VƏZİFƏ TƏLİMATLARI
Vəzifənin adı: Anbardar
Tabeçiliyi: Rəhbərlik
Tabesindəkilər:
Təhsil səviyyəsi: Orta ümumi təhsil
Stajı : Ən azı 3 il
VƏZİFƏ VƏ SƏLAHİYYƏTLƏRİ
Anbardar, material qiymətlilərinin növlərini anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir.
Anbardasaxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır.
İnventarlaşdırmanın aparılmasında iştirakedir.
ANBARDARIN
“Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Qaydaları”na dair vəzifə və peşə təlimatı
İşin xüsusiyyəti.
Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması.
Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması.
Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.
Bilməlidir: mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazların və s. quruluşunu və onların işə yararlığının yoxlanılması üsullarını,
əşyaların, məhsulun və xammalın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunma üsullarını, materialların və xidməti sahələrin yanğından mühafizə qaydalarını, zəhərləyici maddələrin yerdəyişmə və mühafizə qaydalarını,
tez alışan və partlayıcı materialların qorunma, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarını.
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Tərəcələrə mallasrın yerləşdirildiyi zaman və eləcədə götürdüyü zaman ehtiyyatlı davranmalı, təhlükəsizlik qaydalarına riayət etməyi bilmli və bacarmalıdır.
Oxudum tanış oldum: ___________________________________________
(Soyadı, adı, atasının adı imza, tarix )
Dostları ilə paylaş: |