“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Kadr siyasətinin prinsipləri və icra mexanizmləri



Yüklə 0,54 Mb.
səhifə26/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   22   23   24   25   26   27   28   29   ...   57
referat 3390

7.2. Kadr siyasətinin prinsipləri və icra mexanizmləri
Dövlətin kadr siyasətinin hazırlanması və həyata keçirilməsində başlıca şərt bu siyasətin ictimai tələblərə cavab verməsidir. Bu baxımdan, dövlətin kadr siyasətinin müasir elmi tələblər səviyyəsində hazırlanması ilə yanaşı onun müəyyən prinsiplər üzərində qurulması vacibdir.
Dövlətin kadr siyasətinin prinsipləri - bu siyasətin hazırlanması və həyata keçirilməsini tənzimləyən əsas müddəa və qaydalardır. Onlar kadr fəaliyyətinin obyektiv qanunauyğunluqlarını əks etdirir və bu fəaliyyətin inkişafını işıqlandırır. Müasir ictimai elm dövlətin kadr siyasətinin müxtəlif növ prinsiplərini ayırırlar.
Ümumi prinsiplər - bütövlükdə kadr prosesini tənzimləyən prinsiplərdir. Onlar elmiliyə, konkret-tarixi yanaşmaya, mənəviyyata, qanunçuluğa, demokratizmə, ənənələrə və kadr dəyişikliklərinə əsaslanır.
Xüsusi prinsiplər - konkret sahə üzrə kadr prosesini tənzimləyir (məs., dövlət qulluğu sahəsini), bu prinsiplərə aşağıdakıları aid etmək olar:
- kadrların peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə seçilməsi;
- aşkarlıq və şəffaflıq;
- vətəndaşların dövlət qulluğuna girməkdə hüquq bərabərliyi;
- heyətin hüquqi, sosial və iqtisadi müdafiəsi;
- məmur fəaliyyətinə ictimai nəzarət və .s.
Dövlətin kadr siyasətinin xüsusi prinsipləri iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə öz ifadəsini tapır.
Fərdi prinsiplər kadr prosesinin ayn-ayn elementlərinin fəaliyyətini tənzimləyir, məs. kadrların yenidən hazırlanmasında - peşəkarlaşdırılma, fərdiləşdirilmə, kompüterləşdirmə, intensivləşdirmə, kəsilməz və qabaqlayıcı təlim prosesinin təşkili prinsipləri özünü büruzə verir.
Kadr siyasətinin ümumi, xüsusi və fərdi prinsiplərindən istifadə etməklə dövlət kadr problemlərinin həllində öz konstruktiv rolunu nümayiş etdirə bilər, eyni zamanda, dövlət hər zaman cəmiyyətin bütün təbəqələrinin problemlərini həll edən kadr siyasətinin inhisarçısına çevrilməməlidir.
Demokratik dəyərlərə əsaslanan dövlət vətəndaşlara öz maraqlarına, bilik və bacarıqlarına, potensial imkanlarına iş tapmağa şərait yaradır, iş seçimində fərdi təşəbbüskarlığı dəstəkləyir. Şübhəsiz ki, kadr siyasətində aparıcı, başlıca prinsip - kadrların peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə seçilməsi prinsipidir.
Bazar iqtisadiyyatı şəraitində təbii olaraq kadrların seçilməsi və yerləşdirilməsi məsələlərində meyarlar dəyişir. Bazar rəqabəti şəraitində kadrların daha çox təşəbbüskarlıq, riskə getmə bacarığı, kritik şəraitdə düzgün qərar qəbul etmək və strateji düşünmək qabiliyyəti, operativlik, çeviklik və.s. kimi xüsusiyyətləri ön plana çəkilir.
Kadr siyasətində stabilliyin, səmərəliliyin və nəticə etibarı ilə yüksək göstəricilərin əldə edilməsində qanunçuluq, şəffaflıq, aşkarlıq, kadrların yeniləşməsi və ənənəvilik kimi prinsiplərin nəzərə alınması vacibdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu prinsipləri ayn-aynlıqda yox, kompleks şəkildə və qarşılıqlı əlaqədə tətbiq etməklə kadr siyasətində yüksək səmərə əldə etmək mümkündür.
Bir çox inkişaf etmiş dövlətlərin kadr siyasətində “neytrallıq prinsipi” adlanan prinsipə ciddi əməl olunur. Bu prinsip dövlətlə dövlət qulluğunda işləyənlər arasında (dövlət qulluğuna girmək proseduru da daxil olmaqla) onların dünyagörüşü və əqidəsindən, siyasi rəğbətlərindən asılı olmayaraq obyektiv münasibətlərin qurulmasını təblə edir (hətta yüksək vəzifələrə irəli çəkilməsində də). Bu prinsip ictimai elmdə “kadr işinə partiyadankənar yanaşma” prinsipi kimi də tanınır.
Kadr siyasətinin icra mexanizmi bir sıra kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Təcrübə göstərir ki, dövlətin kadr siyasətinin səmərəli həyata keçirilməsi normativ-hüquqi, təşkilati, elmi-informasiya və tədris metodiki mexanizmlər vasitəsi ilə mümkündür.
Normativ-hüquqi mexanizm dövlətin kadr siyasətinin qanunvericilik bazasının yaradılmasını nəzərdə tutur. Bu funksiyanı dövlətin ali qanun­vericilik və icra orqanları yerinə yetirir. Hüquqi aktların qəbul edilməsi dövlət hakimiyyətinin bütün səviyyələrində kadr siyasəti subyektlərinin rolunu və yerini dəqiqləşdirir.
Dövlətin kadr siyasətinin təşkilati mexanizmi mərkəzi hakimiyyət və idarəetmə orqanlarının nəzdində ölkə üzrə kadr işini tənzimləyən subyektlər iyerarxiyasını (piramidasını) yaradır. Kadr işinin qurulmasında təşkilati mexanizm vasitəsilə aşağıdakı metodikalardan istifadə olunur:

  • işçilərin vəzifə tələblərinə uyğun gəlib-gəlməməsini müəyyən edən müasir texnologiyaların tətbiqi;

  • məmur əməyinin səmərəlilik dərəcəsinin müəyyən edilməsi;

  • vaxtaşırı kadr monitorinqlərinin keçirilməsi ilə məmurların dövlət vəzifələrində irəli çəkilməsinə dair məlumatların əldə edilməsi.

Dövlətin kadr siyasətinin elmi-informasiya təminatı mexanizmi bu siyasətin metodoloji əsaslarının yaradılmasını və kadr işində dəyişikliklərin proqnozlaşdırılması texnologiyalarından istifadəni nəzərdə tutur. Bu siyasətin elmi-informasiya təminatı kadrların tərkibinə dair statistik məlumatların və hesabatların dəqiqləşdirilməsini, əmək ehtiyatlarından daha səmərəli istifadə edilməsini tələb edir.
Dövlətin kadr siyasətinin tədris-metodiki təminatı mexanizmi kadr hazırlığının, yenidən hazırlığının və ixtisasının artırılmasının bütün səviyyələrini əhatə edir. Bu mexanizm vasitəsilə dövlət orqanlarında işləmək və yüksək vəzifələrə irəli çəkilmək üçün geniş tərkibdə yüksək rütbəli mütəxəssis kadrlar hazırlanır: dövlət müşavirləri, məsləhətçilər, elmi dərəcəli ekspertlər və s. Bütövlükdə, dövlətin kadr siyasəti mexanizmləri: a) kadr siyasətinin elmi cəhətdən əsaslandırılmış konsepsiyasının mövcud olduğu; b) kadr siyasətinin normativ-hüquqi, təşkilati, elmi-informasiya və tədris metodiki bazalarının yaradıldığı; və nəhayət, c) ölkə, region və bələdiyyə orqanların­da çalışan və kadr məsələlərinə cavabdeh olan rəhbər işçilərin kadr siyasətinin həyata keçirilməsində obyektiv və qətiyyətli olması zəminində funksiyalarını tam gücü ilə yerinə yetirə bilər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin