Şəkil 61
Vasitəli qoşulma
Düz, iti və kor bucaqların (şəkil 61 a, c, d) iki tərəfinin R radiuslu çevrə qövsü ilə qoşulması aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Bucağın tərəflərinə R radiusuna bərabər məsafədən paralel köməkçi düz xətlər çəkilir və O kəsişmə nöqtəsi tapılır. O nöqtəsi qoşulma mərkəzidir. Həmin nöqtədən bucağın tərəflərinə endirilmiş perpendikulyarlarla tərəflərin kəsişmə nöqtələri n və n1 qoşulma nöqtələridir. Mərkəzi O olmaqla n və n1 nöqtələri R radiuslu (R=On=On1) çevrə qövsü ilə birləşdirilir.
R radiuslu çevrə ilə AB düz xəttinin r, yaxud r1 radiuslu aralıq qövsü vasitəsilə qoşulması (şəkil 61ə). Qoşulmanı qurmaq üçün əvvəl R radiuslu çevrə və AB düz xətti çəkilir. Verilmiş AB düz xəttinə, r radiusuna bərabər məsafədən, paralel köməkçi ab düz xətti, O mərkəzindən isə R+r radiuslu köməkçi çevrə çəkilir. Qövslə ab düz xəttinin O1 (yaxud O2) kəsişmə nöqtəsi tapılır. O1 qoşulma mərkəzidir. C2 qoşulma nöqtəsi OO1 düz xətti ilə verilmiş R radiuslu çevrənin kəsişməsindən, C3 qoşulma nöqtəsi isə O1 mərkəzindən AB düz xəttinə endirilmiş perpendikulyarla həmin düz xəttin kəşisməsindən tapılır. Mərkəzi O1 olmaqla C2 və C3 nöqtələri r radiuslu (r=O1C2=O1C3) qövslə birləşdirilir.
Şəkil 61g-də R radiuslu çevrə ilə onun O mərkəzindən keçən düz xəttin qoşulması yerinə yetirilmişdir. Burada keçən düz xəttin qoşulması yerinə yetirilmişdir. Burada r –qoşulma radiusudur. O1 qoşulma mərkəzi isə verilmiş çevrəyə O mərkəzindən paralel çəkilmiş R-r radiuslu köməkçi qövslə, düz xəttə r məsafədən paralel çəkilmiş köməkçi düz xəttin kəsişməsindən tapılır.
C1 qoşulma nöqtəsi O1 mərkəzindən düz xəttə endirilmiş perpendikulyarın oturacağı, C nöqtəsi isə O və O1 mərkəzlərini birləşdirən düz xəttin verilmiş R radiuslu çevrə ilə kəsişməsindən alınır. Mərkəzi O1 nöqtəsi olmaqla C və C1 qoşulma nöqtələri r radiuslu qövslə birləşdirilir.
İki çevrənin xarici, daxili və qarışıq qoşulması.
Xarici qoşulmada verilmiş O mərkəzli R1 radiuslu və O1 mərkəzli çevrələr R2 radiuslu qoşulma qövsünün xaricində (şəkil 62 a) daxili qoşulmada R1 və R2 radiuslu çevrələr qoşulma qövsünün daxilində (şəkil 62 b, qarışıq qoşulmada isə verilmiş çevrələrdən biri (məsələn R1 radiuslu çevrə) qoşulma qövsünün daxilində, digəri isə xaricində yerləşir (şəkil 62).
Xarici qoşulmanın quruluşu. Verilir:
R1 və R2 verilmiş çevrələrin radiusu (şəkil 62a);
L1, L2 – çevrələrin mərkəzləri arasındakı məsafə;
c) R – qoşulma (aralıq) qövsünün radiusu
Tələb olunur:
O2 qoşulma qövsünün mərkəzini təyin etməli;
S, S1 – qoşulma nöqtələrini tapmalı;
c) qoşulma qövsünü çəkməli.
Verilmiş L1 və L2 məsafələrinə görə, əvvəlcə O və O1 mərkəzləri tapılır və uyğun olaraq həmin mərkəzlərdən R1 və R2 radiuslu çevrələr çəkilir. O mərkəzindən R+R1, O1 mərkəzindən isə R+R2 radiuslu köməkçi qövsələr çəkilir. Qövsələr O2 nöqtəsində kəsişir. Bu nöqtə qoşulma qövsünün mərkəzidir. Qoşulma nöqtələrini tapmaq üçün OO2 və O1O2 mərkəzləri düz xətlə birləşdirilir. Düz xətlər verilmiş çevrələri S və S1 qoşulma nöqtələrində kəsir. Mərkəzi O2 nöqtəsi olmaqla R radiuslu qoşulma qövsü çəkilir.
Daxili qoşulmanın qurulması. Verilir:
R1 və R2 – verilmiş çevrələrin radiusu (şəkil 62 b);
L1, L2 çevrələrin mərkəzləri arasındakı məsafə;
v) R-qoşulma qövsünün radiusu
Tələb olunur:
O2 – qoşulma qövsünün mərkəzini təyin etməli;
S, S1 qoşulma nöqtələrini tapmalı;
c) qoşulma qövsünü çəkməli
Dostları ilə paylaş: |