2
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin M.A.Topçubaşov adına
Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq
ürək mərkəzində fəaliyyət göstərən
uşaq kardioloqu, tibb üzrə fəlsəfə dok-
toru Elnur İmanov ötən ilin mart
ayından etibarən mütəmadi olaraq
muxtar respublikamıza dəvət edilərək
yerli həkimlərlə bərabər anadangəlmə
ürək qüsurlu uşaqların müayinə və
müalicəsini aparır.
Təcrübəli mütəxəssis tərəfindən Nax-
çıvan Diaqnostika-Müalicə Mərkəzində
indiyədək muxtar respublikanın şəhər
və rayonlarından gətirilmiş onlarla mü-
rəkkəb ürək qüsurlu xəstə müayinə və
müalicə edilmişdir. Bu müddətdə xəstələr
üzərində exokardioqrafiya müayinələri,
invaziv üsulla anadangəlmə ürək qü-
surlarının müalicəsi, ağciyər arteriyası
və aorta stenozunun əməliyyatsız yollarla
açılması, Botal axacağın, qulaqcıq və
mədəciklərarası çəpər qüsurlarının əmə-
liyyatsız yollarla bağlanması, Fetal exo-
kardioqrafiya və digər tibbi proseslər
həyata keçirilmişdir.
Ötən həftənin şənbə və bazar günləri
isə Diaqnostika-Müalicə Mərkəzində
6 xəstənin EXO və elektrokardioqrafiya
müayinəsi və invaziv yolla müalicəsi
aparılmışdır. Xəstələrdən Şəlalə Meh-
diyevanın və İnci Baxşısoyun pulmonar
balon-valvuloplastika əməliyyatı ilə
tam sağalmasına nail olunmuşdur. Mər-
kəzin kardioloq-həkimi Nail Mehba-
lıyevin də yaxından iştirak etdiyi əmə-
liyyatların birində yaş və çəki cəhətdən
çox kiçik – ağciyər arteriyasının qapaq
səviyyəsində darlığı olan bir xəstənin
döş qəfəsi yarılmadan müalicəsi həyata
keçirilmişdir. Əməliyyatlar uğurlu alın-
mış və xəstələr 24 saatlıq müşahidədən
sonra evlərinə göndərilmişlər.
Elnur İmanov növbəti aylarda da
Naxçıvanda xəstə qəbulu və müalicəsini
davam etdirəcəkdir.
Dostları ilə paylaş: |