Anri Rujona Dul Lüfevr xanım başına büzməli papaq qoyan, paltarına büzməli lent vuran kəndli qadmlardandı. Belə arvadlar danışanda iki sözü bir-birinə calaya bilmir, el içinə çıxanda isə ədalan alemi bürüyür. Qırmızı, kobud əllərini cod ipək əlcəyin içində gizlətdikləri kimi, gülünc, zövqsüz paltarları da iddialı, tələbkar ürəklərini ört- basdır edir.
Roza adlı sadəlövh bir kəndli arvadı onun xidmətçisi idi.
Onlar Normandiyanın Ko vilayətinin mərkəzində, kiçik bir küçədə, pəncərələri yaşıl çərçivəli balaca bir evdə yaşayırdılar.
Evin qarşısında ensiz, balaca bir bağ vardı, orada xırdaca bir dirrik salmışdılar.
Gecələrin birində onların bir lək soğanını oğurladılar.
Oğurluqdan xeber tutan Roza, xanımının yanma qaçdı. Xanım ipək gecə paltarında özünü həyətə saldı. Canına qorxu düşdü. Oğurluq olub, Löfevr xanımın malı oğurlanıb. Deməli, buralarda oğru var, o yenə gələ bilər.
Hər ikisi əlləri əsə-əsə ayaq İzlərini ölçür, çənə döyür, nəticə çıxarırdılar: “Bax, buradan keçmişlər, ayaqlarım divarın üstünə qoymuşlar, çiçəkliyə tullanmışlar”.
Onlar işin gerisindən qorxurdular. Daha gecələr rahat yatmaq olmazdı!
Oğurluğun sorağı ətrafa yayıldı. Qonşular da gəlib ölçüb-biçdi- ler, xeyli mübahisə etdilər. Xanımla qulluqçusu hər təzə gələnə bir- bir öz tədqiqatlarını və fikirlərim söyləyirdilər,
Qonşulardan biri məsləhət verdi:
- Gərək it saxlayasınız.
Bax, bu doğru idi, onlar it saxlamalı idilər, adamı yuxudan oyada biləcək bir it.
Allah eləməsin ki, böyük bir it olsun! Beləsi nəyə gərəkdir! Evdə yemək qoymaz, sahibini müflis edər. Balaca bir it (Norman- diyada belələrinə “gən” deyirlər), hürməyi bacaran, balaca, lap balaca bir “gən” lazımdır.
Hamı çıxıb gedəndən sonra xanım LÖfevr it saxlamaq məsələsini çox götür-qoy etdi. Bir dəfə razı olub, min dəfə İnkar etdi. İtə verocoyi qab dolu yeməyi gözünün qabağına gətirəndə lap dəli olurdu. O, tanışlara özünü göstermək üçün küçə dilənçiləri və bazar günü ianələrinə qəpik-quruş paylayan xəsis kəndli arvadlardan biri idi.
Roza cürbəcür bəhanələr gətirdi və onları hiyləgərliklə müdafiə etdi. Nəhayət, qərara alındı ki, it saxlayacaqlar, özü də lap balacasından.
Axtarmağa başladılar. Amma tapdıqları hamısı qazan-qazan şorba içən, adamı qorxuya salan böyük itlər idi.
Rozagilin xırdavatçısında bapbalaca bir it vardı. Amma o, iti İndiyə qədər böyüdüb saxladığı üçün iki frank istəyirdi. Xanım Löfevr dedi ki, İti saxlayıb yedirdə bilər, amma satm almayacaq.
Bir səhər, əhvalatdan xəbərdar olan çörəkçi, arabasında balaca, sapsan, qəribə bir heyvan gətirdi. Bu, it idi. Onun qıçları görünmürdü, bədəni timsah bədəninə, başı isə tülkü başına oxşayırdı. Şələ quyruğu pırtlaşıq kəkilə oxşayırdı - elə bütün bədəni boyda var idi. Sahibi onu başından eləmək istəyirdi. Pulsuz verilən bu murdar heyvan, xanım Löfcvrİn xoşuna gəldi. Roza onu bağrına basdı ve adını soruşdu. Çörəkçi cavab verdi:
- Pyero.
İtə köhnə sabun yeşiyində yer elədilər. Əvvəlcə su verdilər. İçdi. Sonra bir parça çörək verdilər. Yedi. İtin iştahası LÖfevr xanımı narahat elədi, sonra fikirləşib çarə tapdı: “Evə yaxşı öyrənəndən sonra, açıb buraxmaq lazımdır. Yan-yörədə veyllənib özünə yemək tapar”.
Doğrudan da, iti açıb buraxdılar. Amma nə fayda, o yalnız yeməyinin vaxtı çatanda hürürdü, özü də elə qəzəblə mırıldanırdı ki.
Kim istəsəydi, bağa girə bilərdi. Pyero hər kəsin qarşısına çıxıb quyruq bulayır, ayağını yalayır, səs-səmir çıxarmırdı.
Amma xanım Löfevr itə öyrəşmişdi.
Bəzən heyvana mehribanlıq da edirdi, bir loğma çörəyi ət suyuna batırıb ona verirdi.
Xanım vergi barədə fikirləşməmişdi. Bir dəfə də olsun ağzını açıb əsil it kimi hürməmiş bu yönsüzdən ötrü ondan səkkiz frank istədikdə, - səkkiz frank, xanım, - deyə tələb etdikdə, az qaldı ürəyi getsin.
Fikirləşdilər ki, Pyerodan yaxa qurtarmaq lazımdır. Heç kes itə yaxm durmadı, On lyö uzaqda yaşayan qonşular da boyun qaçırdılar. Axırda əlacsız qalıb belə qərara gəldilər ki heyvanı “əksinlər”.
