İnstitutunda keçirilən elmi kon-
fransda səsləndirilib.
Konfransı giriş sözü ilə açan
bölmənin sədri, akademik İsmayıl
Hacıyev qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Akademik Zərifə
Əliyevanın 90 illik yubileyinin ke-
çirilməsi haqqında” Sərəncamı res-
publikamızda tibb elminin inkişafına
mühüm töhfələr verərək oftalmo-
logiyanın aktual problemlərinə dair
sanballı tədqiqatları ilə böyük şöhrət
qazanmış akademik Zərifə xanım
Əliyevanın xalqımız və dünya elmi
qarşısında mühüm xidmətlərinin nə
qədər böyük olduğunu göstərir.
Vurğulanıb ki, onun elmi-pedaqoji
və ictimai fəaliy-
yəti həkimlərin
yeni nəslinin ye-
tişməsinə və Azər-
baycanda oftalmo-
logiya elminin in-
kişafına güclü təsir
göstərib.
Konfransda
AMEA Naxçıvan
Bölməsinin Bio-
resurslar İnstitu-
tunun şöbə müdiri, biologiya elmləri
doktoru, professor Əliyar İbrahimov
“Akademik Zərifə Əliyevanın həyat
yolu”, həmin institutun direktoru,
AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi Tariyel Talıbov “Aka-
demik Zərifə Əliyevanın elmi fəa-
liyyəti”, aparıcı elmi işçisi, biologiya
üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə
Salayeva “Qayğıkeş ana və sədaqətli
ömür-gün yoldaşı”, şöbə müdiri,
kənd təsərrüfatı elmləri doktoru
Varis Quliyev “Akademik Zərifə
Əliyeva xatirələrdə” mövzularında
məruzələr ediblər.
Məruzələrdə qeyd olunub ki,
1923-cü il aprelin 28-də Şahtaxtı
kəndində dövrünün görkəmli dövlət
və ictimai-siyasi xadimi, elm fədaisi
Əziz Əliyevin ailəsində anadan
olan Zərifə Əliyeva gələcək taleyini
tibb elminə həsr etməyi qarşısına
məqsəd qoyub, 1942-ci ildə orta
məktəbi bitirdikdən sonra Azər-
baycan Dövlət Tibb İnstitutunun
Müalicə-profilaktika fakültəsinə
daxil olub. O, 1947-ci ildə institutu
əla qiymətlərlə bitirib. Həmin dövr-
də Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa
səbəb olan traxoma infeksion xəstə -
liyi geniş yayılmışdı. Belə bir dövr-
də Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan müalicəvi və profi-
laktik tədbirlərin təşkilində və ke-
çirilməsində fəal iştirak edir, Azər-
baycanda traxoma xəstəliyinin daha
geniş yayıldığı rayonlara gedir, hə-
kim-oftalmoloqlara məruzələr oxu-
yur, əhali arasında çoxlu söhbətlər
aparırdı.
Bu xəstəliyin müalicəsi yollarını
aşkara çıxarmaq arzusu onu Moskva
şəhərinə aparır və Zərifə xanım
Ümumittifaq Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda ikiillik
ixtisaslaşdırma kursunda həkim-of-
talmoloq ixtisasına yiyələnir. O, ix-
tisaslaşdırma kursunu müvəffəqiy-
yətlə bitirdikdən sonra Vətənə qa-
yıdır, 1949-cu ildən başlayaraq
Azərbaycan Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda elmi işçi
kimi fəaliyyətə başlayır, 1950-ci
ildə isə aspiranturaya daxil olur,
praktik əməli həkim fəaliyyəti ilə
yanaşı, elmi axtarışlarını da davam
etdirir. Müxtəlif göz xəstəliklərinin
müalicəsi və profilaktika tədbirlə-
rinin işlənib hazırlanması ilə məşğul
olan Zərifə xanım elmi fəaliyyətinin
ilk mərhələsini traxoma infeksion
xəstəliyinin müalicəsinə həsr edir.
Beləliklə, Zərifə xanımın ilk elmi
araşdırmalarının mövzusunu həyat
özü müəyyənləşdirir.
Zərifə xanım təkcə elm xadimi
kimi deyil, Azərbaycana rəhbərlik
etmiş dünya şöhrətli siyasətçi,
ümummilli lider Heydər Əliyevin
həyat yoldaşı kimi fəal ictimai möv-
qeyi ilə seçilib.
Konfransa akademik İsmayıl
Hacıyev yekun vurub.
Dostları ilə paylaş: |