63. İspaniyada faşist diktaturası
1933-cü ilin noyabrında inqilabın ikinci mərhələsi başlandı. Bu mərhələ 1936-cı ilin fevralınadək davam etdi. Bu mərhələdə sağ qüvvələr güclənərək səylərini birləşdirdilər. Sağ qüvvələr bir neça təşkilatdan ibarət idi. Onun mərkəzi İspaniya Muxtariyyət Hü quqlan Konfederasiyası (SEDA) idi. SEDA-nın tərkibinə klerikal, mülkədar və sağlar daxil idi. Onlar din, vətən, ailə, mülkiyyət və qayda-qanunun qorunmasını tələb edirdi.
Eyni zamanda monarxiya tərəfdarları üç təşkilatda birləşdi. Faşist təşkilatları da qüvvələrini birləşdirməyə başladı. Faşizmin görkəmli nümayəndəsi keçmiş diktatorun oğlu, jurnalist va hüquqşünas olan Xose Antonio Primo de Rivera (1903-1936) idi. O, ispanların vətənə xidmət etmələri üçün milli ənənələrə qayıtmalarının zəruriliyini irəli sürdü. Rivera 1933-cü ilin oktyabrında "İspan falanqası" adlı faşist partiyasını yaradaraq ona başçılıq etdi. Falanqaçılar 27 maddədən ibarət olan proqramı qəbul edərək həyata keçirməyə başladılar. Proqrama görə Ispaniyada milli inqilab yolu ilə millətin birliyinə xidmət edən milli-sindikalist dövlət yaradılmalı idi. Bu məqsədə çatmaq üçün bütün ispanlar siyasi partiyaların deyil, ailə, bələdiyyə və həmkarlar təşkilatlarının vasitəsi ilə dövlət həyatında iştirak etməli, siyasi partiyalar və bələdiyyələr sistemi ləğv edilməli, kilsə ölkənin yeniləşdirilməsi işinə cəlb olunmalı idi.
Falanqaçıların proqramının iqtisadi hissəsi kapitalizmin tənqidi nə əsaslanırdı. Buna görə hər bir fərd və xalq kütləyə çevrilməli idi. Proqramda ispanların dini və hərbi ruhu əks olunmuşdu. Falanqa tezliklə hərbçilər tərəfindən mudafiə olunmağa başlandı.
Beləliklə, İspaniyada faşist hərəkatı 1931-ci ilin sonunda yara dilmiş Milli-Sindikalist Hücum Xuntasından, 1933-cü ilin oktyab rında isə onun əsasında yaradılmış İspan falanqasından ibarət idi. Onlar bir il sonra 1934-cü ilin fevralında İspaniya falanqası və Milli-Sindikalist Hücum Partiyası adı altında birləşdi.
1933-cü il noyabrın 19-da keçinlən seçkilərdə sağ blok və mərkəzçilər qalib gəldilər. Dekabrın 8-da korteslər açılan gün ölkəni üsyan bürüdü. Qarışıqlığın qarşısını ala bilməyən D.Martines Barrio hökuməti dekabrın 18-də istefaya getdi. Yeni hökuməti sağların nümayəndəsi A.Lerrus təşkil etdi. Lerrusun koalisiyalı hökuməti yaradılandan sonra inqilabın birinci mərhələsində həyata keçirilən tədbirlər ləğv edilməyə başlandı. Inqilabın ikinci mərhələsi ispan tarixində "sağ respublikaçı qüvvələrin qara iki ili" adlandırılır. Bu dövrdə əvvəlki illərdə həyata keçirilən islahatlar ləğv edilməklə yanaşı hər hansı narazılıq amansızlıqla yatırıldı. 1934-cü il aprelin 4-də dindarların əmlak saxlamasını qadağan edən qanun qüvvədən salındı.
Dostları ilə paylaş: |