yaranıb. Buna görə də müasir xüsusi pedaqogika klassik xüsusi pedaqogikadan olan sahələrdən əlavə psixi inkişafın ləngiməsini (PİL), dayaq-hərəkət aparatının pozulmalarını (psixopatlar və s.), ilkin uşaq autizmi, mürəkkəb defektləri (kar-kor-lallıq, intellektual pozulma-korluq, intellektual pozulma-karlıq, və s.) yeni müstəqil sahələr kimi ayırıb.
Xüsusi qayğıya ehtiyacı olan (anomal) uşaqların təlim-tərbiyəsi mürəkkəb sosial və pedaqoji problemdir. Problemin həlli bu uşaqların bacarıqlarına müvafiq olaraq müstəqil həyata hazırlamaq məqsədinə qulluq edir.
Elmi tədqiqatların müxtəlif metodlarından istifadə edərək, alim-defektoloqlar xüsusi qayğıya ehtiyacı olan (anomal) uşaqların inkişafının obyektiv qanunauyğunluuqlarını öyrənir, onların təlim-tərbiyə sistemini təkmilləşdirirlər. Anomal uşaqların təlim-tərbiyə metodlarını, formalarını, prinsip və məzmunu üzərində işləyərək, xüsusi pedaqogika bu uşaqların xüsusi təşkil olunmuş şəraitdə dərraki fəaliyyətlərinin inkişaf imkanlarını əsas tutur. İnkişaf qüsurları, yəni fiziki və ya psixi pozulmalar yalnız mənfi əlamətlərin olmasını göstərmir. Məhz xüsusi pedaqogika xüsusi qayğıya ehtiyacı olan (anomal) uşağın inkişafında müəyyən müsbət cəhətlərin olmasını qeyd edir və göstərir ki, bu qüsura uyğun tərbiyə işi təşkil edilərsə, həmin uşaqlar ətraf mühitdə tez adaptasiya oluna bilərlər. Məsələn, kor uşaqda iybilmənin formalaşması, eşitmə və duyğuların artması, kar uşaqda görmə və vibrasiyanın artması onların tezliklə mühitə uyğunlaşmalarına kömək edir.
Uşaqların psixi və fiziki inkişafında olan pozulma xüsusiyyətləri dərraki fəaliyyətlərinin bütün prosesinə və son nəticəyə təsir göstərir. Bununla belə psixofiziki inkişafın anomal xarakteri uşağın şəxsiyyətinin özünəməxsus inkişafına gətirib çıxarır.
Lakin anomal inkişaf haqqında yalnız kəmiyyət məhdudluğu təsəvvürü düzgün deyil. Bu inkişaf ilk olaraq daha çox qorunmuş funksiyalara əsaslanan keyfiyyət xüsusiliyi ilə fərqlənir. Xüsusi təlim və tərbiyə şəraitində anomal uşaqlarda mövcud olan çatışmazlıq tamamilə və ya qismən aradan qaldırılır. Və məhz bu konsepsiya xüsusi pedaqogikanın metodoloji əsasını təşkil edir və qüsurlu əsas üzrə inkişafın mümkünlüyünə nikbin baxmağa imkan verir.
Xüsusi pedaqogikanın tədqiqat predmeti anomal inkişafın keyfiyyət xüsusiliyinin öyrənilməsinin prinsip və üsullarıdır.
Pedaqoji elm kimi xüsusi pedaqogika da bir sıra pedaqoji kateqoriyalara istinad edir.
Dostları ilə paylaş: |