1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Kanadanın xarici siyasəti



Yüklə 108,94 Kb.
səhifə69/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   65   66   67   68   69   70   71   72   ...   79
cavab

74.1920 Kanadanın xarici siyasəti

Xarici siyasət sahəsində Meygen hökuməti ümumimperiya iş lərində Kanadanın iştirakını fəallaşdırmaq və rolunu gücləndirmək xəttini götürdü. Kanada hökuməti 1921-ci ilin iyununda keçirilən ümumimperiya konfransında iştirak etdi. Konfransda birga impe riya xarici siyasətinin yeridilməsi barədə razılıq əldə edildi.

Kanada hökuməti Vaşinqton konfransında iştirak etmək üçün rəsmi dəvət aldı. Lakin konfransda Kanadanın rolu diqqəti o qədər də cəlb etmədi. Çünki Kanada nümayəndəsi R.Borden Böyük Britaniya nümayəndə heyətinin tərkibində idi.

Kanadanın 20-ci illərdə həyata keçirdiyi xarici siyasət doktrinası Makenzi Kinqin bilavasitə rəhbərliyi ilə hazırlandı. Bu siyasət ABŞ və Böyük Britaniya ilə əlaqələri sıxlaşdırmağı, lakin heç bir ikitərəfli və beynəlxalq öhdəlik götürməməyi nəzərdə tuturdu.

King hökuməni beynəlxalq fəaliyyətində Borden-Meygen siyasətindən imtina etdi. Kanada hökuməti Böyük Britaniyanın Türkiyə ya qarşı hərbi müdaxiləsində iştirak etmədi. Nəticədə Böyük Brita niya ilə dominionu arasında ixtilaf yarandı. Buna görə də Kanada Lozanna konfransında iştirak etmədi. Ingilis hökumətinin Lozanna konvensiyasını təsdiq etmək xahişi də Kanada hökuməti tərəfindən radd olundu. Bununla da Kinq hökuməti ölkənin suverenliyi xətti nə qəti şəkildə əməl etdi. Kanada 1923-cü ildə keçirilan imperiya konfransında Böyük Britaniyanın dominionları ilə birlikdə vahid xarici siyasət yeritmək konsepsiyasına qarşı çıxış etdi. Konfrans Kanadanın müstəqil xarici siyasət yeritmək istəyini aydın şəkildə göstərdi. Kinq Kanadaya təyin olunan ingilis general-qubernatoru nun səlahiyyətlərinin azaldılmasını təklif etdi. O, 1926-cı ildə keçi rilən imperiya konfransında da iştirak etdi. Konfransda bütün domi nionların bərabər hüquqlara malik olması təsbit edildi. Buna dair "Balfur bayannaməsi" qəbul edildi. Dominionlara geniş hüquqlar verildi. Onlar müharibə və sülh məsələlərini müstəqil həll etmək hüququ qazandılar. General-qubernatora yalnız rəmzi status verildi.
Kanadanın həyatında onun rolu getdikcə zəifləyirdi. Kanada 1927-ci ildə ABŞ, Fransa və Yaponiya ilə diplomatik münasibətlər qurdu.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin