“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Bələdiyyə mülkiyyətinin formalaşması



Yüklə 0,54 Mb.
səhifə54/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   49   50   51   52   53   54   55   56   57
referat 3390

3. Bələdiyyə mülkiyyətinin formalaşması
Beləliklə də, bələdiyyə mülkiyyətinin formalaşma mexaniz­mi­nin 2 yolunu göstərmək olar:

  1. Dövlətsizləşdirmə;

  2. Bələdiyyə müəssisələrinin yaradılması.

Nəzərə almaq lazımdır ki, bələdiyyə mülkiyyətinin artırılma üsullarının bütün rəngarəngliyi bu mexanizmlərlə bitmir. Bələdiyyə mülkiyyətinin formalaşması yerli özünüidarə orqanlarının digər iq­tisadi fəaliyyəti nətijəsində də ola bilir. Məsələn, bələdiyyələrin digər mülkiyyət formasına məxsus müəssisələrin səhmlərinin əldə edilməsi ilə, saziş əsasında yerli özünüidarə orqanları tərəfindən əmlakın alınması ilə, eləjə də bələdiyyə əmlakının ijarəyə verilməsilə, özəlləşən əmlakdan bələdiyyə büdjəsinə gələn gəlirlə, yerli vergi və jərimələrlə, bələdiyyə ərazisində olan təbii resurslardan istifadəyə görə edilən ödənişlərlə və s. fəaliyyət nətijəsində bələdiyyə mülkiyyəti artırıla bilir.
Bələdiyyə mülkiyyətinin formalaşmasından danışarkən onun bir sıra vajib funksiyalarına və prinsiplərinə toxunmaq lazım gəlir.
Bələdiyyə mülkiyyətinin əsas funksiyaları aşağıdakılardır:

  1. İqtisadi funksiya;

  2. Sosial funksiya;

  3. İdarəetmə funksiyası.

Bələdiyyə mülkiyyətinin formalaşması üçün vajib olan iqtisadi funksiya- təkrar istehsal adlanır. Bələdiyyə mülkiyyətinin təkrar istehsalı bir-biri ilə əlaqədə olan 3 prosesi əhatə edir:

  1. Maddi və qeyri-maddi nemətlərin təkrar istehsalı;

  2. İnsan resurslarının (əməyin) təkrar istehsalı;

