1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə40/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   36   37   38   39   40   41   42   43   ...   79
cavab

41.London dəniz konfransı
1929-1932-ci illərdə dünyanın əsas dövlətlərini iqtisadi böhran bürüdü. Dünya iqtisadi böhranı bütün ölkələrdə həyat səviyyəsinin aşağı düşməsinə və işsizliyin artmasına səbəb oldu. Bu dövrdə işsizlərin sayı 30 milyon nəfərə çatmışdı. Dünya iqtisadi böhranı şəraitində böyük dövlətlər arasında ziddiyətlər kəskin xarakter aldı. I Dünya müharibəsində məğlub olan dövlətlər təzminat ödəməkdən açıq şəkildə imtina edirdilər. Onlar müharibədən sonrakı vəziyyəti öz xeyirlərinə dəyişdirməyə çalışırdılar.

Dünya iqdisadi böhranı dəniz yollarına sahib olmaq uğrunda gedən mübarizəni kəskinləşdirdi. Vaşinqton konfransı linkornların və zirehli gəmilərin tikintisini məhdudlaşdırırdı. Belə şəraitdə hərbi-dəniz gəmilərinin digər növlərinin tikintisi uğrunda rəqabət gücləndi. Bu sahədə geniş maliyyə imkanları olan ABŞ xüsusi proqramlar həyata keçirirdi. Maliyyə cəhətdən kifayət qədər imkanları olmayan İngiltərə Yaponiya ilə yaxınlaşaraq ABŞ-ın planlarına mane olmağa çalışırdı.

İri dövlətlər arasında yaranan bu ziddiyətləri həll etmək üçün Londonda konfrans çağırıldı. 1931-ci il yanvarın 21-dən aprelin 22-dək davam edən konfransda Vaşinqton konfransında hərbi-dəniz sazişini imzalayan 5 dövlət - ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa və İtaliya iştirak edirdi. Konfransda dəniz məsələsində Fransa-İtaliya arasında baş verən ziddiyyətlər nəticəsində onlar arasında saziş imzalanmadı.

Konfransın qərarları yalnız İngiltərə, ABŞ və Yaponiyaya aid edildi. Bu 3 dövlət öz aralarında hərbi-dəniz gəmilərinin həcminin həddini müəyyənləşdirdilər. Konfransda İngiltərə böyük uğur əldə edə bilmədi. Yaponiya isə İngiltərə və ABŞ arasında olan ziddiyyətlərdən istifadə edərək istəyinə nail oldu. Kreyserlərə dair bölgü 5:5:3 qəbul edildi. Böyük kreyserlərin həcmi ABŞ üçün 18, Böyük Britaniya üçün 15 və Yaponiya üçün 12 müəyyənləşdirildi. London dəniz konfransı 3 dövlət arasında donanma sahəsində münasibətləri tənzimləsə də, onlar arasında xeyli mübahisəli məsələlər qaldı.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin