44. İngiltərədə Stenli Bolduin höküməti
1924-cü il oktyabrın 29-da ölkədə növbədənkənar parlament ugh seçkiləri keçirildi. Leyboristlər düşmüş olduqları çətin vəziyyətdən çıxmaq məqsədi ilə seçki kampaniyasında belə bir şüar irəli sür ird dülər: "Biz hökumətdə idik, lakin hakimiyyətdə deyildik". Ancaq leyboristlərin bütün cəhdləri özünü doğrultmadı.
Eyni zamanda Mühafizəkarlar Partiyası daxilində də vəziyyət gərgin idi. Parçalanmanın qarşısını almaq üçün mühafizəkarlar seçki ərəfəsində yeni proqram qəbul etdilər. Proqram partiyada olan narazılığı azaldaraq gənc torilərlə yaşlılar arasındakı ixtilafları həqiqətən yumşaltdı.
Yeni qurulan hökumət elan etdiyi "Məqsədlər və prinsiplər" proqramını həyata keçirməyə başladı. Bu proqramın aparıcı ideyası mühafizəkar islahatçılıq idi.
1927-ci ildə parlament "Sənayedə fəhlələr münaqişələr və həmkarlar ittifaqları haqqında qanun" qəbul etdi. r. 1925 Qanuna əsasən hökuməti hər hansı fəaliyyətə məcbur etməyə k haqqın çağıran ümumi tətillər və başqasına hədə gələn kütləvi piketlər qab qadağan olundu.
Ancaq 1927-ci ildə sosial sahəyə dair iki qanun qəbul edildi. İşsizliyin asiyası başağı həddi müəyyənləşdirildi. Bu qanunlara görə işsizlik ölkədəki qayıranla əmək qabiliyyətli əhalinin 10%-nə qədər ola bilərdi. Hökumət işsizlərə yardım sistemini təkmilləşdirdi. Əgər işsiz həqiqətən iş axtarıb tapa bilməzdisə ona yardım edilirdi.
Ölkədə əməklə kapital arasında ziddiyətlərin yumşaldılması üçün tədbirlər görüldü.
Hökumət 1928-ci ildə Alfred Mondun irəli sürdüyü əmək və kapitalın barışdırılmasına, sosial ziddiyyətlərin aradan qaldırılması na və tətillərin baş verməsinə qarşı yönələn tədbirlər sistemini qəbul etdi. Ölkədə sosial ziddiyyətlər yumşaldıldı. Bu, "mondizm" adlandırıldı.
1925 ci ildə Lokarno sazişlərini imzaladı və tərkisilaha dair proqrama qoşuldu.
Dostları ilə paylaş: |