Firəngiz HÜSEYNBƏYLİ
Kukla teatrı qastrol səfərindədir
D
ağlar yerin dayaq nöq-
tələridir. O dayaqları isə
Yer üzünə Tanrı vurub. Elə,
bəlkə də, ona görə Tanrını yük-
səkliklərdə, çox yüksəkliklərdə
axtarıb insan. Halbuki bütün
dinlərdə O, hər yerdədir deyil-
mişdi. İbadət edən insanlara
fikir vermisinizmi? Dinlərin ək-
səriyyətində ibadət edən insan-
ların əlləri göylərə qalxır və nə-
zərləri harasa lap yuxarıya, na-
məlum bir nöqtəyə dikilir. Tür-
kün Göy Tanrı inancı belə, Tan-
rını göydə axtarıb. Folklorşünas
alim Məhsəti İsmayıl “Naxçıvan
əfsanələri” kitabında yazır ki,
türklərin Altay yaradılış dasta-
nına görə, Tanrı Ülgen Altun
dağda oturur.
“Nə qədər qəribə olsa da, Allah
hər yerdədir, bizə şah damarımızdan
da yaxındır”, – deyən peyğəmbər-
lərin hər biri də Tanrı ilə əlaqəni
məhz dağlarda qurublar. İbrahim
peyğəmbər oğlu İsmayılı qurban
kəssin deyə, Mina dağına qalxıb,
Musaya vəhy Turi-Sina dağında
gəlib, Məhəmməd peyğəmbərə isə
ilk vəhy Hira dağında. Nuhun gə-
misi Gəmiqayaya toxunanda qarşı
tərəfə boylanaraq Böyük Əyri da-
ğını – Ağrı dağı görüb. Amma ma-
raqlıdır ki, “Nuh tufanı” əfsanəsi
ilə bağlı Haçadağ – İlandağ mü-
qəddəs görülüb.
Naxçıvanın ən məşhur rəmzlə-
rindən biri olan Haçadağ, yəqin,
İbrahimin “Mina”sı, Musanın “Turi-
Sina”sı, Məhəmmədin “Hira”sından
əvvəl Nuhun “İlanlı”sı imiş. Bəlkə
də, onu müqəddəsləşdirən, rəmz -
ləşdirən təkcə Nuhun gəmisinin Ağ-
rıdağdan sonra Haçadağa (İlandağ)
dəyməsi deyil.
İndi quruluşuna görə “Haçadağ”
adlandırdığımız dağın “İlandağ”
adlandırılmasının səbəbi də, bəlkə,
Nuha Tanrıdan vəhy gələrkən onu
ilanların qorumasıdır. Təqiblərdən
Sivr mağarasına sığınmaqla xilas
olmuş Məhəmmədi Allahın hökmü
ilə mağaranın girəcəyini hörən hö-
rümçəklər müdafiə etdiyi kimi,
Nuhu da elə burda Nuha əcr verən-
lərdən (Nuhəcir – Nəhəcir) ilanlar
qorumuşdu.
Culfa rayonu ərazisində yerləşən
2415 metr hündürlüklü bu dağ elə
Nuhun öz qövmünə xitabət dağı
olmuş, sonradan isə bu inam o dağı
Elandağa çevirmişdi. İlandağın zir-
vəsində iki haça arasında qalın gil
təbəqəsi, ocaq yeri və orta əsrlərə
aid saxsı qab qalıqları aşkar edən
tədqiqatçılar qeyd edirlər ki, İlandağ
qədim müşahidə məntəqəsi kimi
istifadə edilmiş, yaxınlaşan təhlükə
haqqında burada yandırılmış ocaq
vasitəsilə Əlincə qalaya, oradan isə
Çalxanqala və Şapurqalaya məlumat
verilmişdir.
Dağın yaxınlığındakı orta əsrlərə
aid xalq arasında “Nəbi qalası” adı
ilə məşhur olan yaşayış yerinin ol-
ması da bu dağın özündə peyğəm-
bərlərdən – nəbilərdən birinin ya-
digarlarını saxladığını deməyə imkan
verir.
Məğrur, amma həsrətli baxışlarla
Ağrı dağlarına baxan Haçadağ özün-
də mifoloji düşüncədə bir sədaqət
hekayəsini yaşadır. Deyirlər ki, keç-
mişlərdə Ağrı dağı ilə Haçadağ
yaxın qonşu olublar. Həmişə bir-
birini gözlər, mehriban dolanıb ömür
sürərmişlər. Bir gün bu dağların
arasında bərk mübahisə düşür. İş o
yerə çatır ki, onlar düşmən kimi
dalaşmağa başlayırlar. Haçadağ özü-
nü haqlı bilib qəzəbindən bir dəli
nərə çəkir. Əl atıb Ağrıya güclü
zərbə vurur.
Ağrı qonşusunun bu hərəkətinə
dözə bilmir. Özünü toplayıb o da
Haçadağa özünün zərbəsini gös-
tərir. Haçadağın fəryadı yeri-yurdu
götürür. Ağrının zərbindən onun
başı aralanır. Deyirlər ki, o vaxt
başı aralandığından adı da “Ha-
çadağ” qalmışdır (“Əsatirlər, əfsanə
və rəvayətlər” Bakı, “Şərq-Qərb”,
2005).
Ən maraqlısı odur ki, 70 illik
sovet dönəmində Ağrı dağı ilə Ha-
çadağ iki türk elinin həsrətini ifadə
etmişdir. Azərbaycandan Anadoluya,
Anadoludan Azərbaycana sevgi
ötürmüşdür bu dağlar.
Ö
Dostları ilə paylaş: |