Futbol birinciliyinə
start verilib
2013-cü ilin muxtar respublika-
mızda “Heydər Əliyev ili” elan olun-
ması ilə əlaqədar Ordubad rayon
ümumtəhsil məktəblərinin komanda-
ları arasında “Heydər Əliyev – 90”
devizi altında futbol birinciliyinə start
verilib. Rayon Gənclər və İdman İda-
rəsi və Təhsil Şöbəsinin təşkilatçılığı
ilə keçirilən yarışa 3 zona üzrə 18
komanda qatılıb. Qələbə uğrunda
olimpiya sistemi ilə öz qüvvələrini
sınayan komandalar arasında fərqlə-
nənlər əvvəlcə zona yarışlarında müəy-
yənləşdiriləcək. Zona yarışlarında bi-
rinci və ikinci yerləri tutan komandalar
həlledici mərhələdə mübarizəni davam
etdirəcəklər. Birincilik aprel ayının
sonlarınadək davam edəcək.
Dostları ilə paylaş: |