Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#1710
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Xəbərlər şöbəsi

Daha bir kənddə kompleks quruculuq işləri aparılır


3

Ş

ərur  muxtar  respublikanın

böyük iqtisadi potensiala ma-

lik olan kənd təsərrüfatı rayonla-

rından  biridir.  Son  illər  bölgədə

istər  əkinçilik,  istərsə  də  heyvan-

darlıq məhsulları istehsalında yük-

sək nailiyyətlər qazanılmışdır. Ərzaq

təhlükəsizliyi  ilə  bağlı  tədbirləri

daha da gücləndirməyi, bu sahədə

uzunmüddətli,  dayanıqlı  inkişafı

təmin etməyi zərurət kimi qarşıya

qoyan  ölkə  Prezidentinin  və  Ali

Məclis  Sədrinin  qayğı  və  diqqəti

əmək  adamlarını  daha  yaxşı  işlə-

məyə ruhlandırır.

    Torpaq  mülkiyyətçiləri  muxtar

respublikada ərzaq bolluğu yaradıl-

masına hər il sanballı töhfələr verirlər.

Bu  sırada  2012-ci  ilin  xüsusi  yeri

var.  Bəhs  olunan  dövrdə  müxtəlif

kredit  təşkilatları  vasitəsilə  kartof

əkini üçün 900 nəfərə 942 min ma-

nat, digər bitkilərin əkini üçün 1700

nəfərə 1 milyon 63 min manat, 1500

nəfərə taxıl əkini üçün 2 milyon 83

min  100  manat,  117  nəfərə  mal-

qara  alınması  üçün  500  min  800

manat,  4  nəfərə  arı  ailəsi  alınması

üçün 25 min manat, ümumilikdə, 4

min 222 nəfərə 4 milyon 613 min

900 manat məbləğində kredit veril-

mişdir. “Naxçıvan Aqrolizinq” ASC-

nin Şərur rayon bazası torpaq mül-

kiyyətçilərinə 37 min 315 manatlıq

xidmət  göstərmiş,  “Naxçıvan  Aq-

rolizinq”  ASC  tərəfindən  rayonun

fiziki və hüquqi şəxslərinə 12 ədəd

presvuran,  1  ədəd  toxumsəpən,  4

ədəd kotan, 2 ədəd dırmıq, 1 ədəd

otbiçən güzəştli şərtlərlə satılmışdır. 

    Ötən il Şərurda 28230 ton taxıl

istehsal edilmişdir ki, bu da əvvəlki

illə müqayisədə 160 ton çoxdur. Ra-

yonda  2013-cü  ilin  məhsulu  üçün

7425  hektar  sahədə  payızlıq  taxıl

əkini aparılmışdır. Zəmilərə qar üs-

tündən azot gübrəsi səpilmişdir. Ha-

zırda suvarma işləri gedir. Sahələrin

indiki  vəziyyəti  göstərir  ki,  bu  il

taxıl  istehsalı  əvvəlki  illərdən  çox

olacaqdır.

    Kartof,  meyvə,  üzüm,  dən  qar-

ğıdalı, günəbaxan, paxlalı, tərəvəz,

bostan məhsulları, ət, süd, yun, yu-

murta  istehsalında  da  xeyli  artıma

nail olunmuşdur.

    Şərurun kənd əməkçilərində əkin-

çiliklə yanaşı, heyvandarlığa da bö-

yük maraq var. Muxtar respublikada

heyvandarlıq məhsullarına olan tə-

ləbatın ödənilməsində bu bölgə xü-

susi rol oynayır. Rayonda heyvan-

darlıq indi ən gəlirli sahə hesab olu-

nur. Çəkilən zəhmətin qarşılığında

əldə edilən yüksək qazanc isə kənd -

linin  yaxşı  yaşamasını  təmin  edir.

İndi rayonun fərdi və fermer təsər-

rüfatlarında 33 min 150 baş iribuy-

nuzlu,  115  min  790  baş  xırdabuy-

nuzlu heyvan var. Mal-qaranın cins

tərkibinin  yaxşılaşdırılması  istiqa-

mətində  həyata  keçirilən  tədbirlər

bu sahənin dinamik və intensiv in-

kişafına  əhəmiyyətli  təsir  göstərir.

Başqa  ölkələrdən  lizinq  yolu  ilə

alınıb gətirilən məhsuldar cinsli mal-

qaranın  xüsusi  çəkisi  artmaqdadır.

Mal-qaranın  cins  tərkibinin  yaxşı-

laşdırılmasında süni mayalanma işi-

nin  səmərəli  təşkili  də  böyük  əhə-

miyyət kəsb edir. İndi rayonun tə-

sərrüfatlarında  3  süni  mayalanma

məntəqəsi fəaliyyət göstərir. Keçən

il  süni  mayalanma  yolu  ilə  1533

baş sağlam buzov alınıb, həmçinin

2012-ci ildə xarici ölkələrdən gəti-

rilmiş 258 baş “Holşten-friz” cinsli

mal-qara lizinq yolu ilə heyvandar-

lara  satılmışdır  ki,  onlardan  da  il

ərzində 173 sağlam bala alınmışdır. 

    Zeyvə kəndində illik istehsal gücü

750  ton  quş  əti  və  9  milyon  ədəd

yumurta  olan  quşçuluq  təsərrüfatı

yaradılmışdır. Müəssisədə ayrıca kə-

sim  sexi,  ümumi  tutumu  113  ton

olan  3  soyuducu  anbar  fəaliyyət

göstərir. Ötən il müəssisə tərəfindən

12  ton  quş  əti,  2  milyon  340  min

ədəd  yumurta  istehsal  edilmişdir.

Rayonda  229  min  950  baş  quş,  o

cümlədən  56  dəvəquşu,  52  ədəd

dəvə və 8360 arı ailəsi mövcuddur. 

    Şərur  rayonunun  qabaqcıl  fer-

merlərindən olan Xanlıqlar kənd sa-

kini İsa Salmanov deyir ki, pis işlə-

məyə haqqımız yoxdur. Dövlətimizin

hərtərəfli qayğısı ilə əhatə olunmu-

şuq. İstehsalı genişləndirmək üçün

müraciət  edən  fermerlərə  güzəştli

şərtlərlə kreditlərin verilməsi aqrar

sahədə böyük canlanma yaratmışdır.

Martın 29-da Naxçıvan Biznes Mər-

kəzində  sahibkarlarla  işgüzar  gö-

rüşdə muxtar respublika Ali Məclisi

Sədrinin çıxışında səslənən fikirlər,

tapşırıq və tövsiyələr işgüzar mühitdə

yeni  və  sağlam  ab-havanın  yaran-

masına  bir  daha  təkan  vermişdir.

Göstərilən  dövlət  qayğısı  biz  fer-

merləri,  iş  adamlarını  daha  yaxşı

işləməyə sövq etmişdir. Dövlət baş-

çısının və Ali Məclis Sədrinin qayğı

və diqqəti, sözün həqiqi mənasında,

bizi  ruhlandırır.  İndi  daha  həvəslə

çalışır,  bol  məhsul  istehsalına  nail

oluruq. Axı bol məhsul həm də çox

qazanc  deməkdir.  Bu  ilin  məhsulu

üçün kollektivimiz payızda 30 hektar

sahədə buğda əkini keçirmişdir. 10

hektara isə yazlıq arpa toxumu sə-

pəcəyik. Artıq  əkinə  başlamışıq.  5

hektar  torpağa  isə  kartof  toxumu

basdırılmasını başa çatdırmışıq. 

    Bəli,  Şərurda  xeyli  vaxtdır  ki,

yaz-tarla işlərinə start verilmişdir.

Qış yuxusundan oyanan ana torpaq

əmək adamlarının isti nəfəsi, həra-

rətli  əlləri  ilə  yavaş-yavaş  cana

gəlir. Traktorların gurultusu bərəkətli

çöllərin lal sükutunu pozur, yaz nə-

fəsi, bahar təravəti bolluq yaratmaq

həvəsli  insanlarda  xoş  duyğular

oyadır. 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin