1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


İngiltərədə I Leyborist höküməti



Yüklə 108,94 Kb.
səhifə63/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   59   60   61   62   63   64   65   66   ...   79
cavab

67. İngiltərədə I Leyborist höküməti
R.Makdonald Ingiltərə tarixində ilk dəfə olaraq Birinci Leyborist hökumətini qurdu. Seçkiqabağı kampaniyada əsasən populist şüarlar irəli sürən leyboristlər kapital üzərinə vergi qoymaq, işsizliyi aradan qaldırmaq, mənzil problemini həll etmək və bütün dünyada sülh yaratmaq vədlərini verdilər.

Birinci Leyborist hökuməti daxili siyasət sahəsində iqtisadi və sosial tədbirlərə xüsusi diqqət yetirdi. Lakin leyboristlər parlamentdə azlıqda qaldıqlarından ciddi işlər həyata keçirə bilmə diler. "Uitli planı"na əsasən mənzil tikintisinə ayrılan xərclər artirildi. İşsizlərə edilən yardımlar, fəhlələrə və əlillərə verilən pen siya çoxaldıldı, çay, qənd və ərzaq üzərinə qoyulan vergilər azal dildi. Sosial sığorta qaydaya salındı. Bununla belə, hökumət işsizli yi ləğv edə bilmədi.

Leyborist hökuməti yeni dövlət büdcəsi layihəsini hazırladı. Proteksionizmdən və ticarətdə alınan əlavə rüsumlardan imtina edildi. Lakin bu, mühafizəkarların kəskin narazılığına səbəb oldu.

Birinci Leyborist hökuməti ordu quruculuğuna da xüsusi diqqət yetirdi. İngiltərənin dəniz hegemonluğunu təmin etmək məqsədi ilə hərbi-dəniz donanması artırıldı. Hərbi aviasiyaya çəkilən xərclər çoxaldıldı.

Makdonald hökumətinin xarici siyasəti mahiyyət və məqsədləri etibarı ilə mühafizəkar hökumətlərin davamı olsa da onun həyata keçirilməsi metodlarında yumşalma baş verdi. Xarici siyasətdə pasifist prinsiplər tətbiq edildi. İngilis diplomatiyası 1923-cü il Lozanna konfransında iştirak edərək Türkiyə ilə münasi bətlərini tənzimlədi. Konfransda Süveyş kanalı üzərində Böyük Britaniyanın hüquqları təsdiq edildi. Hökumət müstəmləkə siyasə tini davam etdirsə də İraq və Misirdə müharibələrin aparılması me todlarında dəyişiklik baş verdi. İngilis hökuməti 1923-1924-cü il lərdə dominionlarla ziddiyyətləri zəiflətdi. Londonda keçirilən konfransda dominionlarla metropoliyanın azad və bərabərhüquqlu tərəfdaş statusu möhkəmləndirildi.

Birinci Leyborist hökuməti ABŞ-la münasibətləri gücləndirdi. Leyborist höküməti xalqın ümidlərini doğrulda bilmədi.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin