61. I Dünya müharibəsinin Kanada üçün nəticələri
Böyük Britaniyanın 1914-cü il avqustun 4-də Almaniyaya müharibə elan etməsi ilə Kanada da birinci dünya müharibəsina qoşuldu. Baş nazir Robert Borden müharibədə ölkasının Böyük Britaniya ilə müttəfiq olacağını bildirdi. Müharibənin ölkə üçün müsbət sosial-iqtisadi nəticələri oldu. Kanada arazisində hərbi əməliyyatlar aparılmadığından iqtisadiyyat xeyli inkişaf etdi. sanaye istehsalı təxminən iki dəfə artdı.
Müharibə istehsal və kapitalın təmərküzləşməsini sürətləndirdi. Hərbi əməliyyatların gedişində Kanadanın Ingiltərə ilə əlaqələri zəifliədiyindən ölkə iqtisadiyyatında ingilis kapitalının mövqeləri zəiflədi. Müharibə müttəfiqlərin Kanadanın kənd təsərrüfatı məhsullarına olan ehtiyacını artırdı. 1917-ci il oktyabrın 12-də mühafizəkar və liberallardan ibarət koalisiyalı hökümət yaradıldı. Baş nazir Robert Borden "Qalaba naminə milli birlik" şüarını irəli sürdü. 1917-ci ildə parlamentə keçirilən seçkilərdə yunionistlər 153 (85 mühafizəkar və 68 liberal), 75 yaşlı keçmiş baş nazir Ulfrid Loryenin başçılıq etdiyi liberalların digər qanadı isə 82 deputat yeri qazandı. Seçkilər Kanada cəmiyyətində mövcud olan milli birliyi nümayiş etdirdi. Milli birliyə baxmayaraq ölkədə fəhlə həmkarlar ittifaqları və fermer hərəkatları da mövcud idi. Müharibə başa çatdıqdan sonra kənd təsərrüfatı məhsullarına olan ehtiyacın azalması ilə istehsal aşağı düşdükdə aqrar bölmədə ağır vəziyyat yarandı. Ölkədə fermer hərəkatının güclənməsi partiya-siyasi mü barizəyə də təsir göstərdi. Bu dövrdə ölkənin iki başlıca siyasi par tiyası var idi: bunlardan biri Liberal Partiyası, digəri isə Mühafizə karlar Partiyası idi.
Dostları ilə paylaş: |