1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


İngiltərədə Lloyd Corc hökumətinin (1916-1922) daxili və xarici siyasəti



Yüklə 108,94 Kb.
səhifə49/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   45   46   47   48   49   50   51   52   ...   79
cavab

51. İngiltərədə Lloyd Corc hökumətinin (1916-1922) daxili və xarici siyasəti

1916-ci ildən baş nazir olan liberal L.Corcun (1863-1945) liberal, mühafizəkar və leyboristlərdən təşkil olunmuş koalisiyalı hökumətinin hələ 1917 ci ildə qəbul etdiyi "İqtisadi və siyasi yenidənqurma proqramı"na uyğun olaraq ölkə təsərrüfatının bərpasına başlanıldı. Qısa müddət ərzində çuğun əridilməsi və gəmi tikintisi artdı. Bununla belə, mü haribədən sonrakı ilk illərdə dövlət büdcəsinin 40%-i hərbi borcların ödənilməsinə sərf edilirdi.

1918 ölkədə yeni təhsil islahatı həyata keçirildi.Fişer islahatı ilə tanınqn bu islahata görə 14yaşınadək usaqların təhsil alması məcburi oldu.Pulsuz ibtidai təhsil tətbiq olundu.

Siyasi sistemin təkmilləşdirilməsi sahəsində də tədbirlər işlə nib hazırlandı. 1918-ci ilin əvvəlində ölkədə seçki islahatı həyata keçirildi. Bu qanuna görə 21 yaşına çatan kişilərə və 30 yaşına çatan qadınlara səsvermə hüququ verildi.

1919-cu ildə ölkəni tətil hərəkatı bürüdü. İşçilər əmək haqqının artırılmasını, iş həftəsinin azaldılmasını və həmkarlar ittifaqlarının yaradılması hüquqlarının bərpa olunmasını tələb edirdilər. Şotlandiyada 100 min fəhlə ümumi tətilə çıxdı. Hökumət güzəştə getdi. İşçilərin əmək haqqı artırıldı. Sənayedə 7 saatlıq iş günü tatbiq edildi.

Ölkədə dəmiryolçuların da tətilləri baş verdi. Nəticədə 6 mln. nəfərdən çox fəhlə iş həftəsinin azaldılmasına nail oldu. 1919-cu ilda Kommunist Internasionalının yaradılması İngiltərədə sosialist və kommunist meyllərinin artmasına müəyyən təsir etdi.

Müharibə illərində daş kömür sənayesı üzərində qoyulmuş dövlət nəzarəti 1921 yazında ləğv edildi.

1921-ci il dekabrın 6-da L.Corc müstəqil İrlandiya dövlə tinin yaradılmasına dair şinnfeynerlərlə saziş imzaladı. Olster və şimaldakı altı qraflıq İngiltərəyə birləşdirildi. Lakin Olsterdə dini zəmində vətəndaş qarşıdurması kəsilmədi. Cənubdakı 26 qraflıq paytaxt Dublin olmaqla İrlandiyada qaldı.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin