XüsusiyyəTLƏRI



Yüklə 0,75 Mb.
tarix22.12.2023
ölçüsü0,75 Mb.
#190031
növüYazı

AKADEMIK YAZININ XÜSUSIYYƏTLƏRI. AKADEMIK YAZININ NÖVLƏRI.
Akademik Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər
Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada - dost- tanışlara ünvanlanan yazının bir xüsusiyyəti ondan ibarətdir ki, bu cür yazı, adətən, qeyri-formal olur. Bu isə o deməkdir ki, burada orfoqrafiya qaydalarını, punktuasiyanı (durğu işarələrinin yerli-yerində işlənməsi) və yaxud qrammatik qaydaları gözləməyə o qədər də ehtiyac yoxdur (hərçənd bunlara əməl etsəniz, oxucunuz sizə minnətdar ola bilər).

  • Qeyri-formal yazı üslubu şəxsi tanışlıqlar üzərində qurulan münasibətlər fonunda olduğundan və siz də yazınızı ünvanladığınız şəxsi tanıdığınızdan, sözləri qısa yaza, hətta dialekt sözlərdən belə istifadə edə bilərsiniz. Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur. Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar.

  • Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız. Əlbəttə ki, bütün məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır.

Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər.
Akademik yazı ilə digər yazı janrl arı arasında ikinci fərq isə nəşr edil miş yazıl ardan gətirilən sitatlarla bağlıdır.

  • Əgər siz akademik yazıda hər hansı bir arqument irəli sürürsünüzsə, fikrinizi mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir. 1

  • Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları anladığınızı, bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir.

Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlaraəməl etməlisiniz. Çünki dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir şəxsdir və sizin nəyə işarə etdiyinizi heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsas l anmışdır.
Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir. Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən proses və hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd ideyalara baş vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran, hadisələrin təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir.
Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə
edən xüsusi bir yazı janrıdır.

  • Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.

  • Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.

Lakin ...

  • Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.

  • Onlar düşünmə və planlaşdırma tələb edir.

  • Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa





imkan verir.

  • Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.

  • Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.

Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.
1. Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə

  • Titul vərəqi

  • Mündəricat

  • yazının strukturunu əks etdirir

  • məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir

  • yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir

  • Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)

  • Abstrakt

  • Xülasə

  1. elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;

  2. onları qısa və yığcam şəkildə ifadə edir:

  • tədqiqatın məqsədi və vəzifələri

  • problemi

  • tədqiqat metodu

  • tapıntılar Yazının əsas hissəsi

  • Giriş

  • Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;

  • Problemi və ya vəziyyəti təhlil edir;

  • Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;

  • Tədqiqat sualı qeyd olunur;

  • Tədqiqat metodu göstərilir;

  • Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;

  • Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.

  • Fəsillər - arqumentlər və əsaslandırmalar:

  • Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.

  • Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.

  • Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.

  • Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.

  • Bir hissədən digərinə keçid olmalıdır.

  • Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir. Yekun Hissə

  • Nəticə və tövsiyyələr

  • Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.

  • Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir. Akademik Yazıya əlavələr

  • Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.

  • Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s. AKADEMIK YAZININ QURULUŞU VƏ PLANLAŞDIRILMASI. AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI

1. Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə

  • Titul vərəqi

  • Mündəricat

  • yazının strukturunu əks etdirir

  • məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir

  • yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir

  • Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)

  • Abstrakt

  • Xülasə

  1. elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;

  2. onları qısa və yığcam şəkildə ifadə edir:

  • tədqiqatın məqsədi və vəzifələri

  • problemi

  • tədqiqat metodu

  • tapıntılar

Yazının əsas hissəsi

  • Giriş

  • Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;

  • Problemi və ya vəziyyəti təhlil edir;

  • Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;

  • Tədqiqat sualı qeyd olunur;

  • Tədqiqat metodu göstərilir;

  • Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;

  • Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.

  • Fəsillər - arqumentlər və əsaslandırmalar:

  • Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.

  • Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.

  • Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.

  • Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.

  • Bir hissədən digərinə keçid olmalıdır.

  • Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir. Yekun Hissə

  • Nəticə və tövsiyyələr

  • Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.

  • Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.

Akademik Yazıya əlavələr

  • Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.

  • Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s. Akademik Yazının Quruluş u və Planlaşdırılması

Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür.
Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur. Titul Vərəqi

  • Titul vərəqi - qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə yazılmalıdır.

  • Qısa başlıq -yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50

hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir.

  • Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir.

  • İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti

Mündəricat - Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr. Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır.
Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun diqqətini çəkən bir hissəsinə nəzər salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.
Minnətdarl ıq
Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə yetirilməsində sizə kömək edən şəxslərə təşəkkür etmək imkanı qazanırsınız. Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır:

  • Siz təşəkkürünüzü adlar siyahısı formasında edə bilərsiz. Məs., mən Professor Qurbanlıya və Dr. Nağızadəyə

təşəkkür etmək istərdim.
Hər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər. Məs., mən Professor Qurbanlıya ekspert məsləhətinə görə, Dr. Nağızadəyə təcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi dayaq olduğuna görə təşəkkür edirəm.
Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq üçün sizə kömək etmiş şəxslərin adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə bilərsiniz.

  • Adətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə yardım etmiş elmi rəhbərinizdir. Daha sonra isə, akademik işinizin başa çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.

  • Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya qrant əldə etmisinizsə, həmin təşkilat və ya fondun adını çəkərək, ordan tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz münasib olar.

  • Adlarını çəkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və burada orfoqrafiya qaydalarına dəqiq əməl edin. Sizin uğurunuza töhfə vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və onları redaktə etmək lazımdır. Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz və güclü emosiyalardan uzaq olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı işinizin minnətdarlıq hissəsində "mən, mənim, mənə ...” kimi sözlər, demək olar ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs əvəzliklərindən istifadədən bir qayda olaraq, imtina edilir.

Abstrakt
Abstrakt bütün tezisinizin yekunu olub, akademik işinizin bütün əsas məqamlarını qısa şəkildə göstərir. Elmi işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa xülasəsidir və oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Yadda saxlamaq lazımdır ki, onu yazınızın potensial oxucusu üçün yazırsınız və əksər oxucular bütün yazınızı oxumazdan öncə, abstraktı oxuyurlar. Abstrakt yazınızın nə barədə olacağını deməlidir və kənardan qiymətləndirən bir şəxsin yazınızda oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən də, siz abstrakta elmi işinizə diqqət və maraq oyadacaq imkan kimi baxmalısınız.
Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan darlığı içərisində bütün elmi işi əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq böyük bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi yekunlaşdırmağa xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar və s. daxil olmaqla, əsas məqamlarını açmalısınız.
Abstraktınızın əsas funksiyası oxucularınıza nə etdiyinizi deyil, nəyi kəşf etdiyinizi göstərməkdir. Digər məlumatlar
- tədqiqat metodlarınız sizə gəldiyiniz nəticələr barədə iddialarınızı dəstəkləmək üçün lazımdır.
Abstrakt daha böyük bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada özündə ehtiva edir. O, önəmli detal və məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi mövzu və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir qayda olaraq, abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur, amma çox nadir hallarda bir səhifədən artıq olur.
Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı xeyli əvvəldən göndərmək tələb olunur.
Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissəsində də əks olunmalıdır, yazıda olmayacaq heç bir
məlumat abstrakta daxil edilməməlidir. Abstraktı yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin.
Əgər düşünürsünüzsə ki, tədqiqat işiniz müəyyən suallara cavab verir, o zaman niyə bu sualları abstraktda
yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və mövzuya onların marağını cəlb edər. Abstraktınızı bu şəkildə qura bilərsiniz:

  1. Problemi bildirin.

  2. Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin.

  3. Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin.

  4. Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin.

Oxucunun abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu və elmi yazıda tədqiqatın necə əks etdirilməsi
barədə təsəvvür əldə etməkdir. Xülasə
Xülasə tezis və ya dissertasiyanın sonuncu hissələrindəndir, ordakı əsas fikir və tapıntıları çatdırır. Burada
tapıntılar və ya tədqiqatın nəticələri qeyd olunur. Xülasənin aşağıdakı xüsusiyyətləri var: 1) Xülasə tədqiqatın əsas məqsədi və vəzifələri, tədqiqat müddəti, tədqiqat metodu, tədqiqat vasitəsi və seçmə dizaynından bəhs edən qısa cümlələrdən ibarət olmalıdır. 2) Tapıntılarınız ümumiləşdirilmiş şəkildə yazılmalıdır, mətn və rəqəmlərdən ibarət vacib məlumatların xülasəsindən ibarət olmalıdır. 3) Xülasəyə vacib tapıntılar daxil edilməlidir. 4) Xülasəyə heç bir yeni məlumat və statistik göstəricilər daxil edilməməlidir. 5) Tapıntılar qısa şəkildə verilməlidir. Tapıntılar xülasədə izah edilməməli və ya onlar barədə ətraflı məlumat verilməməlidir.
AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI
Bildiyiniz kimi, paraqraf bir mövzu barədə bir neçə cümlədən ibarət olur və üç əsas hissəyə malik olur: giriş cümlə, əsas hissə (fikri dəstəkləyən cümlələr) və yekun cümlə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və üç əsas hissədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə gəlin akademik yazı işinizin hər bir hissəsinə ayrı-ayrılıqda baxaq.
Giriş paraqrafı
Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda maraq oyadır. Giriş paraqrafı yazmağın bir neçə yolu var. Fikrimizin aydın ifadəsi üçün hər hansı bir mayeni ağzı geniş olan bir qabdan ağzı dar olan başqa qaba tökmək üçün istifadə etdiyimiz əşyanı - qıfı təsəvvürümüzə gətirək. Mayenin dağılmaması üçün ağzı geniş olan və sonuna doğru getdikcə daralan qaba qıf deyirik. Yazını həmin əşyaya bənzətsək, girişi qıfın ağzı hesab edə bilərik. Qıfın ağzı, yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis cümləsindən ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu haqqında oxucuya ümumi məlumat verir. Onlar oxucunu mövzunuzun çox ümumi ideyasından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Qıfın ağzı -yazının girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera linzası konkret bir şəkil üzərində fokuslandığı kimi, hər bir növbəti cümlə də getdikcə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb olunan ümumi cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə yazmanız gərəkdir və bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək üçün ümumi cümlələr içərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı işinizin əsas hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz.
Tezis cümləsi elmi yazı işinizin əsas ideyasını təqdim edir.

  • O, yazınızın konkret mövzusunu göstərir.

  • O, əsas mövzunun yarım mövzularını sadalaya bilər.

  • O, eyni zamanda struktur metodu barədə məlumat verir.

  • O, girişin sonuncu cümləsi olmalıdır.

Tezis cümləsi elmi yazı işinizin sualına cavab verdiyinə görə, başlanğıc üçün ən uyğun məqamdır. Buradan yazınızın yarım mövzularının nə olacağı və onlarda nələrdən söhbət açacağınız barədə qərar verə bilərsiniz. Nədən söhbət açacağınız barədə ilkin fikriniz olduqdan sonra yazınızı yazmağa başlaya bilərsiniz.
Bununla belə, elmi yazı işi yazarkən mövcud ədəbiyyatın əksəriyyətini araşdırmadan müəyyən yanaşma ilə çıxış etmək çətin ola bilər.Ona görə də, tezis cümləsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və sizə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və araşdırmalar barədə qeydlər götürməlisiniz. Bu qeydləri götürəndən və bunların qısa xülasəsini qurandan sonra mövzunu yekunlaşdıran və mövcud
ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmalarınəzərə alan tezis yazmağa daha yaxın ola bilərsiniz. Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi dəstəkləyən paraqraflarınız üçün əsas parçalar olacaq. Əslində, əgər siz artıq yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola bilər. İstifadə etdiyiniz yanaşmadan asılı olmayaraq, yazınızın yaxşı struktura malik olması önəm daşıyır.Bu isə, giriş paraqrafı ilə başlayır.
Giriş və tezis cümlələri

  • Giriş -yazınızın məzmununu quran geniş açılış cümləsi ilə başlamalıdır.

  • Bitkin bir giriş üçün, siz özünüzə "Kim, Nə, Nə zaman, Harada, Necə və/yaxud Nə üçün?” kimi suallar verə bilərsiniz.

  • Mövzu üzrə mövcud ədəbiyyat barədə düşünmək və sizin yazı töhfənizin başqalarının yazıları ilə nə şəkildə əlaqəli olmasını qeyd etmək hər zaman önəmlidir. Mövzunun əhəmiyyətini də bura daxil edə bilərsiniz.

  • Girişdə oxucunuza yazınızda gedəcəyiniz yolu deməyiniz önəmlidir, bu səbəbdən də yazınızda nədən danışacağnız barədə qısa xatırlatma edin.

  • Girişin sonuna yaxın fokus tezis cümləsinə doğru daralır. (Qeyd etmək lazımdır ki, bəzən siz girişinizi tezis cümləsi ilə başlaya, ya da onun əvəzinə ritorik sual işlədə bilərsiniz).

Tezis cümləsi yazmağın əsas yol I arı
Tezis cümləsi yazarkən "bu yazı işi...-dən bəhs edəcək”, "bu yazı işi...-dən söz açmağa hazırlaşırıq” tipli fikirlərdən uzaq olun. Araşdırmaq niyyətinizi bəyan etməkdənsə, çalışın apardığınız təhlilin nəticəsini qeyd edəsiniz.

  • Cümlələrinizin konket olduğuna əmin olun.

  • Fikirlərinizin dəqiq və aydın olduğuna əmin olun.

  • Tezis cümləsi qısa, yalnız 1-2 cümlədən ibarət olur.

  • Elmi yazi işinizdəki iddianızın reallığa əsaslandığına əmin olun, əks halda o, gülməli və uydurma səslənə bilər.

  • Tezis cümlənizin əhəmiyyətinə, mövzu üzrə verə biləcəyi töhfəyə əmin olun.

  • Tezis cümləsi, adətən, iki məsələyə xidmət edir: o, dissertasiyanın sualına cavab verir və seçilmiş cavab üçün ortaya izahat və məntiqli səbəb qoyur.

Nümunə
Yazı mövzusu: Sürət artıran sürücüləri hədəf seçən reklamlar işləkdirmi?
Tesiz: Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən
reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli
ağır nəticələrə fikir verirlər. Giriş nümunəsi
Hər bir yeniyetmə sürücü sükan arxasında oturmaq fikrindən xoş həyəcan keçirir. Lakin müəyyən
məqamda bu xoş həyəcan i frata vara bilər və adətən beləcə, pis vərdişlər yaranır. Bu pis vərdişlərin əksəriyyətinin təhlükəsizlik üzərində təsiri azdır. Bir neçəsi, məsələn, maşını sərxoş idarə etmə və sürət artırmaq təhlükəlidir. İnsanları bunlardan uzaqlaşdırmaq üçün çox vaxt və əmək sərf olunur. Lakin bir çox kampaniyalar uğurlu olmur, çünki onlara əhəmiyyət verilmir. Bununla belə, sürət artıran sürücülərlə bağlı keçirilən kampaniyada belə olmayib. Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər.
Girişi necə yazmalı: Qıf

Giriş yazarkən, yuxarıda təsvir etdiyimiz qıfı təsəvvürünüzə gətirin.Əvvəlcə, geniş, ümumi fikirlərdən başlayın və getdikcə, hər növbəti cümlə ilə fikirlərinizi daha da konkretləşdirin.Girişdəki son cümlə sizin tezis cümləniz olacaq.Tezis cümləniz girişinizin ən konkret və fokuslanmış cümləsi olacaq. Arqument nədir və yazıda necə qoyul malıdır?
Bir çox akademik yazılarda düzgün əsaslandırılmış arqumentin (ana fikir, mövqe və ya tezis) olması əsas şərtdir. Arqument onu yazanın mövzuya dair fikri və ya mülahizəsidir. Oxucunu həmin mövqeyə və ya fikrə inandırmaq üçün arqument məntiqi, yaxşı qurulmuş və inandırıcı olmalıdır.
Qayda

  • Yazdığınız mövzunun fokusunu dəqiqləşdirin.

  • Mövzu əsasında sualınızı formalaşdırın.

  • Düzgün qoyulmuş sual və ona cavab bilavasitə olaraq, arqumentinizin əsasını təşkil etməlidir.

  • Arqumentinizi formalaşdırmazdan əvvəl mövcud ədəbiyyatları nəzərdən keçirin. Mövzu ilə yaxından tanış olun və tədqiqat aparın.

  • Öz mövqeyinizlə yanaşı digər insanların bu mövzuda mövqelərini də təhlil edin. Sizin mövqeyinizlə

digərlərininki arasında uyğunsuzluq, ziddiyət olsa belə, onu nəzərdən keçirin.

  • Fərqli və ziddiyətli mövqeləri göstərərkən onların güclü və zəif tərəflərini də qeyd edin.

  • Öz mövqeyinizi/mülahizənizi isə bir və ya iki əlaqəli cümlə ilə ifadə edin. Burada mütləq aydin və səlist

olun. Bu, sizin arqumentiniz və ya tezisiniz olacaqdır. Yadda saxlayın

  • Arqument aydın olmalıdır. Əgər mövqeyinizin doğru olub olmaması barədə şübhəniz varsa, sizin yazınızın əhəmiyyəti az olacaqdır.

Fiqur. Gutbrod, H. (2005). Handbook for Professional Communication.

  • Əmin olun ki, sizin arqumentiniz yazdığınız mövzu və qoyulan sual ilə bilavasitə əlaqəli olmalıdır.

  • Arqumentinizi abzaslarda aydın və ətraflı əsaslandırın.

Arqumentinizin hissələrini ardıcıllıqla qurun. Mürəkkəb arqumentə müxtəlif səviyyələrdə bir neçə fərqli ideyalar daxil ola bilər. Bu ideyaları onların bağlılığını üzə çıxaracaq bir ardıcıllıqda qurmalısınız ki, oxucuya anlaşıqlı və maraqlı görünsün. Məsələn, siz kitabları rəfə qoyarkən onları müəyyən meyarlara və yarım meyarlara (əlifba sırası, mövzu, ölçü və hətta rənginə) görə çeşidlərə ayırırsınız. Bu meyarlardan istifadədə ardıcıllıq gözlənilməlidir. Əks halda, sizin yaratdığınız sıralama başqalarına çaşdırıcı görünə bilər.
Eyni məsələni ideyalara da aid etmək olar. Əsas ideyanızı - tezisinizi müəyyənləşdirməyə vaxt ayırın. Sizin tezisiniz ideyalar-arqumentlər ilə əsaslandırılmalıdır. Bu arqumentlər də öz növbəsində yarımarqumentlərlə əsaslandırılmalıdır. Biz indi hörümçək toruna bənzəyən struktura nəzər salacağıq. Biz bu strukturu arqumentativ (arqumentlərə əsaslanan) dairə adlandıra bilərik. Mərkəzdə sizin tezisinizdir. Növbəti səviyyədə (ikinci dairədə) sizin arqumentlərinizdir. Bundan sonra sizin yarımarqumentləriniz gəlir və əgər deyəcəkləriniz çox təfsilatlı olarsa, o zaman dəstəkləyici fikirlər əlavə etməlisiniz.

  • Bu arqumentativ dairə ilə siz hətta çətin informasiyanı belə oxucularınıza və özünüzə anlaşılan etmək üçün ardıcıllıqla düzə bilərsiniz. Dairənin bütün səviyyələrlə uzlaşdığına əmin olun. Tezis bütün əsas arqumentlərin yekunu olmalıdır və bu struktur ierarxik olaraq işləyir: arqumentlər birbaşa yarımarqumentlər ilə dəstəklənməlidir. Mərkəzi fikir öncə, ikinci dərəcəli fikirlər isə sonra qeyd edilməlidir. Məntiqi ardıcıllığa riayət edin. Yarımarqumentlər də sizin dəstəkləyici fikirlərinizdən ibarət olmalıdır.

  • Bu, o deməkdir ki, müvafiq struktur həm də riyazi bərabərlik kimi təqdim oluna bilər: burada A hərfi "arqument” deməkdir.

Tezis=A1+A2+A3
A1 = A1-in yarımarqumenti 1 + A1-in yarımarqumenti 2 + A1-in

  • Riyazi ifadə onu göstərir ki, tezisdə öz əksini tapmayan yarımarqument səviyyəsində heç nə olmamalıdır, çünki tezis bütün yarımarqumentlərin yekunudur. Bu struktur güclü və tam məntiqidir.

T e zis

Mövzu

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizmləri

Suallar

-Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?

  • Bu istiqamətdə hansı mexanizimlər mövcuddur və onların təsiri nə

dərəcədə effektivdir?

  • Niyə görə ərzaq təhlükəsizliyi vacib elementdir?

Arqument

  • Burada siz oxucunu bunun (ərzaq təhlükəsizliyi və onu təmin etmə mexanizimlərinin) vacib bir mövzu olmasına inandırmalısınız.

  • Eyni zamanda siz mövzuya dair (həmin mexanizmlərin insanların həyat səviyyəsinə təsirinin müsbət və ya mənfi olması, effektivliyi

dərəcəsi və s.) mövqeyinizi əsaslandırmalısınız.

Tezis

- Azərbaycanda ərzaq təhlükəsizliyi ... (burada qanunvericiliyin və ya
mexanizmin adı göstərilə bilər) vasitəsilə təmin edilir, lakin... (məs:
...kimi boşluqların mövcudluğu həmin mexanizmlərin effektiv
reallaşdırılmasına mənfi təsir göstərir).

3-5 əsas arqumentin seçilməsi
Arqumentləri struktura salarkən ideal variant budur ki, 3-5 əsas arqument seçəsiniz. Bütün digər ideyalar əsas arqumentlərdən yarımarqument səviyyəsində asılı olmalıdır. Unutmayın ki, siz oxucularınız üçün yazırsınız, onlarınsa vaxtı məhduddur. Əgər siz 3-5 əsas güclü arqument müəyyənləşdirsəniz, onları inandıra biləcəksiniz. Yox əgər siz auditoriyanızı bu arqumentlərlə inandıra bilməmisinizsə, böyük ehtimal ki, əlavə arqumentlər də uğursuz olacaq. Üstəlik, əgər yazı işinizdə aqlınıza gələcək bütün arqumentləri sadalayırsınızsa, o, ele uzun olacaq ki, heç kəs onu oxumayacaq. Ona görə də siz seçimlər etməlisiniz. Oxucularınızdan gözlədiyiniz reaksiyalar yaradacaq arqumentləri seçin.
Arqumentləri uyğun ardıcıllıqla düzün
Arqumentləri oxucunun diqqətini ən çox cəlb edəcək ardıcıllığa uyğun olaraq yerləşdirin. Bu, o deməkdir ki, bütün elmi yazı işinizdə müəyyən bir məntiqi sıralanma saxlanmış olur və bu sıralanma kifayət qədər əsaslı olmalıdır. Başqa sözlə desək, siz yazınızda arqumentlərinizin ardıcıllığını müəyyənləşdirən prinsipi dəyişə bilməzsiniz. Buna baxmayaraq, eyni elmi yazı işiniz daxilində siz, yarımarqumentlərin müxtəlif toplusundan qurduğunuz ardıcıllıqda dəyişiklik edə bilərsiniz. Təcrübədə bu, o deməkdir ki, əgər siz müəyyən müəlliflərin timsalında Azərbaycançılığın nə olduğu barədə kitab yazmaq istəyirsinizsə, siz hər bir müəllifə bir fəsil həsr edə bilərsiniz. Hər bir fəsildə siz həmin fəslin daxilində dəyişməyən məntiqi struktur yaratmış olacaqsınız; bununla belə, siz müxtəlif fəsillər üçün müxtəlif struktur da seçə bilərsiniz. Məs., M. Ə. Rəsulzadə barədə olan fəsil o dövrdəki hadisələrin inkişaf ardıcıllığını göstərərək xronoloji ola bilər. l N. Gəncəvi barədə olan fəsil isə onun əsərlərinin digər on Azərbaycanlı müəllifə göstərdiyi mühüm təsiri müzakirə edə bilər.
Qeyd etdiyimiz bu məqam ideyaları qurmağın müxtəlif növlərinə baxdıqda daha aydın olacaq. Minto (Gutbrod,
H. 2005) sıralamanın 4 mümkün növünü müəyyənləşdirir:

  1. Xronoloji - addımların ardıcıllığı təsvir etdiyiniz prosesə uyğun olmalıdır.

  2. Struktural - təşkilatın ayrı-ayrı hissələri, insanlar və yaxud məkanlar ilə əlaqədardır. Məsələn, hüquqi, mühasibatlıq, marketinq; Bakı, Gəncə, Şuşa.

  3. Müqayisəli - arqumentlərin meyarlara uyğunluğuna əsasən ardıcıllığı. Siz onları adətən əhəmiyyəti/uyğunluğuna görə yerləşdirirsiniz. Bir qayda olaraq, siz əvvəldə daha vacib səbəbləri sadalayırsınız, çünki əks halda, oxucu sizin ideyalarınızı qəbul etməməyə alışa və sizin son arqumentlərinizi ciddi qəbul etməyə bilər.

  4. Deduktiv - sadə şəkildə desək, bu sillogizmdir. Birinci əsas doğru olan fikri irəli sürürsünüz, daha sonra isə eyni məsələyə və yaxud fəaliyyətə aid olan daha kiçik fikri təqdim edirsiniz və sonra hər ikisini birləşdirirsiniz. Məs., 1. Bu resurs sizə akademik yazını öyrədir. 2. Siz peşəkar şəkildə akademik yazmağı öyrənmək istəyirsiniz. 3. Ona görə də siz bu resursu oxumalısınız.

Bütövlü
Yaxşı paraqrafın vacib atributu bütövlükdür. Bütövlük o deməkdir ki, paraqraf əvvəldən sonadək bir və yalnız bir ideyanı müzakirə edir. Məsələn, əgər sizin yazdığınız paraqraf orta ölçülü bir maşına sahiblənməyin üstünlükləri ilə bağlıdırsa, müzakirəni yalnız o üzrə aparın. Çatışmazlıqlardan danışmayın. Həmçinin, hər paraqrafda yalnız bir üstünlükdən danışın, məsələn, benzinə qənaətdən. Əgər siz bir başqa üstünlükdən söhbət açsanız, yeni paraqrafa keçin. Bəzən bir paraqrafda eyni ideyanın bir neçə aspektini (bir şərtlə ki, onlar bir-birilə əlaqələndirilmiş olsun) müzakirə etmək olur. Misal üçün, eyni bir paraqrafda siz benzinə qənaətdən və az
miqdarlı təmir xərclərindən danışa bilərsiniz, çünki bu fikirlər bir-birilə çox bağlıdır. Lakin siz eyni paraqrafda qaza
qənaətlə daha asan maşın saxlama yerindən bəhs edə bilməyəcəksiniz, çünki onlar sıx əlaqəli fikirlər deyillər. Bütövlüyün ikinci əlaməti hər bir yardımçı cümlənin əsas ideyanı izah etməli olmasındadır. Məsələn, ABŞ-da reseptli dərmanların yüksək xərcləri barədə danışdıqda, siz alternativ olaraq, o dərmanları ABŞ-dan kənar apteklərdən almağı qeyd edə bilərsiniz. Lakin əgər siz ABŞ-dan kənarda dərman almaq barədə bir neçə cümlə yazırsınızsa, siz mövzudan yayınırsınız və sizin paraqrafınızda bütövlük alınmayacaq.
Axıcılıq
Yaxşı paraqrafın başqa bir elementi axıcılıqdır (latınca coherence). “Cohere”sözü latın sözü olub "tutarlı olmaq” deməkdir. Yazıda axıcılıq üçün cümlələr bir-birilə əlaqəli olmalıdır; bu, o deməkdir ki, bir cümlədən digərinə keçid məntiqi və axıcı olmalıdır.Heç bir ani keçidlərə yol verilməməlidir.Hər bir cümlə növbəti cümləyə doğru rahatca axmalıdır.
Axıcılığı təmin etməyin dörd yolu vardır:

  1. Əsas isimləri təkrar edin.

  2. Ardıcıl olaraq əvəzliklərdən istifadə edin.

  3. İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə edin.

  4. İdeyalarınızı məntiqi ardıcıllıqda düzün.

Axıcılığı təmin etməyin ən asan yolu paraqrafınızda əsas isimlərdən vaxtaşırı istifadə etməyinizdir. Əvəzliklərdən istifadə edərkən, əmin olun ki, paraqrafınızda eyni şəxs və kəmiyyəti (tək, cəm) işlədirsiniz. Siz-dən o-ya (şəxsin dəyişdirilməsi) və ya o-dan onlar-a (kəmiyyətin dəyişdirilməsi) keçməyin.
Keçid siqnalları
Keçid siqnalları, məsələn, birincisi, nəhayət, nəticədə kimi ifadələr və ya bununla belə, digər tərəfdən, nəticəsi olaraq kimi söz birləşmələridirlər. Digər söz növləri - məsələn, subordinatorlar - asılı sözlər (andə-əndə, baxmayaraq ki) və koordinatorlar - bağlayıcı sözlər (və, lakin) keçid siqnalları hesab olunurlar.
Keçid siqnalları yol hərəkəti işarələri kimidir; onlar sizə nə zaman irəli gedəcəyinizi, dönəcəyinizi, sürəti azaldacağınızı və dayanacağınızı deyir. Başqa sözlə desək, onlar sizin oxucunuza oxşar ideya (eynilə, və, üstəlik), zidd fikir (digər tərəfdən, lakin, əksinə olaraq), nümunə (məsələn, misal üçün), nəticə (buna görə də, nəticə olaraq) söylədiyinizi çatdırır.
Keçid siqnalları paraqrafa axıcılıq verir, çünki onlar sizin oxucunuzu bir ideyadan digərinə yönəldir.
Keçid siqnallarını işlətməkdən və əsas isim və əvəzlikləri təkrarlamaqdan əlavə, axıcılığı əldə etmənin dördüncü yolu cümlələrinizi müəyyən məntiqi ardıcıllıqla düzməkdir.
Hansısa bir məntiqi ardıcıllığı digərindən üstün tutmanız, əlbəttə ki, mövzunuzdan və məqsədinizdən asılı olacaq. Siz hətta bir paraqraf daxilində iki və daha çox müxtəlif məntiqi ardıcıllıqları birləşdirə bilərsiniz. Bu zaman unutmaq olmaz ki, ideyalarınızı Azərbaycan dilinin yazı üslubuna öyrəşmiş oxucuya uyğun olacaq müəyyən bir məntiqi ardıcıllıqda qurmalısınız.
Məntiqi ardıcıllığın bəzi ümumi növləri xronoloji ardıcıllıq, ideyaların məntiqi bölgüsü və müqayisə/qarşılaşdırmadır.

  • Xronoloji ardıcıllıq zamana əsaslanır - bir prosesdə hadisələrin və ya addımların ardıcıllığı vacibdir.

  • İdeyaların məntiqi bölgüsündə, bir mövzu hissələrə bölünür və hər bir hissə ayrı-ayrılıqda müzakirə olunur.

  • Müqayisə/qarşılaşdırma - paraqrafda iki və daha çox obyekt arasındakı oxşarlıqlar və yaxud fərqlər müzakirə olunur.

Metodologiya
Metodologiyanız barədə yazarkən aşağıdakılara riayət etmək lazımdır:

  • Tədqiqat işinizi araşdırarkən və inkişaf etdirərkən hansı metodlardan istifadə

etməyi planlaşdırdığınızı izah edin.

  • Təsviri yazı yanaşmasından istifadə edin. Məlumatı əldə etmək üçün hansı

tədqiqat metodlarından istifadə etdiyiniz barədə söhbət açmağınız önəmlidir.

  • Sorğu kağızlarını, müsahibə stenoqramalarını və digər məlumatları bura daxil

etməyin. Onları tədqiqat işinizin əlavəsinə daxil edəcəksiniz.
Nəticə
İstənilən yazı formasında nəticə mühüm hissədir. Çox vaxt qısaca nəticəyə baxmaqla, hər hansı yazı haqda yaxşı təsəvvür əldə etmək olar. Bununla belə, nəticə yazmaq kifayət qədər çətin işdir, çünki söyləməyə maraqlı və ya faydalı bir söz tapmaq çox zaman müşkül olur. Nəticə cəlbedici və maraqlı olmalıdır. Nəticə akademik yazıların, adətən, iki funksiya daşıyan daha qısaldılmış variantlarıdır. Birinci funksiya - yazıda əhatə olunan əsas məqamları
yekunlaşdırmaq və bir yerə toplamaq. Buna həm də "geriyə baxma” deyirlər; ikinci funksiya isə əsas hissədə qoyulan məsələ ilə bağlı son şərhləri və mühakimələri verməkdir. Son şərhlərə elmi işi təkmilləşdirmək üçün təkliflər etmək və gələcək istiqamətlərə fokuslanmaq daxil edilə bilər.
Elmi yazı işi və tədqiqat işlərində nəticə, adətən, daha mürəkkəb olur və buraya tapıntıların əhəmiyyəti və gələcək iş üçün tövsiyyələr daxildir. Elmi işin və ümumi nəticələrin müzakirə bölməsində əhatə olunduğu tədqiqat məqalələrində nəticənin olması istəyə bağlıdır. Bununla belə, dissertasiya kimi elmi işlərdə nəticənin olması gözləniləndir.
Nəticənin ənənəvi “elementləri” nələrdir?
Mətnin əsas hissəsinin xülasəsi.
Əsas hissəyə əsaslanaraq çıxarılan deduksiya.
Müzakirə edilən məsələlər üzrə sizin şəxsi mühakimələriniz. İşin məhdudiyyətləri barədə açıqlama.
Müzakirə edilən məsələlərin gələcək perspektivləri barədə şərh.
Gələcək araşdırmalar üçün çıxarılan nəticələr.
Nəticənizi daha yaxşı yazmaq üçün sizə cümlələr təqdim etmişik. (Əlavə 2)
İSTINAD ETMƏ VƏ SITAT GƏTIRMƏ. İSTINADETRRIƏNIN FUNKSIYALARI. MƏNBƏLƏRIN SEÇILMƏSI MEYARLARI. İSTINADETMƏ ALƏTLƏRI (MENDELEY, ENDNOTE, BIBTEX). İSTINADETMƏ ÜSLUBLARI (APA, HARVARD, IEEE, MLA).
İstinad etmə və sitat gətirmə
Akademik mənbələri müəyyənləşdirmə
Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola bilər:

  • Kitablar

  • Jurnal məqalələri

  • Nəşr edilmiş hesabatlar

Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat tapıntıları və elmi rəylər formasında ola biləcək yanaşmalarla, əsaslarla təmin edir. Eyni zamanda, bu elmi məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr
Birinci dərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər, müsahibələrdən alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal edilməmiş məlumatlar və yaxud demoqrafik siyahılar kimi ictimaiyyətə açıq olan məlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci
mənbə məlumatlarına əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır.
Birbaşa tədqiqat işinə cəlb edilmişsinizsə, birinci dərəcəli mənbələrdən, cəlb edilməmişsinizsə, deməli, ikinci
dərəcəli mənbələrdən istifadə etmiş olacaqsınız.
Eyni zamanda, ikinci dərəcəli mənbələr ikinci dərəcəli sitatgətirmədən fərqlənir. İkinci dərəcəli sitatgətirmə ilkin
mənbədən deyil, bir başqa mənbədən gətirilən sitata istinad etdikdə baş verir. Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil:

  • Şəxsi fikirləriniz

  • Dostlar və ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri

  • Məşhur bir insanın düşüncələri

  • Məşhur gündəlik həyat jurnallarından məqalələr

  • Qəzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq)

Əlbəttə ki, elmi yazı işinizində bu materiallara əsaslana bilərsiniz, lakin xüsusi bir tələb olmadığı halda, onlardan əsaslı mənbələr kimi istifadə etməyin. Müvafiq akademik mənbələri müəyyənləşdirdikdən sonra növbəti mərhələ yazınızda bu mənbələrdən istifadə etməkdən ibarətdir.
Müəllifə istinad etmə
Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı tanışlıq tələb edir.
Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır.
Müəllifə istinad məsləhətləri

  • İstinadı həm cümlənin ortasında, həm də mötərizədə göstərə bilərsiniz. Hər iki metod məqbuldur. Bununla belə, istinad edərkən oxucu üçün müxtəliflik nümayiş etdirməyiniz arzuolunandır. Bu səbəbdən də, hər iki metoddan bir-birini əvəzləyərək istifadə etməyə çalışın.

  • Cümlənizdə müəllifləri təqdim edərkən, məs., "İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni felləri işlətməkdən yaxa qurtarmağınız və cümlədəki istinadlarınıza müxtəliflik gətirmək üçün, aşağıdakı fellər siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir, mübahisə açır və s.

  • Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, mənbələri bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini də istinada daxil edin. Nümunə

Cümlənin əsas hissəsində
İ.M. Nəcəfzadəyə (1997) və S. R. Nəcəfzadəyə (1997) görə, idarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir.
Mötərizədə
İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir. (İ.M. Nəcəfzadə, 1997; S.R. Nəcəfzadə, 1997)
Qeyd: iki və ya daha çox müəllifi sadalayarkən, istinad etdiyiniz hər müəllifdən sonra nöqtəli vergül qoyun.

  • Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş ilk nəşr ilindən sonra "a” hərfini əlavə edin və ikincisindən sonra "b” hərfini daxil edin və bu şəkildə də davam edin. Bu detalın da sizin istinad siyahınızda yer almasına əmin olmalısınız.

Nümunə
Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin
Göyüşzadə (1999b) ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır.

  • Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir dəfə qeyd etmək lazımdır.

Nümunə
Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, 1976). Əslində, Uilkinson onu demək istəyirdi
ki....

  • Tarixi olmayan yazılar üçün mötərizədə tarixi yoxdur (t.y.) yaza bilərsiz. Nümunə

Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, t.y.).

  • Bir neçə müəllifin üzərində işlədiyi yazıya istinad edərkən, mətndəki ilk istinada bütün adları daxil edin. Növbəti istinadlarda isə ilk müəllifin adını xatırladın, daha sonra isə "və digərləri” (latınca et als.) və yaxud latınca "et al” sözünü əlavə edə bilərsiniz.

Nümunə
Cümlənin ortasında
Əfəndiyə və digərlərinə görə, (1978, səh. 120), arqumentin əsaslarını yaxşı qurmaq vacibdir. Mötərizədə
Arqumentin əsaslarını yaxşı qurmaq vacibdir (Əfəndi və digərləri, 1978, p. 120).
Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin soyadını və ardınca "digərləri” sözünü əlavə edin.

  • İkinci dərəcəli istinadetmədə isə - sizin istifadə etdiyiniz mənbədə bir başqasının yazısına istinad edilmişdir və siz də bu işi öz yazınıza daxil etmək istədikdə və orijinal sənədə çıxışınız olmadığı təqdirdə, həm ilkin mənbəni, həm də çıxışınız olan mənbəni qeyd etməlisiniz. Hər iki mənbəyə istinad edərkən, ikinci dərəcəli mənbədən əvvəl "...-də istinad edildiyi kimi” yazın.

Nümunə
Rixterin (1984, Smisdə istinad edildiyi kimi, 2003) araşdırması kommersiya mexanizmlərinin başa düşülməsi üçün biznes modellərinin təkliflərini işıqlandırır.
Yazının sonunda istinad etdiyiniz siyahıda yalnız çıxışınız olan mənbələrin detallarını yerləşdirin. Yuxarıdakı Smis misalında olduğu kimi.

  • Bəzən isə belə də ola bilər - müəlliminiz, yaxud iş yerinizdəki ekspert elmi yazı işiniz ilə bağlı müəyyən fikirlər irəli sürür. Bu ünsiyyət üzbəüz, elektron poçt vasitəsilə və ya telefon söhbəti şəklində ola bilər. Belə olan halda, siz sözügedən məlumatı akademik yazı işinizə şəxsi ünsiyyət kimi daxil edə bilərsiniz, lakin bu məlumata yalnız zəruri hallarda istinad etməyə çalışın.

Nümunə
Eyni zamanda, hüquq firması olan Koul və Mor da cinayət hüququnu tətbiq edir (R. J. Mor, şəxsi ünsiyyət, dekabr 14, 2005). Burada deyilir ki.
Şəxsi ünsiyyətlə bağlı məlumatlara çox istinad etməməyiniz tövsiyyə edilir. Əks halda bu, sizin ədəbiyyatı yaxşı araşdırmadığınıza və ya anlamadığınıza işarə edə bilər. Şəxsi ünsiyyət yazı işinizin yalnız əsas hissəsində verilə bilər. Nəticə etibarilə, bu ünsiyyətlə bağlı məlumatlar yazı işinizin sonundakı istinad siyahısında verilmir.
Artıq müəlliflərə istinadetmə metodları barədə məlumat verdik. Aşağıdakı bölmədə isə akademik yazıda başqa müəlliflərin ideyalarından istifadə etməyin iki üsulu təsvir edilir: onların ideyalarını öz sözlərinizlə demək və yaxud onların ideyalarından sözbəsöz sitat gətirmək.
Baş qa müəlliflərin fikirlərini öz sözlərinizlə demək
Başqa müəllifin ideyalarını öz sözlərinizlə deyə bilməniz vacibdir, çünki bu, sizin konsepsiya və fikirləri anladığınıza dəlalət edir. Verilmiş məlumatdakı mənanı əhəmiyyətli dərəcədə dəyişmədən yalnız formanı dəyişmək ciddi bacarıq tələb edir. Amma əslində, təcrübə ilə bu, asanlaşır. İzahlı lüğətləri və tezaurusları müəllif ideyalarını öz sözlərinizlə ifadə etməyin faydalı metodu hesab etmək olar. Məsələ budur ki, əlinizin altında nə qədər çox söz ehtiyatı varsa, ilkin mənanı mümkün qədər çox saxlamaqla, başqalarının sözlərinin formasını dəyişdirmək imkanınız bir o qədər çox olacaq. Müəllif ideyalarını öz sözlərinizə çevirməyin iki yolu vardır: xülasə etmək və parafraz etmək.
İlk öncə, xülasə etməkdən, daha sonra isə parafrazdan danışacağıq.
Xülasə etmək
Xülasə etmək- mətnin bir sıra əsas özəlliklərini seçib onlardan müəllif fikirlərinin xülasəsini yaratmaq üçün istifadə etmək deməkdir. Əlbəttə ki, yazınızda mətnin ilkin versiyası ilə sizin xülasə etdiyiniz versiya arasında forma baxımından kifayət qədər fərq olduğuna əmin olmalısınız. Buna isə mətndə verilmiş ideyaları, fikirləri sadələşdirmək, eyni zamanda, bu ideyaları təqdim etmək üçün fərqli cümlə strukturu və ya cümlə ardıcıllığından istifadə etməklə nail olmaq olar.
Beləliklə, müəllifin fikirlərini xülasə edərkən, siz müxtəlif üsul, metodlardan istifadə edə bilərsiniz. Birincisi, siz bir neçə əsas sözü müəyyənləşdirə və müxtəlif kombinasiya yaratmaq üçün bu sözləri digər sözlərlə əlaqələndirə bilərsiniz. İkincisi isə, siz müəyyən ideyalar arasında seçim etmək imkanındasınız, bəzilərini istifadə edə, digərlərini isə çıxara bilərsiniz. Bu şəkildə siz məlumatı yekunlaşdırır, xülasə verirsiniz. Nəhayət, verilmiş fikirləri öz şəxsi bacarıqlarınız daxilində dəyişərək, siz həm də öz versiyanızla müəllifinki arasında bir fərq yaratmış olursunuz. Bütün bunlara məlumatın mənasını əhəmiyyətli şəkildə dəyişdirmədən nail ola bilərsiniz. Bu metodların əksəriyyəti müəllif ideyalarının parafraz edilməsi strategiyasına da tətbiq oluna bilər.
PARAFRAZ ETINƏ. MÜƏLLIF IDEYALARINI ÖZ SÖZLƏRINIZLƏ IFADƏ ETMƏ METODLARI
Parafraz etmə
Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı oxuduqdan sonra siz bu barədə ÖZ İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi istifadə edə bilərsiniz.
Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə etmək deməkdir. Xülasə etməkdən fərqli olaraq, parafraz etmə məlumatı
qısaltmaq demək deyil. Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə, məlumatı yenidən yazmağı tələb edir.
Nümunələr
"Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa qruplarda necə davranmaq haqqında, yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.”
Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38.
Parafraz etmə
Cümlənin ortasında verilən istinad
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Mötərizədə verilən istinadlar
Məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir (Leyden, 1985). Uşaqlar məktəbə akademik informasiya əldə
etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər (Leyden). Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır. Yuxarıdakı misallardan gördüyünüz kimi, parafraz edilən hissədəki məlumat çox dolğundur. Parafraz edilən versiya Leydenin orijinal versiyasını təşkil edən üç cümlənin hər birini yenidən yazır. Daha sonra isə, parafrazda bir neçə əsas söz üzərinə fokuslanırıq: məktəb, uşaqlar, akademik, öyrənmə, keçirmək, qruplar, icma, dünya, şərait.
Xülasə və parafraz edilmiş versiyalar arasındakı ikinci fərq isə ondan ibarətdir ki, parafraz edərkən fikirlərin eyni ardıcıllığı saxlanılır. Məsələn, xülasə edilmiş versiyadan fərqli olaraq, parafraz edilmiş versiyada öncə öyrənmənin akademik tərəfindən, daha sonra isə uşaqların məktəbdə ikən öyrəndikləri daha geniş kontekstli məsələlərdən söz açılır.
Bundan başqa, parafraz edilmiş versiya həmçinin Leydenin qeyd etdiyi xüsusi məqamları da vurğulayır. Bunun əksinə olaraq, xülasə versiyası ideyaların çox ümumi təsvirini verir və xüsusi məqamları çıxarır.
Bununla belə, parafraz edilmiş versiyanın xülasə edilmiş versiya ilə ən azı bir ortaq nöqtəsi var. Əslində, parafraz edil miş nümunə Leydenin mesajını çatdırmaq üçün Leydenin iş l ətmədiyi bir çox digər söz və söz birləşmələrini bir araya gətirir, onl arı bir-biri ilə bağ l ayır. Daha sonra isə, baxmayaraq ki, ideyaların verildiyi ardıcıllıq Leydenin ardıcıllığı ilə eynilik təşkil edir, söz birləşmələrinin, frazaların seçimi xeyli fərqlidir. Məsələn: Leyden öyrənməyə "yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün - özləri haqqında, ...” şəklində yanaşdığı halda, parafraz edilmiş versiya isə eyni ideyanı aşağıdakı kimi verir: uşaqlar məktəbə, sadəcə, akademik informasiya əldə etmək üçün getmirlər. .öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqları, .öyrənirlər.
Bir Neçə Sözü Köçürmək və Dəyişmək - Parafraz Etmək Deyil
Artıq deyildiyi kimi, sizin parafraz etdiyiniz versiya ilə müəllifin versiyası arasında kifayət qədər fərq yaratmağınız önəmlidir. Lakin ümumiyyətlə, bir çoxumuz öz sözlərimiz ilə müəllifin sözləri arasında yetərincə fərq qoya bilmirik. Bəzi hallarda isə, biz, məsələn, ilkin mənbədən - hazır mətndən böyük həcmli frazaları köçürə və ya yalnız bir neçə sözü dəyişə bilirik.
Nümunə
"Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin ifadəsidir. İnsan kapitalı və fiziki kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) və istehsal etmək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi sürücüsünün şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital mal, məhsul və xidmətlər istehsal etmək üçün istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. Fiziki kapital sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina deməkdir.” Məkİçörn, V.A. (1991). İqtisadiyyat: Müasir giriş (2ci nəşr). Cincinnati, OH: Saus- Uestern, səh 3.
Bir neçə sözü köçürmək və dəyişmək - bu cür parafraz etmə qəbul olunmazdır!
Kapital məhsul və xidmətlərin yaradılmasında işlədilən insan əməyini ifadə edir (Məkİçörn, 1991). İnsan kapitalı insanların istehsal etmək üçün gücləndirdikləri və inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) bilik və qabiliyyətlərin məcmusudur. Bunun əksinə olaraq, fiziki kapital isə mal, məhsul və xidmətlər istehsal etmək üçün işlədilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir.
Yuxarıdakı nümunədə müəllifin fikirlərini parafraz edərkən müəyyən məqamlar nümayiş etdirilmişdir ki, bunlardan qaçmaq lazımdır. Müəllifə istinad mötərizədə istinadla verilsə belə, bu, müəllifin versiyasını sizin versiyanızdan fərqləndirmək üçün yetərli deyil. Siz həmçinin əmin olmalısınız ki, parafraz etmə müəllifin sözlərindən kifayət qədər fərqlidir. Eyni zamanda, orijinaldakı sözləri parafraz edərkən başqa sözlərlə ifadə edilməsinə də əmin olmalısınız. Yuxarıdakı nümunədə parafraz edilmiş versiya yalnız ayrı-ayrı sözləri əvəz etmişdir.
Məsələn, aşağıdakı kimi:
ifadə etmək = anlamına gəlmək nəticə = məhsul
istehsal = yaratma bacarıq = qabiliyyət
istifadə etmək = faydalanmaq ibarət olmaq = ehtiva etmək
Bu formada parafraz etmə sayəsində ilkin versiya pozulmur. Misalların əksəriyyəti çıxarılsa da, cümlə quruluşu müəllifinki ilə tam eynidir. "Əksinə olaraq” əlaqələndirici ifadəsini də parafraz edilmiş mətnə daxil etmək
müəllifin fikrini lazımi şəkildə yenidən ifadə etmir. Parafrazanın şərtlərinə cavab vermək üçün bütün mətn, parça parafraz edilməli - müxtəlif sözlərlə başqa cür ifadə edilməlidir. Aşağıdakı nümunədə bu göstərilmişdir:
Nümunə
"Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin ifadəsidir. İnsan kapitalı və fiziki kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) və istehsal etmək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi sürücüsünün şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital məhsul və xidmətlər istehsal etmək üçün istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. Fiziki kapital dedikdə, sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina nəzərdə tutulur.” Qəbul edilən Parafraz etmə
Kapital insanların yaratdıqları şeylərə istinad edən elə bir iqtisadi məfhumdur ki, daha sonra "məhsul və xidmətlərin istehsalında” istifadə olunur (Məkİçörn, 1991, səh. 3). Bu geniş məfhum Məkİçörnün də izah etdiyi kimi, həm insan kapitalına, həm də fiziki kapitala bölünə bilər. Əslində, insan kapitalı fərdlərin istehsal qabiliyyətini artırmağa çalışan bacarıq və təcrübələrin bağlı olduğu məhsullara fokuslanır. Bu kapital növü müəyyən bir təhsil və yaxud təlim formasında qazanıla bilər. Bunun əksinə olaraq, fiziki kapitala isə məhsul və xidmətlərin istehsalı ilə sıx bağlı olan binalar da daxil olmaqla, müxtəlif avadanlıq və alətlər daxildir.
Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər
Yuxarıdakı ikinci nümunədən də gördüyünüz kimi, orijinal və parafraz edilmiş variant arasında müəyyən fərq yaratmaq üçün paraqrafa bir sıra yeniliklər gətirmişik.

  1. Kapitalı "iqtisadi məfhum” kimi vermişik. Belə çıxır ki, hətta ən elementar söz səviyyəsində belə, biz müəllifin fikrini yenidən ifadə etmək prosesini yönləndirməyə yardım etmək üçün həmin fikri necə anladığımızı əks etdirmişik.

  2. İlkin versiyada olduğu kimi, iki kapital növü arasında fərq yaratmaq əvəzinə, biz "geniş kapital” anlayışından onu iki yerə bölməklə söz açmışıq. Eynilə, yuxarıda da deyildiyi kimi, müəllifin sözlərini öz qavramamız çərçivəsində başqa formada ifadə etmişik.

  3. Cümlənin əvvəlində gələn bağlayıcı sözlər yazının axıcılığını təmin etmək üçün işlədilmişdir. Məsələn: "əslində” və "bunun əksinə olaraq”.

  4. İnsan və fiziki kapitalı "ibarətdir” şəklində ifadə etməkdənsə, "insan kapitalı ... üzərində fokuslanmışdır”, "fiziki kapitala ... daxildir” formalarından istifadə edilimişdir. Eynilə, insan kapitalından insanların bacarığını artıran bir məfhum kimi danışmaq yerinə, biz bunu "... inkişaf etdirməyə çalışan” kimi vermişik. Eyni şəkildə, "... istehsalı ilə sıx bağlı olan” ifadəsi "... istehsalı üçün istifadə olunurdu” frazasını əvəzləmişdir. Göründüyü kimi, müəllifin fikirlərini ifadə etmək üçün bizim tanış olduğumuz söz birləşmələrindən istifadə etməyə çalışmışıq.

  5. Ayrı-ayrı sözlər də başqa sözlərlə əvəz edilmişdir. Məsələn:"insan yaradıcılığı”nın yerinə "insanların yaratdıqları şeylər”, "insanlar”ın əvəzinə "fərdlər”. Yenə də ayrı-ayrı sözlər baxımından, biz məlumatı öz nöqteyi- nəzərimizdən yenidən şəkilləndirmişik.

  6. Müəllifin fikirləri tanınması üçün paraqrafda iki şəkildə göstərilmişdir - biri mötərizədə, digərisə cümlənin ortasında verilmişdir.

Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı?
Parafraz edərkən, hərdən müəllifin sözlərini ilkin mənbədə - orijinalda olduğu kimi saxlamaq zərurəti yarana bilər. Misal üçün, siz yəqin müşahidə etdiniz ki, biz müəllifin "məhsul və xidmətlərin istehsalında” ifadəsini olduğu kimi saxladıq, çünki bu ifadəni başqa sözlərlə yenidən ifadə etmək çətin idi. Hər halda, sitat gətirilən parçadakı dırnaq işarələrindən də göründüyü kimi, həmin sözlərin müəllifin olması bəllidir, eyni zamanda müəllifin adı, yazının nəşr ili və sitatın gətirildiyi səhifə nömrəsi də verilmişdir.
Sitatlardan istifadədən savayı, bəzi frazalar ilkin mənbədə olduğu kimi saxlanılmışdır. Məsələn, "fiziki kapital” və "insan kapitalı”. Bunun səbəbi odur ki, bu frazalar müəyyən bir sahə - iqtisadiyyat sahəsində qəbul edil miş frazal ardır və müəllifin özünəməxsus ifadə formaları deyil. Daha önəmlisi isə budur ki, "fiziki kapital” və "insan kapitalı” dəyişilə bilməyəcək məfhum adlarıdır. Eləcə də, "məhsullar və xidmətlər” ifadəsini də saxladıq, çünki bu ifadə akademik mühitdən kənar bir çox başqa kontekstlərdə də ümumi şəkildə işlədilən, qəbul edilmiş ifadədir. Bu frazaları işlədərkən dırnaq işarələrinə ehtiyac yaranmaya bilər, lakin əgər buna əmin deyilsinizsə, ehtiyatlı olmaq
- mənbəni göstərmək və dırnaq işarələrini vermək ən yaxşı yoldur. Amma yenə də, çalışın ideyanı öz sözlərinizlə verəsiniz.
Müəllif ideyalarını öz SÖZLƏRİNİZLƏ verə bilmək - sizin akademik mühitdə elmi yazılar yazarkən ən çox istifadə
edəcəyiniz BACARIQdır.
Müəllif ideyalarını öz sözlərinizlə demək metodları
Başqalarının ideyalarını öz sözlərinizlə parafraz etmə bacarığını inkişaf etdirmək üçün ən yaxşı yol akademik yazıda işlədə biləcəyiniz söz bazanızı inkişaf etdirməkdir. Bunlara müxtəlif qruplara bölünmüş fellər siyahısı daxildir və bu fellər yazınıza inteqrasiya edilə bilər. Bu sözlər müəllifin ideyalarını yekunlaşdırmaqda və digər müəlliflərin də sözlərini lazımi şəkildə parafraz etməkdə sizə yardımçı ola bilər. Bu siyahıdakı fellər qrupuna öz sözlərinizi də əlavə edə bilərsiniz: şərh vermək, qeyd etmək, işarə etmək, istinad etmək, nəql etmək; fərz etmək, xəbər vermək, nəzəriyyələşdirmək, konseptuallaşdırmaq, anlamaq, nümayiş etdirmək, və s. Daha geniş siyahı üçün Əlavə 2-yə baxa bilərsiniz.
Cümlənin quruluş və formasını dəyişmək
Akademik söz bazanızı möhkəmləndirməkdən savayı, müəllifin versiyası ilə sizin versiyanız arasında fərq yaratmağın digər yolu isə məlumatı təqdim etmə strukturunu dəyişmək ola bilər.
Aşağıdakı strategiyalar cümlə strukturlarını dəyişməyin müxtəlif metodlarını müəyyənləşdirir.

  1. Müəllifə istinad edərək, məlumatı yenidən ifadə edin. Misal: Əliyarlı (1992) vurğulayır ki... Əliyarlıya görə (1992); Əliyarlının da vurğuladığı kimi (1992).

  2. Cümlənin əvvəlində, ortasında və ya sonunda müəllifi göstərin. Nümunə: İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, sosial dinamikaya bunlar daxildir; Sosial dinamikaya İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, ... daxildir; Sosial dinamikaya bunlar daxildir: ... (İsmayıllı, 1990).

  3. Aşağıdakı cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmağa çalışın: Bu konsepsiya ... haqqındadır.

Bu ideya ... mövzusunda qurulmuşdur.
Bu mövzu ... fokuslanmışdır, işıqlandırmışdır. Bu, o deməkdir ki.
Bu, ondan ibarətdir ki Bu, onu ehtiva edir ki. Bu fikirdəki ana xətt..
Bu fikri vurğulayan əsas məqam. Bu, . xidmət edir.
Bu, . fəaliyyətinə xidmət edir.

  1. Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişin.

  2. İdeyaları fərqli yollarla demək üçün tezarusun - sinonimlərin köməyindən istifadə edə bilərsiniz.

  3. Cümləyə başlamaq, eləcə də, eyni bir cümlə daxilində fərqli fikirləri bir- birilə əlaqələndirmək üçün müxtəlif bağlayıcı sözlər və frazalardan istifadə edin. Aşağıdakı nümunələrə nəzər salın.

Spesifiklik

Xüsusilə

Əlaqədar olaraq

Baxımından

Özəlliklə
Daha dəqiq desək

... gəldikdə isə

Məsələsində isə

Nümunə Gətirmə







Məsələn Nümunə olaraq Örnək olaraq Misal üçün Bu, ... şəkildə açıqlana bilər.
Qeyd: Daha geniş misallar üçün Əlavə 2-yə nəzər sala bilərsiniz.

  1. Müəllifin nə demək istədiyini açıqlaya və incəliklərə vara bilərsinizmi?

  2. Ya da müəllifin dediyini sadələşdirə və qısalda bilərsinizmi?

  3. Müəllifin ideyasını öz fikirlərinizlə deyərkən, ideyanın faydasına əsaslanaraq, mühakimə yürütməyə çalışın. Misal üçün, Rəsulzadənin (1992) ... haqqında təhlili xarici faktorları nəzərə aldığı üçün faydalıdır.

  4. Bir cümlədə bir neçə müəllifin ideyalarını yekunlaşdıra bilərsinizmi? Məsələn, Məcidzadənin (1995), Bayramlı (1999) və Həsənlinin ( 2003) ideyalarına əsasən, belə fikrə gəlmək olar ki ... Eyni zamanda, müxtəlif araşdırmalardan tapıntılar barədə xülasə yazarkən, eyni struktur burada da tətbiq edilə bilər. Nümunə: Məcidzadə (1995), Bayramlı (1999) və Həsənlinin (1999) tapıntılarına əsasən, belə bir nəticəyə gəlmək olar ki ... Müəllifin ideyalarını öz sözlərinizlə i fadə etmək mərhələləri

  1. Öz sözlərinizlə demək istədiyiniz hissəni köçürün. Müəllifin ideyasının əsas məqamlarının altından xətt çəkin.

  2. Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların hər biri üçün sinonimlər və ya

alternativ frazalar tapmağa çalışın.

  1. Müəllifin əsas fikir(lər)ini öz sözlərinizlə deyin.

  2. Sözlərinizi daha da sadələşdirə bilərsinizmi?

AKADEMİK YAZININ REDAKTƏSİ. BİBLİOQRAFİYA. MƏQALƏNİN KRİTİK OXUNMASI - MƏQALƏYƏ RƏY VERİLMƏSİ
Bir çox tələbələr nəşr edilmiş mətni (latınса sacralis - müqəddəs) az qala müqəddəs hesab edirlər. Hovard Bekker tələbə qrupunda həmkarının mətnini redaktə etmək barədə öz təcrübəsindən danışarkən gördü ki, tələbələri hansısa müəllifin mətnini redaktə edərkən çox həyacan keçirir, başqa müəllifin mətninin redaktə edilməsinə mümkün olmayan bir hal kimi yanaşır və onu dəyişməyin mümkünsüz olduğunu qeyd edirlər. Bununla yanaşı həm bədii, həm publisistik və elmi mətnlər dəfələrlə redaktə edilərək yazılırlar. Ernest Himenquey "Əlvida silah" romanın sonuncu səhifəsini onu tam qaneə edənə qədər 39 dəfə yenidən yazmışdır.
Elmi mətnin tam aydın olması, fikr yaratması üçün, müəlliflər onların üzərində səylə işləyir, təzədən oxuyur və yenidə yazır, bundan sonra isə mətni rəyçi və nəşrin redaktoru oxuyurlar. Düzdür, bu cür yanaşma bir çox yerli, xüsusilədə yeni başlayan müəlliflər üçün demək olarki mümkünsüz bir hal kimi baxılmalıdır. Yalnız sosial və humanitar elmlər üzrə nadir nəşrlərdə müstəqil rəyçilər cəlb olunur. Təhsil esselərinin böyük qismi isə yenidən işlənilmir, onlar birdəfəlik təhvil verilirlər. Yeri gəlmişkən, Bekker akademik məktub mədəniyyətinin inkişafı üçün məhz bu məqamı maneə kimi göstərir.
Əsas səhvlər leksiki, üslubi və sintaktik nitqə aiddir ki, onlarda nitqin aydınlığının, dəqiqliyinin pozulmasına gətirib çıxarır (tavtalogiya, pleonazm, alqolizm ). Nitq səhvləri — ədəbi dil normalarından özünü döğrultmayan kənaraçıxma hallarıdır. Leksik səhvlər – sözlərin onlara xas olmayan məzmunda istifadə edilməsilə əlaqədar mətnin və nitqin keyfiyyətinə təsir edir. Şifahi və yazılı nitqdə artıq sözlər müəllifin etinasızlığı və laqeydliyini göstərməklə yanaşı həm də onun qoyulan məsələnin mahiyyətindən tam təsəvvürə malik olmamasına dəlalət edir. Danışıq nitqini ağırlaşdıran məzələlərdən biridə tavtalogiyaya yol verilməsidir. Tavtalogiya – mənaca yaxın olan sözlərin cümlədə təkrarıdır. Pleonazm – nitqdə mahiyyəti üzrə bir birinə yaxın olan sözlərdən istifadədir (məsələn “aşağı düşüb”, "dili ilə yaladı", "əsas mahiyyəti" və s.).
Cümlədə ağırlaşdırıcı sözlərin istifadəsinin əksinə olaraq onlardan yerində istifadə edilməməsi bəzən cümlədə fikir natamlığına, çatışmamaqlığa səbəb olur. Bu kimi hallar müəllifin bir köklü sözlərin (paronim) mənasını düzgün ifadə etmədikdə baş verir. Ona görədə akademik janrlarda işləmək vərdişlərini və lüğət mədəniyyətini inkişaf etdirmək üçün lüğət və digər məlumat mənbələrinə müraciət etmək lazımdır. Alqolizm- məntiqi səhvdir. Bu cür hallara məntiqi əlaqələr, məntiq qayda və qanunlar pozularkən rast gəlinir. Sintaktik səhvlərə söz strukturunda rast gəlinir. Bunlar mübtəda və xəbər arasında əlaqələrin pozulması, söz ardıcılığı və
s. əlaqədardır. Üslubi səhvlər – müxtəlif çalara malik, əsasalandırılmamış sözlərdən istifadə zamanı meydana
gəlir.
Biblioqrafiya (yunanca βιβλιογραφία – kitab yazmaq mənasını daşıyır) –informasiya fəaliyyətinin xüsusi sahəsi olaraq informasiyanı idarə etmək, informasiya infrastrukturu olaraq biblioqrafik məlumatın hazırlanması, yayılması və istifadəsi mahiyyətini daşıyır. Biblioqrafiyanın mühüm məsələsi – biblioqrafiya fəaliyyətini o cümlədən də biblioqrafik şərhin; biblioqrafik göstəricilərin tərtib edilməsi; sənədlərin təsnifatlandırılması və standartlaşdırılmasından ibarətdir. Biblioqrafik fəaliyyəti biblioqrafşünaslıq çərçivəsində elmi fənn kimi öyrənilir. Biblioqrafiya

  1. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyasının xüsusi buraxılışı. (2013).

Dissertasiyaların tərtibi qaydaları.Buradan götürülmüşdür http://www.aak.gov.az/yeni bulleten.pdf

  1. Kazımov, Q.Ş. (2000). Müasir Azərbaycan dili. Sintaksis. Ali məktəblər üçün dərslik. Bakı,"Ünsiyyət". Buradan götürülmüşdür http://www.qkazimov.gen.az/arxiv/index1 .htm

  2. American Psychological Association. (2010). APA Citation Style. Washington, DC: American Psychological Association. Retrieved from the Cornell University Library http://www.library.cornell.edu/resrch/citmanage/apa

  3. Bowker, N. (2007). Academic Writing: A Guide to Tertiary Level Writing. Retrieved from Massey University Department of Student Learning development Services Web site: http://owll.massey.ac.nz/pdf/Academic-Writing-Guide.pdf

  4. Carolyn Barrat and et als. (2014). Writing Academic Acknowledgements Elektron. Retreieved from http://www.wikihow.com/Write-Acknowledgements Date of access: 15/06/2014

  5. Gutbrod, H. (2005). Handbook for Professional Communication. Tbilisi, Georgia: Saari.

  6. Oshima, A., & Hogue, A. (2006). Introduction to Academic Writing, (3rd ed.). Pearson Longma Tənqidi oxunuş - passiv oxunuşun əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur.

Tənqidçilər oxuduqları mətni dəyərləndirmək üçün mühakimə yürüdərkən satandart kimi müəllif fikirlərinin onların öz fikirlərinə nə qədər yaxın olmasını deyil, həmin fikirlərin hansı səviyyədə dəqiq və əsaslandırımasına diqqət yetirirlər.
Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan əvvəl Frensis Bekon düzgün olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib. O, insanlara müəllifin nöqteyi-nəzərinə etiraz etməməyi və onu qəbul etməməyi məsləhət bilir, amma "ona baxmaq və tənqidi qiymətləndirməyi” təklif edirdi. XVIII əsrdə britaniya dövlət xadimi Edmund Berk daha obrazlı şəkildə ifadə həmin baxışları:
"Düşünülmədən oxumaq - həzm etmədən yeməyi yemək kimi bir şeydir". Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir.

    1. Məqalənin tam adı, müəllifin adı, familiyası atasının adı, vəzifəsi

    2. Məqalənin həsr edildiyi problemin qısa şərhi

    3. Təklif edilən məqalənin aktuallıq səviyyəsi (dərəcəsi)

    4. Məqaladə müəllif tərəfindən toxunulan problemin həllinə nail olduğu vacib məqamlar.

    5. Nəşr edilməyə tövsiyyə.

    6. Rəyçinin elmi vəzifəsi, elmi adı, vəzifəsi, iş yeri, F.A.A, imza, möhür.

ELMI TƏDQIQAT MÖVZUSU ÜZRƏ ICMAL MƏQALƏNIN HAZIRLANMASI İCMAL MƏQALƏNIN NÖVLƏRI (ININI- AND
FULL REVIEWS; NARRATIVE AND SYSTEMATIC REVIEWS).
TƏRIFI

  • “Icmal – sənəd informasiyanı məntiqi emal etmək yolu ilə problemin həllinin mümkün yolları, inkişafı və vəziyyəti haqqında zəruri çıxış bilikləri almaq məqsədilə həmin problemin informasiya yaradıcılığı əsəridir”.

  • «İcmal – mahiyəti üzrə icmal mövzusunu xarakterizə edən və sənəd informasiyanı məntiqi emal etmə yolu ilə alınmış yekun çıxış biliklərinin sintezidir. Çıxış bilikləri əsasında mövzunun yekun xarakteristikasını vermək – bu icmalın məxsusi funksiyasıdır”

  • "İcmal janr və ya informasiya nəşr sistemlərində növ kimi konkret çıxış biliklərini əldə etmək üçün ilkin

mənbələrin məntiqi emalının nəticəsi olan analitik-informasiya sənədi kimi xarakterizə olunur. İcmalların xarakterik xüsusiyyətləri

  • problem xarakterli;

  • orijinal xarakterli;

  • sistematik xarakterli.

Biblioqrafik icmal

  • Bu icmal informasiya mənbəyi kimi ilkin sənədlərin müəyyən dövr ərzində və yaxud da hər hansı birləşmiş ortaq əlaməti üzrə xülasəsi yaranmış xarakteristikanı əks etdirir.

  • Biblioqrafik icmal sənədqrafik təhlil əsasında yerinə yetirilmiş, ümumiləşdirilmiş elementlərin ətraflı təsviri verilmiş, eləcə də icmal olunan mənbələri xarakterizə edən formal əlamətləri göstərilmiş sənədlərin və nəşrlərin ümumi xarakteristikasını əks etdirir.

  • Belə icmallar sənəd axınında yaxşı baş çıxarmaq üçün tərtib edilir.

Referativ icmallar

  • Bu icmal onun müəllifi tərəfindən tənqidi qiymətləndirmə aparmadan məsələnin vəziyyəti barədə

sistemləşdirilmiş fakt və məlumatların ümumiləşdirilmiş xülasəsidir.

  • Bu icmalda məqsəd sənəd deyil hansı mənbədən götürülmsəsindən asılı olmayaraq informasiya axınlarına yəni fakt və konsepsiyalar toplusuna istiqamətlənib. O qarşısına müşahidə obyekti haqqında sənədli mənbələrdən daxil olan faktların məntiqi emalı yolu ilə nəticə əldə etmək vəzifəsini qoyur.

İ cmalların funksiyaları

  • İnformasiya funksiyası.

  • Siqnal funksiyası.

  • Yekunlaşdırıcı funksiyası.

  • İnteqrallaşdırıcı funksiya.

  • Zənginləşdirən funksiyası.

  • Qiymətləndirici funksiyası.

  • Təlim funksiyası

  • Evristika funksiyası.

  • Kumulyativ funksiyası.

Analitik icmal

  • Bu icmal ilkin mənbə sənədlərində göstərilmiş məlumatların arqumentləşdirilmiş qiymətləndirilməsini və onların istifadəsi üçün əsaslandırılmış tövsiyyələr verilməsi haqqında bütün informasiyanın hərtərəfli analizini nəzərdə tutur.

