Yükləmə-boşaltma maşın,mexanizm və qurğuları



Yüklə 14,77 Kb.
tarix02.01.2022
ölçüsü14,77 Kb.
#35574
yük boş maş mexanizm


Yükləmə-boşaltma maşın,mexanizm və qurğuları
Müxtəlif yüklərin yüklənməsi (və ya boşaldılması) üçün müxtəlif texniki-istismar xarakteris-tikalarına malik Y-B maşın,mexanizm və qurğular ( Y-B ) tətbiq olunur.

Y-B maşın,mexanizm və qurğuları texniki əlamətinə görə 2 əsas qrupa ayrılır:

1).İşçi orqanı dövrü (tsiklik və ya fasilə ilə) olaraq təsir edən.

2).İşçi orqanı fasiləsiz təsir edən.


İşçi orqanı dövrü olaraq təsir göstərən.

Y-B maşınları yükləmə-boşaltma işləri ilə əlaqədar olaraq kompleks əməliyyatlar yerinə-yetirirlər.Bu qrupa avtokranlar,avtoyükləyicilər,elektroyükləyicilər,birçalovlu yükləcilər,

lebedka,telfer,mmexaniki kürəyi,avtomobilboşaldıcı və s. aid edilir.

İşçi orqanı fasiləsiz təsir göstərən maşınlara lentli,lövhəvari və sancaqlı konveyerlər,çoxçalovlu yükləyicilər aid etmək olar.

Y-B maşınları istismar əlamətinə görə təsnifata ayrılır:

Qrupundan və ya yüklənən yükün kateqoriyasından asılı olaraq maşınlar aşağıdakı növlərə ayrılır:sayılan yüklər üçün (avtokran yükləyicilər,telfer),səpələnən yüklər üçün (ekskavator,

birçalovlu və çoxlaçovlu).

Y-B işlərinin planlaşdırılması üçün bir sıra kəmiyyət ve keyfiyyət göstəriciləri olmalıdır.

Məntəqələrin əsas kəmiyyət göstəriciləri yük həcmi (məlum dövr ərzində qəbul olunmuş və ya göndərilmiş yük həcmi) Y-B işlərinin keyfiyyət göstəriciləri Y-B işlərinin mexanikləş-dirilməsi səviyyəsi və dərəcəsi,Y-B işlərinin məhsuldarlığı ,1t əməliyyatın maya dəyəri gəlir və xərclər,rentabelliyi sayılır.

Y-B işlərinin planlaşdırılmasını kompleks yerinə yetirən şirkət,firma və s. tərəfindən aparılır.Bu təşkilatlar əvvəlcədən bütün göstəriciləri o cümlədən yükləmə-boşaltma işlərinin həcmini,yüklərin,taraların növlərini,hansı Y-B maşın və mexanizmlərdən istifadə olunmasının məqsədəuyğunluğunu öyrənir. Bundan sonra bu işləri yerinə yetirmək üçün lazım olan Y-B mexanizmlərinin sayını,bu işlərin maya dəyəri,əmək haqqı fondu,gəlir və bütün xərclər müəyyənləşdirilir.

Y-B maşın ,mexanizm və qurğuların tipinin və tələb olunan sayının təyin edilməsi üçün (verilmiş istismar şəraitində)mühüm parametr- onların məhsuldarlığı nəzərə alınmalıdır.

Y-B maşın,mexanizm və qurğularının texniki,istismar və faktiki məhsuldarlığını fərqləndirirlər:

Texniki məhsuldarlıq dedikdə-verilən maşın,mexanizmlə optimal şəraitdə 1 saat fasiləsiz işlədikdə yüklədiyi və boşaltdığı yükün miqdarı başa düşülür.Texniki məhsuldarlıq maşının texniki pasportunda göstərilir.

İşçi orqanı fasilələrlə işləyən Y-B maşın və qurğuların texniki məhsuldarlığı (ton).

W=

Burada qn-Y-B maşınının YGQ-dir

Tt-işçi orqann davametmə müddətidir.

-işçi tsikllərinin sayıdır.

Bir tsiklin davametmə meddəti aşağıdakı ifadədən təyin olunur:

Yükün horizontal yerdəyişməsi halında Tt=tt+tb+ +

Burada tT,tb-yükü tutmaq və buraxmaq vaxtı

l- yükün yürdəyişməsinin uzunluğu.

Bəzi maşınlar universal tipli olub bir sıra yüklərin Y-B-da istifadə olunur.

Yükün yerdəyişməsinə görə maşın və mexanizmlər 4 qrupa ayrılır:

1).yükün horizontal yerdəyişməsi(mexaniki kürək)

2).yükün şaquli yerdəyişməsi (taxılyükləyici bunker)

3).yükün maili yerdəyişməsi (taxılyükləyici transportyor ,çoxçalovlu yükləyici)

4).yükün horizontal və şaquli yerdəyişməsi (kombinəedilmiş-kranlar,avtoyükləyicilər,

elektroyükləyicilər və s.)

Bütün Y-B maşın və qurğular hərəkət hissəsinə görə 2 qrupa bölünür:

1).stasionar (tərpənməz)

2).səyyar,(hərəkətli,gəzdirilən)

Stasionar maşın və qurğulara elə Y-B maşınları aiddir ki,onların obyektlərdə gəzdirilməsi üçün avadanlığı olmur.Onlar obyektdə stasionar quraşdırılır və böyük həcmli işləri yerinə yetirirlər.



Səyyar maşınların obyektlərdə gəzdirilməsi üçün avadanlığı olur.Bunlardan bəziləri özlərinin mobilliyi ilə seçilir(avtokranlar,avtoyükləyicilər və s.).
Yüklə 14,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin