1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


II Dünya müharibəsinin başlanmasının səbəbləri



Yüklə 108,94 Kb.
səhifə39/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   35   36   37   38   39   40   41   42   ...   79
cavab

40. II Dünya müharibəsinin başlanmasının səbəbləri
Dünya müharibəsi ərəfəsində böyük dövlətlərin hər birinin strategiyası, müttəfiq seçmələri və vəzifələri bir sıra amillərlə şərtlənirdi. Bu amillər iqtisadi, siyasi, hərbi, hətta ideoloji sahələri əhatə edirdi. Almaniya, İtaliya və Yaponiya koalisiyasının strategi yasının əsasını geopolitik məqsədlər təşkil edirdi.

Almaniya Versal sülh sisteminin şərtlərini tamamilə ləğv etmək, etnik alman dövləti yaratmaq. Mərkəzi və Şərqi Avropada nüfuz qazanmaq,

İtaliya Balkanlarda və Şimal-Şərqi Afrikada möhkəmlənmək, Yaponiya isə Sakit okeanda nüfuz və Uzaq Şərqdə torpaqlar tutmaq istəyirdi. Bu ölkələr dünya siyasi, iqtisadi və geopolitik məkanını dəyişdir maya va "yeni qayda" yaratmağa səy edirdilər. Yaponiya və Italiyanın dünyanın siyasi xəritəsini bölmək uğrunda mübarizəsi praqmatik məqsədlərlə bağlı idisə,

Almaniyanın strategiyası "yeni dünya qaydası" yaratmaq naminə total müharibəyə əsaslanırdı.

Bu bloka qarşı dünyada mövcud status-kvonun saxlanmasına tərəfdar olan Fransa, Böyük Britaniya və ABŞ dururdular. Onlar dünyanın siyasi xəritəsinin köklü surətdə dəyişdirilməsinin aleyhinə olsalar da Versal sülhündən əziyyət çəkən ölkələrə, o cümlədən Almaniyaya güzəştə getməyə tərəfdar idilər.

SSRİ-nin mövqeyi ikili xarakter daşıyırdı. Sovet dövləti Avropada sərhədlərin köklü surətdə dəyişdirilməsinin əleyhinə ol sa da Şərqi Avropanı özünün iqtisadi və hərbi-siyasi nüfuz dairə sinə salmağa və kommunist ideologiyasını yaymağa çalışırdı.

Deməli, müharibənin başlanmasının başlıca səbəbləri dünyanı yenidən bölmək, əlverişli bazarlar və ucuz xammal mənbələri ələ keçirmək uğrunda böyük dövlətlər arasında gedən mübarizənin kəskinləşməsi idi.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin