Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı g I r I Ş



Yüklə 91 Kb.
tarix11.01.2017
ölçüsü91 Kb.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmişdir
Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair

Tədbirlər Proqramı
G İ R İ Ş
Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işinə səhiyyənin prioritet sahələrindən biri kimi böyük əhəmiyyət verilir. Son illər respublika ərazisində keçirilən irimiqyaslı kompleks tədbirlər nəticəsində bəzi yoluxucu xəstəliklərin tam ləğvinə, digərlərinin isə dinamik şəkildə azalmasına nail olunmuşdur.

İlk növbədə spesifik profilaktika vasitələri ilə idarə olunan infeksiyalara qarşı aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticələrini göstərmişdir.

Azərbaycan digər Avropa dövlətləri ilə yanaşı poliomiyelitdən azad ölkə kimi sertifikat almışdır.

Təqdim olunan Tədbirlər Proqramı yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində görülən işlərin daha da gücləndirilməsinə, əhali arasında yoluxucu xəstəliklərin məhdudlaşdırılmasına, idarə olunan infeksiyalarla bağlı əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ölüm hallarının azaldılmasına yönəldilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında hazırlanan bu Proqram həmçinin immunlaşdırmanın təhlükəsiz aparılması, keyfiyyətli, adekvat vaksinlərlə təchizat və peyvənd itkisinin azaldılması kimi məsələləri əhatə edir.

Proqram əhalinin 8,5 faizini təşkil edən 6 yaşına qədər uşaqların planlı immunlaşdırmasını nəzərdə tutur. Göstərilən uşaqların 1,34 faizi yeni doğulanlardır ki, bu da təxminən 110 min nəfər təşkil edir.


Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

proqramın adekvat və fasiləsiz maliyyələşdirilməsinin təminatı;

nəzarət və xəstəlik hadisələrinin qarşısının alınması sisteminin təkmilləşdirilməsi;

əhalinin xüsusi təbəqələrinin peyvənd almalarının planlaşdırılması;

immunlaşdırmanın təhlükəsizliyinin yüksəldilməsi;

vaksinlərin fasiləsiz alınması və yerlərə çatdırılması;

vaksinlərin daşınması və saxlanması üçün müvafiq şəraitin yaradılması;

xəstəliklərin təsdiq olunması məqsədi ilə müvafiq laboratoriyaların fəaliyyətlərinin gücləndirilməsi;

treninqlərin və ictimai səfərbərliyin təmin olunması.

Azərbaycan Respublikasının milli peyvənd təqvimi aşağıdakı cədvəl üzrə həyata keçirilir:





Sıra №-si

Vaksinin adı

Vaksinasiyanın müddəti

1.

Hepatit B

Doğuşdan 12 saat sonra, 2 və 4 aylıqda

2.

BSJ

4-7-ci gündə

3.

AGDT

2, 3, 4 və 18 aylıqda

4.

ADT

 6 yaşda

5.

OPV

2, 3, 4 və 18 aylıqda

6.

QPM

12 aylıqda, 6 yaşda


Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.


İllər

2006

2007

2008

2009

2010

Cəmi xərclər (min manatla)

530

1100

1160

1180

1200



Tədbirlər Proqramının həyata keçirilməsi
P L A N I


Sıra

-si



Tədbirlərin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

1.

Məqsədli kontingent üçün ənənəvi vaksinlərin alınmasının davamlı maliyyələşmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi



mütəmadi

2.

Proqramın məlumat sisteminin yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

2006-2007

3.

Uşaqların peyvəndlə əhatə olunması işinə nəzarətin gücləndirilməsi məqsədi ilə plastik kartların tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi



2006-2007

4.

Amortizasiya müddəti keçmiş soyuducu avadanlıqların mütəmadi dəyişdirilməsi və peyvənd məntəqələrinin avtonom enerji mənbələri ilə təmin olunması vasitəsi ilə «soyuq zəncir» sisteminin saxlanılması və daha da gücləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

mütəmadi

5.

Tədricən özüməhvolan şprislərə keçilməsinin və immunlaşdırma zamanı əmələ gələn tullantıların təhlükəsiz qutulara yığılmasının təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2006-2007

6.

Müvafiq tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,

yerli icra hikimiyyəti orqanları



2006-2007

7.

İmmunoprofilaktika məsələləri sahəsində əhalinin sosial səfərbərliyi üzrə tədbirlərin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin cəlb edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,

kütləvi informasiya vasitələri



mütəmadi


8.

Epidemioloji kəskinləşmələrin qarşısının alınması məqsədi ilə ənənəvi və qeyri-ənənəvi (quduzluq, qarayara, tulyaremiya, taun əleyhinə və s.) vaksinlərin ehtiyat fondunun yaradılması


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2006-2008


9.

Peyvənd işinin keyfiyyətinə nəzarət və immun statusunun öyrənilməsi məqsədi ilə sanitariya-epidemioloji xidmətinin laborator bazasının gücləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2006-2009

10.

Bütün respublika ərazisində qızılca və məxmərəyin eliminasiyası və anadangəlmə məxmərək sindromu üzərində epidemioloji nəzarət proqramının həyata keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2006-2010

________________


Kataloq: LDB -> LegalDB.nsf
LegalDB.nsf -> Büdcə xərclərinin funksional təsnifatı
LegalDB.nsf -> Təsdiq edilmişdir Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının s I yahis I
LegalDB.nsf -> Təsdiq edilmişdir 1 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalari
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı
LegalDB.nsf -> Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmişdir Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri Zona 1
LegalDB.nsf -> Təsdiq edilmişdir 1 nömrəli əlavə Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı

Yüklə 91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə