Monmartr qəbiristanlığında bir məhəbbətim; məni çox incitmiş, çox narahat etmiş bir məşuqəm var. Xırdaca, gözəl bir qadındı, onun xatirəsi mənə əzab verir, çox təəssüf edirəm... ürəkdən təəssüflənirəm. Gedib qəbrinin önündə xəyala dalıram. Özü daha yoxdur.
Qəbiristanlıqları həm də ona görə sevirəm ki, onlar əcaib bir həyatla yaşayan, tükürpədən şəhərlərdir, Bircə fikir verin, bu balaca yerdə ne qədər ölü var. Parisin hər nəslinin nümayəndələrinə rast gələrsən. Hamısı öz kahalarında həmişəlik gizləniblər. Hərəsinin üstünə daş parçası, yaxud xaç qoyulub, daha heç nə istəmirlər. Amma sağ qalmış səfehlər görün, nə qədər yer tutublar, yenə gözləri doymur.
Qəbiristanlıqda muzey əşyaları qədər maraqlı abidələr var. Kavenyakm qəbrini görəndə xəyala dalıram, sözün doğrusu, mən hələ Jan Qujonun şah əsəri ilə - Lui de Brezenin Ruan kilsəsinin yeraltı məbədində qoyulmuş “cəsədi” ilə müqayisə etmirəm. İndi modern və realist adlandırdığımız sənət əsərlərinin hamısı onların əsasındı yaranır, cənablar, hazırda qəbirlər üzərinə həkk olunan ekslərin en dəhşətlisi - can verən, ölən bir insana daha çox oxşayan Lui de Brezenin abidəsidir. Monmartr qəbiristanlığında, Bodenin heykəlinə baxanda adam heyran qalır, çox qəşəng və böyük heykəldir. Qotyenin də, Mürjenin də heykəlləri gözəldir. Keçən dəfə Mürjenin abidəsi önündə ucuz, sarı çiçəklərdən düzəldilmiş bir əklil
vardı, görəsən, onu kim gətiribmiş? Bəlkə buralarda yaşayan, əldən düşmüş xidmətçi qadınlardan biri onu yad edib? Bu gözəl heykəli Milc işləyib. Amma baxımsızlıqdan korlanır, çirk içərisindədir. Gəncliyə mahnılar de, Mürje!
Mən Monmartr qəbiristanlığına girdim. Qüssəyə qərq oldum, bu elə bir qüssə idi ki, əzab vermir, əhvalı yaxşı olanda adamda hətta belə bir fikir də oyadır:
“Bura pis yer deyil, amma hələ vaxtım çatmayıb...”
Payızın gəldiyini, yarpaqların xəzan olduğunu, güneşin zəiflədiyini, yorğunluğunu, saraldığını xəbər verən nem, ilıq hava, tənhalıq hissinə, insan ölümünün abidəsi olan bu sükuta şairanə bir boya vurur,
Mən yavaş-yavaş qəbiristanlıq xiyabanlarında gəzmirdim. Burada qonşular qonşuluq etmirlər, tək yatırlar, qəzet də oxumurlar. Qəbirlərin üzərindəki yazılan oxumağa başladım. Dünyada bundan maraqlı nə var ki?
Heç vaxt Labiş, yaxud Mcyaq məni qəbir yazılarını oxuyarkən güldüyüm qədər güldürməyiblər. Mərmər lövhəciklərin və xaçların üzərindəki bu yazılar Pol de Kokun əsərlərindən də məzəlidir, ölənlərin qohumları burada öz qüssələrini, itirdikləri adam üçün xoş niyyətlərini həkk ediblər, hətta ölüb onlara qovuşmağı da arzulayıblar - ay yalançılar!
Bu qəbiristanlığın iri sərv ağacları və unudulmuş köhnə hissəsindən daha çox xoşum gəlir. Bura ölülərin köhnə məhəlləsidir, az sonra təzə məhəlləyə çevriləcək insan cəsədlərindən şirə çəkib böyümüş ağaclar qırılacaq, yerində üstü mərmər lövhəcikli yeni qəbirlər salınacaq.
Fikrimi dağıtmaq üçün gəzindiyim vaxt hiss etdim ki, darıxacağam; gərək balaca rəfiqəmin qəbrinə baş çəkəm, ona öz etibarımı bildirəm. Qəbrin yanına çatanda ürəyim bir az sıxıldı. Mənim zavallı sevgilim, o elə gözəl, elə mehriban, elə ağ, ele təravətli İdi ki... bəs indi,,, qəbri açsaq görərsən ki...
Dəmir çərçivəyə söykənib lap astadan ona öz dərdimi söylədim, şübhə yox ki, heç nə eşitmədi. Aralanıb getmək istəyəndə qonşu qəbirin önündə diz çökmüş qara paltarlı, yasa batmış bir qadm gördüm. Onun zərif şalmm arasından qara örtüyünün altından gözəl, ağ sifəti, günəş şüaları kimi işıq saçan sarışın saçları görünürdü. Mən dayandım.
Yəqin qadının dərdi dözülməz idi. Üzünü əllərilə örtüb, heykəl kimi donub qalmışdı. Gözlərinə çökmüş qaranlıq onu dərd aleminə, xatirələr dünyasına aparmışdı, elə bil ölmüş əzizinin dərdindən özü də ölmüşdü. Sonra duydum ki, o ağlamağa başlayır, çünki çiyinləri silkələnirdi.
Əwelcə astadan ağlayırdı, sonra boynunu və çiyinlərini əsdirə- əsdirə ucadan ağladı. Birdən gözlərini açdı, göz yaşlarının arasından ürkək baxışlarla ətrafına nəzər saldı, elə bil qorxulu bir yuxudan ayılmışdı. Mənim ona baxdığımı görüb azacıq utandı, yenidən üzünü əlləri ilə örtdü. Hönkürtüləri azaldı, başı yavaş-yavaş qəbrə tərəf əyildi. Alnını qəbrə söykədi, şalı qəbrin ağ künclərini örtdü. O İnildəyirdi. Sonra taqətsizləşdi, üzünü qəbrə söykəyib qaldı, huşunu itirdi.
Mən ona tərəf qaçdım, əllərini əlimə alıb ovdum, göz qapaqlarını üfürdüm ki, ayılsın. Eyni zamanda qəbrin üstündəki yazım oxudum. Yazı çox sadə idi: “Burada dəniz piyada qoşunu kapitanı Lui-Teodor Korrel dəfiı edilib. Tonkində düşmən tərəfindən öldürülüb. Ona dua oxuyun”.
Mərhum bir neçə il əvvəl ölübmüş. Gözlərim yaşardı, qadını ayıltmaq üçün ciddi-cəhd göstərdim. Məqsədimə nail oldum, o ayıldı. Mən bərk həyəcanlanmışdım, özünüz bilirsiniz ki, pis adam deyiləm, özüm də cavanam, heç qırx yaşım yoxdur. Onun ilk baxışından anladım ki, nəzakətli qadındır, menə təşəkkür edəcək. Belə də oldu. Gözləri yenidən yaşla doldu, hıçqıra-hıçqıra mənə öz taleyindən və zabitin Tonkində həlak olmasından danışdı. Evləndikləri gündən bircə il keçibmiş, əri onu sevib evlənibmiş, qadın atadan da, anadan da yetim qalıbmış, cehizi çox deyilmiş.
Mən onu ovundurdum, ürək-dirək verdim, qolundan tutub ayağa qaldırdım. Sonra dedim:
Burada qalmayın, gedək.
O mızıldandı:
Getməyə halım qalmayıb.
Mən sizə kömək edərəm.
Sağ olun, cənab, xeyirxah adamsınız. Sİz də qəbir üstünə gəlmisiniz?
Bəli, xanım.
Qadındır?
Bəli, xanım.
Arvadınızdır?
Rəfiqəmdir.
Adam rəfiqəsini də arvadı qədər sevə bilər, ehtirasın hüdudu yoxdur.
Elədir, xanım.
Biz birlikdə yola düzəldik, o mənə söykənmişdi. Mən də onu elə tutmuşdum ki, az qala ayaqlan yerdən üzülürdü. Qəbiristanlıqdan çıxanda zəif səslə dilləndi:
Qorxuram əhvalım pisləşə.
Bəlkə, qəhvəxanalardan birinə girək, bir şey içmək istəyir- sinizmi?
Beli, cənab.
Yaxınlıqda gözümə bir restoran dəydi, belə restoranlarda mərhumların dostları mərasimlərin sona çatmasını bayram edirdilər. Restorana daxil olduq. Mən ona bir stəkan qaynar çay içirtdim, deyəsən, əhvalı yaxşılaşdı. Dodaqlarında azacıq sezilən bir təbəssüm parladı. Sonra mənə özü barədə danışmağa başladı. Deyirdi ki, həyatda tənha olmaq, gecə də, gündüz də evdə tək qalmaq, daha heç kəsə məhrəm olmamaq, mehribanlıq görməmək adama əzab verir, adam qüssədən boğulur.
Səmimi söhbətə oxşayırdı. O, gözəl danışırdı. Mən heyran olmuşdum. Qadın çox gənc idi, iyirmi yaşı ancaq olardı. Mən onu tərifləyib xoş sözlər dedim, razılıqla təşəkkür elədi. Vaxt keçirdi, təklif elədim ki, onu faytonla evlərinə aparım. Razı oldu. Faytonda elə mehriban oturmuşduq ki, çiyinlərimiz bir-birinə yapışmışdı, bədənlərimizin hərarəti paltarlarımızdan süzülüb qarışırdı. Dünyada brnıdan təsirli nə var ki?
Fayton evə çatanda o zəif səslə dedi:
Pilləkəni tək qalxmağa halım qalmayıb, özü də dördüncü mərtəbədə oluram. Siz mənə çox yaxşılıq eləmişsiniz, bəlkə mənzilimə qalxınca da kömək edəsiniz?
Mən tələsik razılaşdım. O, yavaş-yavaş qalxırdı, tövşüyürdü. Qapının qabağına çatanda dedi:
Keçin bir az əyləşin, nəfəsimi dərib sizə təşəkkür eləmək istəyirəm.
Lənət şeytana, keçdim içəri. Onun mənzili yaxşı idi, bir az kasıb görünürdü, amma səliqəsinə söz ola bilməzdi.
Biz balaca bir divanın üstündə yanaşı oturduq, o yenə öz tənhalığından danışmağa başladı.
Zəng çalıb xidmətçisini çağırdı ki, menə içmək üçün bir şey gətirsin. Xidmətçi görünmədi. Mən hiss elədim ki, onun xidmətçisi yalnız səhərlər evdə olur, sevindim. Belə xidmətçilər ancaq ev- eşiyi yığışdırır, bazarlıq edir, sonra gedirlər.
O, şlyapasını çıxartdı. Mavİ gözlərini mənə zilləyəndə gördüm ki, doğrudan da, gözəldir. Baxışı da gözəldi - məndə qəribə bir arzu oyatdı, özümü arzuma təslim etdim. Onu qollarım arasına aldım, qəfildən yumulmuş gözlərindən öpməyə başladım... öpdüm... Çox öpdüm... o qədər öpdüm ki...
O müqavimət göstərir, məni itələmək istəyir və tez-tez deyirdi:
Qurtann görək... qurtarın... yaxşı, qurtarın.
Görəsən, o nə demək istəyirdi? Belə hallarda “qurtarmaq” sözünün bir neçə mənası olur. Onu susdurmaq üçün gözlərindən əl çəkib dodaqlarından öpdüm, beləliklə, “qurtarmaq” sözünə özüm istədiyim menanı verdim. O çox müqavimət göstərmədi. Tonkində öldürülmüş kapitanın xatirəsini təhqir eləyəndən sonra bir-birimizə nəzər salanda onun baxışında yorğunluq, eyni zamanda dözüm və mehribanlıq duydum, narahatlıq yoxa çıxdı.
Mən də alicənab, iltifatlı və mehriban olmağa çalışdım. Bir saata yaxın söhbət eləyəndən sonra soruşdum:
Sİz harada nahar edirsiniz?
Yaxınlıqdakı balaca bir restoranda.
-Tək?
Əlbəttə.
Bəlkə mənimlə nahar edəsiniz?
Harada?
Bulvardakı yaxşı restoranların birində.
O bir az tərəddüd elədi. Mən əl çəkmədim.
Axırda:
- Mən yaman darıxıram... çox darıxıram, - deye özüne haqq qazandırıb güzəştə getdi. Sonra əlavə elədi. - Gərək elə don geyəm ki tünd qara olmasın.
O yataq otağına keçdi.
Otaqdan çıxanda görkəmi dəyişmişdi, zərifliyi gözə çarpırdı, boz rəngdə sadə paltar geymişdi. Bu paltarla həm qəbiristanlıqda, həm də şəhərdə görünmək olardı.
Nahar yaxşı keçdi. O şampan şərabı içdi, qızardı, cana gəldi, sonra birlikdə onun evinə qayıtdıq.
Qəbiristanlıqda yaranmış bu əlaqə üç həftəyə qədər davam elədi. Amma hər şey adamı təngə gətirir, ələlxüsus qadınlar.
Mən səfərə çıxmağımı bəhanə gətirib ondan ayrıldım. Alicənablıqla ayrıldım. Əvəzində mənə çoxlu təşəkkür elədi. Məndən vəd aldı, and içdirdi ki, qayıdanda onun yanına gələcəyəm; deyəsən, doğrudan da mənə bir az mehr salmışdı.
Başqa qadınlarla eşqbazlıq elədim, az qala bir ay, qəbiristanlıqda düçar olduğum məhəbbətin səbəbkarını görmədim, görmək həvəsinə düşmədim də. Amma onu unutmurdum da. Onun fikri qəribə bir sirr, psixoloji problem, cavabsız bir tapmaca kimi məm məşğul edirdi.
Günlərin birində, bilmirəm nədənsə fikirləşdim ki, Monmartr qəbiristanlığına getsəm, onu görərəm. Getdim.
Qəbiristanlıqda çox gəzindim, öz ölüləri ilə əlaqələrini hələ tamam kəsməmiş bir neçə adamdan başqa heç kəsə rast gəlmədim. Tonkində öldürülmüş kapitanın qəbri üstündə nə ağlayan vardı, nə çiçək dəstəsi, nə də əklil görünürdü.
ölülərin bu böyük şəhərinin başqa bir məhəlləsinə gəlib çıxdım, qəfildən gördüm ki, irəlidəki səki ile başdan-ayağa qara geyinmiş bir cüt adam gəlir: bir kişi, bir qadın. Aman Allah! Onlar yaxınlaşanda mən qadını tanıdım. Bu həmin qadm idi!
O məni gördü, qızardı, yaxından keçəndə yavaşca ona toxundum, o da mənə gözü ilə ötəri bir işarə elədi. Menası təxminən belə idi: “Məni tanımırsınız”, eyni zamanda ikinci bir məna da duyulurdu: “Yenə bizə gəlin, əzizim”.
Kişİ, görkəmli adama oxşayırdı. Şax qaməti vardı, Fəxri legionun zabiti idi, əlli yaşı olardı.
Qadın ona söykənmişdi, eynilə qəbiristanlıqdan çıxarkən mənə söykəndiyi kimi.
Gedirdim, amma ağlım başımdan çıxmışdı, öz-özümdən nələr gördüyümü, bu qəbiristanlıq ovçusunun hansı nəsle mənsub olduğunu soruşdum. Görəsən, adi bir qızdırmı, yoxsa, arvadının, yaxud məşuqəsinin mehribanlığından məhrum olmuş qəmgin kişiləri qəbir üstündə ovlamağa adət eləmiş bir fahişədirmi? Görəsən, o təkdir? Yoxsa belələri çoxdur? Bəlkə, bu da bir peşədir? Bəlkə, məşhur şəhərlərdə səkilərdə gəzən qadınların qəbiristanlıqda gəzənləri de var? Qəbirbazlar? Bəlkə, qəbir üstündə yada salman ehtiras qığılcımlarından istifadə etmək fikri, bu derin fəlsəfə təkcə onun ağlına gəlib?
Fikirləşirəm ki, görəsən, o həmin gün kimin dul qadını sayılırmış?
BIR YAZ AXŞAMINDA Janna öz xalası oğlu Jaka ərə gedirdi. Onlar bir-birlərini uşaqlıqdan tanıyırdılar, ona görə də onların məhəbbəti kübar mühitində qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq əlamətlərindən uzaq idi. Onlar bir yerdə böyümüş və tərbiyə almışdılar və heç ağıllarına gəlmirdi ki, bir-birilərini sevirlər. Bir az nazlı-qəmzəli olan bu cavan qız öz xalası oğlunu hətta hərdən cinləndirirdi də. Qız onun gözəl-göyçək olduğunu bilir, hər dəfə rastlaşanda ürəkdən onu öpürdü, ancaq bu öpüşdən heç vaxt titrəmirdi, onun bədənini təpədən- dırnağa qədər gizilti bürümürdü.
Jak isə heç nə ağlına gətirmir, “mənim xalam qızı çox mehriban, qəşəng qızdır”, - deyə düşünür və ona kişilərin gözəl qızlara bəslədiyi adi mehribanlıq hissi ile yanaşırdı. Bundan o yana onun ağlına heç nə gəlmirdi.
Amma bir dəfə Janna təsadüfən anasının xalasına (qanmış xalası Lizona yox, Albertaya) dediyi bu sözləri eşitdi:
- Seni inandırıram ki, bu uşaqlar bir-birlərini sevəcəklər. Onların hərəkətləri bunu aşkarca göstərir. Mənə ele gəlir ki, Jak elə əsil mənim axtardığım kürəkəndir.
Bundan sonra Janna öz xalası oğluna pərəstiş eləməyə başladı. Onu görəndə qızardı, Jak əlindən tutanda əlləri əsdi, baxışları çarpazlaşanda gözlərini yerə dikdi, bəzən nazlanaraq özünü öpdürməyə çalışdı və nəhayət, qızın bütün bu hərəkətlərini oğlan başa düşdü. O, hər şeyi anladı və özündən razı halda, hərarətlə qızı qucaqladı və qulağma pıçıldadı: “Sevirəm, səni sevirəm”.
Elə o gündən şirin-şirin söhbət etməyə, öz məhəbbətlərini bildirmək üçün lazım olan bütün incəliklərə əl atmağa başladılar. Onlar balacalıqdan bir-birlərinə isinişdikləri üçün indi heç nədən çəkinmədən, sıxılıb utanmadan bir-birlərini oxşayıb nazlandılar. Jak yemək otağında üç qarının, üç bacının, öz anasının, Jannanın anasının və xalası Lizonun gözü qabağında nişanlısını öpməyə başladı. Onlar bütfh günü meşədə, kiçik çayın sahilində, çöl çiçəklərinin səpələndiyi şehli çəmənlikdə gəzib-dolaşdılar. Onlar pak, təmiz nəvazişlərdən, mehriban oxşamalardan, bir-birinin əlini sıxmaqdan, ehtiraslı baxışlarını uzun müddət bir-birinin üzünə zilləyib baxmaqdan zövq ala-ala səbirsizliklə toylanm gözləyirdilər. Elə bil onların ruhu birləşmişdi, onlar bir-birlərini hərarətlə qucaqlayanda hələ özlərinə də o qədər aydın olmayan ehtiraslı bir arzudan titrəyirdilər, dodaqları həyəcanlı bir çağırış gözləyirdi, elə bil pusquda dayanmışdı, səbir edir, vədlər verirdi.
Onlar bəzən bütün günü öz ehtiraslarım cilovlamaqdan yorulmuş halda, ülvi nəvazişlərə qərq olaraq gəzib dolaşırdılar, axşamlar isə anlaşılmaz taqətsizlik onları əldən salırdı, Özlori də səbəbini bilmədon dərindən kökslərini ötürürdülər, bilmirdilər ki, bu köks ötürmələrin, ah çəkmələrin səbəbi - gözləməkdən yorulmalarıdır.
Analar və onların bacısı Lizon xala sevişon bu iki gəncin hərəkətlərini böyük bir riqqətlə izləyirdilər. Xüsusən Lizon xala onları görəndə çox mütəəssir olurdu.
Bu balacaboy arvad az danışar, gözə görünməməyə çalışar və səssiz-küysüz dolanardı. O ancaq yemək vaxtı gələr, sonra da həmişə içəridən bağlı olan otağına çəkilərdi. Bu mehriban baxışlı, mehriban xasiyyətli bir qan idi və evdə onu heç kəs saya salmazdı.
Yüksək cəmiyyətdə müəyyən mövqe qazanmış olan iki dul bacı isə Lizona əhəmiyyətsiz bir varlıq kimi baxırdılar. Ona etinasız yanaşır, hörmətsizlik edir və özlərini elə aparırdılar ki, guya bütün bu saymamazhq qarımış bir qıza hörmətdən irəli gəlirdi. Bu qarımış qız Fransada Beranje öz şeirləri ilə hakim olduğu dövrdə anadan olmuş, ona görə də admı Liza qoymuşdular. Ele ki, gördülər bu qız ərə getmir və heç vaxt getməyəcək, onda adını deyişib Lizon qoydular. İndi o “Lizon xalaya” üstü-başı tərtəmiz, təvazökar, hətta öz qohumlarından belə utanan həyalı bir qanya çevrilmişdi. Bu qanm sevirdilər, ona isinişmişdilər, həm də onu ürəkli ağnya-ağnya xeyirxah bir laqeydliklə sevirdilər.
Cavanlar heç vaxt onunla salamlaşmaq üçün yuxarı, onun yanına çıxmırdılar. Onun yanına ancaq qulluqçu qız çıxırdı. Lizon xala lazım olanda onu aşağı çağırırdılar. Bu yazaq arvadm yeknəsəq həyatının keçdiyi otağın harada olmasını heç düz-əməlli bilən yox idi. Qan heç kimə lazım deyildi. O olmayanda onu heç yada salıb haqqında danışan da olmurdu.
Lizon bütün ömrü boyu lıətta ən yaxın adamların diqqətini belə cəlb etməyən, oıılaıa yad olan, hətta öləndən sonra belə yeri görünməyən. hər giin gördiiyii adamların qəlbində öziiııə yeı tutu bilmə yon. onlara qaynayıb qarışmağı bacarmayan, onla: ııı rəğbətini qazana bilməyən bir varlıq idi.
həmişə tələsik, xırdaca addımlarla addımlayar, hey vaxt səs salmaz, hey vaxt hey nəyə toxunmazdı, elə bil toxunduğu şeylərə öyrətmişdi ki. ses salmasınlar, elə hil onun əlləri yumşaq pambıqdan idi, nəyə toxunurdusa səs yıxmırdı. “I.i/on xala" sözü "Şəkərqabı". ya da “Qəhvədan" sö/ü kimi işlədilər və cansız bır şey xatırladardı
ut adlı il şübhəsiz daha çox yada düşür, bir canlı kimi diqqət mərkəzində dayanırdı. Onu həmişə əzizləyir. “Oziz. I.ut. sevimli I.ut. balaca Lui", - deyə oxşayırdılar. Ogər omın başına bir iş gəlsə, şübhəsiz, daha yox gözyaşı axıdardılar.
Xalauşaqlarının toyu mayın axırında olmalı idi Cavanlar ol ələ verərək, gözlərini bir-hiriııdən çəkmədən, fikrəıı do, ruhən də qayna yıb qarışaraq yaşavırdıiar. Bu ii gec gələn, gecələr azacıq şaxtalarla keçən, səhərlər isə hər yerə qırov səpən, tez-tez dəyişib soyuyan yaz. birdən-birə özünii bütün gücü ilə göstərirdi.
Dumanlı o'sa da. isti keyon bir neçə gündən sonra torpaq dərhal oyandı, ağaclaıııı, möeü/ə olnuış kimi, yarpaqları ayıldı, hər yeri təzəcə açılan güllərin, qönçələrin adamı məst edən, /ərıf ətri hürüdii
Sonra bir dəfə, günortadan sonra gövtin üzündəki bütün bu i ud lari dağıdaraq, qalib günəş göründü və çölləri nura qərq etdi. Onun şadlıq gətirən işığı hər yerə səpələndi, hər şeyə nüfuz etdi, biıkı- lərə, heyvanlara can verdi, insanların qəlbini həyal eşqi ilə doldurdu Quşlar qanadlanın çırpıb, çənələrini şaqqıldada-şaqqıldada oxumağa, bir-birlərim çağırıb sevişməyə başladılar. Xoşbəxtliyin məstedici təsirindən, meşələrin adamı qıcıqlandıran ətrinin oyatdığı, yeni duyğulardan həyəcanlanaraq Janra ilə Jak utana-utana, bır-birindən ayrılmağa cəsarət etmədən bütün günü qəsrin darvazası yanındakı skamyada oturub, özlərini itirnnş halda qarşıdakı gölə, orada bir- birini qovan iri qu quşlarına baxırdılar.
Xxşamlar onlar özlərini daha sorbəst hiss edirdilər. Nahardan sonra onların anaları otaqda oturub, çırağın saldığı dəyirmi işığın altında piket ovnavmlılar. I izon xala isə kasıblar üçün corab toxu yurdu. Cavanlar qonaq otağının acıq pəncərəsi qabağında oturub sakitcə söhbət edirdilər.
Gölün o üzündə böyük bir meşə üfüqə qədər uzanıb gedirdi. Birdən uca ağacların tezə yarpaqları arasından ay boylandı. Ayın çöhrəsini örtən ve onun yuvarlaq səthinə yapışmış kimi görünən yarpaqların arasından yavaş-yavaş yuxarı qalxdı, ulduzları solğunlaşdı rdı, xəyalpərvər, şairlər və sevgililər üçün əziz olan, insanların qəlbini şirin xəyallar, arzularla dolduran solğun ziyasım kainatın üstünə səpələdi.
Cavanlar əvvəlcə aya tamaşa etdilər, sonra gecənin füsunkar gözəlliyi, aym ziyası altmda parıldayan kollar, çiçəkli yaşıllıqlar onları özünə cəlb etdi, onlar sakitcə evdən çıxdılar, gölə qədər uzanan və qaranlıqda parıldayan çəmənliyin yaxasıboyu gəzişməyə başladılar.
Bacılar dörd el piket oynadılar və gördülər ki, yuxuları gəlir, oyunu dayandırıb yatmağa hazırlaşdılar.
Uşaqları çağırmaq lazımdır, — deyə onlardan biri dilləndi.
O biri isə solğun üfüqə ve asta-asta gəzişən iki kölgəyə baxıb etiraz etdi:
Dəymə, qoy gəzsinlər, hava gözəldir. Lizon onlan gözləyər. Elə deyilmi, Lizon?
Qanmış qız gözlərini qaldırıb, ürkək baxışlarla onlan süzdü və qorxa-qorxa cavab verdi:
Əlbəttə, mən onları gözləyərəm.
Və bacılar öz otaqlarına getdilər.
Onlar gedəndən sonra Lizon xala əlindəki işi yarımçıq qoydu, yumağı, iynələri kreslonun üstünə atdı və pəncərənin öz taxtasına söykənərək, gecənin gözəlliyinə tamaşa etdi.
Sevgililər yorulmadan çəmənlikdən evin pilləkənlərinə və evin yanından çəmənliyə qədər gedib gəlirdilər. Onlar əl-ələ tutaraq hər şeyi unutmuş və onlan əhatə edən bu şeriyyətə qaynayıb- qarışmışdılar. Birdən Janna dördkünc pəncərənin işığında dayanan qanmış qızı gördü:
Bir ora bax, - dedi, - görürsənmi, Lizon xala bizə baxır.
Jak başını qaldırdı:
Elədir, ~ dedi, — Lizon xala bizə baxır.
Onlar eşqdən məst olmuş halda, asta-asta gəzinməlerində davam etdilər.
Ota şeh düşmüşdü. Cavanlar ayaqlarını vuranda diksindilər.
Qayıdaq evə, - deyə Janna dilləndi.
Və onlar geri qayıtdılar.
Onlar evə gələndə Lizon xala əvvəlki kimi başını aşağı salıb öz işini görürdü, onun arıq barmaqları elə bil yorğunluqdan titrəyirdi. Janna ona yaxınlaşdı.
Xala, biz getdik yatmağa.
Qarımış qız gözlərini qaldırdı. Onun gözləri qızarmışdı. Elə bil ağlamışdı. Jak və nişanlısı buna əhəmiyyət vermədilər. Ancaq cavan oğlan gördü ki, nişanlısının çəkmələri şehə batıb. Həyəcanlandı və qayğıkeşliklə soruşdu:
Sənin qəşəng, pənbə ayaqcığazların üşümür ki?
Birdən Lizon xalanın barmaqları titrədi, toxuduğu corab əlindən düşdü, yumaq döşəmənin üstü ilə dığırlandı və o əlləri ilə üzünü örtüb hıçqırmağa başladı.
Cavanlar onun yanına qaçdılar. Bu haldan özünü itirmiş Janna xalasının qabağında diz çökdü, onun əllərini üzündən götürdü ve soruşmağa başladı:
Lizon xala, sənə nə oldu? Sənə nə oldu, Lizon xala?
Yazıq qan, dərdindən acı alma kimi büzüşərək, hıçqıra-hıçqıra,
gözyaşı içində cavab verdi:
O... O səndən soruşdu kİ “sənin qəşəng, pənbə ayaqcığazlann üşümədi kİ?” Heç kəs, heç vaxt... heç vaxt... mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!
KƏNDƏ SƏFƏR Beş aydan bəri Düfiırlar ailəsi xanım Düfur Petronilİn ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.
Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba İki təkərli idi, tərtəmizdi. Üst örtüyü dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar kİ, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.
Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada san bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın ortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü.
Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafa tamaşa eləməyə başladılar.
Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi:
- Axır ki, kənd yerinə çatdıq.
Onun bu xəbərdarlığından sonra arvadı məmnun-məmnun təbiətə tamaşa eləməyə qurşandı.
Kurbövua meydanında getdikcə genişlənən üfüqü görüb sevindilər. Orada, sağda zəng qülləsi göyə ucalan Arjantöy qəsəbəsi, yuxarı tərəfdə Sanua təpələri və Mulən d’Oıjemon görünürdü. Solda Marli su kəməri səhər günəşinin işığında bərq vururdu. Uzaqdan Sen Jer- men təpəsi gözə çaıpırdı. Qarşıdakı şumlanmış torpaqlardan bilinirdi ki, Yeni Korlcy qalası yaxınlıqdadır. Lap uzaqda, kəndlərin və tarlaların arxasında dumana bürünmüş bir yaşıllıq, meşə görünürdü.
Güneş yandırmağa başlayırdı, toz qalxıb arabadakıların gözünə dolurdu. Yol çılpaq, çirkli və üfunətli bir kəndin ortasından keçirdi. Kəndə elə bil cüzam düşmüşdü, evləri də çürüdüb dağıtmışdı. Hər tərəfdə tərk edilmiş, dağıdılmış evlərin qəfəsəsi, yaxud pulsuzluq üzündən tikilib başa çatdırılmamış daxmaların çılpaq, damsız divarları görünürdü.
Hərdən uzaqlarda, çöldə uca fabrik bac al an gözə çarpırdı, elə bil onlar bu çürük torpağın yeganə bitkiləri idi. Burada bahar günləri neftin, müxtəlif süxurların iyini başqa, daha murdar bir iyə qarışdırıb ətrafa yayırdı.
Nəhayət, Sena çayını ikinci dəfə keçdilər; körpünün üstündə hamı çayın gözəlliyinə tamaşa edirdi. Çay günəş şüalarının altında bərq vururdu, sanki su buxarlanıb çayın üzərində seyrək bir duman əmələ gətirmişdi. Adam ləzzət alırdı, hava təmiz idi. Havaya nə zavodların tüstüsü, nə də zibilliklərdən gələn üfunət qarışmışdı.
Yol keçənlərin birindən bu yerin adını soruşdular, dedi ki, bura Bezondur.
Cənab Düfur arabanı saxladı, yeməkxananın üstündəki qarışıq yazmı oxudu: “Pulən restoranı. Xörəklər balıqdan və etdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər”.
Hə, necədir, Düfur xanım, xoşuna gəlirmi? Bir qərara gələcəksən, ya yox?
Yazını arvad da oxudu: “Pulən restoranı. Xörəklər balıqdan və ətdən hazırlanmışdır. İstirahət otaqları, bağça və yelləncəklər”. Xanım xeyli dayanıb evə baxdı.
Ev yol kənarında tikilmiş kənd meyxanası idi, yaxşı ağardılmışdı. Açıq qapıdan bufetin tənəkə haşiyəsi görünürdü, bufetin qarşısında iki fəhlə baş-başa verib vaxtlarını keçirirdilər.
Nəhayət, xanım Düfur qərara gəldi:
Hə, bura yaxşıdır, - dedi, - tamaşa eləməli mənzərə də var.
Arabanı meyxananın arasındakı, geniş bağa sürdülər. Bağ, Sena
çayına qeder uzanırdı. Hər tərəfi iri ağaclar örtmüşdü.
Arabadan tökülüşdülər. Ər əvvəlcə düşdü, əllərini irəli uzadıb, arvadını qucağına alıb düşürmək istədi. Amma demir qoldan asılmış ayaqlıq çox hündürdə idi, xanım Düfiır ərinin qolları arasına düşmək üçün bir qıçını sallamalı oldu, qıçının yuxarıları da göründü, incəlikdən nişanə qalmamışdı, budu köklükdən qat-qat idi.
Kənd havasından bir az cuşa gəlmiş cənab Düfur arvadından bir çimdik aldı, sonra onu ağır bir bağlama kimi güc-bəla İlə götürüb yerə qoydu.
Arvad ipək donunun tozunu təmizləmək üçün üst-başını çırpdı, sonra yan-yörəyə tamaşa eləməyə başladı.
Xanımın otuz altı yaşı olardı, kök idi, pis deyildi, üzdən xoşa gəlirdi. Korset belini elə möhkəm sıxırdı ki, təngnəfəs olurdu. Sinəsinin yumşaq əti sıxılıb yuxarıya lap buxağına qalxmışdı.
Qız əlini atasının çiyninə qoyub heç kəsin köməyini gözləmədən çevikliklə yerə atıldı. Sarısaç oğlan ayaqlarım arabanın təkərinə qoyub yerə düşdü. Sonra o, nənəni düşürməkdə cənab Düfura kömək elədi.
Atı arabadan açıb bir ağaca bağladılar. Arabanın qolları yerə dirəndi, arxası yuxarı qalxdı. Kişilər pencəklərini çıxarıb əllərini bir vedrə suda yudular, sonra yelləncəklərdə əyləşmiş arvadların yanma qayıtdılar.
Xanım qız Düfiar yelləncəkdə tək ayaq üstə durub yellənmək istəyirdi, amma təkan vura bilmirdi. O, on səkkiz, iyirmi yaşlarında gözəl bir qızdı. Belə qadınlara yolda rast gələndə adamın ürəyi çırpınır, gecə yarıya qədər qəribə bir hisslə yaşayırsan, unuda bilmirsən. Boyu uca, beli incə, sağrısı enli idİ. Dərisi çəhrayı, gözləri iri, saçı qara idi. Bədəninin ətli olmasını donu büruzə verirdi. Hər dəfə yelləncəyə təkan verəndə budları daha çox nəzərə çarpırdı.
O, yelləncəyin ipindən bərk-bərk yapışmışdı, sinəsini dik tutmuşdu, təkan vuranda da əsmirdi. Şlyapasını külək qaldırıb arxaya atmışdı; yelləncək yavaş-yavaş işə düşmüşdü. Hər dəfə qalxanda yaraşıqlı qıçları dizə qədər görünürdü, paltarının ətri gülə-gülə ona baxan kişilərin bumuna vururdu. Bu onlara şərab iyi kimi ləzzət verirdi.
Xanım Düfur başqa bir yelləncəkdə oturub incik səslə çağırırdı:
- Sipryən, gəl məni itələ, gəl məni yellə Sİpryən!
Axır ki, kişi arvadına tərəf getdi, ağır bir işə hazırlaşırmış kimi, köynəyinin qolunu çirmelədi, sonra güc-bəla ilə arvadım yelləməyə başladı.
Xanım kəndirdən bərk-bərk yapışmışdı, ayaqlarını irəliyə uzatmışdı ki, yerə toxunmasın. Yelləndikcə vəcdə gəlirdi. Hər təkanda bədəni, donmuş baş-ayaq suyu kimi titrəyirdi. Yelləncək yuxan qaxdıqca xanım həyəcanlanır və qorxurdu. Hər dəfə enəndə bərkdən qışqırırdı. Axırda kəndin uşaqları qaçıb tamaşaya gəldilər. Xanım aşağıda üz-gözlerini qınşdınb hmldaşan bİr dəstə dəcəl uşaq gördü.
Xidmətçi qadın gəldi, onlar nahar sifariş eledilor.
Çay balığı, dovşan ətİ, salat, bir dəstə desert, - deyə xanım əda ilə dilləndi.
İki litr süfrə şərabı və bir şüşə də Bordo şərabı gətirin, - deyə əri içki sifariş elədi.
Qız da əlavə etdi:
Biz çəmənlikdə nahar edəcəyik.
Qarı isə həyətin pişiyinə vurulmuşdu, onu cürbəcür şirin sözlərlə oxşayıb yanına çağırırdı. Pişik bu mehribanlıqdan xoşhallansa da, çox yaxma gəlmirdi, qarının yan-yörəsində dolanır, ağacların başına fırlanır, quyruğunu dik qaldırır, ağaca sürtünüb qaşmır, ləzzət alır, astaca xoruldayırdı.
Yerdə oturmuş sarısaç oğlan qəfildən qışqırdı:
Bir ora baxın, görün nə gözəl qayıqlardır!
Qayıqlara baxmağa getdilər. Balaca çardağın altında iki qəşəng qayıq asılmışdı. Qayıqlar zövqlə düzəldilmişdi, yanaşı durmuş bir cüt ucaboy qıza oxşayırdı: uzun, ensiz və yaraşıqlı idilər. Onlara baxanda gözəl axşamçağında, yaxud yay səhərində suda üzmək, çiçəyə qərq olmuş sahil boyu, suya sallanan budaqlann arası ilə, mavi ox kimi uçan su quşlarının arxasınca üzmək istəyirsən.
Bütün ailə həsədlə qayıqlara baxırdı. Cənab Düfur onlan təriflədi:
Hə, bax, bunlara qayıq deyərəm.
O, qayıqları usta gözü ilə yoxlayırdı. Deyirdi ki, cavanlığında o da qayıq sürürmüş. Avarları göstərib lovğalanırdı kİ, avarı əlinə aldımı, qurtardı, heç kəs onunla bacarmazmış. Əvvəllər Juanvildə neçə-neçə ingilisi yan yolda qoyubmuş. Sonra o, avarlar bərkidilən çıxıntıları göstərib, onların “dama” adlandırıldığını söylədi; dedi ki, qayıqçılar “dama”ları hər ehtimala qarşı Özləri ilə gəzdirirdilər. O danışdıqca özündən çıxır, yanındakılarla mərc eləmək istəyirdi ki, belə bir qayıqla tələsmədən saatda altı lyö1 üzə bilər.
Yemək hazırdır, - deyə xidmətçi çardağın altındakılara xəbər elədi.
Onlar həyətə tələsdilər. Xanım Düfiırun xəyalən sevdiyi ən gözəl yerdə iki nəfər gənc oturub nahar edirdi. Onlar dənizçi köynəyi geymişdilər, yəqin qayıqların sahibləri idilər.
'Lyö - Fransada təqribon 4,5 km-e bərabər qədim uzunluq ölçüsüdür.
Oğlanlar alçaq stulların üstündə yayxanmışdılar. Üzləri gündən qaralmışdı, əyinlərində nazik mayka vardı. Çılpaq qolları dəmirçi qolu kimi əzələli idi. Onlar canlı idilər. Ancaq hər hərəkətlərində incəlik vardı. Hiss olunurdu ki, idmançıdırlar, əzələləri ağır və yeknəsəq əməkdən yaranmış fəhlə əzələsinə oxşamırdı.
Onlar xanımı görəndə bir-birinə baxıb gülümsədilər, qızı görəndə isə biri dedi:
Gəl, yerimizi onlara verək, tanışlıq üçün İmkan yaranar.
O birisi həmin dəqiqə yarıqırmızı, yarıqara papağını əlinə alıb ayağa qalxdı və bağda gün dəyməyən bu yeganə yen qadınlara təklif elədi. Qadınlar uzun-uzadı təşəkkürdən sonra təklifi qəbul elədilər, kəndi daha yaxından duymaq üçün çəmənlikdə oturdular, nə masa istədilər, nə də stul.
Oğlanlar qablarını bir kənara aparıb, naharı başa vurdular. Onların tez-tez gözə çarpdıqları çılpaq qolları gənc qızı bir az narahat edirdi. O, üzünü yana çevirir, özünü görməməzliyə vururdu. Xanım Düfur isə gözüaçıqlıq eləyirdi, maraqla, bəlkə də həsədlə tez-tez çevrilib onlara baxırdı: yəqin onlann qıvraqlığını erinin gizli eybəcərlikləri ilə müqayisə edir, təəssüflənirdi. Xanım Düfur qıçlarını qatlayıb, yerdə oturmuşdu, bedeninə qarışqa daraşdığını bəhanə edərək tez-tez ora-burasını qaşıyırdı.
C ən a ı Düfur bu oğlanların yaxınlıqda olmasına və canfəşanlıq etdiklərin ı görə dilxor olmuşdu, hey qurdalanır, yerini rahatlaya bilmirdi. £ arıbaş oğlan isə başım aşağı salıb yeməyə qurşanmışdı.
Gözəl hava var, cənab, - deyə kök qadm qayıqçılardan birinə mürariət etdi. Ölyerlərini verdiklərinə görə, xanım onlara dil-ağız eləmək istəyirdi.
Elədir, xcnım, - deyə oğlan cavab verdi. - Siz kəndə tez-tez gəlirsiniz?
İldə bir, ya da iki dəfə, hava almağa gəlirik, bəs siz necə, cənab?
Mən hər gece burada oluram.
Ah! Yəqin ləzzət alırsınız?
Bəli, xanım.
Sonra o, şairanə sözlərlə gününü necə keçirdiyindən danışdı. Elə danışırdı ki, çəmənlik və tarlalardan məhrum olmuş, təbiət həsrəti ilə yaşayan, bütün ili dükanda oturmaqdan bezikmiş bu meşşanların ürəyi sızıldayırdı.
Gənc qız başını qaldırıb maraqla qayıqçı oğlana baxdı. Cənab Düfur axır ki, danışdı:
Bax, buna həyat deyərəm. - Sonra əlavə elədi: - Bir az da dovşan əti İstəyirsənmi, gözəlim?
Yox, sağ ol, əzizim.
Xanım yenə üzünü oğlanlara çevirdi, onların çılpaq qollarını göstərib dedi:
Siz belə üşümürsünüz?
Onların ikisi də güldülər. Bütün günü necə çalışdıqlarından, qan- tərə batdıqlarından, gecənin qaranlığında necə üzdüklərindən danışıb qonşularını heyrətə gətirdilər. Sonra yumruqlarını sinələrinə döyüb necə möhkəm olduqlarını göstərdilər. Xanımın əri daha ingilisləri nccə ötüb keçdiyindən danışmırdı, oğlanlara dedi:
Sizin sağlam bədəniniz var.
Gənc qız çevrilib onlara baxırdı. Sanbaş oğlan şərabı birbaş şüşədən içirdi, qəfildən çeçədi, öskürdü, xanımın qırmızımtıl ipək donunu batırdı. Xanım hirsləndi, ləkələri təmizləmək üçün su istədi.
Hava bərk qızmışdı. Günəşin şüalarında bərq vuran çay ele bil istidən qaynayırdı. Şərab Düfurlann başını gicəlləndirdi.
Cənab Düfur bərk hıçqırırdı, jiletinin yaxasını açmış və şalvarının belini boşaltmışdı. Xanım təngnəfəs olmuşdu, yavaş-yavaş donunun yaxasını açırdı. Sanbaş oğlan şən-şən saçı pırtlaşmış başını yelləyir, ara vermədən şərab süzüb içirdi. Qarı kefləndiyini duyub özünü şax və təmkinli saxlamağa çalışırdı. Qız İsə heç nə büruze vermirdi, ancaq gözləri azacıq panldayırdı, həm de qarabuğdayı yanaqları bir az qızarmışdı.
Qəhvə içib naharı başa vurdular. Oxumaq istədilər. Hərə öz bildiyi mahnını oxudu, qalanlan hərarətlə əl çaldılar. Sonra ağır-ağır ayağa qalxdılar. Arvadlar keyləşmişdilər, təngnefəs olmuşdular. Kişilərin ikisi de kefli idi, gimnastika ilə məşğul olmağa başladılar. İkisi də kütləşmiş, üzləri səfeh bir ifadə almışdı. Asma həlqələrdən sallandılar, amma heç biri özünü qaldıra bilmədi. Köynəkləri az qala şalvarlanndan çıxıb sallanacaqdı.
Qayıqçılar qayıqlan suya salmışdılar, yaxınlaşıb nəzakətlə xanımları çayda gəzməyə dəvət etdilər.
Cənab Düfur, icazə verirsinizmi? Xahiş edirəm! - deyə Düfiı- nrn arvadı həyəcanla soruşdu.
Düfur axan gözlərini arvadına zillədi, heç nə anlamadı. Qayıqçı oğlanlardan biri iki tilov gətirdi. Balıq tutmaq həvəsi kişinin dumanlanmış gözlərinə işıq gətirdi, xırdavatçılann hamısı həvəskar olurlar. O, hər şcylə razılaşdı, gəlib körpünün altında, kölgədə tilov atdı, qıçlarını aşağı sallayıb oturdu.
Sarıbaş oğlan özünü onun yanına verib yuxuya getdi.
Qayıqçılardan biri güzəştə getməli oldu: xanımı öz qayığına götürdü.
İngilis adasındakı balaca meşəyə gedirik, - deyə dostunu xəbərdar dədi,
O bırı qayıq asta-asta üzürdü. Avar çəkən öz sərnişininə elə aludə olmuşdu ki, başqa heç nə fikirləşə bilmirdi. Qəribə bir həyəcan onu gücdən salmışdı.
Gənc qız avarçının kreslosunda oturmuşdu, qayıqdan, sudan ləzzət alırdı. O heç nə fikirləşmirdi, özünü rahat və sərbəst hiss edirdi, most olmuşdu. Yanaqları qıpqırmızı idi, tez-tez nəfəs alırdı. Şərabın sərməstliyi ətrafı oda qərq eləmiş, günəşin istisinə qarışmışdı. Qız sahildəki ağacların hər birinə dərin məhəbbətlə baxırdı. Havanın hərarəti onun qanım qaynadır, ürəyində qəribə bir arzu baş qaldırırdı. İstinin qorxusundan heç kəsin görünmədiyi bu kimsəsiz yerdə, suyun üzündə oğlanla tək qalması da qıza qəribə bir həyəcan gətirirdi; özi də oğlan onun gözəlliyinə heyran olduğunu büruzə verir, baxışları lə onu öpüşə qərq eləyir, ehtirasdan od tutub yanırdı.
Onl ır cəsarət edib danışa bilmədiklərinə görə daha da həyəcanlanın yan-yörəyə tamaşa edirdilər. Axırda oğlan iradəsini toplayıb onun adını som: du.
Anriyet - deyə qız cavab verdi.
Nə yaxşı mənim adım İsə Anrİdır.
Onlar bir-birinin səsini eşidib sakitləşdilər. Sahilə tamaşa eləməyə başladılar. O biri qayıq dayanmışdı, deyəsən, onları gözləyirdi. Qayıqçı oğlan qışqırdı:
Meşədə görüşərik, biz Robinzona tərəf getməli olduq, xanım su içmək istəyir,
Sonra o, avarlara güc gəldi, elə tez uzaqlaşdı ki, az sonra gözdən itdilər.
Uzaqdan boğuq bir gurultu eşidilirdi, səs yavaş-yavaş yaxınlaşırdı. Elə bil çayın suyu titrəyir, gurultu suyun dibindən gəlirdi.
Bu nə səsdir? - deyə qız soruşdu.
Səs adanın başındakı bənddən gəlirdi. Bənd burada çayın suyunu iki yerə bölür. Oğlan uzun-uzadı izah eləməyə başladı. Birdən şəlalənin gurultulu səsinə bir bülbül cəh-cehi qarışdı. Onların hər ikisi bu zəif səsə heyran-heyran qulaq asdı. Oğlan dilləndi:
İşə bax, bülbül günün günortaçağı oxumağa başlayıb, deməli, dişi bülbül kürt yatır.
Bülbül! Qız heç vaxt bülbül cəh-cəhi eşitməmişdi, bu səs onun xəyalında şairanə məhəbbət mənzərələri yaratdı. Bülbül! Bu quş Cülyettanın öz eyvanındakı məhəbbət görüşlərinin gözəgörünməz şahididir; bu musiqi göydən enib kişilərin öpüşlərinə qarışır. Bütün həzin romansların ifaçısı bu quş, gözəllik vurğunu zavallı qızların xırdaca ürəklərini şirin arzularla doldurur.
Qız bülbülü dinləmək istəyirdi.
Gəl səsimizi çıxarmayaq, - deyə oğlan qıza işarə elədi. - Meşəyə girib bülbülün lap yaxınlığında oturarıq.
Qayıq asta-asta üzürdü. Sahil qayası elə alçaq idi ki, ağaclar və kolların arası görünürdü. Onlar dayandılar, oğlan qayığı sahilə bağladı. Anriyet Anrinin qoluna söykəndi, onlar budaqların arası ilə irəlilədilər.
Oğlan dedi:
Əyilin aşağıya.
Qız əyildi, onlar sarmaşıq, yarpaq və qamışlarla örtülmüş bir yerə girdilər, bura lap evə oxşayırdı, tanımayan adam bu yeri tapa bilməz. Oğlan zarafatla dedi ki, bura onun “şəxsi kabineti”dir.
Bülbül onların başı üstündəki budaqda idi, ara vermədən cəh- cəh vururdu. O gah asta, gah titrək səslə oxuyur, gah da elə zəngulə vururdu ki, elə bil səsi üfüqə çatır, çay boyu axır, İstidən kimsəsiz qalmış tarlalara, bağlara yayılırdı.
Onlar quşu qorxudacaqlarından ehtiyat edib danışmırdılar. Y anaşı oturmuşdular. Anrinin qolu yavaş-yavaş Aııriyelin gelinə dolandı və onu astaca sıxdı. Qız acıqlanmadı, oğlanın cəsarətli əlini kənar elədi. Sonra bu yüngül mübarizə tez-tez təkrar olundu: çünki əl dinc durmurdu. Qız oğlanın nəvazişindən narahat olmurdu, elə bil əlin onu sığallaması da, onun əü kənar etməsi də adi bir iş imiş.
Qız bülbülə qulaq asırdı, şirin bir xəyala dalmışdı. O sonsuz bir xoşbəxtlik, mehriban bir nəvaziş, ən gözəl şeirlər arzulayırdı. Əsəbləri süstləşmiş, ürəyi elə kövrəlmişdi ki, özündən xəbərsiz ağlayırdı. Oğlan indi onu sinəsini sıxırdı. Qız onu daha itələmirdi.
Birdən bülbül susdu. Uzaqdan bir səs eşidildi:
Anriyet!
Oğlan astadan dedi:
Cavab verməyin, yoxsa quş uçar.
Qızın özünün də cavab vermək fikri yox idi.
Onlar bir anlıq beləcə qaldılar. Xanım Düfur haradasa oturmuşdu. Hərdən qanşıq səs eşidilirdi, xanım astadan ufuldayırdı, deyesen, o biri qayıqçı dəcəllik edirdi.
Qız şirin xəyala dalıb ağlayırdı, bədənini qəribə bir hərarət bürümüşdü, Anri başmı onun çiyninə qoymuşdu, birdən qızın dodaqlarından öpdü. Qız diksindi, ondan yaxa qurtarmaq üçün arxaya dartındı. Oğlan qızm üstünə yıxıldı, bədəni ilə onun bədənini örtdü. Ağzı ilə qızm doduqlarını axtardı, qız imkan vermədi, axır ki, Anri dodaqlarını qızın dodaqlarına sıxdı. Qız ehtirasdan titrədi, öpüşə cavab verdi, oğlanı sinəsinə basdı, onun müqaviməti elə bil ağır bir yük altında qalıb çilik-çilik oldu.
Ətraf sakit idi, Quş yenidən oxumağa başladı. Əvvəlcə üç dəfə ucadan cəh-cəh vurdu, sanki dünyam sevib-sevilməyə çağırırdı. Sonra azacıq ara verib incə səslə nəğməsinə başladı.
Mülayim bir meh əsdi, yarpaqlar pıçıldaşdı. Budaqların arasına ehtirasdan təngnəfəs olmuş iki nəfərin odlu nəfəsi dolur, orada bülbülün nəğməsinə, yarpaqların xışıltısına qarışırdı.
Bülbül sərməStleşirdi, nəğməsi güclənən yanğının alov dilləri kimi ucalır, insan ehtirası kimi güclənir, elə bil ağacın altından gələn öpüş səslərini müşayiət edirdi. Sonra hey qıy vurur, səsini uzadır, sanki titrək səslə fit çalırdı.
Hərdən bülbül nəfəsini dərirdi, iki-üç dəfə astadan oxuyub, sonra cır səslə nəğməyə yekun vururdu. Bəzən də coşur, ara vermədən cəh-cəh vurur, özündən çıxır, elə bil alovlu bir eşqə nəğmə deyir, nəğməyə qələbə sədaları ilə yekun vururdu.
Birdən bülbül susdu, ağacın altında bir inilti eşidildi, sanki kim isə can verirdi. Səs xeyli davam dədi, sora hönkürtüyə çevrildi.
Onlar ayağa qalxanda hər ikisinin rəngi sapsarı idi. Gözlərində günəş sönmüş, mavi səma tutulmuşdu. Özlərini tənha sanır, susurdular.
Onlar yanaşı gedir, tələsirdilər; ne kəlme kəsir, nə də bir-birinə toxunurdular. Elə bil düşmən kəsilmişdilər, bir-birindən iyrənir, bir- birinə nifrət edirdilər.
Hərdən Anriyet anastm səsləyirdi:
-Ana!
Kolluqlann birində çaxnaşma düşdü. Anriyə elə gəldi ki, orada iri, ətli bir qılçanı tələm-tələsik ağ gecə köynəyi ilə örtdülər. Sonra kök qadın göründü, bir az pərt olmuşdu, rəngi dalıa da qızarmışdı. Xanımın gözləri parıldayırdı, yaxası yaxşı düymələnməmişdi, oğlana çox yaxın oturmuşdu. Deyəsən, oğlan maraqlı şeylər görmüşdü, özü büruzə vermək istəməsə də, gözləri bic-bic gülürdü.
Xanım Düfur mehribanlıqla qolunu oğlanın qoluna keçirdi, onlar qayıqların yanına qayıtdılar. Anri irəlidə lal-dinməz, qızla yanaşı gedirdi. Ona elə gəldi ki, arxadan nəfəskəsen, uzun bir öpüş səsi eşidildi.
Axır ki, gəlib Bezona çatdılar.
Cənab Düfur ayılmışdı, darıxırdı, sarıbaş oğlan yola düşməzdən əvvəl yeyirdi. Araba qoşulmuşdu. Qarı yerini tutmuşdu, narahat idi, qorxurdu ki, gecəyə düşsünlər, Parisin ətrafı yaramaz adamlarla doludur.
Əl verib ayrıldılar. Düfurlar ailəsi yola düşdü. Qayıqçılar onların arxasından qışqırdılar: - “Görüşənə qədər!”
Arabadakı lardan biri köksünü ötürdü, başqa birinin isə gözləri doldu.
İki ay sonra Martir küçəsi ilə gedəndə Anri qapılardan bİrmin üstündə belə bir yazı gördü: “Dəmir məmulatı mağazası, Düfur”.
O, mağazaya girdi. Kök qadın kassanın arxasında oturmuşdu. Həmin saat bir-birini tanıdılar. Xeyli şirin söhbət eləyəndən sonra Anri soruşdu:
Anriyet necədir?
Çox yaxşıdır, sağ olun: ərə gedib.
-Hə?
Anri qəribə bir həyəcanla soruşdu:
Kimə... Kimə gedib?
Bizimlə gəzintidə olan oğlana, tanıyırsınız, o bizim varisimiz olacaq.
Hə, çox gözəl!
Anri qaşqabağını tökmüşdü, heç özü de bilmirdi ki, niyə pərt olub. Çıxıb getmək istəyəndə xanım DüfLır arxadan çağırdı:
Bəs sizin dostunuz necədir? - deyə utancaq-utancaq soruşdu.
Lap yaxşıdır.
Bizdən ona salam söyləyin, yaxşımı, tapşırın ki, bu tərəflərə yolu düşəndə bizə baş çəksin,..