1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə53/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   49   50   51   52   53   54   55   56   ...   79
cavab

55.Lokarno sazişləri

Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi.

Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi.

Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi:



  • Konfransın yekun aktı;

  • Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı;

  • Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi;

  • Fransa ilə Polşa arasında saziş;

  • Fransa ilə Çexoslovakiya arasında saziş.

Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. İngiltərə və İtaliya arbitraj sazişlərinin təminatçıları oldular. Lokarno sazişləri ilə Almaniya 1926-cı il sentyabrın 10-da Millətlər Cəmiyyətinə üzv qəbul olundu.

Lokarno konfransından sonra böyük dövlətlər, xüsusən də İngiltərə ilə Fransa arasında ziddiyyətlər xeyli kəskinləşdi. Fransanın Avropada hegemonluğunun qarşısını almaq üçün İngiltərə Almaniya və İtaliya ilə əməkdaşlığa başladı. 1925-ci ildə Rapolloda Çemberlen ilə Mussolini arasında saziş imzalandı. 1926-cı ildə İngiltərə ilə İtaliya arasında hərbi borclar məsələsinə dair sazişlər imzalandı. İngiltərənin bu addımına cavab olaraq Fransa Rumınıya ilə müqavilə imzaladı. Fransa və İngiltərə Balkanlarda nüfuz uğrunda mübarizə apararaq 1926-cı ildə Türkiyə ilə ayrı-ayrılıqda dostluq müqavilələri imzaladılar.


56.Daues planı

1923-cü ilin noyabr ayında təzminat məsələsinə dair yeni təkliflər hazırlamaq məqsədilə amerikan generalı Çarlz Dauesin başçılığı altında ekspert komissiyası yaradıldı. Komissiya müvafiq təkliflər işləyib hazırladı. Ekspert komissiyasının təklifləri 1924-cü il iyulun 16-da Londonda öz işinə başlayan konfransda bəyənildi. Bu, "Daues planı" adını aldı. Konfransın qərarlarına əsasən Fransa və Belçika orduları Rurdan çıxarılmalı idi.

Daues planı ilk növbədə Almaniyanın təsərrüfatını bərpa etməklə təzminatın alınmasını irəli sürürdü. Planda Almaniya büdcəsini və markasını sabitləşdirmək üçün Almaniyaya 800 milyon qızıl marka beynəlxalq istiqraz verilməsi nəzərdə tutulurdu. Almaniyanın bütün təsərrüfatı nəzarətə götürülürdü.

Daues planı bir tərəfdən Almaniyanın iqtisadiyyatını bərpa etmək, digər tərəfdən isə onun iqtisadisadiyyatını nəzarətə götürməklə təhlükəli rəqibə çevrilməsinin qarşısını almaq məqsədi güdürdü. Bu plan Avropada sabitləşməyə yönəlmişdi. Bu plan vasitəsilə ABŞ və İngiltərə Fransanın Avropada hegemonluq etmək iddialarının qarşısını almış oldu.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin