konturlarının qurulması Parabola formalı tunellərin en kəsiklərini qurarkən sadə həndəsi qurmalardan-qoşulmadan, yəni xətlərin səlis keçidindən istifadə etmək lazım gəlir. Şəkil 64-də verilmiş parabola formalı tunelin konturlarının verilmiş ölçü və qoşulma nöqtələrinin köməkliyi ilə qurulmasına baxaq.
O3 mərkəzini tapmaq üçün T nöqtəsindən sağ tərəfə (eyni zamanda sol tərəfə bərabər) uzunluğa mm diametrli çevrənin radiusuna bərabər məsafə ayrılaraq O1 nöqtəsi qeyd edilir. Sonra O1 nöqtəsi ilə O mərkəzi birləşdirilərək OO1 parçasının orta perpendikulyarı qurulur. Qurulmuş perpendikulyarla TT düz xəttinin kəsişmə nöqtəsi axtarılan O3 mərkəzi olacaq. O3 və O mərkəzləri birləşdirilərək T2 qoşulma nöqtəsi alınır və TT2 qövsü keçirilir. Bu qurma sağ tərəfdə də eyni ardıcıllıqla yerinə yetirilir. T1T3 qoşulma qövsünü qurmaq üçün ardıcıllıq yuxarıda olduğu kimi qalır. Lakin T1 nöqtəsindən sağ tərəfə uzunluğu mm kiçik diametrli çevrənin radiusuna bərabər məsafə ayrılaraq O2 nöqtəsi qeyd edilir. O2 və O nöqtələri birləşdirilərək həmin parçanın orta perpendikulyarı qurulur. Qurulmuş perpendikulyarla T1=T1 düz xəttinin kəsişmə nöqtəsi axtarılan O4 nöqtəsi olacaq. Verilmiş ölçülərdən asılı olaraq tunelin forması dəyişərsə, bu halda qoşulma mərkəzi və nöqtələrinin tapılması, eyni zamanda qoşulma qövsünün qurulması da özünəməxsus dəyişəcəkdir. Yeni formanın qurulması zamanı qoşulma qaydalarına yəni həndəsi qurmalara düzgün əməl olunmalıdır.