1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Braziliya I Dünya müharibəsindən sonra



Yüklə 108,94 Kb.
səhifə65/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   61   62   63   64   65   66   67   68   ...   79
cavab

69.Braziliya I Dünya müharibəsindən sonra

20-ci illərin əvvəllərində Braziliyada ictimai-siyasi hərəkat yüksəlməyə başladı. Rio-de-Janeyro, San-Paula və b. şəhərlərdə kommunist qrupları yaradıldı. Kommunist qruplarının 1921-ci ilin noyabrında Rio-de-Janeyroda keçirilən müşavirəsində Kommunist Partiyası yaratmaq məqsədilə birləşdirici qurultay çağırmaq qərara alındı. 1922-ci ilin martında 9 kommunist qrupu Rio-de-Janeyroda qurultay çağıraraq Braziliya Kommunist Partiyasını yaratdılar. Lakin bu partiyanın sosial dayaqları xeyli zəif olmaqla yanaşı təşkilatçılıq işi də aşağı səviyyədə idi.

. 20-ci illərin əvvəllərində Braziliyada tenentistlər (leytenantlar) hərəkatı yarandı. Onlar sosial-iqtisadi məsələlərin həllini deyil, əsasən azad Braziliya respublikasının yaradılması tələbini irəli sürürdülər. Tenentistlərə görə yalnız azad respublika yaradıldıqdan sonra sosial-iqtisadi məsələləri həll etmək olardı.

1922-ci il noyabrın 15-də keçirilən prezident seçkilərində Arturo da Silva Bernardes qalib gəldi. 1926-cı ilədək hakimiyyətdə olan Bernardesin daxili siyasəti ölkə iqtisadiyyatının böhrandan çıxarılmasına yönəldi. Bundan ötrü fövqəladə qanunlar verildi. Sol təmayüllü mətbuat və partiyalar bağlandı. Bernardes federal höku mətin idarəçilik, maliyyə və siyasi sahədə hüquqlarını genişləndir mək məqsədi ilə 1924-cü ilin mayında konstitusiyada dəyişiklik et di. İşçilərin əmək problemlərini tənzimləmək məqsədi ilə Milli Əmək Şurası yaradıldı.

1926-ci il noyabrın 15-də keçirilən prezident seçkilərində Vaşinqton Luis qalib gəldi. O, 1930-cu ilədək bu vəzifədə qaldı. Hö kumat daxili siyasətdə mühasirə vəziyyətini ləğv etdi. Bir sıra sosial və siyasi tədbirlər həyata keçirdi.

Dünya iqtisadi böhranı Braziliya iqtisadiyyatına ağır zərbə vur du. Aqrar-sənaye böhranı və dünya bazarında qiymətlərin aşağı düşməsi Braziliyada kənd təsərrüfatı istehsalını aşağı saldı. İş yerləri bağlandı. Kütləvi işsizlik yarandı. 1930-cu il martın 1-də ölkədə növbəti prezident seçkiləri keçi nildi. Minas-Jerans ştatı nümayəndələrinin yaratdığı "Mineyras bloku" müxalifətdə olan Paulist qrupu ilə yaxınlaşaraq "Mühafiza kar mərkəzçi bloku"nu yaratdılar. Blokun namizədi San-Paulu şta tinin qubematoru Juliu Prestes oldu. Onların rəqibləri isə "Liberal alyans" yaratdı. Alyansı tenentistlər, ziyalılar, tələbələr və zəhmət keşlər müdafiə edirdi. Bu alyans prezidentliyə Rau-Qrandi-di Sul ştatının qubernatoru, 47 yaşlı Jetuliu Dornellas Varqasın nami zədliyini irəli sürdü. Seçkilər çox gərgin keçdi. Saxtalaşdırılan seç kilərdə paulistlər qalib gəldi. Prestesa 1 mln.-dan çox, Varqasa isə 660 min sas verildi. "Liberal alyans" seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edərək silahlı üsyana hazırlaşmağa başladı. 1930-cu il oktyabrın 3-də Varqas və onun tərəfdarları üsyan qaldırdı. Hərbçilər və mülkədarlar onlara kömək etdilər. Hələ vəzi fəsini təhvil verməyən keçmiş prezident Vaşinqton Luisin ordu hissələrinin köməyi ilə üsyanı yatırmaq niyyəti baş tutmadı. Var qasa ABŞ kömək etdi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin