Cəfər ƏLİYEV
Şərurun yaz bərəkəti
Əsasən, kənd təsərrüfatı rayonu
olan Kəngərli bölgəsində də sahib-
karlıqla məşğul olanlar az deyil.
İstər əkinçilik, istərsə də heyvan-
darlıqla məşğul olan fermerlər gös-
tərilən dövlət qayğısından yetərincə
bəhrələnərək öz uğurlarını daha da
artırır, muxtar respublikamızın iqti-
sadi inkişafına müəyyən töhfələr
verirlər. Son illər rayonda balıq ye-
tişdirilməsinə də maraq artıb. Qa-
rabağlar kəndində “Asnı” qızıl xallı
ala balıq yetişdirmə təsərrüfatı ya-
ratmış İnşallah Abbasov öz işgü-
zarlığı ilə daha çox seçilir. O, Sa-
hibkarlığa Kömək Fondundan aldığı
217 min manat kredit hesabına
2008-ci ilin iyul ayında geniş təsər-
rüfat yaratmışdır.
Kəndin əlverişli coğrafi mövqeyi,
xüsusən də burada çağlayan saf və
bol sulu Asnı çayının imkanları sa-
hibkara bu arzusunu gerçəkləşdir-
məyə imkan vermişdir. İnşallah
Abbasov Asnı çayının hövzəsinə
yaxın – suyun mənbəyindən təx-
minən 150 metr aşağıda münasib
yer müəyyənləşdirmişdir. Asnı ça-
yının hövzəsinə yaxın ərazidə əv-
vəlcə müxtəlif tutuma malik 18 ho-
vuz tikilmişdir. Çayın suyu borularla
davamlı olaraq hovuzlara axıdılır.
Su hovuzlarda lazımi səviyyəni al-
dıqdan sonra öz axarı ilə hovuzların
aşağı tərəfində qoyulmuş çıxıntı-
lardan birbaşa arxa tökülür. Beləliklə,
hovuzlarda suyun səviyyəsi daim
sabit qalır. Digər tərəfdən, hovuz-
lardakı su davamlı olaraq təzələnir
ki, bu da balıqların bəslənilməsi
üçün zəruri amillərdən biridir. Ho-
vuzları qidalandıran çayın suyu da
itkiyə məruz qalmır, çayın bol su-
yundan Qarabağlarda on hektarlarla
əkin sahələrinin suvarılmasında is-
tifadə olunur.
Hovuzlardan 9-nun uzunluğu 6,
eni 1 metr, dərinliyi 60 santimetrdir.
Onların paralelində yerləşən 5 ho-
vuzun isə hər birinin uzunluğu 20,
eni 3 metr, dərinliyi 1 metr 10 san-
timetrdir. Sonrakı 4 hovuz daha bö-
yükdür. Bu hovuzların hər birinin
uzunluğu 50, eni 3 metr, dərinliyi
isə 1 metr 20 santimetrdir. İlkin
olaraq bu hovuzlara 60 min balıq
ötürülmüşdür.
Təsərrüfatdan əldə olunan qazanc
sahibkarı daha da ruhlandırmışdır.
O, kreditin 57 min manatını qaytar-
mış və hovuzların sayını 50-yə çat-
dırmışdır. Forel balığının dünyada
300 növü var. Sahibkarın təsərrüfa-
tında isə onların on növü yetişdirilir.
Hazırda burada 2 kiloqram çəkiyə
qədər 1 milyondan çox balıq bəslə-
nilir. İlkin olaraq satışa 10 ton, keçən
il isə 15 ton balıq çıxarılmışdır. Bu
il həmin rəqəmin 18-20 ton olacağı
gözlənilir.
İndi balıqçılıq təsərrüfatı 10 min
kvadratmetr ərazini əhatə edir. Tə-
sərrüfatın perspektiv inkişafı burada
əlavə olaraq 8 min kvadratmetr əra-
zidə yeni hovuz və yardımçı binaların
tikilməsini şərtləndirir. İnşallah
Abbasov öz fəaliyyətində bütün bun-
ları planlı şəkildə həyata keçirməyi
qarşısına məqsəd qoymuşdur.
Sahibkar işçilərin məişət şəraitinin
yaxşılaşdırılması qayğısına da qal-
mışdır. İstirahət otağında televizor,
soyuducu qoyulmuş, kondisioner
quraşdırılmışdır. Sahibkar Qarabağlar
kəndindən 2 kilometr aralıda yerləşən
balıqçılıq təsərrüfatına təbii qaz və
elektrik xətti çəkdirmişdir.
Burada müasir tələblərə cavab
verən laboratoriya da fəaliyyət gös-
tərir. Hər cür texniki avadanlıqlarla
təchiz olunmuş laboratoriyada balıq
kürüləri üzərində süni mayalanma
prosesi aparılır. Süni mayalanmadan
21 gün sonra nəticə bəlli olur. La-
boratoriya şəraitində kiçik balıqlar
15 gün bəslənilir. Daha sonra onlar
müvafiq hovuzlara buraxılır. Belə
ki, həmin balıqlara 4 ay müddətində
hər gün 8 dəfə yem verilir. Daha
sonra yemləmə hər gün 3 dəfəyə
keçirilir. Balıqlar qarğıdalı, buğda,
arpa kəpəyi, balıq unu, sümük tozu
və balıq yağı qarışığı ilə qidalanırlar.
Yemlər qonşu İran İslam Respubli-
kasından və Türkiyədən alınır. Ba-
lıqlar üçün lazım olan yemin yaxın
gələcəkdə təsərrüfatın özündə istehsal
olunması nəzərdə tutulmuşdur.
Təsərrüfatın balıq kürüsünə olan
tələbatının artıq daxili imkanlar he-
sabına ödənilməsinə başlanmışdır.
Bu il ən azı yarım milyon kürü is-
tehsal olunması, 250 min kürünün
isə Türkiyə Respublikasından satın
alınması planlaşdırılmışdır. Bu isə
təsərrüfatı əlavə xərclərdən qurtar-
maqla yanaşı, yeni perspektivlər də
açır. Təsərrüfatın nəzdində balıq kon-
servi istehsal edən müəssisənin ya-
radılması da bunun nəticəsidir. Müəs-
sisə 2010-cu ilin aprel ayından məh-
sul istehsalına başlamışdır. Burada
müşahidə etdiyimiz təmizlik, səli-
qə-sahman ilk baxışdan diqqətimizi
çəkdi. Gördüyümüz mənzərə müəs-
sisədə sanitar-gigiyenik normalara
tamamilə əməl olunmasından xəbər
verirdi. Burada Rusiya və Türkiyə
istehsalı olan müasir texnoloji ava-
danlıqlar quraşdırılmışdır. Müəssisə
ilə tanış olarkən istehsal prosesini
də izlədik. Qeyd edək ki, əvvəlcə
təsərrüfatdakı hovuzlardan istehsala
yararlı balıqlar tutularaq müvafiq
qaydada təmizlənib yuyulur. Sonra
həmin balıqlar standart ölçüdə doğ-
ranaraq dezinfeksiya edilmiş boş
konserv qutularına yerləşdirilir. Bu
zaman balıq konservi üçün müəy-
yənləşdirilmiş tərkib də qutulara
əlavə olunur. Konserv məhsulunun
dadlı-tamlı və eyni zamanda key-
fiyyətli olmasında bu tərkib xüsusi
əhəmiyyət daşıyır. Odur ki, konserv
qutularına əlavə olunan tərkibin nor-
maya uyğun olmasına ciddi fikir ve-
rilir. Bu proseslər başa çatdıqdan
sonra konserv qutuları avtomatik
avadanlıq vasitəsilə bir-bir nömrələnir
və onların ağızları bağlanır. Daha
sonra isə konserv qutuları bişirmə
qazanına yerləşdirilir. Bişirmə qa-
zanının işə düşməsi nəticəsində lazım
olan istilik dərəcəsi alınır və buxar
konservləri bişirir. Bişirmə başa çat-
dıqda burada quraşdırılmış cihazlar
avtomatik olaraq siqnal verir. Bişirmə
qazanından çıxarılan konservlər bir
müddət adi temperaturda saxlandıq-
dan sonra etiketlənərək müəssisədəki
soyuducuya yerləşdirilir.
Dostları ilə paylaş: |