1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


İspaniya hadisələrinin beynəlxalq münasibətlərə təsiri



Yüklə 108,94 Kb.
səhifə51/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   47   48   49   50   51   52   53   54   ...   79
cavab

53. İspaniya hadisələrinin beynəlxalq münasibətlərə təsiri

30-cu illərdə beynəlxalq münasibətlərə İspaniyada baş verən hadisələr ciddi təsir etdi. 1931-ci ilin aprelində İspaniyada respublika qurulan kimi ondan narazı olan qüvvələr hərbi faşist qiyamina hazırlığa başladılar. Qiyam 1936-ci il iyulun 17-18-də baş verdi. Qi yamdan istifadə edən Almaniya və İtaliya iyulun sonunda İspaniya ya müdaxilə etdilər. Fransa hökuməti 1936-ci il iyulun 25-də bita rəflik və İspaniyaya silah daşınmasını qadağan etmək haqqında qa nun qəbul etdi. İspaniyaya Almaniya və İtaliyanın müdaxiləsində Avropa dövlətlərinin bitərəf qalması müharibə təhlükəsini daha da artırdı.

İtaliyaya qarşı sanksiyaların tətbiq olunması tələblərindən im tina edilməsi, Versal sülh müqaviləsinin şərtlərini kobudcasına po zan Almaniyanın cəzasız qalması, SSRİ və Avropa dövlətlərinin İs paniyada bir-biriləri ilə mübarizə apararaq hərbi əməliyyatlarda iş tirak etmələri müharibə tərəfdarlarını daha da şirnikləşdirdi. 1936 ci il oktyabrın 24-də İtaliya ilə Almaniya arasında 5 maddədən iba rət saziş imzalandı. İtaliya xarici işlər naziri Çiano və Almaniya xarici işlər naziri Ribbentropun imzaladıqları bu sazişlə Həbəşista nın işğal edilməsi və İspaniyada Franko hökuməti tanındı. Tərəflər Balkanlarda və Dunay çayı hövzəsində iqtisadi fəaliyyətlərinin dairəsini müəyyənləşdirərək bir-birilərinin mənafelərinə hörmət edəcəkləri barədə öhdəlik götürdülər. Beləliklə, "Berlin-Roma oxu yaradıldı.

Noyabrın 25-da ise Berlində Almaniya ilə Yaponiya arasında saziş imzalandı. Bu saziş "Antikomintern pakti" adını aldı. Tərəflər Kominternin fəaliyyəti barədə bir-birinə məlumat vermək və ona qarşı mübarizə aparmaq haqqında qarşılıqlı razılığa gəldilər. 1937-ci ilin noyabrında İtaliya da bu pakta qoşuldu. 1937-ci ilin dekabrında isə İtaliya Millətlər Cəmiyyətindən çıxdı. Beləliklə, üç dövlətin təcavüzkar bloku olan "Berlin-Roma-Tokio üçbucağı" yaradıldı. "Berlin-Roma-Tokio üçbucağı" yaradıldıqdan sonra alman diplomatiyasi fəaliyyətini daha da genişləndirdi. Artıq bu zaman alman diplomatiyasının əsas vəzifəsi Belçika, Polşa, Hollandiya, Dani marka və İsveçi öz tərəfinə çəkmək idi. Almaniya təkcə almanlar yaşayan ərazilərin deyil, eyni zamanda əlindən alınmış keçmiş müs təmləkələrinin də ona qaytarılmasını tələb etməyə başladı. Keçiri lən ingilis-alman danışıqları Almaniyanın "sakitləşdirilməsinə" xidmət edən razılaşma ilə başa çatdı. Buna görə İngiltərə Almaniyanın mənafelərini Avstriya və Çexoslovakiyada nəzərə alardısa, alman diplomatiyası 6 il müddətinə müstəmləkələr məsələsini qaldırmayacağı barədə öhdəlik götürdü. İngiltərə buna cavab olaraq Avropa işlərinə qarışmayacağını və Almaniyanın Mərkəzi Avropadakı bütün hərəkətlərinə münasibətdə bitərəf mövqe tutacağını bildirdi. Belə mövqe Avropanın şərqində Almaniyanın təcavüzkarlıq hərəkətlərinin genişləndirməsinə təkan verdi. İngilis diplomatiyası eyni zamanda bununla Almaniyanın Fransa və digər dövlətlərlə toqquşub zəifləyəcəyinə ümid edirdi. Lakin bu ümidlər özünü doğrultmadı. Almaniya iddialarını daha da genişləndirdi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin