1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


II Dünya müharibəsinin beynəlxalq nəticələri



Yüklə 108,94 Kb.
səhifə48/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   44   45   46   47   48   49   50   51   ...   79
cavab

50. II Dünya müharibəsinin beynəlxalq nəticələri
İkinci dünya müharibəsinin bir sıra mühüm beynəlxalq nətica lari oldu. Planetin əhalisinin 80%-ni əhatə edən 61 dövlətin iştirak etdiyi və altı il davam edən ikinci dünya müharibəsi antihitlerçi koalisiyaya daxil olan dövlətlərin qələbəsi ilə sona çatdı. Müharibə illərində 110 mln.dan çox adam orduya səfərbər edildi. Hərbi əmə liyyatların gedişində 50 min. nəfər öldürüldü, 95 mln. nəfər ya ralandı. Müharibədə iştirak edən dövlətlərin hərbi xərcləri 1 trilyon 117 mlrd. dollar təşkil etdi.

Müharibənin başlıca nəticəsi "yeni dünya qaydası" yaratmağa can atan Almaniya, Italiya və Yaponiyanın niyyətlərinin iflasa uğ raması oldu.

Antihitlerçi qüvvələrin müharibədə qələbə qazanmasında ABŞ və İngiltərənin iqtisadi potensialı mühüm rol oynadı. Avropa, Asiya və Afrikanın 25 ölkəsi işğaldan azad edildi. Avropa və dün ya təhlükədən qurtuldu.

Dünyada milli-azadlıq hərəkatının güclənməsi gedişində müstəmləkə sisteminin dağılması sürətləndi. Müharibə müstəmləkə və dominionlarda iqtisadi inkişafa kömək etdi. Bu ərazilərdə yeni ictimai münasibətlər yaranaraq möhkəmləndi. SSRİ-nin hökmranlığı altında Avropa və Asiyanın bir sıra ölkələri "xalq demokratiyası", sonra isə sosializm quruculuğu yoluna qədəm qoydular. Sosializm bir ölkə çərçivəsindən çıxıb dünya sis teminə çevrildi. Bu sistem daha çox SSRİ-nin iradəsi ilə qurularaq fəaliyyət göstərdi. "Xalq demokratiyası" ölkələri arasında beynəl xalq münasibətlərin yeni tipi formalaşdı. Bu münasibətlər proletar və sosialist beynəlmiləlçiliyi prinsipi əsasında həyata keçirildi. "Xalq demokratiyası" ölkələri arasında münasibətlərdə həlledici söz SSRİ-yə məxsus idi. Sosialist ölkələri qapalı cəmiyyət oldular.

Müharibə illərində müttəfiq olmuş dövlətlər hərbi əmə liyyatlar başa çatdıqdan sonra rəqibə çevrildilər. Dünyada iki sis temin mübarizəsi başlandı. Kommunistlərin kapitalist dünyası ad landırdıqları azad, demokratik dünyanın başında ABŞ, "dəmir parda" ilə örtülmüş qapalı cəmiyyətin və birpartiyalı sistemin hökm sürdüyü sosializm dünyasının başında isə SSRİ dururdu. Dövlətlər bir-biri ilə qarşıdurmaya getdilər. Atom diplomatiyası, hədə-qorxu beynəlxalq münasibətlərdə hakim oldu. "Soyuq müharibə" dövrü başlandı. Qeyd etmək lazımdır ki hələ "soyuq müharibə"nin elan edilməsindən xeyli əvvəl, 1945-ci ilin yayı və payızında Azərbaycan mühacirətinin görkəmli xadimlərindən olan A.Fətəlibəyli-Düdənginski Böyük Britaiyanın baş naziri K.Ettliyə və keçmiş baş nazir U.Çerçilə məktub göndərərək kommunizmin yayılmasının qarşısını almaq üçün SSRİ-yə qarşı ideoloji-psixoloji mübarizəni başlamağı tövsiyə etdi. 1946-ci il martın 5-də "soyuq müharibə" elan edildi.

Avropa və Amerika ölkələrində cəmiyyətin inkişafında yeni keyfiyyət dəyişikliyi baş verdi. İtaliya, Almaniya və Yaponiya xalqları diktaturadan xilas olaraq demokratik yolla inkişaf etmək xətti götürdülər. Avropa və Amerika ölkələrinin müasir tarixində yeni dövr başlandı.





Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin