70. Kiçik Antantanın yaradılması
Avropada gərgin beynəlxalq münasibətlər təkcə böyük. dövlətlər deyil, eyni zamanda Almaniya, Çexoslovakiya, Avstriya, Polşa və Macaristan arasında da hökm sürürdü. İngiltərə ilə Fransa arasında Avropa, Balkanlar və Yaxın Şərqdə hegemonluq uğrunda mübarizə gedirdi.
Fransa-Almaniya, İtaliya-Fransa ziddiyyətləri daha kəskin idi. Belə şəraitdə Mərkəzi və Cənub-Şərqi Avropa dövlətlərinin Almaniya iddialarına qarşı birləşdirilməsi ideyasının həyata keçirilməsini Fransa öz üzərinə götürdü. 1920-ci il avqustun 14-də Belqradda Çexoslovakiya ilə Yuqoslaviya arasında iki il müddətinə müdafiə ittifaqı, 1921-ci il aprelin 23-də isə Rumıniya ilə Çexoslovakiya arasında müttəfiqlik haqqında müqavilələr bağ landi.
1921-ci il iyunun 7-də Rumıniya va Yuqoslaviya, 1922-ci il avqustun 31-də isə Çexoslovakiya ilə Yuqoslaviya müqavilələri imzalandı. Beləliklə, Rumıniya, Çexoslovakiya və Yuqoslaviyadan ibarət Kiçik Antanta yaradıldı. Bu ittifaq başlıca olaraq məğlub dövlətlərin Avropadakı iddialarının qarşısını almaq və qitə məsələlərinin həllində Fransanın rolunu artırmaq məqsədini daşıyırdı.
Dostları ilə paylaş: |