  3. Mülkiyyət münasibətlərinin təkrar istehsalı.

Bələdiyyə mülkiyyətinin iqtisadi funksiyası yerli əhalinin fərdi ehtiyajları üçün müxtəlif maddi və qeyri-maddi nemətlərin istehsalına imkan verir. Yerli əhalinin bütün ehtyajlarının iqtisadi baxımdan bələdiyyə mülkiyyətinin formalaşmasına və inkişafın zəmin yaradır.
Bələdiyyə mülkiyyəti eyni zamanda müəyyən bələdiyyə ərazisində yaşayış fondları, kommunal-iaşə xidməti, təhsil, sağlam­lığın qorunması kimi rekreasiya mühiti yaradan məjmu işçilərin (in­sanların) təkrar istehsalında iştirak edir. Bələdiyyə mülkiyyəti ərazinin həm təbii mühiti, həm də insanların məskunlaşma mühiti kimi təkrar istehsalını təmin edir.
Deməli, bələdiyyə mülkiyyətinin iqtisadi funksiyası sənaye in­frastrukturunun təşkilinə və ərazi iqtisadiyyatının optimal struk­turunun formalaşmasına imkan verir. Bundan əlavə, təkrar istehsal funk­siyası çərçivəsində bələdiyyə mülkiyyəti iqtisadi həyatın libe­rallaşması və koordinasiyasına, bazar münasibətləri və rəqabətin inkişafına şərait yaratmaqla, bazar iştirakçılarının davranışını da optimallaşdırır.
Qeyd etmək lazımdır ki, bələdiyyə mülkiyyəti mikro (kiçik) biz­nes mühitinin inkişafına da təkan verir. Onun sayəsində müəs­sisələrin yeni təşkilati-hüquqi formaları yaranaraq, inteqrasiyası və diversifikasiyası baş verir. Bu isə onu göstərir ki, bələdiyyə mül­kiyyətinin iqtisadi funksiyası həm də mülkiyyət münasibətlərinin təkrar istehsalı prosesini əhatə edir. Bu prosesdə bələdiyyə mülkiyyəti bir fenomen olaraq, yerli iqtisadiyyatın müstəqilliyi və sərbəstliyinin əsası və bələdiyyə resurslarından daha səmərəli istifadənin təminatı kimi çıxış edir.
Bələdiyyə mülkiyyətinin sosial funksiyasına aşağıdakılar aid edilir:
 Sosial tələbatların ödənilməsi;
 Yerli əhalinin sosial müdafiəsi.
Bələdiyyə mülkiyyətinin sosial funksiyası vasitəsilə bələdiyyə əhalsinin bütün tələbatlarını təmin etmək mümkün olur. Həmin tələbatların təmininə istiqamətlənən soisal bələdiyyə obyektləri yerli özünüidarə əhalisinə xidmət etməklə, sosial inkişaf siyasətinin aparılmasına təkan verir.
Bələdiyyə mülkiyyətinin sosial funksiyasına aid edilən yerli əhalinin sosial müdafiəsi məsələsində də yerli özünüidarə mülkiyyəti kənarda qalmır. Belə ki, o, bələdiyyə əhalisinin hər bir üzvünün sosial müdafiəsinə geniş zəmin yaradır.
Bələdiyyə mülkiyyətinin iqtisadi və sosial funksiyalarının reallaşma hüdudları bir-biri ilə tamamilə şərtlənmişdir. Bu funk­siyaların hər biri şəffafdır və qarşılıqlı olaraq bir-birini tamamlayır.
Qeyd olunan funksiyaların təhlilindən aydın olur ki, bələdiyyə mülkiyyətinin formalaşması və effektiv istifadəsi ən çox asılıdır:

  1. Bələdiyyə mülkiyyətinin sosial və iqtisadi tərkibləri arasındakı münasibətdən;

  2. Bələdiyyə mülkiyyətinin hansı reallaşma formasının (mə­sələn, əmlak, müəssisə, qiymətli kağızlar və s.) seçil­məsindən;

  3. Bələdiyyə infrastrukturunun inkişafından.

Bələdiyyə mülkiyyətinin idarəetmə funksiyası həmin mülkiy­yətin formalaşması kontekstində bir qədər diskussiya xarakteri daşıyır. Belə ki, bu prosesin inkişafına iki baxış bujağından yanaşmaq olar. İlkin nəzər nöqtəsi bələdiyyə mülkiyyətinin özünüidarə təbiəti ilə xarakterizə olunur. Digər baxış bujağından isə yanaşdıqda, bələdiyyə mülkiyyətinin idarə edilməsində dövlətin təsirediji rolu aşkar olunur.
Bütün bunlar əsasında bələdiyyə mülkiyyətinin idarəetmə funk­­siyasının universallığı müəyyən olunur. Təbii ki, bu universallıq bə­lədiyyə mülkiyyətinin formalaşmasında ən müxtəlif səviyyələr üçün olan əlaqə və münasibətlərin idarəetmə funksiyası tərəfindən əks olun­ması ildə bağlıdır. Başqa sözlə desək, idarəetmə prosesində hansı tərəfin, yəni yerli əhalinin, yerli özünüidarə orqanının, bələdiyyə müəs­sisəsi kollektivinin, təşkilatların və ən nəhayət, hər hansı bələ­diyyə ərazisində yaşayan konkret insanın (vətəndaşın) qərar qəbul etməsindən asılı olmayaraq, həmin idarəetmədə optimallıq prinsipjə, bələdiyyə mülkiyyətinin formalaşma prosesində təsiri olan daxili və xariji, obyektiv və subyektiv faktorların qarşılıqlı münasibətinin nə dərəjədə dərk olunması ilə müəyyən edilir.
Bələdiyyə mülkiyyətinin sosial, iqtisadi və idarəetmə funk­si­yalarını araşdıraraq, onun formalaşması və inkişafının bəzi əsas səbəblərini üzə çıxarmış oluruq:

  1. İjtimai rifahın yaxşılaşdırılmasının vajibliyi;

  2. Əhalinin sosial müdafiəsinin təmini;

  3. Əlavə gəlir mənbələri hesabına yerli büdjənin təmini.

Göründüyü kimi, bələdiyə mülkiyyətinin formalaşması müəy­yən obyektiv səbəblərlə bağlıdır. Bütün bu səbəblər birmənalı şəkildə mülkiyyətin formalaşması prinsiplərində nəzərə alınmalıdır. Əks halda bələdiyyə mülkiyyətinin formalaşması düzgün olmayan nətijəyə gətirib çıxarar.
Bələdiyyə mülkiyyətinin formalaşmasının aşağıdakı prinsip­lərini müəyyən etmək olar:

  1. Vəsaitlərin kifayətliyi prinsipi  bu prinsip yerli özü­nü­idarəetmə orqanlarına verilən vəsaitlərin onların qar­şılarına qoyulan vəzifələrə uyğun olmasını nəzərdə tutur. Başqa sözlə desək, bələdiyyələrə ayrılan vəsait onlara verilən səlahiyyət və vəzifələrin həyata keçirilməsi ilə üst-üstə düşməlidir. Əks təqdirdə bu, bələdiyyə mülkiyyəti ilə əlaqədar fiskal disbalansa səbəb ola bilər.

  2. Bələdiyyə orqanına tabe olan ərazinin resurslarının məhdudiyyətliyi prinsipi  bu prinsip yerli özünüidarə orqa­nının öz ərazisində olan resurslardan səmərəli istifadə edilməsində stimullaşdırılmasına imkan verir.

  3. İnfrastruktur tamlığı prinsipi – yerli özünüidarə orqanları resurslarla təmin edilərkən nəzərə alınmalıdır ki, bu resurslar bələdiyyə orqanlarının hüdudları daxilində həyata keçirilən tədbirlərin texnoloci tamlığını təmin etməlidir.

Nəzərə almaq lazımdır ki, bələdiyyə mülkiyyətinin ümumi mülkiyyətdə olajaq payının neçə faiz təşkil edəjəyindən asılı olma­ya­raq, kəmiyyət meyarları əsasında onun sərhədlərinin dəqiqləşdirilməsi qeyri-mümkündür. Ona görə ki, digər mülkiyyət formaları kimi transformasiyaya məruz qalan bələdiyyə mülkiyyəti mütəhərrikdir və inkişafdadır. Belə olan halda isə, kəmiyyət kriteriyaları əsasında bələdiyyə mülkiyyətinin strukturuna dair yaranan suallara birmənalı javab vermək çətindir [49].
Buna görə də müasir dövrdə bələdiyyə mülkiyyətinin kəmiyyət yox, keyfiyyət kriteriyaları əsasında hüdudlarının müəyyənləşdirilməsi məqbul sayılır. Bir sıra mütəxəssislərin fikrinjə, keyfiyyət baxımından bələdiyyə mülkiyyətinin tərkibinə aşağıdakı obyektlər daxil olmalıdır:
 bələdiyyə mülkiyyətinin iqtisadi, sosial və digər funksiyalarının yerinə yetirilməsini təmin edən mülkiyyət obyektləri (bələdiyyə büdjəsi, bələdiyyənin qeyri-büdjə vəsaitləri, mühəndis infrastruktur obyektləri və s.);
 bələdiyyə ərazisində funksional texnoloci əlaqələrin yüksək səviyyəsi ilə xarakterizə olunan obyektlər (su kəməri idarələri, kanalizasiya və istilik idarələri, elektrik şəbəkəsi və s.);
 bələdiyyə ərazisinin sosial-iqtisadi inkişafı baxımından yerli özünüidarə orqanları üçün əhəmiyyətli sayılan mülkiyyət obyektləri;
 özünümaliyyələşdirmə recimində işləyən və yaxud büdjə və qeyri-büdjə vəsaitləri hesabına maliyyələşən obyektlər.
Göründüyü kimi, sadalanan kriteriyalar bələdiyyə mülkiyyəti obyektlərinin keyfiyyət müxtəlifliyini məhdudlaşdırmır. Bu isə bələdiyyə mülkiyyətinə yerli özünüidarəetmənin əsas iqtisadi elementi kimi baxılmasına əsas verir.
Müasir dünya praktikasına əsasən qeyd etmək olar ki, bə­lədiyyələr bəzən iri mülkiyyət obyektləri və digər daşınmaz əm­lak­ları olmadan da müvəffəqiyyətlə fəaliyyət göstərə bilərlər. Məsələn, Fransa kimi inkişaf etmiş ölkədə region səviyyəsində fəaliyyət gös­tərən yerli özünüidarə orqanları nə torpaq sahələrinə, nə bələdiyyə müəs­sisələrinə, nə də ki, digər daşınmaz əmlaka malikdir. Lakin bü­tün bunlar bələdiyyə fəaliyyətinin uğurla aparılması üçün maneə rolunda çıxış etmir. Əksinə, bələdiyyələr burada yerli vergi və ödənişlər, dotasiyalar vasitəsilə büdjəyə daxil olan vəsaitlər hesabına yerli əhəmiyyətli məsələləri səmərəli şəkildə həll edə bilirlər. Bu isə onu deməyə əsas verir ki, bələdiyyə mülkiyyətində bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və digər daşınmaz əmlakla yanaşı, yerli maliyyə də mühüm və aparıjı rol oynayır.
Dünya praktikasında qeydə alınan bu məsələlər Azərbayjan Respublikası qanunverijiliyində də nəzərə alınmışdır. «Bələdiyyələrin statusu haqqında» Azərbayjan Respublikası Qanununun 54-jü maddəsinin 3-jü bəndində deyilir ki, bələdiyyə ərazisində bələdiyyə mülkiyyətinin olmaması bələdiyyə yaratmaqdan imtina edilməsinə əsas vermir [4]. Deməli, buradan belə nətijə çıxır ki, dünya prak­tikasından irəli gələn bu müsbət dəyərlərin Azərbayjanda da tətbiqinə qanunverijilikdə məhdudiyyət qoyulmamışdır və nə vaxtsa bu əsasda hər hansı bələdiyyənin (söhbət ölkəmizdən gedir) daşınmaz əmlak formasında mülkiyyətsiz fəaliyyəti qeyri-adi hal hesab oluna bilməz.
Bələdiyyə mülkiyyətinin formalaşmasından danışarkən, həmin problemin əsas bir aspektinə də toxunmaq lazım gəlir. Bu, bələdiyyə mülkiyyətinin idarə olunmasında effektivliyin qiymətləndirilməsi məsələsidir. Həmin məsələ əslində yenijə formalaşmaqda olan bə­lədiyyə mülkiyyəti üçün çox həssas məsələdir.
Məlumdur ki, son zamanlar ölkəmizdə fəaliyyət göstərən bələdiy­yə orqanlarına qanunla mülkiyyət ayrılsa da, çox vaxt onlar bu mül­kiyyətin idarə edilməsində effektivliyin və keyfiyyətin qiy­mətləndirilməsinə həddən az diqqət yetirirlər. Bu isə təbii ki, düzgün olmayan bir mövqedir. Çünki ərazidə yaranan iqtisadi və sosial prob­lem­lə­rin aradan qaldırılmasında bələdiyyə orqanlarının gördükləri fəaliyyət, bilavasitə bələdiyyə mülkiyyəti obyektlərinin effektiv idarə olunması əsasında möhkəmləndirilə bilər.
Bələdiyyə mülkiyyətinin idarə olunmasının effektivliyini bələdiyyə ərazisində yaşayan əhalinin həyat keyfiyyətinin bələdiyyənin resurs potensialina (mülkiyyətinə) olan nisbəti ilə müəyyənləşdirmək olar [49].
Bələdiyyə mülkiyyəti ilə onun effektiv idarə olunması arasındakı bu nisbəti aşağıdakı düsturla ifadə etmək olar:
= (9.1)
Burada,

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin