“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Mövzu: 3. Dövlət və onun funksiyaları



Yüklə 0,54 Mb.
səhifə11/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   7   8   9   10   11   12   13   14   ...   57
referat 3390

Mövzu: 3. Dövlət və onun funksiyaları
Plan:
3.1. Dövlətin mənşəyi, mahiyyəti və əsas əlamətləri.
3.2. Dövlətin tipləri və siyasi rejimlər.
3.3. Dövlətin ictimai funksiyaları.


3.1. Dövlətin mənşəyi,mahiyyəti və əsas əlamətləri

Müasir dünyanın inkişaf təcrübəsi göstərir ki, insanların öz gələcəyi üçün ən etibarlı ümid, inam və etiqad yeri demokratik dövlətdir. Cəmiyyət irəliyə doğru inkişaf etdikcə bütövlükdə bəşəriyyətin və ayrı-ayrı insanların həyatında dövlətin rolu daha da artır, dövlət insanın daha çox ümüd bəslədiyi real istinadgaha-pənah yerinə, dövlətçilik isə həyatın mövcudluğunun həlledici amilinə çevrilir. Dövlət idarəetməsi sahəsində milli və dünyəvi təcrübə rtır və o, özünün tədricən daha çox müsbət nəticələrini verir. Buna baxmayaraq tədqiqatçılar arasında dövlətin mahiyyətinə və yaranma səbəblərinə münasibətdə fikir birliyi yoxdur. Dövlətin mahiyyəti, yaranma mənbələri və səbəblərinın müəyyən edilməsi dövlətçiliyin, dövlət quruculuğunun ən çətin və mürəkkəb məsələlərindəndir.


Dövlətin mahiyyətinə və yaranma səbəbləri müxtəlif tarıxı dövrlərdə və ayrı-ayrı ölkələrdə fərqli formada yanaşılmışdır. Onlarla nəzəriyyələr, konsepsiyalar və ehtimallar yaranmış, dövlətin yaranma səbəbləri, təbiəti, əmələ gəlməsi prosesi müxtəlif tədqiqatçılar tərəfindən bir-birindən fərqli formada izah olunmuşdur. Qısaca olaraq dövlətin mahiyyəti, mənşəyi və yaranma səbəbləri haqqında nəzəriyyələrdən ən mühümlərini ümumi formada göstərməyə çalışaq:

  1. Dövlətin dini və ya ilahi mənşəli hesab edən nəzəriyyə. Bu nəzəriyyə qədim Misirdə yaranmış, feodalizm dövründə daha geniş yayılmış və sonralar dövlət haqqında fikrin inkişafına müsbət təsir göstərmişdir. Bu nəzəriyyənin tərəfdarlarının (Hegel, Foma Akviski, Mojevski və i.a) fikrincə, dövlət və hüquq Allah tərəfindən dünya ilə birlikdə yaranmışdır.başqa sözlə dövlət cəmiyyətin inkişafının məhsulu deyil, o müstəqil bir ictimai varlıq kimi Allah tərəfindən tərkib hissəsi kimi yaranmışdır. Dövlət ilahi mənşəli bir varlıq, hökmdar tanrının yer üzərindəki surətdir.

  2. Dövlətin əmələ gəlməsinə patriarxal yanaşma və ya dövlətin əmələ gəlməsi haqqında patriarxal nəzəriyyə. Belə yanaşma qədim Yunanıstanda (onun banisi aristotel hesab olunur) əmələ gəlmiş, sonrakı əsərlərdə müxtəlif davamçılar (məsələn, XVII əsrdə İngiltərədə Filmer, XIX əsrdə Rusiyada tədqiqatçı-dövlətşünas Muxaylovski və i.a.) tərəfindən unkişafının məhsuluAristotelə görə, dövlət tkcə cəmiyyətin təbii-tarixi inkişafının məhsulu deyil, həm də insanların qohumluq-doğmalıq əsasında qaynayıb-qarışmasının, əhalinin məskunlaşması və insani münasibətlərinin inkişafının ən yüksək məhsuludur. Patriarxal nəzəriyyəyə görə, dövlət öz başlanğıcını ailədən götürülmüş, ailənin inkişafı məhsulu kimi meydana gəlmişdir. Dövlət başçısının hakimiyyət-patriarxal dövrdə ailə başçısının – atanın hakiməyytidir. Bu nəzəriyyəyə orta əsirlərdə feodal-monarxiya dövlətini və hakimiyyətini qoruyub saxlamağa və inkişaf etdirməyə xidmət edirdi.

  3. Digər qrup alimlərin (Volf, Russo, Didro və i.a.) təsəvvürlərinə görə dövlət ictimai quplar, ailələr arasımüqavilələrin məhsuludur. Dövlət ailələrin, qəbilələrin yaranması dövründə (e.ə. V-VI əsarlərdən başlayaraq) hamıya, hər ailəyə və hər kəsə himayədarlıq etmək, təlabatın ödənilməsinə, azadlığın qorunmasına yardımçı olmaq üçün yaranmış xüsusi təşkilatlardır. Belə ki, ayrılıqda heç bir ailə, heç bir kəs təkbaşına həyat üçün zəruri olan şeyləri əldə edə, azadlığını qoruya bilməz. Bu səbəbdən bu vəzifəni öz öhdəsinə götürən vahid təşkilat yaratmaq haqqında ailələr (icmalar,kollektivlər) arasında razılaşmalar (müqavilələr) bağlanmış və onların məhsulu kimi dövlət meydana gəlmişdir. Dövlətə həmçinin “onun üçün ayrılmış ərazidə insanların ictimai münasibətləri təşkil və tənzim edən təşkilat” kimi, “əhalinin sosial qruplarının həmin dövlətin mənafeyinə uyğun ali hakimiyyət altında ümumbəşəri ədalət prinsipinə əsaslanan ittifaqı” kini tərif verənlər də var.

  4. Dövlət zorakılıq vasitəsi kimi. Bu nəzəriyyə öz başlanğıcını quldarlıq quruluşunda götürmüşdür. Bir qrup alimlərin (Mikiavelli, Hobbs və i.a.) fikrincə, insanda öz təbiəti etibarı ilə müsbət keyfiyyətlərlə bərabər eqoistik, varlanmaq, ətraf aləmə hakim olmaq, şöhrətpərəslik, qorxu, paxıllıq hissləri də var.

İnsan əksər hallarda bu sahələrdə özünün şəxsi mənafe və marağının ödənilməsinə can ataraq başqa insanların mənafeyini tapdalayır, onlara zülm edir, fiziki və mənəvi zərər verir, həyatını, varlığını təhlükə altında qoyur. Bu vəziyyətdən qurtarmaq, eqoizmi cilovlamaq, cəmiyyətdə siniflərin, insan qruplarının mənafeyində və münasibətlərində müvazinəti təmin etmək üçün insanlara qarşı zorakılıq etmək zərurəti yaranır. Məhz bu zorakılıq funksiyasını dövlət yerinə yetirir.
XIX-XX əsrlərdə alman alimi E.Dürinqin, Karl Kautskinin, avstriyalı Qumploviçin əsərlərində dövlətin zorakılıq vasitəsi olmasının daha geniş miqyasda əsaslandırılmasına cəhd göstərilmişdir. Müvafiq mənbələrə istinad edərək demək olar ki, onların ümumi fıkrı belədir ki, xüsusi mülkiyyət, siniflər və dövlət cəmiyyətin bir hissəsinin o biri hissəsi üzərində daxili və xarici zorakılığının, istilaçılığının və qarətçiliyinin inkişafı məhsulu kimi meydana gəlmişdir. Qaliblər idarəedən sinfi, məğlublar fəhlə və kəndli sinfini təşkil etmişlər. K.Kautski dövlətin yaranmasında xarici zorakılığı, müharibələri əsas vasitə hesab edir: Müharibə nəticəsində qaliblər varlanır, yeni torpaq sahələri ələ keçirilir, məcburedici dövlət aparatı yaranır, məğlublar qaliblər üçün işləməyə məcbur edilir və s.

  1. Dövlətin cəmiyyətin üzvi tərkib hissəsi olmasını müdafıə edən nəzəriyyə. Bu nəzəriyyənin vətəni qədim Yunanıstandır (Demokrit, Aristotel, Platon). Bu nəzəriyyəyə görə dövlət insan orqanizmində ürəyi (Platon), cəmiyyət də canlı insan orqanizmini (Aristotel) xatırladır. Insan ürəksiz ola bilmədiyi kimi cəmiyyət də dövlətsiz ola bilməz. Dövlət hər hansı kənar qüvvə tərəfindən deyil, vətəndaşların özləri tərəfindən onların özünün ümumi mənafeyinin ifadəsi kimi yaranmışdır. Dövlət özünün tərkib hissələrindən (insanlardan) yaranır. Dövlət hakimiyyəti - tamın (bütün əhalinin) özünün tərkib hissələri (ayrı-ayrı fərdlər) üzərində ümumi rifahı təmin etmək üçün hökmranlığıdır. Bu nəzəriyyənin XIX-XX əsrlərdə ən böyük nümayəndəsi Qerberq Spenser olmuşdur.

  2. Bir qrup alimlərin, xüsusilə marksizmin banilərinin (K.Marks, F.Engels, V.İ. Lenin və i.a.) və onların davamçılarının uzun illər hakim olmuş baxışlarına görə dövlət: əvvəla, iqtisadi səbəblərdən, ictimai əmək bölgüsünün inkişafı, izafı məhsul istehsalının artması və xüsusi mülkiyyətin yaranmasından; ikincisi, cəmiyyətin bir-birinə zidd mənafelərə malik siniflərə bölünməsindən yaranmışdır. Dövlət bir sinfin digər sinif üzərində hökmranlıq vasitəsi, bir sinfın digər sinfı əzməsi üçün maşındır, hakim sinfə məxsus mülkiyyəti və siyasi hökmranlığı təmin etmək vasitəsidir. Bu nəzəriyyə tarixə dövlət haqqında materialist (sinfi) nəzəriyyə kimi daxil olmuşdur.

Bütün bu nəzəriyyələrin və dövlətçiliyin inkişafında XX əsr müstəsna rol oynamışdır. XX əsr həqiqətən dövlətçilik əsri olmuşdur. Lakin, əvvəlki əsrlərdə olduğu kimi XX əsrdə də dövlətin mahiyyətinin, insanların həyat və fəaliyyətində rolunun dərk olunması və dövlətçiliyin inkişafı sahəsində xeyli nailiyyətlər əldə edilsə də, hər halda bu məsələ özünün tam həllini tapa bilməmişdir. Xüsusilə Sovetlər İttifaqı dağılandan və sosializm süqut edəndən sonra dövlətə münasibətin bir daha nəzərdən keçirilməsi, elmi və praktiki mövqelərin dəqiqləşdirilməsi zərurəti yenə müəyyən aktuallıq kəsb etməyə başlamışdır.
Əlbəttə, dövlət haqqında digər nəzəriyyə və konsepsiyalar da vardır (məs. dövlət haqqında psixoloji nəzəriyyə, irqçilik nəzəriyyəsi və i.a.). Adı çəkilən hər bir nəzəriyyənin ayrı-ayrı tərkib hissələrində fərqli cəhətlər çoxdur. Dövlətə və dövlətin mahiyyətinə bu növ münasibətlərin hər birinin özünəməxsus müsbət cəhətləri ilə bərabər düzgün olmayan və mübahisə doğuran cəhətləri də vardır.
Eyni zamanda dövlət haqqında fikirlər nə qədər müxtəlif olsa da, onların əksəriyyətinin əsasında “dövlətin zorakılıq vasitəsi, siyasi hakimiyyəti qoruyub saxlamaq vasitəsi” olması durur. Alman filosofu M.Veber yazmışdır: “Dövlət - insanların insanlar üzərində hökmranlıq münasibətidir. O, bu hökmranlıq münasibətini təmin etmək üçün təzyiqdən, zordan əsas vasitə kimi istifadə edir”.
XX əsrin axırlarında və XXI əsrin əvvəllərind baş verən hadilər, SSRİ-nin dağılması və keçmiş müttəfiq respublikaların müstəqil demokratik inkişaf yolu seçməsi, dövlətlərarası münasibtlərin inkişafı və qloballaşma müasir dövrdə dövlətin cəmiyyətin təşkilində rolunu artırmış, və ona elmi münasibətin də xeyli təkmilləşməsinə səbəb olmuşdur. Başqa sözlə, “Dövlət, cəmiyyətin sosial, iqtisadi, siyasi, mənəvi proseslərinin idarə olunmasını həyata keçirən, siyasi cəhətdən suveren hakimiyyət təşkilatıdır”. Bu hakimiyyət təşkilatı ictimai hakimiyyətdən (hakimiyyət institutlarının cəmi, dövlət aparatı, dövlət hakimiyyət orqanları, hüquq-mühafizə sistemi, hərbi orqanlar sistemi, dövlət qulluqçuları, məmurlar və i.a.) əhalinin inzibati-əarzi təşkilində və suverenlekdən ibarətdir. Suverenlek dövlətçilik əlamətidir, o,dövlətin hər şeydən yüksəkdə durduğunu, asılı olmadığını göstərir.
Dövlətin fəaliyyətinin vəziyyətini və əahtə dairəsini əsasən mövcud cəmiyyətlə bağlı aşağıdakı amillər müəyyən edir:

  1. Sosial amillər – cəmiyyətin inkişaf səviyyəsi, sosial strukturu və onlar arasındakı münasibətlərin vəziyyəti;

  2. İqtisadi amillər - mülkiyyət formaları, maddi nemətlərin bölgü forması, dövlət mülkiyyətinin xüsusi çəkisi, istehsalın inkişaf səviyyəsi, texniki vəziyyəti və i.a.;

  3. Siyasi amillər - dövlət hər şeydən avvəl siyasi institutdur. Insanların siyasi şüuru, siyasi partiyalar, siyasi ideyalar, siyasi sabitliyin vəziyyəti və i.a;

  4. Mədəniyyət amilləri -dövlət özü bütövlükdə ölkənin mədəni inkişaf səviyyəsinin göstəricilərindən biridir. Cəmiyyətdə şəxsiyyətin ləyaqətinin qiymətləndirilməsi, insanın ən qiymətli varlıq kimi qəbul edilməsi, milli, mənəvi, dini amillər, qloballaşma prosesləri dövlətin fəaliyyətinə əsaslı surətdə təsir göstərir.

Bu amillər dövlətin funksiyalarını əsasən düzgün müəyyən edir, siyasi rejimlərə təsir göstərir. Göründüyü kimi, bu konsepsiyada dövlətin zorakılıq vasitəsi olması ön plana çəkir. Bununla yanaşı, bu konsepsiyanın zəif cəhətlərindən biri ondan ibarətdir ki, dövlətin konkret tarixi şəraitdə cəmiyyətdə həyat və fəaliyyət qanunlarını, normalarını işləyib hazırlanması nəzərə alınmır.
Son dövrlərdə yaranmış başqa bir konsepsiyada belə bir mövqe əsaslandırılır ki, dövlət-insanların müəyyən sərhədlər daxilində əmin-amanlıq şəraitində, müəyyən qanun-qaydalara riayət- etməklə yaşamaq və fəaliyyət göstərmək zərurətindən yaranmışdır. Dövlət birgə yaşayışın - cəmiyyətin məhsuludur və cəmiyyətlə birlikdə yaşayacaqdır. Dövlət ona aid ərazi daxilində bir qayda olaraq əhalinin əksəriyyətinin mənafeyini, iradəsini ifadə edən, həyat və fəaliyyətini tənzimləyən, ölkədə mövcud olan siyasi və iqtisadi rejimi, sosial durumu, mülkiyyət və mənimsəmə formalarını müdafıə edən və inkişafına şərait yaradan qanunları, normativ-hüququ aktları işləyib hazırlamalı və icrasını təmin etməlidir. Bu zaman dövlət cəmiyyətin iradəsinin ifadəsi olan öz iradəsini qəbul etdirmək, ona qarşı qoyulan fərdi və qrup mənafelərə qarşı mübarizə aparmaq üçün zordan, təzyiqdən, gücdən istifadə edir.
Dövlətin zorakılığı, həmin ərazidə yaşayan əhalinin qanun xarakteri almış ümumi iradəsinin, mənafeyinin buna qarşı yönəlmiş fərdi və ya qrup mənafeyinə qarşı zorakılığıdır. Burada zorakılıq dövlətin əsas xarakterik əlaməti deyil, ümumi iradəni həyata keçirmək üçün bir vasitədir.
Zorakılıq, güc tətbiqi dövlətin məqsədi də deyil, dövlət özünün güclü olduğunu göstərmək üçün də yaranmamışdır. Buna görə də zorakılığı, güc tətbiqini dövlətin mahiyyəti kimi izah etmək yanlışlıqdır. Deyilənləri ümumiləşdirərək aşağıdakı nəticəyə gəlmək olar.
Dövlət müəyyən sərhədlər daxilində yaşayan əhalinin birgə həyat, fəaliyyət və davranış normalarını (qanunlarını) işləyib hazırlayan və icrasını təmin edən, ehtiyac olan hallarda zordan, təzyiqdən istifadə edən siyasi hakimiyyət forması, inzibati-təşkilati strukturdur
Dövlət haqqında mövqe və fıkirlərin müxtəlif olmasmın bir sıra obyektiv səbəbələri var. Buna misal kimi aşağıdakılan göstərmək olar:

  1. Dövlət cəmiyyətlə birlikdə daim inkişaf edən, dəyişən bir siyasi və inzibati - təşkilati strukturdur. Cəmiyyət inkişaf edib bir mərhələdən o birinə keçdikdə dövlət də inkişaf edir, təkmilləşir və cəmiyyətin yeni inkişaf mərhələsinin tələblərinə uyğunlaşdırılır. Adətən dövlət haqqında yeni nəzəriyyələrin, konsepsiya və fıkirlərin yaranması da əsasən bir mərhələdən o biri mərhələyə keçid dövrlərinə təsadüf edir. Cəmiyyətin inkişafının ayrı-ayrı mərhələləri və həmin mərhələlərin birindən o birinə keçid dövrünün dövlətləri bir-birindən az-çox fərqləndiyinə görə həmin dövrlərdə dövlət haqqında yaranmış nəzəriyyələr də bir-birindən fərqlənir.

  2. Dövlət çox müxtəlif və mürəkkəb funksiyalar yerinə yetirir, cəmiyyət həyatının bütün sahələrinə (iqtisadi, siyasi, sosial, mənəvi-psixoloji) təşkiledici və tənzimləyici təsir göstərir. Bu təsirlərin hamısını hər kəsin eyni dərəcədə görməsi və qiymətləndirməsi mümkün deyil. Deməli dövlətə, onun fəaliyyətinə münasibətdə insanlar, xüsusilə mütəxəssislər arasında fıkir ayrılığının olması təbii haldır və bu həmişə olacaqdır.

  3. Hər bir insanın özünəməxsus, başqalarından az-çox fərqlənən dünyagörüşü, həyat mövqeyi var. Bu dünya görüşündən asılı olaraq hər bir insanın bizi əhatə edən dünyaya, cəmiyyətə və onun institutlarına, o cümlədən dövlətə fərdi münasibəti var. Təbiidir ki, bu dövlət haqqında nəzəriyyələrdə, elmi mövqelərdə də özünü göstərir.

  4. Məlum həqiqətdir ki, dövlət millilik, dünyəvilik, demokratiklik və tarixliyin vəhdətidir. Hər bir tarixi inkişaf mərhələsində həmin dövrün xarakterindən asılı olaraq dövlətçilikdə bu xüsusiyyətlərdən biri və ya bir neçəsi ön planda olur. Həmin dövrdə dövlət haqqında yaranan nəzəriyyə və ya konsepsiyalarda da istər-istəməz həmin xüsusiyyətləri əks etdirən müddəalar ön plana çəkilir. Nəticədə müxtəlif dövrlərdə, eləcə də eyni bir tarixi dövrdə dövlət haqqında yaranan nəzəriyyə və konsepsiyalarda az-çox fərqlər yaranır.

Müasir dövrdə dövlətin milliliyi, demokratikliyi və dünyəviliyi haqqında çox danışılır. Azərbaycan gənc, müstəqil dövlətdir. Onun bütün bu keyfıyyətləri yenicə formalaşır. Ümummilli Liderimiz Heydər Əliyev dövlətçilikdə milliliklə demokratikliyin və dünyəviliyin düzgün əlaqələndirilməsinin vacibliyini göstərmiş, Azərbaycanda milli, demokratik və dünyəvi dövlət qurulduğunu dəfələrlə qeyd etmişdir. Burada Heydər Əliyevin dövlət quruculuğu və müvafıq idarəetmə sistemi haqqında aşağıdakı fıkirləri ilə razılaşmaqla yalnız həqiqəti təsdiq etmiş oluruq: “Dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə almır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir”.
Dövlətə, dövlət quruculuğuna münasibətdə milliliklə dünyəviliyin düzgün əlaqələndirilməsi, milli xüsusiyyətlərin qorunub saxlanması və inkişafı müasir Azərbaycan dövlətçiliyində xüsusilə vacibdir. Hansı şəraitdə, hansı ölkədə olursa olsun dövlətlərin mənşəyi, əmələ gəlmələrinin əsas səbəbləri eynidir, oxşardır. Cəmiyyət inkişaf etdikcə dövlətin fəaliyyət sahələri, funksiyaları, dünyəvilik xüsusiyyətləri dəyişə bilər və yəqin ki, həmişə olduğu kimi yenə belə olacaqdır. Lakin dövlətdə millilik məsələsi, hər dövlətin ərazisində olan xalqların tarixi inkişaf, milli və ərazi quruluş xüsusiyyətlərinin nəzərə alınması məsələsi hələ uzun müddət aktual olacaqdır. Ölkədə baş vermiş hər hansı bir köklü dəyişiklik cəmiyyətin siyasi sistemini və idarə olunmasının təşkilati formasını dəyişməyi tələb edir. Xalqın milli adət-ənənələri, ruhu, əxlaqı, mənəviyyatı, təbii yaşayış şəraiti isə dəyişmir və heç dəyişə də bilməz. Bunları kənardan gətirmək olmaz. Cəmiyyətin dəyişməsindən asılı olmayaraq xalq həmişə öz əxlaq və mənəvi həyatını tarixən yaranmış özünəməxsus qanunlar əsasında qurur. Odur ki, hər bir xalqın dövlətçiliyində, dövlət quruluşunda demokratiklik, dünyəvilik başqa hər hansı bir dövlətə oxşarlıq nə qədər böyük olursa - olsun fərqi yoxdur, millilik və bu xüsusiyyətləri nəzərə alan qanunçuluq və dövlətçilik olmalıdır. Məhz buna görə ümummilli lider Heydər Əliyev dövlətçilikdə və dövlət idarəetmə sistemində milliliyi, yerli təcrübənin nəzərə alınmasını vacib bir vəzifə kimi qarşıya qoymuşdur.
Müstəqil dövlət xalqın yeni istiqamətdə ictimai-siyasi yaradıcılığının, təsrrüfat-təşkilatı fəaliyyətinin məhsulu kimi meydana gəlir. Bu dövlət xalqın iqtisadi. Milli-əxlaqi keyfiyyətlərini qorumaq məqsədinə xidmət edir. Məhz bu səbəbdən bütün xalqlar tərəfindən qəbul edilən modern dövlət quruluşu heç bir yerdən hazır götürülə bilməz. O, hər xalqın özünəməxsus olmalıdır.
Deyilənləri ümumiləşdirsək aşağıdakı nəticələrə gələ bilərik: dövlət anlayışı ən azı iki mühüm şərtlə əlaqədardır. Birincisi, dölət insanların birgə yaşayışa yaradıcı münasibətlərinin, mədəni, iqtisadi, siyasi, mənəvi yaradıcılığın idarəetmə təşkilatı, institutu formasında modelləşmiş məhsuldur. Həm dövlət haqqında baxışlar. Həm də dövlət özü daim dəyişir, inkişaf edir, təkmilləşir, bir formadan başqa formaya keçir. Ailənin formalaşması, icmalar, qəbilə və tayfaların, xüsusi mülkiyyətin, siniflərin əmələ gəlməsi və inkişafı dövlətin formalaşması və inkişafında müstəsna rol oynamışdır. Lakin dövlət bunların ayrılıqda heç birinin inkişafı məhsulu deyildir. Ikincisi, bu idarəetmə institutu cəmiyyətdə mövcud olanlardan əsasən onunla fərqlənir ki, onun əlində başqalarına xas olmayan daha güclü dövlət hakimiyəti, orqanları və apatratı var. Üçüncüsü, dövlət yalnız inkişaf etmiş ziddiyyətli strukturları olan cəmiyyətdə yaranır. Dövlət olan cəmiyyət – dövlət tərəfindən təşkil olunmuş cəmiyyətdir. Belə cəmiyyət üçün dövlət həmin cəmiyyətin mövcudluq formasıdır. Dördüncüsü, dövlət cəmiyyətin birgə həyat, fəaliyyət və davranış ormalarını işləyib hazırlayır və həyata keçirilməsini təşkil edir. Beşinci, dünyəvilik, demokratiklik və milliliyin düzgün əlaqələndirilməsi gənc demokratik dövlətlərin yaşamaı və normal fəaliyyətinin əsas şərtidir. Lakin burada millilik – hər xalqın milli və tarixi inkişaf xüsusiyyətlərinin ön plana çəkilməsi vacibdir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin