|
Perspektivli sahə: “Asnı” gəlir gətirir
Perspektivli sahə: “Asnı” gəlir gətirir
Söhbət Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət
göstərən balıqçılıq təsərrüfatından gedir
M
əlumat üçün bildirək ki, müəssisə iki növdə – zeytun yağı və
tomat məhlulunda bişirilmiş konserv istehsal edir. Konservlərin
hər birinin çəkisi 200 qramdır. Müəssisədə, hələlik, ayda on min
ədəd konserv istehsal olunur. Lakin bu, son hədd deyil. Yaxın
gələcəkdə alıcıların tələbatı nəzərə alınaraq müəssisənin aylıq gücü
daha da artırılacaqdır: sözsüz ki, istehlakçıların marağını cəlb
etməklə... Bunun üçün müəssisədə istehsal edilən məhsulun keyfiyyətinə
ciddi diqqət yetirilir. Təbii ki, belə olduqda məhsulun alıcıları da ço-
xalacaqdır. Nəticədə, müəssisənin qazancı artacaq ki, bu da onun in-
kişafına yeni stimul verəcəkdir. Əvvəllər “Asnı” qızıl xallı ala balıq
yetişdirən təsərrüfatda 4 nəfər çalışırdısa, indi onların sayı 8-ə
çatmışdır. Kollektiv keyfiyyətli məhsul istehsal etmək üçün səy və
bacarığını əsirgəmir.
Dostları ilə paylaş: |
|
|