75.I Dünya müharibəsinin ABŞ üçün nəticələri
Birinci dünya müharibəsinin ABŞ üçün ciddi sosial-iqtisadi nəticələri oldu. Dünya müharibəsinə ABŞ 25,7 mlrd. dollar xərclədi. Müharibədə 120 min amerikan öldü, 230 min yaralandı. Harbi əməliyyatlar ölkə ərazisində getmədiyi üçün dağıntılar olmadı. Müharibənin gedişində ABŞ böyük xeyir götürdü. 1914-1920-ci illərdə ABŞ-ın milli sərvətləri 2,5 dəfə artdı. Dünya qızılının 50%-i ABŞ-ın əlində cəmləndi.
Müharibə ABŞ sənayesinin inkişafına müsbət təsir göstərdi. Sənayenin yeni sahələri yaradıldı. Xüsusilə hərbi sənaye inkişaf etdi. ABŞ avtomobilqayırma sahəsində dünyada birinci yeri tutdu. Amerikan avtomobil sənayesi dünya avtomobil sənayesinin 85%-ni, qara metallurgiyası dünya qara metallurgiyasının 60%-dən çoxunu təşkil etdi. Müharibənin gedişində iri sənaye sahələri birləşdi və güclü təmərküzləşmə baş verdi.
Müharibədə qazanılan qələbəyə və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına baxmayaraq ölkədə tətillər də baş verirdi, 1919-cu ilin sentyabrında polad əritma sənayesinin 365 min fəhləsi tətil etdi. Tətil nəticəsində işçilərin tələbləri yerinə yetirildi. Əmək haqqı artırıldı. 8 saatlıq iş günü tətbiq edildi. Kollektiv müqavilələr bağlamağa icazə verildi. Bundan sonra S.Hompers başda olmaqla Amerika Əmək Federasiyası əməklə kapitalın əməkdaşlığını qur mağa başladı. Sosial ziddiyyətlər yumşaldıldı.
Dostları ilə paylaş: |