68. ABŞ U.Qardinqin prezidentliyi illərində (1920-1923-cü illər)
1920-ci ildə ABŞ konstitusiyasında edilən 19-cu düzəlişə əsa son 21 yaşına çatmış qadınlara seçib-seçilmək hüququ verilməsi əhalinin siyasi fəallığını xeyli artırdı. Prezident Vilsonun xəstəliyi güclü işləməsinə mane olurdu.
Onun üçüncü dəfə prezidentliyə namizəd irəli sürülməsi də mümkün deyildi. Çünki indiyədək ABŞ tarixində belə bir hal olmamışdı.
1920 ci il noyabrın 2-də ölkədə yeni prezident seçkiləri keçirildi. ABŞ-in beynəlxalq işlərdə fəal iştirakına və Millətlər Cəmiyyətinə üzvlüyünə tərəfdar olan 31 məşhur respublikaçı Qardinqin prezident seçilməsinin ölkənin mənafeləri üçün xeyirli olacağını bildirdilər. Bu zaman amerikalılar xarici siyasətdə yeridilən təcridçilik xəttinin zərərli olduğunu daha çox başa düşdülər. Seçicilərin böyük əksəriyyəti müharibə üçün demokratları təqsirləndirdilər. Ölkədə xaricilərə olan inamsızlıq artdı. Əhali bolşevizm ideyalarından qorxurdu. Kommunist təhlükəsi amerikan cəmiyyətində demək olar ki, hamını narahat edirdi. Belə şəraitdə xalq fərdin inkişafına üstünlük verən, kollektivçiliyi rədd edən respublikaçıların tərəfini saxladı. Seçicilərin çoxu Vilson prinsiplərinin ABŞ üçün zərərli olduğu qənaətində idi. Onlar tərəqqi dövrü üçün islahatların həyata ke çirilməsini və amerikan cəmiyyətinin normal həyata qaytarılmasını istəyirdilər.
Qardinqin hakimiyyəti illərində ölkədə rüşvətxorluq hallarına da rast gəlindi. 1921-ci ilin sonu - 1922-ci ilin əvvəllərində iri neft sanayeçiləri E.Dogeni və H.Sinkler daxili işlər naziri A. Folla rüşvət verərək Kaliforniya və Vayominqdəki dövlət ehtiyatlarına daxil olan ərazilərdən geniş neft sahələri aldılar. Bu hadisə ölkədə qal maqal yaratdı. Demokratlar Qardinqi ciddi rəhbərlik etməməkdə və ölkəni idarə edə bilməməkdə təqsirləndirdilər. Qarding isə qətiyyətli addımlar ataraq üç naziri istefaya göndərdi. Qardinqin hakimiyyəti illərində ABŞ-ın xarici siyasəti bir neçə istiqamətdə həyata keçirildi. Qeyd etmək lazımdır ki, bu illərdə amerikan xarici siyasətində təcridçiliyin üstünlük təşkil etməsinə baxmayaraq beynəlxalq aləmdə ABŞ-in fəallığı tədricən güclənirdi.
1921-ci ilin noyabrında yeni vergi qanunu qəbul edildi. Bu qanuna görə müharibə dövründə tətbiq edilən alavə gəlir üçün korporasiyalardan vergi tutulması ləğv olundu. Federal vergilər azaldıldı.
Dostları ilə paylaş: |