onun adı ilə əbədiləşmişdir. Zərifə xanım tibb elmimizin zirvəsində
parlayan əbədiyyət Günəşidir.
Zərifə Əliyeva – 90
Muxtar respublikamızda il-
dən-ilə genişlənən quruculuq təd-
birləri nəticəsində regionun şəhər,
qəsəbə və kənd yaşayış məntə-
qələrinin siması əsaslı surətdə
dəyişməkdədir. Şərur rayonu da
bu baxımdan diqqətçəkən böl-
gələrimizdən biridir. Burada son
illər aparılan genişmiqyaslı abad-
lıq-quruculuq tədbirləri müxtəlif
sahələri əhatə edir. İnşa olunan
kənd mərkəzləri, təhsil və səhiyyə
ocaqları kənd əhalisinin yaşayı-
şına, həyat tərzinə də müsbət
təsir göstərir. Belə quruculuq təd-
birlərindən bölgənin iri yaşayış
məntəqələrindən olan Xanlıqlar
kəndinə də pay düşüb. Hazırda
kənddə kompleks quruculuq iş-
lərinə start verilib. İnşa edilən
obyektlərdən biri kənd mərkəzi
üçün tikilən binadır. İki mərtə-
bədən ibarət olacaq binanın bi-
rinci mərtəbəsində hörgü işləri
başa çatdırılıb. Burada kənd in-
zibati ərazi dairəsi üzrə nüma-
yəndəlik, bələdiyyə, YAP ərazi
ilk təşkilatı, poçt, ATS, mədə-
niyyət evi, kitabxana, arxiv, polis
və baytarlıq məntəqələri üçün
hərtərəfli şərait yaradılacaq.
İnşasına başlanılan daha bir
ikimərtəbəli bina isə həkim ambu -
latoriyasıdır. Burada qəlib işlə-
rinin quraşdırılması başa çatdı-
rılıb, beton işlərinə başlanılıb.
Həkim ambulatoriyası 14 otaqdan
ibarət olacaq.
Bu il kənddə sakinlərin məişət
problemlərinin həllinə kömək
məqsədilə ikimərtəbəli yeni məi-
şət evi istifadəyə veriləcək. İn-
diyədək kiçik məişət xidmətləri
üçün rayon mərkəzinə getməyə
məcbur olan kənd sakinlərinin
bu problemi də həllini tapacaq.
Burada dərzi sexi, bərbər otağı,
qadın gözəllik salonu, ayaqqabı
təmiri sexi, ət satışı dükanı, ərzaq,
sənaye və təsərrüfat malları ma-
ğazaları sakinlərin xidmətində
olacaq. Artıq binanın ikinci mər-
təbəsində hörgü işləri aparılır.
Sakinləri sevindirən daha bir
quruculuq tədbiri isə növbəti təd-
ris ilində qapılarını müəllim və
şagirdlərin üzünə açacaq məktəb
binasının yenidən qurulmasıdır.
Zirzəmi qatı ilə birlikdə üçmər-
təbəli, 396 şagird yerlik məktəb
binasında yenidənqurma işləri
aparılır. Hazırda inşaatçılar mək-
təbin idman zalının tikintisi ilə
məşğuldurlar.
Qeyd edək ki, hər dörd ob-
yektin inşaat işləri Şərur Rayon
Tikinti-Quraşdırma İdarəsinin
kollektivinə tapşırılıb. İnşaatçılar
üçün hərtərəfli iş şəraiti yaradılıb.
Müasir layihə əsasında inşa olu-
nan obyektlərdə yerli tikinti ma-
teriallarından istifadəyə üstünlük
verilir, görülən işlər yüksək zövq
və peşəkarlıqla yerinə yetirilir.
Dostları ilə paylaş: |