  • O mütəxəssisi yalnız toxunulan problemlə əlaqəli informasiya axınında yalnız istiqamətlənməsini deyil, həmdə problem və onun inkişam tendensiyasının vəziyyətinin qiyymətləndirilməsi barədə məlumat təqdim edir.

    • ANALİTİK İCMALLARIN NÖVLƏRİ

Bölünmənin əsasları

İcmal növləri

Funksional təyinatı
(təhlil mövzusu)

Biblioqrafik icmal

Məsələnin vəziyyətinin icmalı (referativ, analitik)

Baxılan məsələlərin xarakteri

Elmi, texniki və İqtisadi ədəbiyyatlar Elmşünaslıq
üzrə ədəbiyyatlar və s..
Məxəzşünaslıq

Elmi
Texniki İstehsal
İqtisadi (statistik, konyuktura) Elmşünaslıq
Məxəzşünaslıq

Təyinat məqsədi

Elmi-köməkçi
Tədris-köməkçi
Tövsiyyə edilən

İnformasiya (referativ) Tənqidi (analitik)
Tədris

İstelak təyinatı

Mütəxəssislər üçün
Peşə təhsilinə kömək Ümumi özünə tıhsilə kömək Fərdi

İdarəçilik (proqnoz, icmal əsaslandırma, illik məruzə,
icmalarayış)
Elmi-populyar Publisistik (publisistik icmal) Əldə edilmiş
səviyyənin icmalı T əşkilati – iqtisadi şəraitin icmalı İnkişaf meylərininicmalı, Обзор истории развития

İcmalın hazırlanmasına olan tələblər

  • Müəllifin şəxsi konsepsiyasından asılı olmayaraq təhlil olunan problemə aid bütün mövcud problemlər icmalda öz əksini tapmalıdır

  • Yeni məlumatların təhlili, yeni problemlərə və onların həlli yollarına xüsusi diqqət yetirilməlidir

  • icmalda köhnəlmiş və ya şübhə doğuran məlumatların istifadəsinə yer verilməməlidir

  • Müxtəlif məlumat mənbələrdə olan ziddiyyətli məlumatlar qeyd edilməli və xüsusi

fərqləndirilməlidirlər

  • Bütün müqayisə olunan xüsusiyyətləri müqayisə edilə bilən hala, parametrik verilənlər – vahid ölçü sisteminə gətirilməlidir

    • Müqayisə olunan obyekt və parametrlərin sayı çox olduqda verilənlərdən cədvəl və qrafik

formada istifadə edilməsi tövsiyyə olunur Biblioqrafik icmalın qurulması sxemi

Nəticələr
Biblioqrafik icmalın qurluşu

  • Titul vərəqi,

  • Çıxış məlumatları,

  • Məzmunu,

  • Ön söz,

  • Giriş məqaləsi,

  • Əsas hissəsi,

  • Köməkçi göstəricilər,

  • İxtisarların siyahısı.

    • İcmal mövzusu üzrə informasiya mənbələrinin axtarışı сводное реферирование (рецензирование)

İnformasiya təhlili (qiymətləndirilmə, ümumiləşdirmə)

sistemləşdirilmə, mətnin hazırlanması

Titul vərəqi,
çıxış məlumatları,
Məzmunu, Giriş,
Əsas hissə, Nəticələr,
İstifadə olunmuş ədəbiyyatın siyahısı, İxtisarların siyahısı
Köməkçi göstəricilər
Nəticələr
Referativ icmalın quruluşu

Analitik icmalın yaradılması mərhələsi



  1. İcmal mövzusunun struktur semantik təhlili.

  2. Məlumatın axtarışı.

  3. Kartoteka (faylın və s) və rubrikatorun yaradılması.

  4. İcmalın planının yaradılması.

  5. İlkin sənədlərin axtarıçı və onların ilkin analitik emalı.

  6. İlkin sənədlərin mətninin təhlili (formallaşmış).

  7. Sənədlərin mətninin fraqmentlərinin sintezi (formallaşmış).

  8. Analitik icmalın mətninin tərtib edilməsi və onun qurluşu.

  9. Mətnin ədəbi redaktəsi.

  10. Məlumat aparatının hazırlanması.

İCMAL MƏQALƏNİN STRUKTURU (KOMPONENTLƏRİ). İCMAL MƏQALƏNİN HAZIRLANMASI ADDIMLARI
(ALQORİTMİ)
Ədəbiyyat icmalı məcburən istənilən elmi işin tərkib hissələrindən biridir. Orada diplom işində qoyulmuş suala müvafiq hazırda mövcud olan nöqteyi-nəzər təlil edilir. Müəllif vəzifəsi-müxtəlif alimlərin baxışlarını öyrənmək və onlar arasında öz işinin yerini müəyyən etmək, onun xüsusiyyətlərini (unikallığını) göstərməkdir. İcmal girişdə və yaxud da ayrıca başlıq kimi təqdim edilə bilər.
Ədəbiyyat icmalının əsas məqsədi - seçilmiş elm sahəsində biliyin cari sərhədlərinin müəyyənləşdirilməkdən, sələfləriin işlərindəki müstəqil tədqiqatçılar tərəfindən təsdiq edilməmiş ziddiyyətləri aşkar etməkdən ibarətdir. İcmalın sonunda gələcək tədqiqatların perspektivləri haqqında nəticələr tədim edilməlidir.
İcmal məqalənin quruluşu
Обзорная статья – это научная статья, которая должна иметь принятую в научной периодике структуру. Поэтому обзорные статьи должны включать в себя следующие структурные элементы
İcmal məqalə - elmi dövriyyədə qəbul edilmiş quruluşa malik olan elmi məqalədir. Ona görə də icmal yazılar aşağıdakı struktur elementlərinə malik olmalıdırlar:

  • Adı. Oxucunu maraqlandıracaq vacib elementdir.

    • Annotasiya. Annotasiyada iş haqqında ümumi, qısa təqdimat verilir. Müəllif annotasiyanı yazılan anda məqalənin nə barədə yazılacağını, onda oxucu üçün maraqlı və vacib olan məqamları özlüyündə yaxşı təsəvvür etməlidir. Bu zaman yaddan çıxarmaq lazım deyilki onun həcmi 200 sözdən artıq olmamalıdır.

    • Giriş. Giriş oxucuya işin quruluşu və onun elementlərinin qarşılıqlı əlaqəsi barədə məlumat verməklə, onun vaxtına qənaət edir. Əgər hansısa bölmələr oxucunu maraqlandırarsa o həmin bölmələri oxuyacaqdır.

  • Əsas hi ssə. Yadda saxlayın ki, icmal məqalə biblioqrafik icmal deyildir. Sizin vəzifəniz elmi problemin

öyrənilmə səviyyəsini göstərmək, imkan daxilində baxılan problemə aid işlərə kritik yanaşmaq və bu işlərə əsaslanan nəticələr çıxarmaqdır.

  • Nəticələr. İcmal məqalənin nəticələri – gələcək tədqiqatların davam etmə istiqamətlərini tövsiyyə etməkdən və toxunulan konkret problemi həll etmək üçün elmi innovasiyaları tətbiq etmək təklifini verməkdən ibarətdir.

Ədəbiyyat icmalını necə etmək lazımdır

  1. İlk növbədə yazacağnız mövzu üzrə maksimal səviyyədə ədəbiyyatı öyrənmək lazımdır (internet- resursla kifayətlənməməli, mütləq kitabxanaya getmək lazımdır). Ən yaxşısı orijinal nəşrlərdən istifadə etmək lazımdır

  2. Hər bir mənbəni öyrəndikdən sonra öyrəndiyiniz mənbənin əsas məzmunu haqqında konspekt tərtib etməli və zəruri olnan istinad və tezisləri yazmaq lazımdır.

  3. İcmal üzərində işləməyi əvvəlcədən başlamaq lazımdır.

    1. Əvvəlcə müəyyən etdiyiniz elmi işin ədəbiyyat mənbələrində səliqə-sahman yaradılmalıdır.. Bu sizin seçdiyiniz mövzu üzrə öz mülahizələrin inkişaf məntiqində asılıdır.

  4. Bu halda xronoloji prinsipi əsas tutaraq xronoloji qaydada məsələnin tarixi ilə tanış olmaq olar. Öyrəndiyiniz məsələyə aid hansı baxışlar mövcud olduğunu və onların necə təkamül etdiklərini qeyd etmək lazımdır. Bu problem üzərində işləyən elmi fikrin əsas nümayəndələrini adlandırmaq və onların apardıqlarə tədqiqatlarda əldə etdikləri naliyyətləri qeyd etmək lazımdır.

  5. İşlərin təhlilinə kritiki yanaşma zəruridir. Onların zəif yerlərini və hansı məsələlərə baxmadıqlarını göstərmək. Müəlliflərin baxmadıqlarıməsələnin səbəblərini qeyd etmək və bu yolla toxunulan problem daxilində öz yerinizi müəyyənləşdirmək.

  6. Tədqiqatçıların qarşılarına qoyduqları elmi məsələləri qısa yazmaq. İstənilən nəticələrə nə qədər nail olub və ya olmadıqlarını qeyd etmək. mövzu üzrə işləyəcəyiniz tədqiqat işlərinin səbəblərini formalaşdırmaq.

  7. Ədəbiyyat icmalını diplom üzərində işlənilən dövr ərzində yazmaq olar. Belə etmək ona final mərhələsində korrektə, əlavələr və dəyişikliklər etməyi asanlaşdırar.

Ədəbiyyat icmalını yazmağa əsas tələblər

  1. İcmalı iki dəfəyə ya zmaq məqsədə uyğundur. İnformasiyanı sistemləşdirilməsi variantlarını müzakirə etmək məqsədilə icmalın referat üslubuna uyğun ilkin variantı hazırlayıb əlavə axtarışlar aparıb aparmayacağına ehtiyacıın olub və ya olmadığını müəyyənləşdirmək üçün elmi rəhbərə ilkin rəyini öyrənmək təqdim etmək. Müvafiq düzəlişlərdən sonra elmi rəhbərəbərə təqdim edilir və onun razılığı ilə icmal diplom işinə daxil edilir.

  2. Ədəbiyyat icmalının həcmi istinad edilən ədəbiyyat siyahısıda daxil olmala mövzudan və diplom işinin növündən asılıdır, İcmalda yerli və xarici dövrü elmi nəşrlərdən istifadə edilməsi arzu olunandır.

  3. İcmal sırf tədqiqat mövzusuna aid ədəbiyyatla məhduddlaşmamalıdır. İcmal yazılan zaman mənbə kimi ilk növbədə konkret tədqiqat materiallarını əks etdirən dissertasiyalar monoqrafiyalar, elmi məqalələr, eləcədə nüfüzlu sorğu nəşrləri və dərsliklər olmalıdır.

  4. Konkret təqiqatların nəticələrinin icmalına sizin icmalda istifadə ediləcək layihələrin materiallarının nəticəlri çap edilmiş nəşrləri sadalamaqla başlamaq olar. Şəri xronoloji qaydada yazmaq məqsədə uyğundur. Tədqiqatı nə zaman, hansı təşkilat tərəfindən aparıldığını qeyd etmək, tədqiqat obyektini qısa xaraqkerizə etmək, layihə rəhbərini adlandırmaq zəruridir. Bu bölüm problemlərin və aparılan tətqiqatların konkret nəticlərinə baxmır. O kimin harada hansı təşkilatda tədqiataı apardığı haqqında məlumatı özündə əxz edir.

  1. Tədqiqatın nəticələrinin təhlilini nəşrlər ətrafında deyil problemətrafında aparmaq lazımdır. Bu o deməkdir ki, sadəcə olaraq oxuduğunuz məqalə və hesabatların məzmununu yalnız ifadə etməklə kifayətlənmək olmaz. Ədəbiyyatın icmalı – referativ deyil, analitik sənəddir. Onun başlıca vzəifəsi –sələf tədqiqatlarda alınmış balıca nəticələri aşkarlamaq, müxtəlif tədqiqatlar arasında alınmış nəticələr arasınadafikir ayrılıqlarını göstərmək (əgər belələri varsa),alınan nəticələri nəzəri işləmələrlə müqayisə etməli, problemin kifayət qədər öyrənilməyən hissələrini aşkarlamaqdır.

  2. İcmalda istifadə olunmuş ədəbiyyat sahəsində rast gəlinən bütün süjetlərə eyni dərəcədə ətraflı baxmaq la zım deyil – bibaşa sizin mövzuya aid olnlara diqqətiyönəltmək lazımdır.

  3. Mətnin istinadlarına xüsusi diqqət yetirmək lazımdır. Özgələrinin nəşr edilmiş mətnlərindən istifadə Mülki Məcələ (Müəlliflik hüququ) ilə tənzimlənir. Müəllifin razılığı olmadan, ancaq onun mütləq adını göstərməklə mənbədən istifadəyə icazə verilir. İcmalda, eləcədə digər müəllif mətnlərində dırnaq işarəsiz və dəqiq göstərilmədən fikir ifadə hissələrindən istifadə qəti qadağandır. İcmalı şərh edilən işin terminalogiyasını gözləməklə ən yaxşısı “öz sözlərinlə” yazmaqdır. Birbaşa istina icmalın 5-10 % mətnindən çox olmamalıdır. Öz mətnində birbaşa istinad norması bir müəllif üçün 300 hərifdən (50-60 söz) çox olmamalıdır.İcmal mütləq qısa nəticələrlə qurtarmalıdır.

  4. İstifadə edilmiş ədəbiyyatın siyahısı sonda verilməlidir və müvafiq tələblərə cavab verməlidir. ELMİ TƏDQİQAT HAQQINDA TƏQDİMATLARIN HAZIRLANMASI

Təqdimatlar
Təqdimatın hazırlanmasına başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir.
Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən keçirək.
Dissertasiya işinin müdafiəsi
Bu ən qısa təqdimatlardandır, 5-10 dəqiqə.
Məsələnin qoyuluşu və alınan nəticəlrin sadalanması üzərində diqqəti cəmləşdirmək lazımdır. Attestasiya komissiyasına qoyulan problemin mürəkkəbliyi aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə yaxşılaşdıra bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və onun terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar üzərində dayanmaq lazım deyildir. Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında göstərilə bilər. Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək məsləhət görülür. Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə suallar verəcəkdir. Təqdimatda işin şəxsən müəllif tərəfindən təklif edildiyi qeyd edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda tövsiyyə edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır.
Adətə fəlsəfə doktoru dissertasiyası 15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqqə çəkir. Müdafiə səviyyəsi yüksək randa olduqca mövzunun aktuallığınada tələbat o qədər yüksək olur.
Konferensiya
Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi və onun mühüm məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun xırdalanma dərəcəsi onu başa düşə biləcək dinləyicilərin sayndan asılı olmalıdır. Təqdim edilən slaydları auditoryanın heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin fərdiliyinizi qeyd edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.
Seminarda çıxış
Təqdimat üslubu sizə nə qədər vaxt ayrılmasından asılıdır. Bu konferensiya və tərəfdaş qarşısında olan çıxış arasıda ortaq bir şeydir. Sizin məqsədiniz təqdimatın auditorya tərəfindən tam başa düşülməsidir. Ona görədə təqdimat kütləvilikdən daha mürəkkəb texniki xardalıqlara qədər rəvan keçidlə təmin edilməlidir. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.
Mühazirə
Saat yarım çıxış edən şəxs bu halda daha geniş imkanlara malikdir və mövzunu tam açmaq üçün müxtəliv vasitələrdən istifadə edə bilər. Anca bu qədər müddət ərzində dinləyicilərin diqqətini saxlamaq olduqca mürəkkəbdir. Dinləyicilərin maraqlarını itirməmək əvvəlcə toxunulan məsələnin nə üçün lazım olduğu onlara çatdırılmalı, istifadə sahələri haqqında qısada olsa məlumat verilməlidir. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.
Tövsiyyələr
Əgər çıxış edən auditoriya qarşısında özünü inamsız hiss edirsinizsə onda mətn yazılmaı və əzbərdən öyrənilməlidir.Səhifə yarım materialın çıxışı təxminən 7 dəqiqə çəkir (format А4, keql 12 р1).
Səliqəli olmağın mənası var. Səliqəsiz slaydlar şübhə doğurur və məruzəçinin işə ciddi yanaşmadığına
dəlalət edir.
Titul səhifəsində mövzu və müəllif haqqında məlumat olmalıdır. Müdafiə zamanı elmi rəhbərin adı və familiyası təşkilatın adı göstərilməlidir. Konferensiyalarda konferensiyanın adı və vaxtı göstərilməlidir. Bu həmkarlar arasında informasiya mübadiləsi olduqda və təqdimat İnternetə qoyulduqda əlavə şərhə ehtiyac olmaması üçün edilir.
Optimal slaydların sayı 6-11 arasında olmalıdır. Mətnin böyük həcmi və kiçik şrift təqdimatın qavranmasını ağırlaşdırır. Digər tərəfdan mətnin azlığı təqdimatın səthi və pis hazıralnamsı təsərruatını yaradır. Ən geniş yayılmış səhv slaydı sözbəsöz oxumaqdır. Yaxı hal slayda materialın ətraflı təqdim edilməsi,
müəllifin isə onun mahiyyətin izah etməsidir. Slayddakı məlumat nitqdən fərqli olaraq cidi və əliqəli olmalıdır.
Formulaları sözlə ifadə etməyə ehtiyac yoxdur. Bu yalnız seminar və mühazirələr zamanı dinləyicilər eyni zamanda konspekt tutarkən edilir. Müdafiə və konfrans zamanı onları səsləndirmək yersizdir.
Bir slaydan digərinə keçid 1-2 dəqiqə ərzində, mühazirələr zamanı isə 5 dəqiqəyə qədər. Qısa çıxışlarda 1-2 slayddan istifadə edilməsinə yol verilir. Dinləyicilər həm slayddan həmdə eşitdiklərindən məlumatı mənimsəmək imkanına malik olmalıdırlar.
Slaydlarda əsas məlumatların üstündə mümükün qədər dayanmaq olar. Qrafikli salaydları üstündən tez keçmək olar. Cədvəllər üzərində dayanarkən sətir və sütünların müvafiq olaraq nəyə uyğun olduğunu göstərmək lazımdır.
Məruzənin əsas ideyasını başa düşmək üçün lazım olan işarə və anlayışları daxil edin. İstənilən işarəyə onun istifadəsinə qədər izahat vermək lazımdır. İzahları mümkün qədər qısa və dolğun vermək lazımdır.
Ağır ifadələri mümkün qədər sadələşdirmək lazımdır. Qısa çıxışlarda eyni fikri müxtəlif sözlərlə ifadə etmək vaxta qənaət nöqteyi nəzərindən məqsədəuyğun deyildir. Mühazirələrdə əksinə olaraq deyilən mühüm fikirlərə yenidən qayıtmaq, onlara digər nöqteyi nəzərdən baxmaq alqışlanır. Başa düşülməyən ifadələri təqdimatdan çıxarmaq lazımdır.
Hər bir cümlə ondan sonra gələn cümlələrlə məntiqi olaraq əlaqəli olmalı, əsl iki-üç qiymətli fikir tam və aydın formada auditoriyaya çatdırılmalıdır. Onda çıxışı bütöv olacaq və yaxşı təsir buraxacaqdır.
Nəticələr olan slaydı səsləndirmək lazım deyildir. Əksinə seminar və mühazirələrdə nəticələr dəqiq ifadə edilməlidir.
Təqdimatın davam etmə vaxtı və hazırlıq dərəcəsi təqdimat üçün ona veriləcək vaxtı müəyyənləşdirir. Elə
fikirləşmək lazım deyildir ki, təqdimata üç saat vaxt sərf edilərsə o yaxşı çıxış olacaqdır.
İnsan təfəkkürü irearxikdir.Mövzunu başa düşməyə cəhd edərkən o bir neçə ideyanı başlıca məqamı ayırır (real olaraq 3-4).
Onalrın hər birini dərindən qavramaq üçün onları dah sadə hissələrə bölür, bölünmüşləri dahada sadə hissələrə və s. Aydın ifadə etmənin bir çox prinsipləri ona istiqamətlənib ki, bu irearxiyanı aşkar formada dinləyicilərə çatdırmaq mümükün olsun. Bu müxtəlif texniki qaydalarla təmin edilir:
Birinci slaydda məruzənin adı başlıca ideyanı əks etdirməli, yəni irearxiyanın zirvəsinə uyğun olmalıdır.
Çıxışın başlanğıcında məruzənin mahiyyətini çatdırmaq lazımdır. Optimal olaraq iki-üç cümlə ilə, hər birində təxminən üç alt maddə olmaqla. İşin bu cür qurluşu iki yuxarı səviyyəyəə uyğundur. Əgər çıxış qısadırsa, yalınız ən yüksək səviyyədən danışılır.
Çıxışların ən mürəkkəb hissələri yaxşı olardıki, addım addım mərhələlərə bölüb təqdim edilsin. Məsələn “təklif olunana üsul üç adla yerinə yetirilə bilər”. və s. Əgər bu ifadələrdən istifadə edilməzsə çıxışı qavramaq çətin olacaqdır.

  • Çıxış zamanə bir neçə dəfə «əsas ideya ondan ibarətdir ki” ifadələrini təkrar etmək olar.

  • Yuxarı səviyyəli ideyalar mütləq slaydda təqim edilməli sözlə deyilməlidir. Əgərslaydda hər hansı ideya üzərindən tez keçilirsə bu onun ikinci dərəcəli əhəmiyyətiə malik olduğunu göstərir.

  • Çıxış zaman bir neçə dəfə «əsas ideya ondan ibarətdirki” ifadəsini işlətmək olar Anca bu ifadədən sui

istifadə etmək də məsləhət görülmür.

  • Slaydda ən vacib sözləri və hissələri rəngləməklə fərqləndirmək olar.

  • Söz və slaydlar üst-üstə düşməməlidirlər, onda təqdimat “həcmli” alınır. Slaydlar daha çox texniki xarakterli məlumatlara malik olmalıdırlar (cədvəl, qrafiklər, sxemlər və s.).

  • Təqdimat hazırlanması mərhələləri:

  • 1. Birinci və ikinci səviyyəli təqdimat, əsas ideyaların ayrılması, planının tərtib edilməsi.

  • Elmi təqdimatın quruluşu təxminən elmi məqalələnin quruluşu kimidir:

  • Məsələnin qoyuluşu;

  • Əvvəllər məlum olan nəticələr və problemlər;

  • Qərarın keyfiyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş meyarlar;

  • İşin məqsədi;

  • Müəllifin əsas nəticələri;

  • Şərait və eksperimentlərin nəticələri;

  • Sonuncu slaydda - əsas nəticələrin təqdimi.

  • 2. Hər bir slayd fikirləşilərək hazırlanmalıdır (ilk olaraq onları kağız üzərində olar), bu zaman aşağıdakı suallara cavab vermək vacibdir:

  • Bu slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlayır?

  • Slaydda nə təqdim olunacaq?

  • Slaydda nədən danışılacaq?

  • Növbəti slayda keçid necə olacaq?

    • 3. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimatın hazırlanması. MS PowerPoint

Təqdimat üçün ən çox edilən seçimdir. Əgər slaydda ifadələr (formullar) çoxdursa onları tam MS Word vasitəsilə yığmaq lazımdır. Əsas şrift Arial və ya ona oxşar olmalıdır. Buzim universitetdə Times Neü Romandan istifadə etmək tövsiyyə edilir. Ciddi elmi təqdimatlarda animasiyadan istifadə məsləhət görülmür.
MS Word
MS Word işə yarayır. Şriftin ölçüsü 25 olması tövsiyyə edilir. Hazır təqdimatı PDF formatda göstərmək məqsədəuyğundur.
Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin