Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


birlərimizi geniş kontekstdə həyata



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#1710
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
birlərimizi geniş kontekstdə həyata

keçirək”.

    Ekoloji problemlərin həlli, ətraf

mühitin  qorunması,  təbiətin  zən-

ginləşdirilməsi  Naxçıvan  Muxtar

Respublikasında  həyata  keçirilən

kompleks  quruculuq  tədbirlərinin

mühüm  istiqamətlərindən  biridir.

Görülən  işlərin  nəticəsidir  ki,  son

17 ildə yaşıllıqların həcmi dəfələrlə

artmış, qədim diyarımız yaşıllıqlar

məskəninə çevrilmişdir. Ötən dövr

ərzində  muxtar  respublikada  eko-

logiyanın  mühafizəsi,  bu  sahədə

görülən  işlərin  kəmiyyət  və  key-

fiyyətinin  yüksəldilməsi,  mövcud

problemlərin həlli istiqamətində də

mühüm tədbirlər həyata keçirilmiş,

yeni əkilən ağacların suvarılmasında

damcı üsulunun tətbiqi genişləndi-

rilmiş,  bəzək  kolları,  həmişəyaşıl,

həmçinin meşə ağaclarının əkilməsi,

müntəzəm  olaraq

onlara qulluq edil-

məsi  diqqət  mər-

kəzində  saxlanıl-

mış, ekoloji taraz-

lığın qorunmasın-

da  müstəsna  rola

malik olan yaşıllıq

zolaqlarının  bər-

pası və artırılması

istiqamətində apa-

rılan işlər prioritet

vəzifəyə  çevrilmişdir.  İnsanlar  öz

zəhmətləri hesabına yaratdıqları ya-

şıllıq sahələrinə qulluq göstərməyi

vətəndaşlıq  borcu  hesab  edir,  ya-

şıllıqlar diqqət və qayğıdan kənarda

qalmır.

    Cari ildə də bu tədbirlər davam

etdirilməkdədir. 

    Aprelin 6-da keçirilən iməciliklər

də  yüksək  səviyyədə  təşkil  olun-

muşdu. Naxçıvan şəhərinin sakinləri,

idarə, müəssisə və təşkilatların nü-

mayəndələri bu tədbirdə fəallıq gös-

tərmiş, şəhərin müxtəlif ərazilərinə

3600 ədəd meyvə ağacı əkmişlər.

    Muxtar respublikanın ən böyük

bölgələrindən biri olan Şərur rayo-

nunun  sakinləri  də  əvvəlki  iməci-

liklərdə olduğu kimi, əzmkarlıq nü-

mayiş  etdirmiş,  Naxçıvan-Sədərək

magistral yolunun kənarlarına 3500

ədəd, kəndlərdə isə 1300 ədəd meyvə

ağacı əkmişlər. 

    İməcilik günü Babək rayonunun

ərazisində  də  qələbəlik  müşahidə

edilmişdir.  Bölgə  sakinləri  muxtar

respublikanın ekologiyasına öz töh-

fələrini  verməyə  çalışmış,  Naxçı-

van-Ordubad magistral yolunun kə-

narlarına 400 ədəd meyvə, 500 ədəd

meşə, Şəkərabad kəndində isə 700

ədəd meyvə, 355 ədəd həmişəyaşıl

ağac və 380 ədəd gül kolu əkmişlər. 

    Bağlar  diyarı  kimi  tanınan  Or-

dubadda da iməciliklər mütəşəkkil-

liklə keçirilmiş, rayon sakinləri Nax-

çıvan-Ordubad  magistral  yolunun

kənarlarına 900 ədəd meyvə, şəhər,

qəsəbə və kəndlərdə 1280 ədəd mey-

və, 450 ədəd meşə ağacı əkmişlər. 

    Culfa rayonunun sakinləri Nax-

çıvan-Ordubad  magistral  yolunun

kənarlarına 800 ədəd meyvə, 1700

ədəd meşə ağacı əkmişlər. 

    Kəngərli sakinləri  Naxçıvan-Sə-

dərək  magistral  yolunun  kənarla-

rındakı bağlarda 2200 ədəd meyvə

ağacı əkmişlər. 

    Şahbuzlular  rayonun  Daylaqlı

kəndi  ərazisində  510  ədəd  meyvə

ağacı əkmişlər. 

    Sədərək  rayonunun  sakinləri

bölgənin müxtəlif ərazilərinə 700

ədəd meyvə, 300 ədəd meşə ağacı

əkmişlər. 

    Həmin  gün  muxtar  respublika-

mızın  bütün  bölgələrində  ahıl  və-

təndaşların  həyətlərində  təmizlik,

abadlıq işləri aparılmışdır. 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin