Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yu-
bileyi ilə əlaqədar olaraq muxtar
respublikamızın bütün bölgələrində
olduğu kimi, Babək rayonunda da
müxtəlif tədbirlər keçirilir, ulu
öndərin dövlətçilik xətti öyrənilir,
xalqımızın xilası, inkişafı yolundakı
titanik xidmətləri böyük minnət-
darlıqla xatırlanır. Rayon ümum-
təhsil məktəbləri arasında keçirilən
şeir müsabiqəsi də ulu öndərin yu-
bileyinə həsr olunub.
Müsabiqə zonalar üzrə keçirilir.
Zeynəddin kənd tam orta məktəbində
keçirilən I zona turu başlanmazdan
əvvəl çıxış edən rayon İcra Haki-
miyyəti başçısının müavini Səlvər
Hacıyev, Təhsil Şöbəsinin əməkdaşı
Nicat Fətullayev, Sirab kənd tam
orta məktəbinin müəllimi Əli İs-
mayılov və Hacıvar kənd tam orta
məktəbinin müəllimi Sədaqət Həm-
zəyeva ümummilli liderin həyat yo-
lundan, gənclərin savadlanması is-
tiqamətindəki fəaliyyətindən bəhs
ediblər.
Sonra Hacıvar, Yarımca, Sirab
və Zeynəddin kənd tam orta mək-
təblərinin şagirdləri şairlərimizin
ulu öndərə, Vətənə, torpağa, müs-
təqilliyimizə həsr etdikləri şeirləri
bədii qiraət ediblər.
Müsabiqədə seçilən şagirdlər
may ayının 6-da keçiriləcək final
mərhələsinə vəsiqə qazanıblar.
Dostları ilə paylaş: |