60. I Dünya müharibəsinin beynəxalq nəticələri
Kompyen barışığının imzalanması ilə əhalisi 1 mlrd. nəfərdən çox olan 34 ölkənin və səfərbərliyə alınmış 74 min nəfərin iştirak etdiyi birinci dünya müharibəsi sona çatdı. Müharibədə təxminən 10 mln. nəfər öldürüldü və 20 mln. nəfər yaralandı. Müharibəyə külli miqdarda vəsait xərcləndi. Birbaşa hərbi xərclər 208 mlrd. dollar təşkil etdi. Müharibənin bir sıra möhtəşəm beynəlxalq nəticələri oldu.
Birinci, müharibə nəticəsində dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər əmələ gəldi. Avstriya-Macaristan imperatorluğu və Osmanlı dövləti parçalandı. Rusiya imperiyasının dağılması nəticəsində uzun illər boyu dini və milli zülm altında inləyən xalqlar azadlığa çıxdılar. Yeni müstəqil dövlətlər yarandı.
İkinci, müharibə dünya dövlətlərinin iqtisadiyyatına dərin təsir göstərərək onların iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inki şafını sürətləndirdi. Hərbi əməliyyatlar bir sıra ölkələrin iqtisadiyya tini dağıdaraq on illərlə geriyə atdı, digərlərinin yüksək in kişafına və varlanmasına şərait yaratdı. Müharibə nəticəsində ABŞ və Yaponiya xeyli varlandı. 1914-cü ilə qədər dünya bankirləri hesab olunan ve maliyyə zəncirini öz əllərində saxlayan Ingiltərə, Fransa ve Almaniya müharibə illərində xarici kapitallarının xeyli hissəsini itirdilər Müharibe başlanana qədər Avropa ölkələrinə borclu olan ABŞ müharibənin gedişində İngiltərə, Fransa, İtaliya və diger Avropa dövlətlərinə külli miqdarda borc verməklə onları özündən asılı vəziyyətə salaraq dünyanın qüdrətli maliyyə mər kəzinə çevrildi. Müharibənin ilk günlərindən Almaniya bloku dövlətlərini blokadaya alan ingilis donanması onlan dünyanın xammal və ərzaq mənbələrindən məhrum etdi. Öz növbəsində Almaniya sualtı mü haribanin köməyi ilə Antanta ölkələrinin müstəmləkələrlə əlaqələrini kesib çətinlik yaratmağa və onları blokadaya almağa çalışsa da istoyinə çata bilmədi. Bununla belə, müharibənin gedişində Avropa dövlətləri ilə digər qitələr arasında ticarət mübadiləsinin zorla kəsilməsi əsrlər boyu formalaşmış iqtisadi əlaqələri qıraraq ənənəvi dünya bazarını dağıtdı.
Müharibə müstəmləkə və yarımmüstəmləkə dövlətlərinin iqti sadiyyatında mühüm dəyişikliklər etdi. Hərbi əməliyyatlar ucbatından Avropa dövlətlərinin müstəmləkələrə yarımmüstəmləkələrə sənaye mallan ixrac etməsi xeyli azaldı. Bunun əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin artırılması üçün həmin yerlərdə emal və yüngül sənaye sahələrinin qurulmasına şərait yaratdılar. Fabrik və zavodların tikilməsi müstəmləkə və yarımmüstəmləkələrdə sənaye cəmiyyətinin qurulması və inkişafına, texniki tərəqqiyə, eyni zamanda yeni sosial münasibətlərin yaranmasına təkan verdi.
Üçüncü, müharibə müstəmləkə və yanımmüstəmləkələrdə milli-azadlıq hərəkatını gücləndirdi. Yeni-yeni xalqlar müstəqillik dövrünə qədəm qoydular. Müstəmləkə sisteminə sarsıdıcı zərbə vuruldu.
Dördüncü, müharibənin yaratdığı ağır sosial-iqtisadi vəziyyət bir çox ölkələrdə inqilabi hərəkatlanın meydana gəlməsinə səbəb oldu. Hərbi əməliyyatlardan cana doymuş xalqların içərisində
Dostları ilə paylaş: |