65.1920-1930 cu illərdə İtaliyanın xarici siyasəti
1926-cı ildə İtaliyada qeyri-məhdud faşist diktaturasının dördüncü ili tamam oldu. Yaradılmış sabitlik nəticəsində bu dörd ildə ölkə iqtisadiyyatı xeyli inkişaf etdi. Hökumət ABŞ və İngiltərədən istiqrazlar aldı.
Ölkə daxilində xeyli güclənən Mussolini hökuməti fəal xarici siyasət yeritməyə başladı. 20-ci illərdə Italiyanın xarici siyasətinin başlıca məqsədi Aralıq dənizinə sahib olub onu "italyan gölü"na çevirmək, "Böyük İtaliya" yaratmaq, Yaxın Şərqdə mülklər əldə etmək və öz nüfuzunu möhkəmləndirmək idi.
Ancaq İtaliyanın niyyətləri keçmiş müttəfiqləri tərəfindən narazılıqla qarşılandı. Xarici siyasətdə şovinist və millətçi şüarlar üstünlük təşkil etdi. İtaliya hö kuməti Aralıq dənizində və Yaxın Şərqdə çoxlu iddialar irəli sürdü. 1923-cü ildə İtaliya yunan adası olan Korfunu tutmaq istəsə də İngiltərə buna imkan vermədi. İtaliya hələ 1919-cu ildə ordu yeni dərək tutmaq istədiyi Fium limanını 1924-cü ildə Yuqoslaviyadan aldı. Albaniya İtaliyanın protektoratlığı altına düşdü. Bundan sonra italyan şirkətləri alban iqtisadiyyatında əhəmiyyətli rol oynamağa başladı.
Mussolini hökuməti SSRİ ilə də münasibətlərini yaxşılaşdırmaq üçün addımlar atdı. 1924-cü ildə iki ölkə arasında diplomatik münasibətlər yaradıldı..
Mussolini hökuməti 20-ci illərdən fərqli olaraq yeni onillikdə təcavüzkar xarici siyasət yeritməyə başladı. İtaliya 1934-cü ildə silahlanma dövrünün başlandığını elan etdi. Hərbi tayyarə və hərbi-dəniz donanması quruculuğuna xüsusi diqqət yetirildi. İtaliya Aralıq dənizini "italyan gölü”nə çevirmək məqsədi ilə fəal xarici siyasət yeritməyə başladı. Avropanın mərkəzində nüfuz qazanmağa çalışan Mussolini hökuməti 1934-cü ildə Avstriya va Macaristanla Roma protokollarını imzaladı. Bu protokollara görə bu Avstriyanın suverenliyinə təminat verməsi müqabilində İtaliya Avstriya və Macarıstanda iqtisadi üstünlüklər əldə etdi.
30 cu illərin ortalarında İtaliiya Fransa ilə xeyli yaxınlaşdı.1935 yanvarında kecirilən fransız itaalyan danışıqları Laval və Musolinin müfaviq sazişi imzalaması ilə başa çatdı.
30 illərin 2 yaarısında Almaniya ilə İtaliya arasında da yaxınlaşma baş verdi.1936 oktyabrında iki ölkə arasında siyasi əməkdaşlığa dair sazış imzalandı Musolini bu sazişi Berlin – Roma oxu adlandırdı.
Dostları ilə paylaş: |