■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
T A R İ X
İSA A R S L A N
B akı D ö v lət U n iversiteti, tarix fak ü ltəsin in T ü rk ölk ələri
tarixi k afed rasm ın m ü əllim i, tarix üzrə fəlsəfə d ok toru
CƏNUBİ AZƏRBAYCANDA TÜRK-MÜSƏLMAN ƏHALİYƏ
QARŞI SOYQIRIMLAR VƏ OSMANLI DÖVLƏTİNİN YARDIMLARI
(1917-1918-ci tLLƏR)
Son iki yüz ildə Azərbaycan türkləri ermə-
nilər tərəfmdən dəfələrlə kütləvi qırğın və
soyqırımına moruz qalmışdır. XIX əsrin əvvəl-
lərindən başlayaraq kütləvi və məqsədli şəkildə
Cənubi Qafqaza köçürülən ermənilər havadar-
larının köməyi ilə soydaşlarımızın yaşadıqları
minlərlə yaşayış məntəqəsini viran etmiş, bir
milyondan artıq soydaşımızı soyqırınıa məruz
qoymuşlar (9, s.3).
XX əsrin əvvəllərində türklərin qatı düş-
məni olan ermənilər Qərb dövlətlərinin (Bö-
yük Britaniya, Fransa, ABŞ) və Rusiyanm
siyasi, iqtisadi və hərbi köməyindən istifadə
edərək, türkbrin və azərbaycanlıların əzəli ya-
şadığı torpaqlarda silah gücünə d ö v b t yarat-
maq fikrinə düşm üşdübr (12, s. 78).
Ermənilərin bu planı Türkiyə, Şimali və
Cənubi Azərbaycan torpaqlarmı əhatə edirdi.
О zaman Qafqazın ümurni valisi olan və ermə-
nipərəstliyi i b tanınan Vorontsov-Daşkovun
Rusiya imperatoruna göndərdiyi məruzədə də
ermənilərin bu işğalçı siyasəti etiraf edilirdi.
Məruzənin 12 və 13-cü səhifələrində yazılmış-
dı: “Daşnaksutyun fırqəsinin bu hərəkəti sırf
ermənilərlə məskun bir erməni ərazisi vücuda
gətirmək qayəsini güdür. Bununla g əb cək
Ermənistamn muxtariyyəti üçün əlverişli bir
zəmin hazırlamaq istəyir” (2, s.4).
Bu dövrdə ruslardan hər cür siyasi və hərbi
dəstək alan ermənilər özbrinin xəyali “Böyük
Ermənistan” d övbtini yaratmaq üçün bütün
vasitəbrə əl atırdılar (13, 337).
1918-ci ildə rus ordusunun Cənubi Azərbay-
canı işğal etməsindən istifadə edən ennənibr
erməni-aysor silahlı dəstəbri təşkil edib, Maku,
Xoy, Səlmas, Urnıiya və başqa yaşayış məs-
kənbrində əhalini kütləvi surətdə qırmışdılar.
Erməni terroru Cənubi Azərbaycanda da
qanlı izlər buraxdı. Erməni terroruna hədəf
olan şəhərbrdən biri də Urrniya oldu. Bu şəhər
1918-ci ilin fevral və mart aylarında, yəni iki
dəfə erməni terroruna məruz qalıb. Fevralm
17-də erm ən ib r küçəbrdə və bazarda Azər-
baycan türkbrinin yolunu kəsir, soyğunçuluqla
pullarmı ə b keçirirdibr. Bir neçə gün sonra
Urmiyanın şəhərdən kənar məntəqələrində yü-
zə yaxm soydaşımızı erm ənibr qətlə yetirdi.
Bu ağır günbrdə Urmiya sakinbrinə Tehran-
dan yardım gəlmədi. Təbriz əhalisi isə bu fa-
ciənin xəbərini çox gec eşitdi (3, s. 11).
Həmin il ermənilər tərəfindən törədilən
qanlı hadisələrlə bağlı Şeyx Məhəmməd Xiya-
baninin təsis etdiyi “Təcəddüd” qəzetində
silsib yazılar dərc olundu. Qəzetin 17 fevral -
2 mart 1918-ci il tarixli nöm rəbrində yazılırdı:
“Oxucularımıza söz vermişdik ki, Umıiyadakı
qanlı faciəb r barədə tədqiqat aparıb ictimaiy-
yətə çatdıraq. Böyük təəssüflə bildirməliyik ki,
əldə etdiyimiz məlumatlara görə, Urmiya və
ətrafındakı kənd və qəsəbələrdə çox böyük və
acınacaqlı faciələr baş vermişdir... Xəbərlərə
görə, silahlı erm ən ib r m üxtəlif bəhanələrlə
U nniya bazarında dinc vətəndaşlarm üzərinə
atəş açıb, qarşıdurmalara səbəb olmuşdur.
Polis məmurları qarşıdurmaya son qoymaq
istəsəbr də, erm ənibr silahdan atəş açaraq, iki
mülki vətəndaşı öldürübbr. Ermənilər daha
sonra əhalinin yaşadığı evbri, hab eb karvan-
sarayları hədəf alaraq atəşə tutublar. Nəticədə
bir çox günahsız dinc vətəndaş həlak olmuş-
dur... Urmiyadan g ə b n bir müsafir deyir ki, o,
yolda 300-dən artıq Azərbaycan türkünün cə-
sədini öz gözü i b görüb...” (10, s. 6).
■ 3 (55)2016 ■
■ 185 ■
■ İ.Arslan ■
Həmin faciəvi günbrin şahidi olmuş urmiyalı
soydaşımız RəhmətullaTofıq yazır: “ 1918-ci ilin
son çərşənbə axşamı 12 min azğınlaşmış ermə-
ni silahlısı Azərbaycan məhəllələrinə üz tutdular.
Minlərlə tüfəngin birdən-birə açdığı dəhşətli
atəşin səsindən şəhər silkələnib lərzəyə gəlirdi.
Ermənilər qapıları daş və balta ilə sındırıb ev-
1эгэ girir, hər tərəfə atəş açır, damlara sığınan
qadınları və uşaqları yerindəcə öldürürdülər.
İnsanların qorxudan qopardığı şivən və nalə
səsləri açılan tüfənglərin səsinə qarışırdı. Ana-
lar öz övladlarını quyularda və daş sobaların
içində gizlədirdilər. Ermənilər qarşılarına çı-
xan Azərbaycan türklərini atəşə tutub, var-yo-
xunu talayıb özləri ilə aparırdılar. Azərbaycan
türklərinin yaşadığı məhəllələr sanki qəbiristan-
lığa çevrilmişdi. Evlərdə və küçələrdə çox dəh-
şətli mənzərələr gözə çarpırdı. Bütün evlər qarət
edilmiş, yerlər cəsədlərlə dolu idi” (3, s. 11).
1918-ci ildə ermənilər Urmiya şəhərinin
mədəniyyət abidələrini rus əsgərləri ilə birlik-
də yandırıb k ü b döndərmişdilər. Bir gün ərzin-
də Urmiyada öldürübnbrin sayı 10 min nəfərə
çatmışdır. Bu ağır və çətin günlərdə Urmiya
əhalisinə пэ Tehrandan bir kömək gəldi, пэ də
Təbrizdə oturan Azərbaycan hakimi və vəliəhd
Məhəmmədhəsən Mirzədən (2, s. 4).
Urmiya qırğınlarından sonra ermənilərin
növbəti hədəfı Salmas oldu. Cənubi Azərbay-
canda ermənilərin törətdiyi soyqırımla bağlı
geniş təqdiqat aparan görkəmli tarixçi alim
Səməd Sərdariniyanın araşdırmalarına əsasən
Salmasa silahlı basqın edən dəstəbrə erməni-
b r b yanaşı, assuribr də qoşulmuşdur. Həmin
erməni-assurilərdən ibarət xristian ordusuna
Petros adlı bir quldur başçılıq edirdi. Təcavüz-
kar quldur dəstəbrinin ilk basqınları yerli əhali
tərəfındən ciddi müqavimətlə qarşılandı. Sal
mas sak in b ri müdafıə m əqsədib silahlara
sarılaraq təcavüzkarlara qarşı döyüşür, var
g ü cb ri i b hücumları d əf etməyə çalışırdılar.
Lakin bir müddət sonra qonşu şəhərlərdən yar-
dım ala bilməyən əhalinin müdafıə gücü zəif-
Ь т э у э başladı. Nəticədə qarşı tərəfdən ciddi
müqavimət görməyən erm ənilər 1918-ci il
aprelin 13-də Salmasa daxil ola bildilər. Şəhərə
soxulan ermənilər Urmiyada olduğu kimi, bura-
da da yerli əhalinin var-dövlətini soyub talama-
ğa başladılar. Onlar dinc sakinlərə hədə-qorxu
gələrək, qiymətli zinət əşyalarmı, hətta əyin-
lərindəki paltarları belə qəsb edirdibr (4, s. 7).
Farsəsilli tarixçi alim və tədqiqatçı Əhməd
Kəsrəvi bu barədə yazır: “Şəhər ermənilərin
əlinə keçdikdən sonra əhali birinci günü evbrə
qapandı. Lakin m əişətb bağlı zəruri tələbatı
təmin etmək üçün ikinci gündən evdən bayıra
çıxmaq məcburiyyətində qaldılar. E rm ənibr
küçəyə çıxan hər kəsin qabağını kəsir, pulunu,
saatını və digər dəyərli əşyalarını əlbrindən
alırdılar. Soyğunçuluqla ü zb şən dinc əhali,
həm də ağır təhqirbrə məruz qalırdılar. Hətta
yaranmış dözülməz vəziyyətdən xilas olmaq
üçün bəzi sakinbr şəhərdən baş götürüb qaç-
mağa çalışırdı. Salması tərk etməyə məcbur
qalanların bir çoxu aib li idi. Bu səbəbdən də
bir az yol qət etdikdən sonra qadın və uşaqlar
taqətdən düşür və yeriməyə gücbri qalmırdı.
Nəticədə qaçqınlar qar içində hərəkətsız qala-
raq şaxtadan qırılırdı. Sağ olanları isə çarəsiz
qalaraq yenidən şəhərə qayıdır, bir qismi isə
hər cür təhlükə və əziyyəti göz önünə alıb, Xo-
ya üz tuturdular. Xoy əhalisi qaçqınları mehri-
banlıqla qarşılayıb, onları şəhərdə yerbşdirir,
paltar və çörəklə təmin edirdibr. “Səməd Sərda-
riniya “Arazın hər iki tayında müsəlmanların
soyqırımı” kitabında yazır ki, həmin dövrdə
Güney Azərbaycan şəhərlərinin çoxunda, о
cüm bdən Salmasda da aclıq hökm sürürdü:
“B eb bir acınacaqlı vəziyyətdə bir tərəfdən də
xəstəlik geniş yayılaraq, Tabriz, Urmiya və
Salmas şəhərlərində çox sayda insanın ölümü-
пэ səbəb olurdu. Erməni təcavüzü, aclıq və
xəstəlik ümumi əzginliyə və əhalinin ruh düş-
künlüyünə səbəb olurdu. Lakin bütün bunlara
baxmayaraq, azadlıq uğrunda mübarizə aparan
Azərbaycan türkləri üm idbrini itirməyərək
fəaliyyətə başladılar. Salmasda erməni təcavü-
zünə son qoymaq üçün digər şəhərlərdə yaşa-
yan soydaşlarımız hərəkətə keçdibr. Həriri,
Növbəri və Sərtibzadə özbri döyüş meydanına
getdilər. Əm ir Ərşəd (Samxan) adlı igid 400
Qaradağ atlısı ib Almasaraya gəlib, buram öz-
brinə səngər etdibr. Bu ərəfədə Xoy ordusun-
dakı döyüşçübrin də sayı artmışdı. Salmasın
■ 186 ■
■ İyul - Avqust - Sentyabr ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
ələ keçirilməsindən sonra Osmanlı qüvvələri-
nin bu bölgədə yerbəyer olması xəbərləri dola-
şırdı. Bu səbəbdən də Petros silahlı dəstələrin
bir hissəsini Salmasda qoyub, qalan hissəsini
isə özü ilə şəhərin ətraf kəndlərindən olan Pe-
kaçik və Qalasərə apararaq sonrakı müharibə-
lər üçün hazır vəziyyətdə saxladı. Salmasın
ermənilərdən azad edilməsi üçün fiürsət yaran-
mışdı. Buna görə də Azərbaycan türklərindən
ibarət dəstələr (Salması “Petros” ordusundan
azad etmək üçün digər şəhərlərdə yaşayan
Azərbaycan türkləri bir araya gələrək dəstələr
yaratmışdılar) bu imkandan yararlanaraq,
1918-ci il aprelin 19-da gecə hücuma keçib,
heç bir ciddi müqavimət olmadan Salmasa
daxil ola bildibr. B eb lik b , şəhər yenidən öz
tarixi sakinbrinin əlinə keçdi. Güneyli tarixçi
Tohid Məlikzadə Dilməqani “Azərbaycan Bi-
rinci Dünya müharibəsində” adlı kitabında yazır:
“Salmasın ə b keçirilməsi üçün əw əl 500 atlı və
piyadadan ibarət bir q ü w ə gecə vaxtı qəflətən
şəhərə girib, erməni və assu rib rb vuruşaraq
şəhəri onlardan təmizlədi. Sonra da yerli əhali ilə
birbşib şəhər bürclərində təhlükəsizliyi qorumaq
üçün keşik çəkməyə başladılar” (5, 5).
On gün ərzində Xoy və Təbrizdən də iki
minə yaxın döyüşçü kömək məqsədilə Salmas
sakinbrinin dadına yetişdi. Ermənilərin fasi-
b s iz hücumlarını d əf etmək üçün soydaşla-
rımız dəstələrini şəhərin m üxtəlif ərazilərində
y erb şd irird ib r. Əsəd Hümayun adlı igid öz
silahlı dəstələri i b Ləkistanda, Salar Hümayun
ilə Hacı Musaxan isə şəhərdə, Xoy qoşunu isə
Muğancıqda idi. Erməni-assur yaraqlıları öz
qüvvələrini toplayıb hər gün şəhərə hücum
çəkirdilər. Şəhərdə top və tüfəng səsindən qu-
laq batırdı. Tərəflər arasında baş vermiş qanlı
toqquşmalar iki gün davam etdi. Nəhayət,
Əsəd Hümayunun ordusu məğlub oldu və bö-
yük toplarından biri düşmənin əlinə keçdi.
Quldurlar qənimət kimi əldə etdikləri böyük
topla şəhərə atəş açır, binaları yıxırdılar. Sal-
masın Sədiyyə mədrəsəsi də həmin hücumlar
nəticəsində dağıdıldı. Bununla b eb , şəhər əha-
lisi basqınçılara qarşı döyüşür, Salması var
gü cbri i b müdafıə edirdibr. Axşama doğru
qarşıdurmalar daha da kəskinləşirdi. Şəhərə
bir-birinin ardınca top mərmiləri yağdırılırdı.
M inbrlə günahsız qadın və uşaq ağlar halda
münaqişənin bitməsini gözbyirdi. Hər tərəfə
hakim olan qeyri-adi qorxu və həyəcan içində
hər kəs qaçıb öz canını qurtarmaq üçün yol
axtarırdı. Erm ənibr hücumlarının birində yerli
müdafiəni qıraraq Əhrəncan darvazasından
şəhərə daxil ola bildibr. Azğınlaşmış erm ənibr
evbri yandırır və heç kimə rəhm etmədən əha-
lini k ü tb v i şəkildə qırırdılar. B e b lik b ,
Azərbaycan türkbrinin soyqırımı təkrarlanırdı.
Şəhərin dörd bir tərəfı cəsədlərlə dolmuşdu.
X əndəkbrdə də saysız-hesabsız m ey itb r
düşüb qalmışdı. Soyqırımın üçüncü günündə,
yəni 1918-ci il aprelin 25-də erməni-assuri qul-
dur dəstələri 40 min müsəlman əsiri bir yerə
toplayaraq, Həftvan və Qalasər kəndbrinə
apardılar. Onlar həmin əsirləri lüt-üryan saxla-
yaraq ağır şəkildə təhqir edirdibr. Ə sirbrin
əksəriyyəti yollarda aclıqdan qırılırdı. Tabriz
və Xoydan Salmasa gedən yollarda hər addım-
başı erm ənibrin kütbvi şəkildə öldürdüyü Sal
mas sakinbrinin cəsədləri səpələnmişdi. Bütün
bunlarla yanaşı, quldurlar Xoya gedən yolda
pusqu quraraq, yoldan keçən Azərbaycan türk-
b rin i tutub qarət edir və öldürürdübr (4, 6).
XX əsrin əvvəlində ermənilərin planlı şə-
kildə hədəfə aldığı Güney Azərbaycan şəhər-
brindən biri də Xoy oldu. Təpədən dırnağa
qədər yaraqlı olan erm ənibrə Andronik baş-
çılıq edirdi. Əvvəlcədən hazırladıqları plana
əsasən onlar Xoya hücum çəkib şəhəri ə b ke-
çirməli idibr. Xoya hücum çəkən Andronik
qüvvələrinin sayı ədəbiyyatlarda fərqli rəqəm-
b r b göstərilib. Bəzi m ənbəbrə görə, silahlı
erməni əsgərbrinin sayı 12000, digər ədəbiy-
yatda isə 3000 olduğu qeyd olunub. Androni-
kin Xoya hücum edəcəyinə şəhər əhalisi əvvəl
inanmadı. Amma erməni dəstələrinin şəhərə
yaxınlaşm asından sonra ölüm vahiməsi hər
tərəfı bürüdü. Ə traf kəndlərin sakinbri qorxu-
dan şəhərə pənah gətirirdilər. E vbr, məscidlər,
bütün küçələr qaçqınlarla dolmuşdu. 1918-ci
il iyunun son günbrinin birində səhər tezdən
erməni yaraqlı dəstəbri şəhər həndəvərində
görünməyə başladı. Günortaya qədər erməni-
b r şəhərin yarısını mühasirəyə aldılar. Xoyu
■ 3 (55) 2016 ■
■ 187 ■
■ İ.Arslan ■
ermənilərdən müdafıə etməkdən ötrü yerli əha-
li hazırlıq görməyə başladı. Varlı-kasıb fərqi
olmadan əli silah tutmağı bacaran bütün kişilər
bürclərdə və səngərlərdə qarovul çəkməyə baş-
ladılar. Bütün təbəqələrdən olan əhali - mül-
kədarından tutmuş əkinçisinə qədər, habelə
digər peşə sahibləri - tacirlər, ruhanilər və s.
çiyin-çiyinə müharibə etmək üçün hazırlaşmış-
dılar. Təpədən dımağa qədər silahlanmış ermə-
ni dəstələri Xoya hücum çəkdilər. Düşmənin
açdığı ilk g ü lb b r bir neçə nəfər soydaşımızın
həyatına son qoydu. Erməni hücumlarına sinə
gərən şəhər əhalisi mərdliklə vuruşurdu. Düş-
mənlə mübarizədə qadınlar və uşaqlar da işti-
rak edirdi. Onlar bürc və səngərlərdə şəhəri
düşməndən m üd afb edən döyüşçülərə su və
şərbət daşıyırdılar (4, 6).
Fars tarixçisi Əhməd Kəsrəvi bu haqda be-
lə yazır: “Səhərin dan yeri qızaran vaxtı bir-
dən-birə erməni dəstələri peyda oldular. Onlar
şəhərin 300 metrliyinə qədər gəlib, top və
hərbi avadanlıqlarmı işə salaraq, atəş açmağa
başladılar. Ermənilər hər tərəfdən şəhəri rnüha-
sirəyə almağa çalışırdılar. E b buna görə də
durmadan öz qüvvələrinin sayını artırırdılar.
Nəticədə günortaya qədər şəhərin yarısmı ələ
keçirdibr. Xoylular isə topdan məhrum ola-
ola, həm də köhnə silahlarla vuruşurdular. Bu
arada qadınlar da kişilərlə çiyin-çiyinə düşmə-
nə qarşı vuruşur, həm də onlara su, şərbət və
yemək aparırdılar. Bu isə kişibrdə əlavə ruh
yüksəkliyi yaradırdı”. Xoylu qadınların bir qis-
mi arxa cəbhədə şəhər müdafıəçibrini himayə
edərək, öz qəhrəmanlıqları və fədakarlıqlanyla
onların əhval-ruhiyyəsini gücbndirirdibr.
Bu cür şir ürəkli qadınlardan biri də Zəri
xanım idi. Güneyli tarixçi Mehdi Ağası “Xoy
tarixi” adlı əsərində bu haqda bildirir: “Ermə-
n ib r Xoyun şərq hissəsində əhalinin güclü
müqavimətini gördükdən sonra şəhərə bu isti-
qamətdən soxulmağın qeyri-mümkün olduğu-
nu anladılar. E b buna görə də mühasirə
halqasını daha da daraldaraq günortaya yaxın
şəhərin cənub hissəsindən hücuma keçdibr.
Nəticədə bürcbrdəki m üdafıəçibr geri çəkil-
mək məcburiyyətində qaldılar. Məhz həmin
anda bürclərə azuqə və sursat daşıyan Zəri xa-
mm (Zəri xamm əslən Urmiyadan idi) geri
çəkilməkdə olan döyüşçübrin qabağını kəsə-
гэк, başındakı yaylığı açıb onların başına atır
(bir qadının b e b hərəkəti hər hansı bir kişinin
qorxaqlığına etiraz etmək deməkdir). Sonra isə
özünün fəryad və həyəcan dolu səsi i b kişibri
mübarizəyə çağıraraq, onlara erm ənibrin Ur-
miya və Salmasda törətdiyi cinayətləri xatır-
ladır, döyüşçübri öz mövqelərində dayanıb
müqavimət göstərməyə təşviq edirdi. Qadının
bu hərəkətindən sonra m üdafbçilər yenidən
bürclərə və səngərlərə qayıtdılar. Erm ənibrin
bürcbrə dırm anmalarına baxmayaraq, şəhər
müdafiəçiləri bu dəfə ildırım kimi ermənilərin
üstünə hücuma keçdibr. Nəticədə düşmən tə-
rəfın bir qismini yerindəcə öldürərək, qalan-
larını isə geri çəkilməyə məcbur etd ib r” (4, 6).
Bu dövrdə Cənubi Azərbaycanda azərbay-
can türkbrinə qarşı erməni vəhşiliklərinin qar-
şısının alınmasında osmanlıların böyük rolu
olmuşdur. Osmanlı ordusunun hərbi yardımın-
dan sonra kütbvi qırğınların qarşısı alınmışdır.
Həmin vaxt Osmanlı ordusunun VI ordu
komandam Xəlil paşanın 26 mart 1918-ci il
tarixində III ordu komandanlığına göndəribn
bir teleqramı da diqqəti cəlb edir. Teleqramdan
bəlli olur ki, Osmanlı dövləti, Urmiya gölü
ətrafında erm ənibrin fəaliyyətinin qarşısını
almaq üçün Cənubi Azərbaycandakı müsəl-
man əhalidən toplanacaq q ü v v ə b rb VI və III
orduların birlikdə həyata keçirəcəkləri Qars-
İrəvan istiqamətində yürüş başlamağı planlaş-
dırmışdır. Həmçinin İran vəliəhdinin başçılığı
ib Təbrizdən hərəkət edən hərbi hissə i b er-
mənilər arasında Xoyda baş verən vuruşmada
ermənilər məğlub olaraq qaçmışdılar. Bu, bir
daha yerli əhalinin erməni cəlladlarına qarşı
mübarizə aparmasını sübut edir ( 8).
Xəlil paşanınl918-ci il 13 aprel tarixində
III ordu və bu orduya bağlı IV nizami ordu ko-
mandanlığına göndərdiyi teleqramda Urmiya-
dakı ingilis və fransız zabitbri komandanlığı
altında 4 top, xeyli odlu silaha malik olan 3-4
min erməninin olduğu, Urmiyanın 20-30 km
güneyində yerləşən Rəşaxan, Xəzm br, Maşan,
Salvatıda da erm ənibrin xüsusi partizan dəstə-
brinin yerbşdiyi haqqında məlumat verilir.
■ 188 ■
■ İyul - Avqust - Sentyabr ■
■ Dövlət idarəçiliyi: nəzariyyə və təcrübə ■
Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa
VI ordu komandanlığına 1918-ci il 15 may ta-
rixli teleqramda ermənilərin Mosul bölgəsinə
hücum edəcəkləri barədə alınan kəşfiyyat mə-
lumatına əsaslanaraq IV nizami ordunun təcili
olaraq Urmiya üzərinə hərəkətə keçməsini əmr
etmişdir. Ənvər paşa, eyni zamanda digər bir
bölüyün də İrəvan-Culfa üzərinə hərəkətə
keçməsini və Cənubi Qafqaz hökumətindən
izin gəlməsini gözləmədən Tabriz xəttinin işğal
edilməsini xüsusilə tələb etmişdir. VI ordu
tərəfindən Rayat və Üşnü istiqamətində Ur-
miyaya doğru hərbi yürüş hazırlanarkən aysor
patriki M arşimon VI tümən komandanlığına
bir məktub göndərərək Osmanlı dövlətinə
bağlı olduqlarını bildirmiş və ruslar tərəfındən
aldadıldıqlarını söyləyərək aman dibm iş, lakin
qısa müddətdən sonra Osmanlı qüvvələrinə
yenidən hücum etmişdir. IV nizarni ordu iyu-
nun 18-də Dilmanı ə b keçirmişdir. Dilman və
Salmasın Osmanlı qüvvələrinin köməyi i b er-
mənilərdən azad olunandan dərhal sonra Qaf
qaz cəbhəsindən Andronikin tabeliyindəki
erməni qüvvələri Culfa istiqamətdən Araz ça-
yını keçib, Xoy üzərindən güneyə doğru
irəliləməyə başlamışdır. Ermənilərin niyyəti
Tabriz bölgəsinə qədər irəliləyən ingilis qüv-
v ə b ri i b birləşərək Osmanlı döyüşçübrini
məğlub etmək və Qafqaz cəbhəsinə geri dön-
mək idi. Lakin Osmanlı qüvvələri ermənilərin
in g ilisb rb birləşməsinə aman verməmiş, on-
ları məğlub edərək Araz çayının quzeyinə
doğru geri çəkilməyə məcbur etmişdir.
Pavədə olan hərbi komandanhqdan 1918-ci
il 3 iyun tarixli VI ordu komandanlığına gələn
teleqrama görə, Osmanlı dövlətinə məxsus
lıərbi hissələrin Təbrizə doğru istiqamət alması
ib ingilis və fransız konsulları şəhəri tərk
etmiş, Təbrizdəki ermənilər də qaçmağa
başlamışlar. Osmanlı qoşunları qısa vaxt ərzin-
də Təbrizi ingilislərdən öncə ə b keçirmiş,
daha sonra Miyanə, Dəymədaş, Qaraçam,
Türkmənçay mövqelərində ingilisbrə ağır zər-
bələr endirərək, nəticədə onları cənub-şərq isti-
qamətində geri çəkilməyə məcbur etmişdir.
Ümumiyyətlə, Urmiya, Salmas, Xoy, Ма
ки, Dilməqan şəhərlərində və onların ətrafın-
dakı kəndbrdə Azərbaycan türkbrinin qətlə
yetirildiyi vaxt Osmanlı ordusu soydaşlarına
yardıma gəlmiş, Xoy şəhərinə çatan türk or
dusu oradan Salmasa doğru hərəkət etmişdir.
Bir neçə gün davam edən döyüşbrdən sonra
erməni ordusu darmadağın edildiyindən qaç-
mağa başladı (8).
Güneyli tarixçi Tohid M əlikzadə Dilmə-
qani “Azərbaycan Birinci Dünya müharibə-
sində” adlı kitabında Osmanlı ordusunun hərbi
yardımım b e b təsvir edir: “Çox çəkmədən
Osmanlı ordu hissəbri Xoya daxil olub yerli
əhalinin yardımıyla, ilk növbədə, Salmasdan
gəb n qaçqınların acınacaqlı durumunun yaxşı-
laşdırılması işi ib məşğul oldular. X oyapənah
gətirmiş 40 min Salmas qaçqınından yalnız on
min nəfəri sağ qalmışdır. Osmanlı qüvvəbrinin
gəlməsindən xəbər tutan erm ənibr təşviş için-
də əl-ayağa düşdübr. Onlar etdikbri iyrənc
cinayətlərin aqibətindən qorxaraq qaçmağa
hazırlaşırdılar. Lakin bu qədər cinayət törət-
məklə Salması tərk etmək о qədər də asan iş
deyildir. Bundan başqa, erm ənibr və assuribr
burada ev-eşik və bağ ev b rin ə sahib olmuş-
dular. Bunlardan da vaz keçmək onlar üçün
çox çətin idi. Osmanlı əsgərbrinin yardıma
gəlməsi xəbərini eşidən Salmas sakinbri öz xi-
laskar havadarlarının gəlişi üçün sevincbrin-
dən ağlayırdılar. Onlar bir tərəfdən, yuxuda
b e b görm ədikbri bir arzunun gerçəkbşm ə-
sindən, yəni ermənilərin təşviş içində qaçmağa
can atmasından sevinir, digər tərəfdən isə qaç-
maqda olan erm ənibrin son qırğına əl atma-
sından qorxurdular. Beblikb, altıncı diviziyadan
olan Osmanlı əsgərləri Türkiyədəki istiqlal
müharibəsinə və daxili problem brə baxma-
yaraq, Salmas və Urmiyam düşməndən azad
etmək üçün qardaşlarının imdadına yetişdibr.
İyun ayının ortalarında osmanlılar Salmasa
yaxınlaşıb, ikigünlük döyüşdən sonra şəhərə
daxil oldular. Salmas sakinbri Osmanlı əsgər-
brini qarşılamağa gəlir, onların qabağında mal
və qoyun kəsirdibr. Yerli sakinbr öz başlarına
g əb n bir neçə aylıq m üsibətbrdən danışır, on-
lara öz təşəkkürbrini bildirirdilər” (5, s. 5).
Həmin dövrdə Urmiyada baş vermiş tarixi
olayların yaxından şahidi olmuş soydaşımız
■ 3 (55)2016 ■
■ 189 ■
■ İ.Arslan ■
Əli Dehqan, Osmanlı ordusunun hərbi köməyi
haqqında yazır: “İyunun 23-cü və 24-cü günü
Urmiyanın dörd ağaclığına (ağac-qədim və
orta əsrlərdə istifadə olunmuş uzunluq ölçü
vahididir. Bir ağac təxminən 6-7 kilometrə bə-
rabər olmuşdur - red.) qədər gəlib çatmış Os-
manlı ordusu Andronikin Xoyu mühasirədə
saxlaması xəbərini eşitdikdən sonra dərhal şəhər
əhalisinə yardım göstərmək üçün geri qayıtdı.
Andronik Xoya çatdıqdan sonra şəhəri müha-
sirəyə almışdır. Arnma Xoy əhalisi düşmən qar-
şısında möhkəm dayanmış, ermənilərin hər bir
hücumuna müqavimət göstərirdi. Yerli sakinbr
osmanlılann gəlişinə qədər bir neçə gün errnəni-
ləri şəhərin çölündə süründürdülər. Nəhayət,
Osmanlı əsgərləri Salmas istiqamətindən gəlib
erməni quldurlarım top atəşinə tutdu. Nəticədə
düşmən qüwələrinin çoxu həlak oldu, qalanları
isə qaçıb aradan çıxdı. Beləliklə, Xoy şəhəri
erməni hücumlarından xilas oldu”.
Digər güneyli tədqiqatçı Məhəmməd Əmin
Riyahinin “Xoy tarixi” adlı kitabında hadisə
b e b qələmə alınıb: “Günortadan bir az keçirdi.
Döyüşçülərdən biri durbinlə cənub tərəfindəki
vəziyyətə nəzarət edirdi. Birdən-birə Qəzənfər
dağının arxasından göyə qalxan qırmızı tüstü-
nü görən kimi bu haqda türk əsgərinə (şəhərdə
qalan və Xoy əhalisi i b birgə döyüşən yaralı
Osmanlı əsgəri nəzərdə tutulur - red.) хэЬэг
verdi. Osmanlı əsgəri bu xəbəri eşidən kimi
sevinərək bildirdi ki, bu tüstü İslam ordusu
toplarınm tüstüsüdür. Nəhayət ki, gəlib çatdı-
lar. Allaha şükür, qurtardıq. Bir az keçmədən
topların səsi eşidilməyə başladı. Osmanlı or
dusu ib ermənilər arasında şiddətli bir müha-
ribə başlandı. ...Qardaş tü rk b rin topxanası
erməni qüvvələrinin mövqeyini kəskin atəşə
tutdu. Ağır və ardıcıl atəş nəticəsində qısa za-
manda ermənilər müqaviməti zəifbdib qaçmaq
məcburiyyətində qaldılar. Şəhərin müdafbçiləri
bürclərin başından sevinc və həyəcan h isb ri
ib Osmanlı ordusunun qələbəsinə baxırdılar.
Qəzənfər və Qullabi dağları tamamilə Osmanlı
ordusunun əlinə keçmişdi. Ermənilər geri
çəkildilər. D öyüşbr isə şəhər divarlarının arxa-
sında davam edirdi. Günün batmasma bir saat
qalmış Osmanlı ordusu Təzəkəndə çatdı. Top-
ların Səidabada doğru atəşi isə hələ davam
edirdi. B e b lik b , qardaş türklər həmin gecəni
şəhərin xaricində qalıb, səhər havalar işıqlana-
na kimi Culfaya qədər ermənilərin izinə düş-
dübr. Qaçmaqda olan erm ən ib r Araz çayını
keçdikdən sonra arxalarındakı Culfa kör-
püsünü də yandırdılar”. Həmin vaxt baş verən
hadisələr haqqında Əli Dehqan b e b yazmışdır:
“Qeyrətli Xoy əhalisinin həmin çətin günbrdə
göstərdiyi qəhrəmanlıq təqdirəlayiqdir. Şəhə-
rin düşmən əlinə düşməməsi üçün böyükdən
kiçiyə qədər hamı döyüş m eydanında qalıb
vuruşmaq və bu yolda ölmək qərarına gəldi.
Qəhrəman Xoy əhalisinin həmin ağır günbrdə
vəhşi düşmən qarşısında göstərdiyi misilsiz
müqavimət səhnəbri insanda böyük qürur hissi
oyadır”. Həmin hadisələrdə şəhəri ermənibrdən
müdafıə edənlər arasında öz qəhrəmanlığıyla
yaddaşlarda qalan igid soydaşlarımız var. On-
lardan Höccətülislam Şeyx Fəzlullah, Ağa
İbrahim, Həsənəlixan М1фэпсэ, Hacı Xəlil
Makui və b. adını çəkmək olar. Xoy əhalisinin
Andronikin qoşunlarına qarşı qəhrəmancasına
apardıqları mübarizə Azərbaycan tarixinin par-
laq səhifəbrindən biri sayılır. Bu məğlubiyyət
erm ənibrin “Böyük Erm ənistan” xülyasını
gerçəkbşdirmək ümidlərini puça çıxardı. B eb
likb, erməni qüvvəbrinin qalan hissəsi min bir
əzab-əziyyətlə özbrini İrəvana çatdırdılar. Əha-
linin və Osmanlı qoşunlannın fədakarlığı nəticə-
sində ermənilərin Xoy şəhərini ələ keçirməsinin
qarşısı beləcə alındı (4, s.7).
Birinci
Dünya
müharibəsinin
Cənubi
Azərbaycanda yaratdığı mürəkkəb şərait və
qanşıqlıqdan istifadə edən erməni silahlı dəstələri
aysorlarla birlikdə Xoy, Salmas, Soyuqbulaq və
bu şəhərbrin ətraf kəndlərinə hücum edərək,
bazar və evbri çapıb-talamış, günahsız və
silahsız Azərbaycan türkbrini böyükdən-kiçiyə
görünməyən vəh şilik b qırmışdılar. B eb
qırğınlar Urmiyada xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Yalnız türk ordu hissələrinin hə-
min bölgəyə daxil olması buradakı kəndbrin,
Urmiya və b. şəhərlərin əhalisinin kütbvi şə-
kildə q ə tb yetirilməsinin qarşısını almışdır.
Lakin türk qoşunları bu yerlərdən getdikdən
sonra Cənubi Azərbaycanın Türkiyə və İraqla
■ 190 ■
■ İyul - Avqust - Sentyabr ■
■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■
həmsərhəd bölgələrində erməni, aysor və kürd-
rus hərbi hissələrinin çox pərakəndə şəkildə
lər azərbaycanlılan yenidən qırmağa başlamış-
1918-ci ilin əvvəlində İrandan çıxarıldığı vaxt
dılar. Bu qırğınlar bolşevik hökuməti tərəfındən
çox dramatik və faciəli şəkil almışdır.
Ədəbiyyat:
1. Abışov V. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər), Bakı: “Nurlan”, 2007
2. Abışov V. Cənubi Azərbaycanda azərbaycanlıların soyqırımı, “Xalq qəzeti”, 31 aprel 2007
3. Cəfərli R. Urmiyada erməni terroru, “Xalq cəbhəsi” qəzeti, 22 oktyabr 2009, №192, s. 11
4. Cəfərli R. Cənubi Azərbaycanda azərbaycanlılara qarşı erməni terroru. “Xalq cəbhəsi” qəzeti,
22 oktyabr, 30 oktyabr, 4 noyabr 2009, № 192, 198, 201
5. Cəfərli R. Salmasda erməni terroru, “Xalq cəbhəsi” qəzeti, 30 oktyabr 2009, №198, s. 5
6. Əroğul Ə. Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası (bədii, tarixi publisistika),
Bakı: “Təknur”, 2009
7. Qazıyev Y. Erməni məsələsi: yalanlar və gerçəkliklər, Bakı: “Nurlan”, 2009
8. Nəcəfli G. Cənubi Azərbaycanda erməni terroru, http://1905.az/cənubi azərbaycan.
9. Mustafa N. Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri, “Dədə Qorqud”
qəzeti, 15 sentyabr 2003
10. “Təcəddüd qəzeti”, 17 fevral-2 mart 1918
11. İLTER E. Ermeni ve rus mezalimi (1914-1916), Ankara, 1996
12. Yıldırım H. Türk-ermeni ilişkilerinde ermenilerden itiraflar, Atatürk Araştırma Merkezi,
Ankara, 2000
13. Sarıahmetoğlu N. Azeri-ermeni ilişkileri (1905-1920), Ankara, TTK Yayınları, 2006
Açar sözlər:
Cənubi Azərbaycan, Azərbaycan türklərirıin soyqırımı, errnəni
vəhşilikləri, Osmanlı dövlətinin hərbi yardımı
Ключевые слова:
Ю жный Азербайджан, геноцид азербайджанских тюрков, ар
мянские зверства, военная помощь Османского государства
Key words:
South Azerbaijan, the genocide o f Azerbaijani Turks, Armenian
atrocities, military aid o f the Ottoman state
■ 3 (55)2016 ■
■ 191 ■
■ İ.Arslan ■
Иса Арслан
Исторический факультет Бакинского Государственного Университета
преподаватель кафедры истории тюркских стран,
доктор философии по истории
Геноцид против тюрко-мусульманского населения в Южном Азербайджане и
помощь Османского государства (1917-1918 г.)
Резюме
Вследствие геноцида против азербайджанцев, совершенного армянами, который
продолжался два столетия, сотни населенных пунктов были разрушены до основания, тысячи
азербайджанцев были зверски убиты. В результате последовательной этнической чистки,
геноцида и агрессии, проведенной Арменией против Азербайджана в течение длительного
периода, тысячи людей лишились своих домов и земель. С целью проведения политики
геноцида, армяне, которые не имели своего собственного государства до XX века,
использовали имперскую политику России с целью создания “Великой Армении”. Все
трагедии Азербайджана, которые имели место в XIX-XX веках, сопровождались захватом
его исторических земель и составляли отдельные этапы продуманной, планомерно
реализованной политики геноцида армян против азербайджанцев. Эта политика геноцида
против азербайджанцев была проведена армянами не только в северных регионах
Азербайджана, но и на территории Южного Азербайджана, в результате чего были убиты
тысячи азербайджанских тюрков.
ISA Arslan
Historical faculty o f Baku State University
Lecturer of Department of the History o f Turkish Countries
PhD in history
The genocide against the Turkish Muslims in
South Azerbaijan and support of the Ottoman state (1917-1918)
Summary
As a result o f two-century genocide against Azerbaijanis committed by Armenians hundreds o f
settlements were ruined and thousands o f Azerbaijanis were brutally killed. Following the consistent
ethnic cleansing, genocide and aggression carried out by Armenia against Azerbaijan for a long
period, thousands o f people lost their homes and lands. The Armenians, who hadn’t had their own
state before the XX century, used Russian imperial policy to carry out a policy o f genocide and
create “Great Armenia”. All the tragedies o f Azerbaijan happened in the XIX-XX centuries were
accompanied by occupation o f its historical lands and was result o f planned policy o f genocide
implemented by Armenians against Azerbaijanis. This policy o f genocide was carried out not only
in the northern regions o f Azerbaijan, but also in the territory o f South Azerbaijan and resulted in
murder o f thousands o f Azerbaijani Turks.
■ 192 ■
■ İyul - Avqust - Sentyab r ■
Dostları ilə paylaş: |