Laueqrama görə qnomostereoqrafik proyeksiyanın qurulması
Ovuntunun rentgenqramının alınması və onun kubik qəfəsli kristallar üçün hesablanması
Debay-Şerrer metodu
Ovuntunun rentgenqramının alınması və kub kristal üçün hesablanması
İki komponentli sistemin rentgen faza təhlili
Nadir torpaq metalları materialları fizikası laboratoriyası
Laboratoriya tətbiq xarakterli tədqiqat işlərini tənzimləmək, professor-müəllim heyəti, doktorantları, magistrləri və tələbələri elmi işə fəal cəlb etmək məqsədi ilə Elektrik və optika kafedrasının bazasında 1989-cu ildə yaradılmışdır. Laboratoriyada nadir torpaq metallarının iştirakı ilə yeni materialların alınması, onların fiziki–kimyəvi xassələrinin formalaşmasının elektron təbiəti problem mövzusu üzrə elmi-tədqiqat işi aparılır. Aparılan elmi-tədqiqat işlərinin nəticəsində 120-dən çox yeni yarımkecirici material alınmış və onların kompleks fiziki-kimyəvi xassələri öyrənilmişdir. Bu sahə ilə bağlı 5 monoqrafiya və 100-dən çox məqalə yaxın və uzaq xaricdə nəşr olunmuş və beynəlxalq konfranslarda məruzə edilmişdir.