“Əkmək” - azdırmaq demək idi. Başdan edilən itlərin hamısını əkirdilər.
Düzənliyin ortasında daxmaya oxşayan balaca, küləşli bir dam vardı. BuraMergel mədəninin girəcəyi idi. Dümdüz qazılmış quyu, İyirmi metr dərinlikdə idi. Quyunun dibində bir neçə mədən yolu birləşirdi, Bu karxanaya ildə bir dəfə, torpaq gübrələnen vaxt düşürdülər,
Bütün qalan vaxtı quyu ölümə məhkum edilmiş itlərin qəbri olurdu. Onun yanından keçəndə şikayətli hüriişlər, qəzəbli, ümidli mırıltılar, ürək ağrıdan çığırtılar eşidilirdi.
Ov və çoban itləri bu iniltili quyudan yan qaçırdılar, Aşağı əyilib içəri baxanda adamı üfunətli bir iy vururdu.
Quyunun dibində dəhşətli səhnələr baş verirdi. On-on iki gün orda qalmış heyvan, özündən əvvəl atılmış yoldaşının sümüklərini gəmirir. Lakin qəflətən quyuya daha böyük, daha güclü başqa bir it atırlar. İtlər tək qalır, ac və parlayan gözlərini bir-birlərinə zilləyib durur. Bir-bİrini gözdən qoymur, fürsət axtarır, tərəddüd edir və həyəcan keçirirlər. Aclıq güc gəlir, bir-birinə hücum edirlər. Uzun müddət didişir, qanlarına qəltan olurlar. Hansı daha güclüdürsə, zəif rəqibinə üstün gəlir, onu diri-diri yeyir.
Pyeronu başdan eləməyi qərara alıb, onu azdırası adam axtardılar. Belə işlərin ustası olan yol nəzarətçisi, itİ azdırmaq üçün on su pul istədi. Xanım Löfevrə ele gəldi ki, çox bahadır, Qonşudakı bir maymaq beş suya razı idi. Amma bu da çox idi. Roza dedi ki, iti özləri aparsalar yaxşı olar. Onda Pyero yolda bədlik etməz, azdırıl- mağa aparıldığım başa düşməz. Beləliklə, razılaşdılar ki, gecə düşəndə Pyeronu ikisi aparacaq.
Həmin axşam itə, üzündə bir barmaq yağ olan dadlı şorba verdilər, O, qabın dibini də yaladı. Heyvan razılıqla quyruğunu bulayanda Roza onu önlüyünə bükdü.
Xanımla qulluqçu oğru kimi iri addımlarla barmaqlarının ucunda gedirdilər. Az sonra quyuya çatdılar. Xanım Löfevr içəridən heyvan iniltisi gəlib-gəlmədiyinə qulaq asdı. Yox, səs-səmir yox idi, Pyero tək qalacaqdı. Roza ağlaya-ağlaya iti bağrına basdı, sonra quyuya atdı. Hər ikisi aşağı əyilib qulaq verdilər.
Əvvəlcə boğuq bir guppultu eşitdilər. Sonra yaralı heyvanın Zİ1, ürəkparçalayan şikayəti ucaldı. Onun ardınca kəsik-kəsik zingiltilər, ümidsiz çığırtılar, başını yuxarı qaldırıb yalvaran Pyeromın səsi eşidildi.
Ah, o indi hürürdü! Hürürdü!
Arvadlar əzab çəkirdilər. Birdən canlarına qorxu düşdü. Nədən qorxduqlarını özləri də bilmədən qaçıb uzaqlaşdılar. Roza bərk qaçırdı. Xamm Löfevr qışqırıb onu səsləyirdi:
Məni də gözlə, Roza! Dayan!
Onlar gecəni qorxulu, qarmaqarışıq yuxular İçərisində keçirdilər.
Xanım Löfevr yuxuda şorba yemək üçün stola əyləşdi. Qabın ağzım açanda gördü ki Pyero ordadır, İt atılıb onun bumunu dişlədi.
Xanım oyandı. Elə bildi ki, hələ də itin hürdüyünü eşidir. Diqqətlə qulaq asdı, başa düşdü ki, səhv edir.
Xanım yenidən yuxuladı, bu dəfə özünü böyük, sonsuz bir yolda gördü. Yolun ortasmda bir səbət vardı, iri, ağır kəndli səbəti. Xanım qorxuya düşdü. Sonra ürəklənib səbətin qapağını qaldırdı. Pyero səbətin içində idi. O, xanımın əlindən yapışdı, heç təhərlə buraxmadı. Özünü itirmiş xanım qaçır, bərk-bərk əlindən yapışmış iti də özü ilə aparırdı.
Səhər açılar-açılmaz, xanım dəli kimi yerindən qalxdı, birbaş quyunun yanına yüyürdü.
İt hələ de hürürdü, görünür bütün gecəni hürmüşdü. Arvad hönkürüb ağladı və onu min cür şirin sözlə oxşadı. Pyero isə yazıq-yazıq zingildəyirdi.
Xanım, iti quyudan çıxarmaq fikrinə düşdü və özünə söz verdi ki, ölənə qədər onu sığallaya-sığallaya saxlayacaq.
O, həmişə quyuya düşən adamın yanma qaçdı, əhvalatı ona danışdı. Kİşi dinməzcə axıra kimi qulaq asdı. Xanım danışıb qurtardıqda isə dedi:
Siz öz itinizi istəyirsiniz, eləmi? Dörd frank verəcəksiniz.'
Xanım dik atıldı.
Dörd frank! Gözlə, boğazında qalar sənin o dörd frank!
Kişi dedi:
Yoxsa elə bilirsiniz sizə xoş getsin deyə, kəndirləri, nərdivanı dalıma şəlləyib oğlumla çölə gedəcəyəm? Hələ üstəlik sizin o murdar “gen” əl-ayağımı dişləyəcək. Gərək heç tul lamayaydiniz.
•>0 59
Xanım qəmli-qəmli çıxıb getdi:
Dörd frank!
Evə qayıdan kimi o, Rozanı çağırdı və quyuya düşən kişinin cavabını söylədi. Həmişə güzəştə gedən Roza indi:
Dörd frank! Bu az pul deyil, xanım, - deyə təkrar etdi. Sonra əlave etdi: - Bəlkə aparıb zavallı “kən” ə yemək ataq ölməsin?
Xanım Löfcvr sevindi, tez bir parça yağ yaxmacı götürüb yola düzəldilər.
Onlar çörəyi loğma-loğma kəsib bir-birinin ardınca quyuya atır, növbə ilə Pyeroya dil-ağız edirdilər. İt isə hər loğmanı udduqdan sonra hürüb sonrakını tələb edirdi.
Axşam evə gəldilər, ertəsi gün də, o biri günlər də getdilər.
Bir səhər, elə birinci loğmam tullamaq istəyirdilər ki, quyudan yoğun bir səs gəldi. Pyero tək deyildi. Oraya başqa, yekə bir it də atmışdılar!
Roza qışqırdı;
Pyero! Pyero!
Pyero bir-iki dəfə zingildədi. Tez yemək atmağa başladılar. Amma hər dəfə quyunun dibinə çaxnaşma düşür, Pyeronun şikayətli zingiltisi eşidilirdi.
Arvadlar pay bölürdülər:
Pyero, bax, bu sənin üçündür!
Pyero heç yaxın da düşə bilmirdi.
Ağıllan çaşmış arvadlar, bir-birinə baxa-baxa qalmışdılar. Axırda Löfevr xanım dilləndi:
Bura atılan bütün itləri yedirdəsi deyiləm ki? Bu işi qurtarmaq lazımdır.
O, quyudakı itləri və onlara çəkəcəyi xərcləri xəyalına gətirdi, dəhşətə gəldi. Sonra yola düzəldi. Çörəyin qalanını da yol gedə-gedə yeməyə başladı.
Roza göy önlüyünün ətəyi ilə gözünü silə-silə arxada gəlirdi.
AY İŞIĞI Abbat Marinyamn1 soyadı təbiətmə çox yaraşırdı. Bu arıq, ucaboy keşiş fanatik adam idi; ehtiraslı, həm də sərt təbiəti vardı. Öz inamında möhkəm idi, qəlbində heç bir tərəddüdə yol verməzdi. Keşiş inanırdı ki, Allahın dərgahına yol tapmış, artıq onun hikmətinə bələddir.
Kənd kilsəsinin həyətindəki kiçik bağçasında iri addımlarla gəzişdiyi vaxt keşiş hərdən öz-özünü sorğu-suala tuturdu: “Filan şeyi ilahi nə üçün yaradıb?” Sonra Allahın yerinə özü fikirləşir, demək olar ki, həmişə cavab tapırdı. O, mütiliklə: “Şükür kəramətinə, ilahi!” deyə mızıldayanlardan deyildi. Başqa cür düşünürdü: “Mən Allahın xidmətçisiyəm, onun nə etdiyini bilməliyəm, bilmirəmsə, öyrənməyə can atmalıyam”.
Ona elə gəlirdi ki, təbiətdə nə varsa, hamısı dəqiq, gözəl bir ardıcıllıqla yaradılıb. “Nə üçünlər” və “çünkilər” sarsılmaz tarazlığa tabedir. Səhərin şəfəqləri yuxudan ayılanları şənləndirmək üçündür, günün istisi - məhsulu yetişdirmək, yağış isə onu sulamaq üçündür, axşam - yuxu gətirmək, qaranlıq gecə ise yatmaq üçündür.
Fəsillərin dördü də təsərrüfatın ehtiyaclarına uyğun gəlir. Keşişin heç ağlına da gəlməzdi ki, təbiətdə düşünülməmiş, məqsədsiz bir şey ola bilər, bütün canlılar dövrlərin, iqlimlərin və materiyanın ağır şərtlərinə özləri uyğunlaşmışlar.
Onun qadınlardan zəhləsi gedirdi. Heç özü de səbəbini bilmədən onlara nifrət edirdi. O, tez-tez İsa peyğəmbərin sözlərini təkrar edirdi: “Ey qadın, səninlə mənim nə yaxınlığım!” Sonra isə özü əlavə edirdi: “Deyirlər ki, Allahm özü də bu yaratdığından narazı imiş”. Qadın onun üçün, şairin dediyi kimi, ən natəmiz məxluqdur.
O, ilk kişini yoldan çıxarmış və özünün layiqsiz hərəkətlərini hələ də tərgitməyib. Bu zəif məxluq qorxuludur və adamı sehrləyir, həyəcanlandırır. Keşiş onların başgicəlledən zahiri görkəmlərindən də çox, sevən ürəklərinə nifrət edirdi.
Hərdən qadınların ona meyil etdiyini duyurdu, özünün iradəsinə inansa da, qadınlarda daim baş qaldıran sevmək ehtiyacı onu da narahat edirdi.
Onun fikrincə tanrı qadını, kişiləri sınaqdan keçirmək və yoxlamaq üçün yaradıb. Ona, tələyə yanaşıldığı kimi yalnız ehtiyatla və qorxa-qorxa yaxınlaşmaq olar. Doğrudan da qadın kişiyə tərəf açılmış qolları və öpüş gözləyən dodaqları ile tələyə çox oxşayır.
Kcşİş dua oxumaqdan süstləşmiş rahibələrindən ehtiyat etmirdi. Amma rahibələrlə də sərt dolanırdı. Çünki qadın ehtirasının rahibə- lərin də zəncirlənmiş, müti ürəklərinin dərinliyində kök saldığını və bu hissin onun özünə qarşı çevrildiyini duyurdu.
Keşiş, onların ehtiramlı, nəmli baxışlarında, cinsiyyətlərinə uyğun coşqunluqlarında, İsaya qarşı qızğın məhəbbətlərində də nə isə duyur ve iyrənirdi. Qadın məhəbbəti - ehtiraslı məhəbbətdir. Keşiş bu lənətə gəlmiş hissi onların mütiliyində, onunla danışarkən səslə- rindəki mülayimlikdə, yerə dikilmiş gözlərində, onlarla sərt danışdıqda İsə sakit-sakit axıtdıqları göz yaşlarında da hiss edirdi. Keşiş kilsə qapısından çıxarkən əsasını fırladır, təhlükədən yaxasını qurtarıbmış kimi, iri addımlarla uzaqlaşırdı.
Onun bir bacısı qızı vardı. O, anası ile qonşu evdə yaşayırdı. Keşiş istəyirdi ki, qızı kilsəyə gətirib rahibə etsin.
Qız qəşəng, dəcəl və şən idi. Keşiş moizə oxuyanda o gülürdü; qoca acıqlandıqda isə qız onu bərk-bərk qucaqlayıb öpürdü. Qoca özünü qızın qolları arasından xilas etməyə çalışırdı. Amma bu qollar ona şirin bir sevinc gətirir, bütün kişilərə tanış olan atalıq hissi ürəyini döyündürürdü.
Keşiş kənd ətrafmda bacısı qızı ilə gəzə-gəzə Allahdan - öz Allahından danışırdı. Qız isə heç nə eşitmir, gözlərində həyat sevinci, göyə, otlara ve çiçəklərə tamaşa edirdi. Hərdən kəpənək dalınca qaçır, tutanda isə qışqırırdı:
- Bır bax, dayıcan, gör nə qəşəngdir! Adam onu lap öpmək istəyir.
Qızın cücüləri, yasəmən ləçəklərini öpmək həvəsi keşişi narahat edir, qəzəbləndirirdi. O fikirləşirdi ki, qadınların ürəyində məskən salmış ehtirasın kökü kəsilən deyil.
Bir gün keşişin ov işlərinə baxan kilsə xidmətçisinin arvadı ona ehtiyatla xəbər verdi ki, bacısı qızı eşqə düşüb.
Keşişin boğazı qurudu, yerindəcə donub qaldı. O, üzünü qır- xırdı, üzü sabunlu qaldı.
Nəhayət, özünə gəlib fikirləşməyə, danışmağa imkan tapdıqda qışqırdı:
Ola bilməz, siz yalan danışırsınız, Melani!
Kəndli qadın əlini ürəyinin üstünə qoyub dedi:
Keşiş ağa, yalan deyirəmsə, qoy Allah mənim bəlamı versin. Sizi əmin edirəm ki, bacınız yatan kimi qız hər axşam sahilə gedir. Onlar çayın qırağında görüşürlər. Saat onla on iki arasında oraya getməyiniz kifayətdir, özünüz görərsiz.
Keşiş çənəsini qırxmaqdan el götürüb həmişə qanı qaralanda gəzındiyi kimi cəld addımlarla var-gəl etməyə başladı. O, yenidən üzünü qırxmaq istəyəndə bumundan qulağının yanınacan üzünü üç yerdən kəsdi.
O, bütün günü dinib-danışmadı. Əzabdan ve hirsindən ikiqat oldu. Keşişin, məhəbbətin yenilməz gücünə qarşı çevrilmiş şiddətli qəzəbinə, hiyleger qız tərəfindən aldadılmış ruhani atanın, qəyyumun təhqir olunmuş hissi də əlavə olundu. Böyüklərə məsləhət etmədən ər seçdiyini bildirən qızların valideynləri kimi, keşiş bərk hirslənmişdi.
Nahardan sonra o, başını qarışdırmaq üçün bir az kitab oxumaq istədi, amma bacarmadı. Get-gedə daha çox əsəbiləşirdi. Saat onu vuranda, keşiş gecələr xəstəyə baş çəkmək istəyəndə, həmişə özü ilə gəzdirdiyi yoğun dəyənəyini əlində o yan-bu yana fırladıb, acı bir təbəssümlə iri düyünləri hamarlanmamış ağaca baxdı. Qəfildən dişlərini qıcayaraq dəyənəyi stula çırpdı. Stulun söykənəcəyi parça- parça olub döşəməyə səpələndi.
O, qapını açıb çölə çıxmaq istədi. Amma ayın parlaq, sehrli ziyasım görəndə astanada quruyub qaldı.
Kilsə atalan xəyalpərvər şair kimi kövrək olurlar. Qəflətən o hər şeyi unutdu, işıqlı aydın gecənin valehedici gözəlliyinə məftun oldu.
İşığa qərq olmuş kiçik bağçada cərgə ilə əkilmiş meyvə ağaclan ensiz xiyabana naxış-naxış kölgə salmışdı. Evin divarına dırmanmış iri yarpaqlı sarmaşıqların ətri ətrafa yayılmışdı, ətrafdakı mülayim, şəffaf toranlıq şirin yuxuya bənzəyirdi.
Keşiş acgözlüklə nəfəs almağa başladı. Kişi xumarlanmış, məst olmuşdu, aram-aram yeriyirdi. Bacısı qızım da yaddan çıxarmışdı.
Of bağçadan çıxan kimi, aydın gecənin valehedici gözəlliyinə qərq olmuş, adamı məftun edən işıqlı çölə tamaşa etmək üçün dayandı. Uzaqdan qurbağaların qurultusu, bülbüllərin insanı xəyala daldıran ahəngdar nəğmələri eşidilirdi. Onların ruhu oxşayan həzin musiqisi, elə bil ay işığında hərarətli öpüşlər üçün bəstələnmişdi.
Keşiş yoluna davam etdi. Nədənsə ürəyi yumşalmışdı. O zəifləmiş, əldən düşmüşdü, bir yerdə oturmaq, uzun müddət tamaşa etmək, Allahın yaratdıqlarına valeh olmaq İstəyirdi.
irəlidə dolana-dolana axan kiçik çayın sahili boyunca qovaq ağacları düzülmüşdü. Aym şüalan çaym üzərindəki dumam gümüş kimi parıldadır, zərif duman - yüngül, şəffaf pambıq qalağı kimi çayın üstünü örtürdü.
Bu gözəl təəssüratdan cuşa gəlmiş keşiş yenidən dayandı.
Qəribə bir həyəcan, narahatlıq onu yaxaladı. Hiss etdi ki, tez- tez təkrar olunan daxili sorğu-sual yenidən başlayır.
Axı Allah niyə bunları yaradıb? İndi ki, gecə-yuxu üçün xoş rahatlıq, istirahət, hər şeyi unutmaq üçün yaradılıb, onda nə üçün onu gündüzdən də valehedici, sübh çağından da, axşamdan da gözəl edib? Nə üçün gecə gündüzdən də şairanə olub! Elə bil ən məlahətli, ən sirli aləmi işıqlandırmaq ona tapşırılıb. Nə üçün bu zəif və cəlbedici işıq qaranlıqları bu qədər gözəlləşdirə bilir? Nə üçün nəğməkar quşların ən məlahətlisi başqaları kimi gecələr yatmır, sehrli kölgədə cəh-cəh vurur?
Dünyanın üstünə çəkilmiş bu toran nə üçündür? Bu ürək çırpıntıları, bu həyəcan, bu sərməstlik nə üçündür? Bu təmtəraq nədən ötrü imiş? Axı insanlar yatıblar. Onlar heç nə görmürlər. Bu gözəl tamaşa, göylərdən yerə səpilmiş bu şairanə gözəllik nə üçün imiş?
Keşiş suallara cavab tapa bilmirdi.
Birdən, çəmənliyin qurtaracağında, gümüşü dumana bürünmüş ağacların altında, qol-boyun gəzən iki kölgə göründü.
Oğlan ucaboy idi. Qolunu qızın boynuna salmışdı. Hərdən əyilib qızın alnından öpürdü. Onlar bu sakit mənzərəni cana gətirmişdilər. Elə bil bütün bu gözəllik yalnız onlar üçün yaranmışdı. Gəzənlər ikisi bir varlığa oxşayırdı. Elə bir varlığa ki, bu gözəl və sakit gecə onun xatirinə işıqlanıb. Onlar keşişin sorğu-sualına ilahinin verdiyi canlı bir cavab kimi keşişə tərəf gəlirdilər.
n>0 64
Keşiş ayaq üstecə donub qalmışdı. Ürəyi həyəcanla döyünürdü. Elə bilirdi ki, qeyri-adi bir həyata qovuşub, Ruf ilə Buzun məhəbbətinə tamaşa edir. Müqəddəs kitablarda deyildiyi kimi, görünməmiş gözəllik aləmində Allahın bir arzusu yerinə yetirilir. Onun başında məşhur bir əsərin misraları, vəhşətli qışqırıqlar, ehtiraslı çağırışlar, alovlu məhəbbət poemasının ehtirasından yanan misraları gurlamağa başladı.
Keşiş öz-özünə dedi:
“Bəlkə də, Allah bu gecələri, insanların məhəbbətini gözəlliyə qərq etmək üçün yaradıb”.
O, irəliləyən sevgililərin qarşısında yavaş-yavaş geri çəkilirdi. Qız - onun bacısı qızı idi. Keşiş indi öz-özündən Allaha inamını itirib-itirməyəcəyini soruşurdu. Əgər Allah məhəbbətə yol vermirsə, nə üçün onu belə bir gözəlliklə əhatə edir?
Keşiş qaçıb uzaqlaşdı. O, özünü itirmişdi. Utanırdı. Elə bil icazəsiz özgə bir məbədə soxulmuşdu.
DAŞ-QAŞ Cənab Lanten həmin qıza iş yoldaşlarından birinin öz idarə rəisinin müavinigildəki şənlikdə rast gəlmiş və o saat eşqin toruna düşmüşdü.
O, bir neçə il əvvəl ölmüş kənd maliyyə işçisinin qızı idi. Parisə anası ilə gəlmişdi. O, qızım ərə verməkdən ötrü göstərmək məqsədi ilə tez-tez məhəllədəki varlıların evinə qonaq aparardı. Onlar kasıb olsalar da, ləyaqətli, sadə və xoşxasiyyət adam idilər. Qız, ağıllı gənclərin evlənmək istədikləri namuslu qadınlara oxşayırdı. Xoşagəlim gözəlliyi onu utancaq bir mələkə bənzədirdi. Dodağından əskik olmayan incə təbəssümü isə elə bil ürəyinin parıltısı idi.
Hamı qıza təriflər oxuyurdu, tanıyanlar deyirdilər ki, onunla evlənən xoşbəxt olacaq. Bundan yaxşısını tapmaq olmaz.
Xarici işlər nazirliyində ildə 3.500 frank maaşla baş məmur işləyən cənab Lanten qıza eşq elan etdi və onlar evləndilər.
Lanten arvadı ilə xoşbəxt ömür sürürdü. Gelin evi elə bacarıqla, elə qənaətlə idarə edirdi ki, sanki cah-calal içərisində yaşayırdılar. O, ərinə qarşı olduqca diqqətli, şirindil və mehriban idi. Qadın o qədər məlahətli idi ki, görüşdükləri gündən altı il keçməsinə baxmayaraq, əri onu ilk günlərindəkindən de çox sevirdi.
O, arvadının yalnız teatra və saxta daş-qaşa olan həvəsini xoşlamırdı.
Xanımın rəfiqələri (o, bir neçə sadə məmur arvadları ilə dostluq edirdi) onun üçün tez-tez məşhur tamaşalara, hətta ilk tamaşalara da loja saxlayırdılar. Arvad da zor-xoş ərini özü ilə çəkib aparırdı. Bütün günü işləyəndən sonra zorla tamaşa etdiyi pyeslər Lanteni yorub təngə gətirmişdi. Axırda o, arvadına yalvarıb razı salmağa çalışırdı ki, teatra onu qaytarıb gətirə biləcək dostlarından biri İlə getsin. Xanım əvvəlcə bunun yaxşı düşməyəcəyini zənn edib xeyli tərəddüd etdi, nəhayət, xeyirxahlıqla razı oldu. Lanten güzəştə görə, arvadına çox minnətdar oldu.
Teatr həvəsi tezliklə gənc qadında özünü bəzəmək arzusu doğurdu. Söz yox ki, geyimi həmişəki kimi sadə İdi, amma gözəl zövq ilə və səliqəli geyinirdi. Şirin ədası, xoş xasiyyəti, təvazökarlığı və həmişə gülümsəyən dodaqları geyiminin sadəliyi ilə yaxşı uyğunlaşırdı. Lakin o, qulaqlarına bahalı sırğalara oxşayan bir cüt iri Reyn sırğası və boynuna saxta mirvaridən boyunbağı taxmağa başladı. Qollarına isə bir cüt bilərzik və saçma bahalı daşlan əvəz edən xırda şüşələrlə bəzədilmiş daraq taxdı. Arvadının bəzək-düzəyə bu meylini xoşlamayan əri tez-tez deyirdi:
Əzizim, adamın həqiqi daş-qaşı almağa imkanı olmayanda gərək öz gözəlliyi, xoş xasiyyəti ilə öyünsün. Bu, en gözəl bəzəkdir.
Arvadı sakitcə gülümsəyib deyərdi:
Nə edəsən, əzizim, mən belə xoşlayıram, belə adət etmişəm. Bilirəm ki, sən haqlısan, amma xasiyyətimi deyişə bilmərəm. Mən daş-qaşa vurğunam.
O boyunbağının dənələrini barmaqlarının arasında təsbeh kimi oynadaraq deyirdi:
Bircə gör, nə gözəl düzəldiblər. Elə bil əsil mirvaridir.
Əri isə gülümsəyərək deyirdi:
Əsil qaraçı zövqün var.
Hərdənbir axşamlar evdə, sobanın yanında ikisi tək qalanda arvad durub mücrüsünü gətirir, əri cənab Lanten demişkən, kör-köhnəsini masanın üstünə tökərdi. Sonra isə sirli, dərin bir ləzzət alırmış kimi, Öz yalançı daş-qaşlarma diqqətlə yenidən baxırdı. Daha sonra boyunbağılardan birini zorla ərinin boynuna taxır, ona baxıb ürəkdən gülərək qışqırırdı:
Nə səfeh görünürsən.
Birdən Özünü ərinin qollarının arasına ataraq bərk-bərk qucaqlayırdı.
Qış gecələrindən birində operadan qayıdarkən xanım titrədirdi. Səhəri gün öskürməyə başladı. Səkkiz gün sonra isə sətəlcəmdən öldü.
Lanten arvadının arxasınca özünü qəbrə atmaq istəyirdi. Bircə aym içində qəm-qüssədən saçı ağardı. Səhərdən axşama kimi ağlayırdı. Dərddən ürəyi parçalanırdı. Bütün günü arvadım xatırlayır, onun səsini eşidir, gülümsəyən dodağı, gözəl və mehriban sifəti gözlərinin önündən çəkilmirdi.
Günlər ötüb keçsə də, Lantcnin qüssəsi azalmadı, hərdən iş vaxtı idarədə yoldaşları ordan-burdan söhbət salanda görürdülər ki,
onun sifəti şişir, burun pərələri qalxır, gözləri yaşla dolur və hönkürməyə başlayırdı.
Lanten arvadının otağını olduğu kimi saxlamışdı. Hər gün otağa girib onu yad edirdi. Bütün mebel, hətta onun paltarları da axırıncı gündə olduğu kimi qalmışdı.
Lantenin güzəranı get-gedə ağırlaşırdı. Arvadının sağlığında aldığı maaş evin bütün xərcini ödədiyi halda, indi tek özünə belə çatmırdı. O, əvvəllər arvadının ona əla şərablar İçirdiyini, dadlı yeməklər verə bildiyini yadına salanda heyrətlənirdi.
Lanten bir az borc etməli oldu, puldan ötrü səfil kimi ora-bura qaçdı.
Ayın axırma az qalmışdı. Bir həftə idi ki, cibində bir qəpik də olsun pulu yox idi. Fikirləşirdi ki, bəlkə evdən bəzi şeyləri çıxarıb satsın. Həmin saat arvadının “kör-köhnəsi” yadma düşdü. Onsuz da bu “kör-köhnəyə” kin bəsləyir, bu “göz aldadanları” əvvəldən xoşlamırdı. Onların görünüşü hətta sevimli arvadı haqqındakı gözəl xatirələrini bir az korlayırdı da.
Lanten şeyləri çox eşələdi, bir xeyli vardı, arvadı ömrünün axırma kimi alıb yığmışdı. Demək olar ki, hər axşam təzə bir şey gətirirdi. Nəhayət, arvadının xoşladığı böyük boyunbağını götürdü. O, yaxşı pula gedərdi, bəlkə də altı, yaxud səkkiz frank verərdilər, çünki saxta olsa da, ustalıqla düzəldilmişdi.
O, boyunbağını cibinə qoyub, bulvar boyu bir zərgər dükanı axtara-axtara nazirliyə tərəf yollandı. Nəhayət, bir dükan görüb içəri keçdi. Pis günə düşdüyü və çox ucuz şey satmaq istədiyi üçün bir az utanırdı. O, zərgərdən soruşdu:
Cənab, mən bilmək istərdim, siz bu boyunbağıya ne verərsiniz?
Kişi boyunbağını aldı, yoxladı, o tərəf-bu tərəfə çevirdi, elində
atıb-tutub çəkisini yoxladı. Zərrəbin götürdü, köməkçisini çağırıb, ona astadan nə isə dedi. Sonra boyunbağını masanın üstünə qoyub, dəqiq qiymətləndirmək üçün kənardan baxdı.
Bütün bu üzücü “süründürmədən” narahat olan Lanten ağzım açıb: “Mən çox yaxşı bilirəm ki, onun bir deyəri yoxdur” demək istəyirdi ki, zərgər dilləndi:
Cənab, bunun qiyməti on iki min frankdan on beş min franka qədərdİr, lakin onun sizin elinizə necə düşdüyünü bilməmiş ala bilmərəm.
Lantenin gözləri kəlləsinə çıxdı. Heç ne başa düşmürdü. Axırda kekə ləyə-kə kə ləyə dedi:
Siz nə deyirsiniz?.. Əminsinizmi?
Onun heyrətinə acığı tutan zərgər quru bir tərzdə cavab verdi:
Başqa dükanlara gedə bilərsiniz, cənab, bəlkə, artıq verdilər. Məncə, bunun qiyməti on beş min frankdan artıq deyil. Əgər artıq verən olmasa, yanıma gələrsiniz.
Tamam ağlını itirmiş Lanten boyunbağını götürüb, təklikdə Fikirləşmək üçün çölə çıxdı.
Küçəyə çıxan kimi onu gülmək tutdu. Öz-Özünə fikirləşirdi ki, gic! Lap əsil səfehdir! Bəlkə, onu elə həmin dəqiqə dilindən tutay- dım! Adım da zərgər qoyub, saxta ilə həqİqini bir-birindən ayıra bilmir!
O, Sülh küçəsinin girəcəyindəki başqa bir zərgər dükanına girdi. Zərgər boyunbağını görən kimi qışqırdı:
Lənət şeytana, bu boyunbağını tanıyıram, onu məndən alıblar.
özünü itirmiş Lanten qiymətini soruşdu:
Qiyməti neçədir?
Cənab, mən onu iyirmi beş min franka satmışdım. Əgər əsil sahibi olduğunuz barədə sənəd göstərsəniz, 18 min franka almağa hazıram.
Bu dəfə Lanten təəccübdən qıc oldu. O dedi:
Lakin... siz onu bir də yoxlasaydınız, pis olmazdı. Mən indiyədək elə bilirdim ki, o... saxtadır,
Adınızı menə deyərsinizmi, cənab?
Əlbəttə. Adım Lantendir. Xarici işlər nazirliyinin məmuruyam, Martir küçəsindəki 16 nömrəli evdə yaşayıram.
Kişi kitabını çıxarıb vərəqlədi və dedi:
Bu boyunbağı doğrudan da xanım Lantenə 1876-ci il iyulun 20-də Martir küçəsi 16 evə göndərilib.
Hər ikisi gözlərini bir-birinə zillədi. Məmur təəccübdən özünü itirmiş, zərgər isə elə bil oğru izinə düşmüşdü.
Zərgər dilləndi:
Siz boyunbağını bir sutkahğa mənim yanımda qoya bilər- sinizmi? Sizə qəbz verərəm,
Lanten mızıldandı:
Bəli, əlbəttə.
O, kağızı qatlayaraq cibinə qoyub çölə çıxdı. Küçəni keçib, yuxan qalxdı, hiss etdi ki, yolu səhv salıb. Yenidən Tüilri san döndü. Senanı keçdi, yenə səhv etdiyini anlayıb başında qarmaqanşıq fikirlər Yclİseyə qayıtdı, Lanten çalışırdı ki, özünü ələ alsın. Bir az fikirləşsin. Arvadı bu qiymətdə bir şey ala bilməzdi. - Yox, ala bilməzdi. Onda, deməli, bu hədiyyə imiş! Hədiyyə! Kimdən? Nədən ötrü?
O dayanmışdı, yolun ortasında dayanmışdı. Şübhə onu boğurdu: “Doğrudanmı arvadı?.. Deməli, qalan daş-qaşlar da hədiyyə imiş!” Ona elə gəlirdi ki, ayağının altında yer tərpənir, qarşıdakı ağac yıxılır. O, ellərini qabağa uzadıb huşsuz halda yerə sərildi.
Lanten balaca bir əczaxanada özünə gəldi. Onu buraya yoldan keçənlər gətirmişdilər. Evə aparılmasını xahiş etdi. Otağına girib qapım bağladı. Gecə düşənəcən hönkürüb ağladı. Səsi çıxmasın deyə yaylığını ağzına basırdı. Sonra yorğun, kədərli və taqətsiz halda çarpayısına uzanıb dərin yuxuya getdi.
Onu günəş şüası yuxudan oyatdı. Nazirliyə getmək üçün yavaş- yavaş yerindən qalxdı. Belə ağır zərbədən sonra işləmək ağır olardı. O, fikirləşdi ki, müdirdən icazə ala bilər. Ona məktub yazdı, sonra yadına düşdü ki, zərgərin yanına getməlidir, xəcalətindən qızardı. Dayanıb xeyli fikirləşdi. Boyunbağını zərgərdə qoymaq olmazdı. O geyinib evdən çıxdı.
Hava yaxşı idi, şəhər elə bil mavi səmanın altından gülümsəyirdi.
Lanten yol keçənlərə baxıb düşünürdü: “Varlı olmaq xoşbəxtlikdir! Pul ilə dərdi, qəmi qovmaq olar, hara istəsən gedə bilərsən, səyahət edərsən, başm qarışar! Ah! Kaş varlı olaydım!”.
Hiss etdi ki, acıb, üçüncü gündür ki, heç nə yeməyib. Cibləri boş idi. Yenə boyunbağı yadına düşdü! On səkkiz min frank! Az pul deyil!
O, Sülh küçəsinə çatıb, zərgər dükanı ilə üzbəüz səkidə var-gəl etməyə başladı. On səkkiz min frank! Neçə dəfə az qaldı içəri girsin, amma həya edib dayanırdı.
Lanten ac idi, bərk acmışdı. Cibində isə bir qəpik də pulu yox idi. Birdən cəsarətini toplayıb, daha fikirləşməyə vaxt qalmasın deyə qaça-qaça küçəni keçdi ve zərgərin yanma tələsdi.
Lanteni görən kimi, müştərisi el-ayağa düşdü, gülümsəyərək nəzakətlə ona yer göstərdi. Köməkçiləri də gəldilər, gözləri gülə- gülə, şən təbəssümlə ona baxmağa başladılar.
Zərgər dilləndi:
Zərgər siyirməni çəkib, oradan on səkkiz böyük bank bileti çıxartdı, saydı və Lantenə verdi. O da satış kağızına qol çəkib, əli əsə-əsə pulu cibinə qoydu.
Çölə çıxmaq istəyəndə hələ də gülümsəyən müştərisinə tərəf döndü, başını aşağı dikib dedi:
Məndə... yenə daş-qaş var. Onlar da... onlar da boyunbağının sahibindən qalıb. Bəlkə alasınız.
Zərgər təzimlə dedi:
Əlbəttə, cənab.
Köməkçilərdən biri doyunca gülmək üçün çölə çıxdı. O birisi ise özünü güclə saxlamışdı.
Lanten qızarmış və ciddiləşmiş halda:
Mən bu saat gətirərəm. O, bir faytonçu tutub, daş-qaşı gətirmək üçün getdi.
Bir saatdan sonra müştərisinin yanına qayıdanda səhərdən bəri heç nə yeməmişdi. Onlar hər şeyi dönə-dönə yoxlayıb qiymət qoymağa başladılar, Daş-qaşlarm hamısı az qala həmin zərgərdən alınmışdı.
Lanten indi qiymət üstündə mübahisə edir, acıqlanır, satış kitabının göstərilməsini tələb edirdi. Məbləğ artdıqca, o da səsini qaldırırdı.
İri bir brilyant sırğaları iyirmi min franka, qolbaqlar otuz beş min franka, sancaqlar, üzüklər və medalyonlar on altı min franka danışıldı. Zümrüddən və sapfırdən düzəldilmiş bir boyunbağım dörd min franka, tək iri brilyantlı, qızıl zəncirli başqa bir boyunbağını isə qırx min franka sövdələşdilər. Hamısı birlikdə yüz doxsan altı min frank elədi.
Zərgər yankinayəli bir xeyirxahlıqla dilləndi:
Bu, bütün qənaətini daş-qaşa vermiş adamm qazancıdır.
Lanten ciddiyyətlə dedi:
Bunun özü də pul toplamaq üslubudur.
O, müştərisi ilə sabah yenidən yoxlama keçirəcəyini şərtləşib dükanı tərk etdi.
Küçəyə çıxdı. Vandom qülləsinə baxanda bolluğun zirvəsinə çıxacaqmış kimi, xəyalında oraya dırmanmaq keçdi. Özünü quş kimi yüngül hiss edirdi. Ona elə gəlirdi ki, imperatorun buludlara toxunan heykəlinin üstündən də keçə bilər.
Vuazen restoranında səhər yeməyini yedi və şüşəsi iyirmi frank- lıq şərabdan İçdi. Sonra fayton tutub Bulotı meşəsində xeyli dolandı.
Məmur başqa faytonlara nifrətlə baxır; “Mən də sizin kimi varlıyam, mənim iki yüz min frank pulum var!” deyə qışqırmaq istəyirdi.
Yenə nazirlik yadına düşdü. Faytonu oraya sürdürdü, müdirin kabinetinə saymazyana girib dedi:
- Cənab, gəldim sizə bildirim ki, işdən çıxmaq istəyirəm. Mən üç yüz min franlehq miras almışam.
Lanten köhnə iş yoldaşları ilə görüşdü. Onlara da miras barədə məlumat verdi, sonra gedib ingilis kafesində nahar elədi.
Kafedə gözünə abtrlı görünən bir kişinin yanında əyləşdi. Çox çalışsa da, sirrini ona açmaq fikrindən daşma bilmədi. Xeyli əzilib qısıldıqdan sonra qonşusuna söylədi ki, bu gün dörd yüz min frank miras alıb.
ömründə birinci dəfə teatrda darıxmadı və gecəni küçədə qadınlarla keçirdi.
Altı ay sonra Lanten yenidən evləndi. İkinci arvadı namuslu olsa da bədxasiyyətliyi ilə Lanteni əməlli-başlı cana gətirmişdi.