1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Almaniyada Nasional – sosialistlərin hakimiyyət başına gəlməsi



Yüklə 108,94 Kb.
səhifə61/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   57   58   59   60   61   62   63   64   ...   79
cavab

64.Almaniyada Nasional – sosialistlərin hakimiyyət başına gəlməsi

30-cu illərin əvvəllərində Almaniyada hakimiyyət uğrunda ge dən mübarizə beynəlxalq münasibətlərə öz təsirini göstərdi. Haki miyyətə yiyələnmək üçün nasional-sosialistlər müxtəlif metodlardan istifadə etməyə başladılar.

Seçkilərdə qələbə qazanan nasional sosialistlər "Milli birlik" hökuməti qurdular.

Nasional-sosialistlər hakimiyyat başına gəldikdən sonra Almaniyanın xarici siyasətinin qarşısında iki mühüm vəzifə dururdu: yaşamaq hüququnun təsdiqi, Almaniya üçün başlıca olaraq silahlanma sahəsində bərabər hüquq və azadlıqların bərpa edilməsi.

Almaniyada nasional-sosializmin hakimiyyət başına gəlməsinin beynəlxalq münasibətlərə mənfi təsirini görən ABŞ gərginliyi zəiflətməkdən ötrü 1933-cü il mayın 16-da tərksilaha dair konfransın işini bərpa etmək təklifini irəli sürdü. Təklifə görə hücum silahları məhdudlaşdırılmalı və dövlətlər öz aralarında hücum etməmək haqqında müqavilə imzalamalı idi. Almaniya bu təklifi bəyəndi. Eyni zamanda alman diplomatiyası bərabər imkanlar hüququnun verilməsini tələb etməyə başladı. Tərksilaha dair Cenevrə konfransının keçirildiyi vaxt Almaniya bərabərliyi daha təkidlə tələb etsə də Fransa bu təklifin əleyhinə getdi. Böyük Britaniya və İtaliya isə Fransanın mövqeyini mudafiə etmədilər.

1933-cü ilin iyulunda Romada Böyük Britaniya, Fransa, İtaliya və Almaniya Millətlər Cəmiyyəti daxilində əməkdaşlığa dair pakt imzaladılar. Lakin Almaniya imzaladığı bu paktı təsdiq etmədi. O, avvəlcə tərksilaha dair konfransdan, 1933-cu il oktyabrında isə Millətlər Cəmiyyətindən çıxdı.

Avropada müharibə təhlükəsinin artması kollektiv təhlükəsizlik sisteminin yaradılmasını zəruri etdi. 1933-cü ilin iyulunda Londonda təcavüzkarın müəyyənləşdirilməsi haqqında konvensiya imzalandı. Bu konvensiyanı əvvəlcə SSRİ, Türkiyə, İran, Əfqanıstan, Polşa, Ruminiya, Yuqoslaviya, Çexoslovakiya, Litva, Latviya, Es toniya imzaladı, sonra isə ona Finlandiya da qoşuldu. Konvensiya beynəlxalq münasibətlərdə mühüm hadisə idi.

30-cu illərdə Avropada beynəlxalq münasibətlərdə İtaliya-Almaniya münasibətləri özünəməxsus səciyyə daşıyırdı. İtaliya-Fransa ziddiyyətlərinin kəskinləşməsi xarici siyasət məqsədləri üst-üstə düşən Almaniya və İtaliyanı yaxınlaşdırdı. İtaliya- Almaniya münasibətlərində Avstriya məsələsi geniş müzakirə edildi. Almaniyanın Avstriyanı özünə birləşdirmək ideyası İtaliya tərəfindən mənfi qarşılandı. Çünki ideyanın həyata keçirilməsi Almaniyanı Balkanlara və Adriatik dənizinə yaxınlaşdıra və İtaliyanı bu regionda sıxışdıra bilərdi.

Almaniyanın Avstriyanı özünə birləşdirmək planları Balkan ölkələrini bir-biri ilə yaxınlaşdırdı. Versal-Vaşinqton sülh sisteminin qərarlanına yenidən baxılmasının əleyhinə olan bu ölkələrdə İngiltərə və Fransanın təsiri gücləndi 1934-cü il fevralın 9-da Afinada Türkiyə, Yunanistan, Yuqoslaviya və Rumıniya "Balkan paktı"nı imzaladılar. Lakin Almaniya və İtaliyanın təsiri ilə Balkan ölkələri olan Bolqarıstan və Albaniya bu pakta qoşulmadılar. Pakta görə Balkan ölkələri mübahisəli məsələlərin həlli vasitəsi kimi müharibələrdən imtina edirdilər; bir-birilərinin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edirdilər, sərhədlərinin toxunulmazlığına təminat verirdilər; qarşılıqlı yardım göstərirdilər və iqtisadi əməkdaşlıq edirdilər.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin