1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə59/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   55   56   57   58   59   60   61   62   ...   79
cavab

62. 1942-1943 Stalinqrad döyüşü
Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2.2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur.

Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi.

19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumın və macar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir. Bu zaman Adolf Hitler mühasirədə qalan qoşunlara Stalinqradda qalmaq və heç bir hücum hərəkəti etməmək haqqında göstəriş vermişdir. Mühasirədə qalan alman qoşunlarına havadan dəstək verilməsinə və mühasirə həlqəsinin xaricdən yarılması məqsədilə edilmiş hücumlara baxmayaraq, bu cəhdlər heç bir nəticə verməmişdir. Ağır döyüşlər bundan sonra da iki ay müddətində davam etmişdir. 1943-cü ilin fevral ayının əvvəlindən etibarən Stalinqradda qalan qoşunların silah-sursatının və ərzaq ehtiyatının tükənməsi nəticəsində 6-cı Ordunun sağ qalmış hissələri təslim olmaq məcburiyyətində qaldı.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin