“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmeti və metodları



Yüklə 0,54 Mb.
səhifə23/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   19   20   21   22   23   24   25   26   ...   57
referat 3390

6.2. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmeti və metodları
Qeyd etdiyimiz kimi, dövlət idarəetməsinin hüquqi tənzimləməsini dövlətin ictimai münasibətlərə hüquqi normaların köməyi ilə təsiri prosesi kimi xarakterizə etmək olar ki, bunun da nəticəsində ictimai münasibətlərin normativ-hüquqi nizamlanması baş verir. Bu, hüquqi tənzimləmənin predmeti və metoduna əsaslanır.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmeti ümumi maraq kəsb edən müxtəlif məsələlərin, sosial əhəmiyyətə malik müxtəlif problemlərin həlli üçün dövlət hakimiyyət orqanlarının təşkili və fəaliyyəti sahəsində mövcud olan ictimai münasibətlərdən ibarətdir. Başqa sözlə desək, dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmetinin xüsusiyyətləri idarəetmə proseslərində dövlət hakimiyyətinin reallaşdırılması vasitələrinin, üsul və prosedurlarının hüquqi qaydada müəyyənləşdirilməsi ilə bağlıdır. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmeti kimi həm dövlət orqanlarının hüquqi statusu, fəaliyyətinin təşkili və texnologiyaları, həm də xüsusilə idarəolunan obyektlərin, о cümlədən, vətəndaşların hüquqi vəziyyəti, uyğun olaraq onların dövlət orqanları ilə birbaşa və əks-əlaqələri çıxış edir. Bütövlükdə məqsədlər, funksiyalar, formalar, təşkilati-hüquqi vasitələr, metodlar, mərhələlər, prosedurlar, tədbirlər, əməliyyatlar, prinsiplər və dövlət idarəetməsinin bir çox digər elementləri hüquqi tənzimlənmənin predmetinin tərkibinə daxildir. Bu mənada dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin predmeti dövlət və ictimai münasibətlərin aşağıdakı aspektlərini əhatə edir:

  • dövlətlə cəmiyyət, vətəndaşlar arasındakı münasibətlər. Bu münasibətlərin köməyi və vasitəsi ilə dövlət-idarəedici təsirlər formalaşdırılır, cəmiyyətin işlərinin dövlət aparatı tərəfindən idarə olunması reallaşdırılır;

  • dövlətin daxilində, dövlət orqanları arasında onların görməli olduğu işlərin və bunları idarə etmək üçün zəruri olan dövlət hakimiyyətinin (səlahiyyətlərin) bölüşdürülməsi ilə bağlı münasibətlər. Bu münasibətlərin mərkəzi məsələsi dövlət orqanının hüquqi statusunu müəyyənləşdirməkdən ibarətdir;

  • həm peşəkar dövlət qulluğunda çalışması (dövlət orqanlarının kadr tərkibi), həm də özünün bu və ya digər problemini həll etmək üçün dövlət orqanlarına müraciət etməklə dövlət-idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasındakı münasibətlər.

Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mərkəzində dövlət orqanının hüquqi statusunun müəyyənləşdirilməsi durur ki, bu da hüquqi məna daşıyan üç qrup elementdən ibarətdir:
Birincisi, hüquqi status dövlət orqanının ölkənin dövlət idarəetmə orqanlarının bütöv sistemindəki yeri və rolunu özündə əks etdirir. Orqanların qanunvericilik, icra və məhkəmə hakimiyyəti (üfüqi) və ya mərkəzi və yerli icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına (şaquli), həmçinin ic­ra hakimiyyəti orqanlarının hər hansı ixtisaslaşmış alt sisteminə mənsub olması onların hüquqi statusunun formalaşması üçün əsas rolunu oynayır. Bu əlamətə görə dövlət orqanlarının iyerarxik strukturdakı şaquli və üfüqi qarşılıqlı əlaqələri, subordinasiya və tabeçilik əlaqələri müəyyən edilir.
İkincisi, hüquqi statusun müəyyənləşdirilməsinin ən mühüm məsələsi dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi və bunun reallaşdırılması üçün onlara uyğun səlahiyyətlərin verilməsindən ibarətdir. Dövlət orqanları və ya vəzifəli şəxslər öz fəaliyyətlərində bu səlahiyyət hədlərini aşa bilməzlər. Yəni bu halda “qadağan olunmayan hər şeyə icazə verilir” prinsipi işləmir. Müxtəlif səviyyəli dövlət orqanlarının səlahiyyətlərinin dəqiq bölgüsünün aparılması hakimiyyətlərin bölgüsü prinsipinin reallaşdırılmasının ən mühüm üsullarından biridir. Konstitusiya ilə həll olunan əsas vəzifələrdən biri ali hakimiyyət orqanlarının (üfüqi istiqamətdə), mərkəzi, regional və yerli hakimiyyətlərin (şaquli istiqamətdə) səlahiyyətlərinin müəyyənləşdirilməsi və uyğun olaraq məhdudlaşdırılmasından ibarətdir. Əgər hansısa məsələlərin həlli müəyyən bir hakimiyyət orqanının səlahiyyətlərinə aid edilibsə (bu halda başqa bir orqanın bu işlərlə məşğul olmaq hüququ yoxdur), onda bu dövlət orqanının müstəsna səlahiyyətlərindən danışmaq olar. Lakin birgə səlahiyyətlər də (həm üfüqi, həm də şaquli istiqamətdə) mümkündür ki, bu zaman eyni məsələlər iki və ya daha çox dövlət orqanı tərəfindən həll edib bilər. Bu halda, bir qayda olaraq, həmin orqanlardan biri (adətən dövlət iyerarxiyasında daha yuxanda duran) üstün səlahiyyətlərə malik olur. Beləliklə, hüquqi statusun müəyyənləşdirilməsi zamanı konkret dövlət orqanı üçün idarəetmə funksiyaları, bu funksiyalara uyğun səlahiyyətlər müəyyənləşdirilir, onları həyata keçirmək üçün forma və metodlar, idarəetmə obyektlərinin və ya on­ların fəaliyyətinin ayrı-ayrı məsələlərinin (aspektlərinin) siyahısı hüquqi qaydada müəyyən edilir. Praktikada bəzən idarəetmə funksiyalarının (idarəedici təsirlər sistemi) əvəzinə dövlət orqanının qarşısında duran məsələlər göstərilir ki, bu da nəticədə orqanın nə etməli olduğunu bildirsə də, bunu necə və hansı funksiyaların köməyi ilə yerinə yetirməyi aydınlaşdırmağa imkan vermir.
Üçüncüsü, dövlət orqanının hüquqi statusu onun təşkilati strukturunun, eyni zamanda, onun fəaliyyətinin forma, metod və prosedurlarının hüquqi cəhətdən müəyyən edilməsini tələb edir. Çünki hər bir orqanın səlahiyyətləri nəinki yalnız reallaşdırılmalıdır, həm də uyğun vəzifəli şəxslər tərəfindən, hüquqi metodlardan istifadə zamanı müəyyən edilmiş hüquqi forma və prosedurlara əməl etməklə və lazımi hüquqi nəticələrlə reallaşdırılmalıdır.
Dövlət hüququn köməyi ilə tənzimləmə funksiyasını həyata keçirərək idarəetmə münasibətlərinə, onların iştirakçılarının hərəkətlərinə tənzimləyici təsirlərin göstərilməsinin hüquqi vasitələrinin və üsullarının müəyyən toplusundan istifadə edir ki, bu da ictimai münasibətlərin hüquqi tənzimlənməsinin metodlarını təşkil edir. Hüquqi tənzimləmə metodu dedikdə, hüquqi normaların ictimai münasibətlərə təsir üsulu başa düşülür. Başqa sözlə desək, bu, dövlət aparatına daxil olan sosial idarəedici sistemlərin bütövlükdə sosial-hüquqi sferaya və onun elementlərinə təsirlərinin hüquqi qaydaları, vasitələri, üsulları toplusudur. Hüquqi tənzimləmə metodu aşağıdakı xüsusiyyətlərə malikdir; а) o, dövlət orqanlarının şəxsində yalnız dövlətə xasdır; b) yalnız hüquqi normalara aiddir (toxunur); c) hüquqi normaların təsirliliyi dövlət məcburetməsi ilə təmin olunur.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsində onun predmetinə uyğun hüquqi tənzimlənmə metodlarından istifadə olunur və bu predmetin xüsusiyyətləri metodun özünəməxsusluğunu müəyyən edir. Metod hüququn tənzimləyici xüsusiyyətlərinin iradi tərəfini xarakterizə edir və bu mənada hüquq qeyri-bərabərliyin, hakimiyyət-idarəetmə münasibətlərinin subyektlərinin hüquqi asimmetrikliyini müəyyənləşdirən idarəetmə modelinin hüquqi forması kimi çıxış edir. Bu, bir tərəfin digərinə xətti (rəis - tabeçilikdə olan) və ya funksional (müfəttiş - nəzarət edilən) tabeçiliyi ilə bağlıdır.
Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin metodunu təşkil edən bütün vasitələr, üsullar və qaydalar çoxluğu dövlətin ictimai inkişafa nail olmaq məqsədi ilə öz məsələlərini necə və hansı qaydada həll etdiyini göstərir. Müxtəlifliyinə baxmayaraq, onların hamısı tənzimlənən ictimai münasibətlərin iştirakçılarının hər birinə, о cümlədən hüquq normalarmı müəyyənləşdirən dövlət orqanlarının özlərinə də şamil edilirlər. Hüquqi tənzimləmə me­todu hökmən hüquqi qaydada rəsmiləşdirilməli və normativ ifadə olunmalıdır. Hüquqi tənzimlənmə metodu iki məqamı xarakterizə edir: birincisi, hüquqi tənzimlənmənin subyekti (mənbəyi), yəni uyğun hüquqi normalan qəbul etmək səlahiyyətinə malik orqan; ikincisi, bu hüquqi nor­maların mahiyyəti və məzmunu. Dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin subyekti müəyyən dövlət orqanlarının idarəetmə sahəsində hüquqi normalar müəyyənləşdirmək imkanlarmı, xarakterini və fəaliyyət hüdudlarını göstərir. Buna uyğun olaraq hüquqi tənzimlənmənin mərkəzləşdirilmiş (imperativ), qeyri-mərkəzləşdirilmiş (dispozitiv) yardımçı (subsidiar) metodlarını fərqləndirirlər:
- mərkəzləşdirilmiş (imperativ) tənzimlənmə metodu (subordinasiya metodu). Bu zaman tənzimlənmə dövlət hakimiyyət orqanları tərəfindən onla­rın səlahiyyətləri və hüquqi tabeçiliyində olan obyektlər çərçivəsində yuxarıdan aşağıya qədər imperativ əsaslarla həyata keçirilir. Buna misal olaraq, mərkəzi hakimiyyət orqanları tərəfindən ölkə Konstitusiyası ilə müəyyənləşdirilən səlahiyyətlər çərçivəsində həyata keçirilən hüquqi tənzimləməni göstərmək olar. Belə tənzimləmədə (imperativ) dövlət hakimiyyətinin atributları - onun idarəetmə proseslərində davranış normalan (qaydaları) müəyyənləşdirmək və təmin etmək bacarığı tamamilə reallaşdırılır.

  • qeyri-mərkəzləşdirilmiş (dispozitiv) tənzimlənmə metodu (koordinasiya metodu). Bu zaman hüquqi tənzimlənmə eyni vaxtda bir neçə dövlət hakimiyyəti orqanı tərəfindən razılaşdırma, müqavilə, birgə aktların qəbul olunması, aşağının təşəbbüslərini dəstəkləmək və.s. yolu ilə həyata keçirilir. Bu üsul ictimai münasibətlərin tənzimlənməsinin üç imkanını özündə birləşdirir: 1)hüquqi xarakterli məlum hərəkətlərin yerinə yetirilməsinə icazə vermək; 2)ictimai münasibətlərin iştirakçılarına hüquqi normalarla tənzimlənən müəyyən hüquqların verilməsi; 3) müəyyən qarşılıqlı münasibətlərdə olan şəxslərə öz davranış variantlarını seçmək imkanının verilməsi. Bu, faktiki olaraq bərabərhüquqlu tərəflərin (subyektlərin) arasındakı münasibətləri tənzimləmə üsuludur və onlara hüquqla tənzimlənən qarşılıqlı münasibətlərinin forma və üsulları ilə bağlı məsələnin özləri tərəfindən həll olunması imkanmı verir. Dövlətin demokratikləşdirilməsi, yerli dövlət və özünüidarəetmə orqanlarının müstəqilliyinin əhəmiyyətli dərəcədə artdığı şəraitdə idarəetmə proseslərinin bu cür əlaqələndirilmiş hüquqi tənzimlənməsi getdikcə daha çox əhəmiyyət daşımağa başlayır. Burada ən vacib məsələ hüquqi tənzimləmə subyektlərini (mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş) bir-birinə qarşı qoymamaqdan, dövlət idarəetməsinin istənilən təzahürlərində hüquqi tənzimləməni yaxşılaşdırmaq məqsədi ilə onları bir-biri ilə əlaqələndirməkdən, optimal şəkildə birgə istifadə etməkdən ibarətdir.

  • yardımçı subsidiar tənzimləmə metodu. Bu zaman tənzimləmə icti­mai münasibətlərin verilən sferasına toxunan digər hüquq sahələrinin nor­malan ilə tamamlanmış qaydada tətbiq olunur. Məsələn, dövlət qulluğu qanunvericiliyin müxtəlif sahələrinin (konstitusiya, inzibati, əmək, maliyyə) normativ hüquqi aktları ilə tənzimlənir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin