2.7. Dövlət idarəçiliyinin resursları və ictimaiyyətlə əlaqələr
Dövlət idarəçiliyində obyektiv, məqsədyönlü fəaliyyət sahəsi kimi müxtəlif vasitələrdən (geniş mənada resurslardan) istifadə olunur. Onların əksəriyyətini “sosial resurslar” adı altında birləşdirmək mümkündür. Məhz sosial resurslardan səmərəli istifadə etməklə dövlət idarəetmə sisteminin fəaliyyəti təmin edilir və dövlət idarəetmə məqsədlərinə nail olur. Aşağıdakı təhlildə sosial resursların hakimiyyət və idarəetmə resursu (kadr, icbariyyət, normativ, siyasi, hüquqi, iqtisadi, maliyyə) olması, dövlət resursları ehtiyatlarının yaradılması, insan resurslarının - mühüm resurs kimi sistem tərkibi (demoqrafık, əmək, siyasi-inzibati elita, dövlət orqanlarının kadrları, insan resurslarının idarəolunması və nəhayət vətəndaş resursları) kimi əsas məsələlər öyrənilir.
Cəmiyyət və ictimai sistem inkişaf etdikcə müvafıq olaraq dövlət idarəetmə sisteminin də inkişaf etmək üçün müəyyən resursları olmalıdır. Müasir dövlətlərdə modemləşmə prosesləri özünəməxsus resurslar tələb edir. Son araşdırmalar göstərir ki, ictimai inkişaf prosesində dövlət idarəçiliyinin rolu nəinki azalır, o, əksinə olaraq mürəkkəbləşən ictimai problemlərin öhdəsindən gəlmək üçün (məsələn, böhranlar və islahatlar dövrlərində) daha çox resurslardan səmərəli istifadə bacarığına malik olmalıdır. Azərbaycanda oxşar problem neft layihələrinin bəhrəsi olan böyük ölçülü gəlirlərin uzunmüddətli istifadəsi problemini dövlət idarəçiliyinin resurs istifadəsi vəzifəsi kimi qeyd etmək olar.
Demokratik idarəçilik üslubu şəraitində cəmiyyətin və ayrı-ayrı vətəndaşların zəruri tələbatlarını sərt məhdud ölçüdə resurs hesabına səmərəli yolla dövlət orqanları tərəfindən ödəmək qabilyyəti onların səmərəlilik me yan kimi çıxış edir. Hesab olunur ki, optimal uyğunluq sahəsi maddi məsrəflərin (maliyyə, iqtisadi və s.) minimallaşdırma tələbi ilə kadr potensialının səmərəli istifadəsi tələbinin kəsişməsi məsələlərində cəmləşir.
Geniş mənada sosial resurslara cəmiyyətin ixtiyarında olan bütün maddi və mənəvi resursları (təbii ehtiyatları və insanların yaratdığı sərvətləri) aid edirlər. Sosial resurslar dedikdə sosial həyatın müxtəlif sferalarını təmin etmək üçün cəmiyyətin istifadə etdiyi və ya gələcəkdə istifadə edə biləcəyi real və potensial imkanlar, vasitə və ehtiyatlar nəzərdə tutulur. Eyni zamanda bu resurslara insanların gündəlik həyatında tələb olunan maddi və mənəvi nemətləri də daxil edirlər. Sosial resurslar sırasında xüsusən idarəetmə münasibətlərinin iştirakçılarını (obyektləri) tabe etmək üçün hakimiyyət daşıyıcısının istifadə etdiyi hakimiyyət vəidarəetmə resurslarınınəhəmiyyəti böyükdür. Bunların sırasında başlıca rol dövlət hakimiyyəti və idarəetməsinin kadr resurslarınaməxsusdur.
Bir qayda olaraq dövlət xadimləri, siyasətçilər və məmurlar rəhbər vəzifələri və hakim mövqeləri tutmaqla hakimiyyət resursları əldə etmiş olurlar. Hakimiyyət resursları - idarəetmənin təməl (fundamental) mənbəyidir. Piter Blaunun yaratdığı “sosial mübadilə” nəzəriyyəsində bu resursların birinci dərəcəli əhəmiyyəti öz izahını və əsaslandırlmasını tapmışdır. Bu nəzəriyyəyə görə, hakimiyyətin əsasında və beləliklə, dövlət idarəetməsinin əsasında, “qıt” resursların qeyri-bərabər bölünməsi durur. Heç bir resurslara malik olmayan insanlar onları əldə etmək üçün resurs sahiblərinin sərəncam və göstərişlərini icra etməlidirlər. Beləliklə, adamlar resurs sahiblərinin hakimiyyətindən asılı vəziyyətə düşürlər və onlara tabe olurlar. Sosial resursların bölünməsi və (yenidən) paylanması isə dövlət idarəetməsi prosesində həyata keçirilir.
Utilitar resurslar- insanların gündəlik ehtiyacları və qayğıları ilə bağlı olan maddi və sosial nemətlərdir. Onların köməyi ilə dövlət orqanları, məsələn, özəlləşdirmə və ya milliləşdirmə proseslərini tənzimləyir, idxal- ixrac kvotalarını təyin edir, iqtisadi fəaliyyət növlərinə lisenziyalaşdırmanı və.s. həyata keçirirlər. Bundan başqa çoxsaylı imtiyazların paylanması yolu ilə hakim dairələr təkcə siyasi qruplar deyil, bütöv əhali təbəqələrinin loyal münasibətini təmin etmiş olurlar.
İcbariyyət resurslarısırasında elə dövlət məcburetmə tədbirləri çıxış edirlər ki, onların adətən digər standart resursların nəticə vermədiyi halda tətbiqi zəruriyyəti yaranmış olur. Bunlara nümunə kimi, ilkin zəruri mallara dövlət qiymətlərinin təyin edilməsi üzrə inzibati məcburiyyət tədbirlərini aid etmək olar. Belə mallar sırasında yanacaq, çörək, nəqliyyat xidmətləri və.s. vardır. Digər misal olaraq, tətillər və kütləvi ixtişaşların təşkilatçılarına qarşı tətbiq edilən iqtisadi və inzibati sanksiyalardan çəkinməyənlərə cinayət məsuliyyətinə cəlb olunma tədbirlərini göstərmək mümkündür.
Normativ resurslar - dövlətin tənzimlədiyi münasibətlərə qoşulan insanların davranış normalarına və dəyər yönümlərinə təsir vasitələridir. Bu vasitələrin vəzifəsi dövlət idarəetməsinin subyektləri və obyektlərinin maraq ümumiliyinə insanları inandırmaqdır, çünki hər iki tərəfin geniş müxtəlifliyə malik olan ictimai fəaliyyət prosesində qarşılıqlı münasibətlərin normal tənzimlənməsinə obyektiv tələbatı vardır.
Fəaliyyətin ən mühüm sahələri ilə əlaqəli olaraq dövlət idarəçiliyi resursları sırasında aşağıdakıları seçmək olar:
Siyasi resurslar. Bu növ resurslar insanların, qrupların, ictimai-siyasi birliklərin, hərəkatların, partiyaların siyasi münasibətləri çərçivəsində işə salınırlar. Başlıca olaraq bu resurslar siyasi hakimiyyət üzərində cəmləşirlər. Cəmiyyətdə xüsusi hakimiyyət növü olaraq, dövlət güc tətbiqi və məcburiyyət orqanlarının, digər hakimiyyət növləri bütün vətəndaşlar və təşkilatlara dair özünün qərarlarının aliliyi və mütləqiyyətini kəsb edir.
Siyasi hakimiyyət həm də özünün ictimai xarakteri ilə səciyyələnir ki, o, fərdi vətəndaşlar deyil, bütün vətəndaşlar və ya onların kateqoriyalarına siyasi qərarlar vasitəsilə istiqamətləndirməni, çoxsaylı resursların olmasına baxmayaraq, idarəetmənin təkmərkəzliliyini, yəni ən mühüm qərarların vahid mərkəz-dövlət tərəfindən qəbul edilməsini nəzərdə tutur.
Hüquqi resurslar. Bu növ dövlət idarəetməsi resursları ölkə vətəndaşlarının hüquqi şüuruna əsaslanırlar. Onlar qəbul olunan qanuni aktların və hüquqi-normativ sənədlərin keyfıyyəti, onların icraatı, qanunçuluq rejiminin qorunması və daha geniş mənada hüquqlar sistemi və hüquqi mədəniyyətlə xarakterizə olunurlar.
İqtisadi resurslar. Mallar və xidmətlərin maddi istehsalı prosesində istifadə olunurlar. Onlara aiddir: maddi və pul vəsaitlərindən ibarət təsərrüfat fondları - bunlar planlı qaydada yenidən təkrar istehsal və bölgü prosesində bərpa olunurlar və ölkənin milli sərvətinin əsasını təşkil edirlər və əsas fondlar, dövriyyə vəsaitləri, ehtiyat və sığorta fondlarından ibarət olur. Dövlət idarəetməsinin iqtisadi resursları həmçinin dəyərin məcmu ekvivalenti kimi milli pul, qızıl-valyuta ehtiyatları və qiymətli kağızlar (maliyyə, o cümlədən, valyuta resursları), istehsal avadanlığı və texnika (istehsal-texniki resurslar), məhsuldar torpaqlar və faydalı qazıntılar (təbii resurslar) və iqtisadi proseslərdə istifadə olunan digər resurslar. İqtisadi resursların tərkibində dövlət ehtiyatlarını xüsusi ayırmaq vacibdir. Onlara müntəzəm qaydada dövlət tərəfındən yaradılan xammal və materialların strateji ehtiyatları, yanacaq, bəzi texnika növləri, taxıl və digər ərzaq məhsullarını daxil edirlər. Əsas təyinatı - iqtisadiyyatın dayanmadan fəaliyyətinin və fövqəladə hallarda təxirəsalınmaz əməliyyatların təmin edilməsidir.
Motivasiya resursları. Bu növ resurslara insanların dövlətin ixtiyarında olan sosial stratifıkasiyada (bölgüdə) tutduğu yerin dəyişməsi, sosial statusunun artıb-azalması, onun ictimai əhəmiyyətinə təsir edən resurslar aiddir. Qismən iqtisadi resurslarla üst-üstə düşən motivasiya resursları özündə təhsil, peşə, vəzifə, nüfuz, maddi təminat və buna bənzər (nailiyyət) göstəricilərini kəsb edirlər.
Mədəni-informasiya resursları - mənəvi dəyərlər, bilik və informasiyalar, həmçinin bunların əldə edilməsi və yayılmasına xidmət edən vasitələr: elm və təhsil qurumları, kütləvi informasiya vasitələri və digər medialar. İnformasiya resurslarının müəyyən əllərdə cəmləşməsinin nəticəsi kimi böyük insan kütlələrinin davranışının audiovizual informasiyaların - söz və təsvirin köməyi ilə idarəolunmasına (güc və iqtisadi resurslar tətbiq etmədən) nail olmaq olar. İnformasiya sferası cəmiyyətin intellektual resurslarının cəmləşməsini təmin edən resursdur.
Güc resursları - silah-sürsat və fiziki təsir aparatı, bu iş üçün xüsusi hazırlıq keçmiş adamlardan ibarətdir. Dövlətin tərkibində onların özəyini bütün atributları ilə təchiz olunmuş ordu, polis, təhlükəsizlik xidməti, prokurorluq, məhkəmə və.s. təşkil edir. Bu növ resurslar idarəetmədə dövlətin qabaqlama və cəza təsirini özündə kəsb etməklə, dövlət hakimiyyətinin və idarəetməsinin mütləq və zəruri ehtiyatlarına aid edilir.
Dövlət idarəçiliyinin unikal sosial resursu ölkənin demoqrafık resursları sayılır, yəni insanlar digər resursların müəyyən mənada universal mənbəyidir. Insan-maddi nemətlərin (iqtisadi resursların) yaradıcısı, ordunun şəxsi heyəti - əsgərlər (hərbi resurs), hərbi mükəlləfıyyət (səfərbərlik resursları), polis (güc resursları), seçici, partiya üzvü (siyasi resurs), mədəniyyət daşıyıcısı, bilik və informasiya sahibi və sərəncamçısı (elmi və mədəni-informasiya resursları), qanunverici və loyal vətəndaş (hüquqi resurslar) və.s. Bütövlükdə isə insan dövlət idarəetməsinin təkcə resursu deyildir, eyni zamanda həm onun subyekti, həm də obyektidir.
Cəmiyyətin və dövlətin qarşılıqlı fəaliyyəti kontekstində ilk növbədə birbaşa dövlət idarəetməsinin gerçəkləşməsi prosesində məşğul olan insan resurslarını, yəni əmək resursları, inzibati-siyasi elitanı və dövlət orqanlarınnn kadr heyətini nəzərdə tutmaq lazımdır. Hər bir ölkənin kadr potensialı - onun sərvətinin ən yüksək dəyəridir. İnsan resurslarının inkişafı - dövlət idarəçiliyinin ən önəmli mühüm vəzifəsidir.
Olkənin əmək ehtiyatları - onun əhalisinin böyük bir hissəsini təşkil edir. Təsərrüfatda çalışmaq üçün bu kontingent (hal-hazırda işləyənlər və gələcək əməkçilər) zəruri fıziki inkişaf, biliklər və praktiki iş təcrübəsinə malikdirlər. Əmək resurslarının istifadəsinin səmərəliliyinin yüksəldilməsi indiki zamanda xüsusən böyük əhəmiyyət kəsb etməyə başlayır, çünki onların sahələr və ərazilər üzrə düzgün bölünməsi, əməyin keyfıyyətinin və məhsuldarlığının yüksəldilməsi dövlətin inkişafı üçün mühüm iqtisadi zəmin yaradır. Bu səbəbdən əmək ehtiyatlarının inkişafının dövlət tənzimlənməsi qanunvericilik səviyyəsində və icra orqanları tərəfındən aparılır. Dövlətin bu fəaliyyəti ölkənin və regionların əmək bazarlarına təsir göstərir, əhalinin ümumi və ixtisas təhsili, onun miqrasiya davranışının formalaşdırılmasının müəyyən çərçivədə saxlayır. Təşkilati planda dövlətin idarəetmə fəaliyyətinin səmərəliliyi kadrlardan funksional ixtisaslaşma və məhsuldarlıq, rəhbər heyətin düzgün seçilməsi, daima fəal olan peşəkar aparatın olmasını tələb edir ki, bu keyfiyyətlər dövlət idarəetməsi prosesində icrasərəncam səlahiyyətlərini öz əlində cəmləşdirməklə dövlət kadrlarına mühüm siyasi qərarların qəbul edilməsi təşəbbüslərini başlamağa şərait yaradır.
Inzibati-siyasi elita özünün real ifadəsini tapan siyasi idarəçilik keyfiyyəti və funksiyalarının daşıyıcısı kimi xarakterizə olunur. Cəmiyyətin hakim təbəqəsinin xüsusi rolu bu cəmiyyətin iki hissəyə: idarəedənlər və idarəolunanlara bölünməsini əsaslandırmağa səy göstərən elitarizm nəzəriyyələri tərəfindən tədqiqatlara məruz qalmışdır. Belə nəzəri baxışlara görə siyasi hakimiyyət sosial münasibətlərin əsas hissəsini təşkil edir ki, bunların ən vacibləri hökm sürmək və tabe olmaq münasibətləridir. Məsələn, müasir qərb demokratiyalarını geniş tərənnüm edən plüralist elitalar nəzəriyyəsi sosial strukturlarda siyasi, iqtisadi, intellektual, mədəni və bunlara bənzər elitaların olmasını israr edir. Bunların sırasında aparıcı mövqe inzibati-siyasi elitalara məxsusdur. Əsas fərqləndirici cəhət - onun mühüm siyasi dövlət qərarlarının qəbulunda birbaşa iştirak etməkdir. Birbaşa onunla sıx əlaqədə olan və tez-tez birləşən inzibati elita (dövlət bürokratiyasının ali təbəqəsi) icra fəaliyyəti ilə məşğuldur, lakin siyasətə birbaşa təsir imkanına malik deyildir. Dövlət orqanlarının kadr heyəti - dövlət qulluqçuları - müxtəlif ixtisaslaşmaya malik olan peşəkar hazırlıqlı kadrlar korpusudur ki, özlərinin şəxsi və işguzar keyfıyyətləri və təhsilinə görə dövlət idarəetməsi funksiyalarını peşəkar səriştə ilə yerinə yetirməyə qadir olurlar. Onlar sayca böyük və yetərincə təsirli sosial qrupdur. Yüksək sosiallaşma səviyyəsinə nail olmuş cəmiyyətlərdə bu təbəqə müxtəlif islahatlar, yeniləşmə, birləşdirmə, ixtisarasalma və.s. cəhdlərinə baxmayaraq, durmadan sayca artır. Bürokratiyanın sıralarının genişlənməsi onun icra səmərəliliyinin aşağı düşməsi və korrupsiyaya məruz qalması dövlət idarəetməsinin səmərəsizliyinin yalnız bəzi təzahürləridir. İctimai disqarmoniya, hakim elita ilə cəmiyyət arasında münasibətlərin pozulması, elitadaxili ziddiyyətlər idarəetmənin qeyri-səmərəliliyinin əsl səbəbləri ola bilər. Hakim təbəqələrin ən yeni araşdırmaları göstərir ki, xüsusən islahat və keçid dövrləri, sosial sarsıntılar və qarşıdurmalar zamanı onların rolu xüsusən artır, onlardan çox vaxt cəsarətli addımlar, düşünülmüş və məqsədyönlü siyasətin aparılması gözlənilir.
İctimaiyyətlə əlaqələr. XX əsrin son on ili və XXI əsrin əvvəlində dövlət idarəetmə sisteminin icra hakimiyyəti qolu xeyli dərəcədə güclənmə meyllərini nümayiş etdirmişdir, onun mövqeyi, hakimiyyət bölgüsü çərçivəsində səlahiyyətləri və funksiyaları dəyişmişdir. Nəhayət, vətəndaşlar və onların müxtəlif mütəşəkkil qruplarla münasibətlərini tənzimləyən mexanizmlər daha da təkmilləşmişdir. Inzibati idarəetmə orqanları və vətəndaşlarla müntəzəm dialoqun aparılması gündəlik reallığa çevrilmişdir. Qeyd olunmalıdır ki, belə dialoq və konstruktiv əməkdaşlıq “birtərəfli hərəkət” xarakteri daşımır, ictimai problemlərin məqbul həlli yollarının birgə axtarışını nəzərdə tutur, kompromislər üzrə razılaşmalar əsasında ictimai münaqişələrin kəskin formaya düşməsinin qarşısını alır.
Dövlət idarəetmə obyektləri məcmusuna daxil olan vətəndaşlar və onların təşkilatları ilə, bütövlükdə ictimaiyyətlə münasibətlərin qurulmasına xidmət edən subyektin xüsusi fəaliyyət sahəsi “İctimaiyyətlə əlaqələr” (ingiliscə PR – “pablik rileyşnz”) adı ilə idarəetmə elmi və praktikasına daxil olmuşdur. Onun mənşəyi özəl sektor (daha doğrusu - iri biznes) olsa da, qısa zamanda həm vətəndaş sektoru, həm də dövlət təşkilatları və dövlət idarəçiliyinə yayılmışdır. Əslində ictimaiyyətlə əlaqələrin mənası çosxaylı elementlərin hamısına birgə təsiri həyata keçirmək olsa da, bunun üçün mediaların və xüsusən elektron mediaların müstəsna rolu əsasında daha sürətlə və geniş inkişaf etmişdir. Müasir ictimaiyyətlə əlaqələr (PR) nəzəriyyələrinin mükkəmməl sosioloji, psixoloji və sosial-psixoloji kökləri vardır. Sosial kommunikasiyalar nəzəriyyələrinə söykənən bu anlayışın dövlət idarəçiliyində də tətbiqi səmərəli olmuşdur və indi də durmadan inkişaf edir.
Dövlət idarəçiliyində ictimaiyyətlə münasibətlərin necə qurulması və tənzimlənməsi yolları ilə tanış olaq. Əvvəlcə qeyd edək ki, bu fəaliyyətin başlıca məqsədi dövlət idarəetmə prosesini daha səmərəli və məhsuldar etməkdir. Bunun üçün dövlət idarəetmə orqanları tərkibində xüsusi strukturlar da təsis edilir (PR-xidməti, ictimai əlaqələr şöbəsi və s.) və bu fəaliyyət peşəkar əsasda aparılır.
İri şirkətlər və dövlət orqanları arasında PR fəaliyyətinin məğzi eyni olsa da, ancaq mahiyyətcə fərqlər də vardır. Amerikan politoloqu C.Qordonun “Amerikada dövlət idarəetməsi” kitabında belə göstərilmişdir: “Əgər özəl sektorda idarəetmənin səmərəliliyi mənfəətin olub-olmaması ilə ölçülürsə, dövlət idarəçiliyində bu, vətəndaşların siyasi dəstəyinin olub-olmamasında öz ifadəsini tapır”. Müvafıq olaraq, ictimaiyyətlə münasibətlərinin qaydaya salınmasının son məqsədi kommersiya strutkurlan üçün - konkret mallar və xidmətlərə tələbatın saxlanması (genişlənməsi), yəni alıcıların zövqünü oxşaması yolu ilə (fəal siyasətdə - bu zövqlərin formalaşdırlması yolu ilə) onların fərdi tələbatlarını ödəməkdir. Dövlət hakimiyyəti strukturlarının PR qurumları dövlət maraqlarının müxtəlif tərəflərini, komponentlərini təmsil etməkdən ibarətdir. Bu səbəbdən dövlət PR xidmətinin tərəf müqabili fərdi vətəndaşlar, təşkilatlar və qruplar deyil, müxtəlif qruplaşmalar şəklində çıxış edən subyektlərdir, başqa sözlə desək, geniş ictimaiyyətdir. Dövlət maraqları ümummilli xarakter daşıyır və hakimiyyətin heç bir strukturu bu maraqların tam təmsilçiliyinə iddia edə bilməz. Hər hansı bir orqan öz maraqları ilə bütöv dövlət maraqlarını eyniləşdirsə, onda dövlətin “özəlləşdirilməsi” baş verə bilər, təəssüf ki, buna reallıqda da rast gəlirik.
Demokratik cəmiyyətlərin ayrılmaz atributu kimi vətəndaşların idarəetmədə birbaşa və ya dolayı (maraqlarının seçkili təmsilçiliyi) yolla iştirakıdır. Demokratik cəmiyyətdə ictimaiyyətlə münasibətlərdə dövlət strukturu (kommersiya strukturundan fərqli olaraq) öz “oyun qaydalarını” ixtiyari tərzdə təyin edə bilməz, “təklikdə” qərar qəbulu digər özəl və ya vətəndaş təşkilatlarının iştirakı olmadan təsəvvür edilə bilməz
Beləliklə, dövlətin ictimaiyyətlə münasibətlərinin formalaşması modeli həm ictimai-siyasi quruluş (siyasi sistem), həm də ictimai şüurun səviyyəsindən asılıdır, başqa sözlə desək, ictimai hakimiyyətin dövlət və cəmiyyət arasında paylanma xarakteri əhəmiyyətli dərəcədə bu münasibətlərin simasını təyin edir. Bir çox ölkələrdə vətəndaşların və onların mütəşəkkil qruplarının hakim resursları dövlətin hakim resursları ilə müqayisə edilməz səviyyədədir - istisnanı liberal xarakterli əsl demokratik cəmiyyətlər təşkil edir. Vətəndaşların və onların təşkilatlarının dövlət strukturları ilə PR prosesində tutduqları mövqeləri onların kommersiya strukturları ilə PR prosesindəki mövqelərindən xeyli dərəcədə zəif olur. Kommersiya strukturlarından fərqli olaraq dövlət və onun PR strukturları vətəndaşlara qarşı daha çox təsir vasitələrinə malikdirlər. Bu səbəbdən bərabərhüquqlu ikitərəfli dialoq əvəzində konkret dövlət strukturuna faydalı olan yönümlərin və davranışın “sırınması” halları müşahidə olunur.
Dövlət hakimiyyəti orqanlarında PR xidmətlərinin spesifikası təkcə onların tətbiq etdiyi texnologiyaların məxsusiliyi ilə müəyyən edilmir. Ən mühüm fərqləndirici cəhətlər dövlətin yürütdüyü real siyasətin törəməsi kimi qəbul edilməlidir: həqiqətən siyasət əksəriyyətin maraqları istiqamətində aparılırsa, onda münasibətlər mexanizmi də səmərəli fəaliyyət göstərir. Belə halda ictimaiyyətlə əlaqələr ümumiyyətlə idarəetmənin və xüsusən inzibati idarəetmənin mühüm komponentinə çevrilir. “İctimaiyyətlə əlaqələr” xidmətləri optimal idarəetmə qərarlarının qəbulu üçün şərait yaradır, bir çox mübahisə və münaqişəli hallarda “ilk zərbəni” öz üzərinə götürərək qabaqlayıcı proqramı həyata keçirirlər. Digər tərəfdən qəbul olunmuş dövlət qərarlarının reallaşmasının səmərəsi də PR xidmətlərinin bu prosesi necə müşayiət etməsindən asılı olur.
Transformasiya dövrünü yaşayan ölkələrdə (Azərbaycan daxil olmaqla) cəmiyyətin və dövlətin yeni münasibətlərinin formalaşmasının həlledici amili kimi dövlətin təbiətinin tədricən dəyişməsi, onun hüquqi dövlətə çevrilməsi, nəticədə isə qanun və Konstitusiyanın dövlət hakimiyyətinin sərhədlərini dəqiq gözləməsi, cəmiyyətə və insana xidmət etməyə üz döndürməsi kimi çıxış edirlər. Belə dövlət vətəndaşların hüquqlarını etiraf etməklə kifayətlənmir, onların müdafiəsinə zamin durur.