72. XX əsrin 30-cu illərində İtaliyanın xarici siyasəti
Mussolini hökuməti 20-ci illərdən fərqli olaraq yeni onillikdə təcavüzkar xarici siyasət yeritməyə başladı. İtaliya 1934-cü ildə silahlanma dövrünün başlandığını elan etdi. Hərbi tayyarə və hərbi-dəniz donanması quruculuğuna xüsusi diqqət yetirildi. İtaliya Aralıq dənizini "italyan gölü”nə çevirmək məqsədi ilə fəal xarici siyasət yeritməyə başladı. Avropanın mərkəzində nüfuz qazanmağa çalışan Mussolini hökuməti 1934-cü ildə Avstriya va Macaristanla Roma protokollarını imzaladı. Bu protokollara görə bu Avstriyanın suverenliyinə təminat verməsi müqabilində İtaliya Avstriya və Macarıstanda iqtisadi üstünlüklər əldə etdi.
30 cu illərin ortalarında İtaliiya Fransa ilə xeyli yaxınlaşdı.1935 yanvarında kecirilən fransız itaalyan danışıqları Laval və Musolinin müfaviq sazişi imzalaması ilə başa çatdı.
30 illərin 2 yaarısında Almaniya ilə İtaliya arasında da yaxınlaşma baş verdi.1936 oktyabrında iki ölkə arasında siyasi əməkdaşlığa dair sazış imzalandı Musolini bu sazişi Berlin – Roma oxu adlandırdı
Sazişə görə Almaniya Italiya tara findən Həbəşistanın işğal edilməsini tanıdı. İki ölkə beynəlxalq mə sələlərdə birgə fəaliyyət göstərmək, hərbi aviasiya sahəsində əlaqəli siyasət həyata keçirmək, Balkanlar və Dunayda nüfuz dairə ləri barədə razılığa gəldi. Beləliklə, Balkanlar və Avropanın digar əraziləri faktiki olaraq iki dövlət arasında nüfuz dairəsinə bölündü. 1937-ci ilin noyabrında Yaponiya da bu sazışa qoşuldu. Saziş "Antikomintern paktı" adını aldı. Bundan sonra Italiyanın xarici siyasəti daha da fəallaşdı. 1937-ci ilin dekabrında ölkə Millətlər Cəmiyyətindən çıxdı. 1937-ci ildə İtaliya ilə İngiltərə arasında imzalanan "centlmen sazişləri"na görə dövlətlər Aralıq dənizində bir-birlərinin mənafelərinə hörmət etməli idilar. 1938-ci ildə imzalanmış İtaliya-İngiltərə sazişinə görə İngiltərə Aralıq dənizi rayonunda İtaliyaya müəyyən güzəştlərə getdi..
Dostları ilə paylaş: |