1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


II Dünya müharibəsinin birinci dövrü



Yüklə 108,94 Kb.
səhifə52/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   48   49   50   51   52   53   54   55   ...   79
cavab

54. II Dünya müharibəsinin birinci dövrü
İkinci dünya müharibəsi faşist Almaniyasının Polşaya qəflətən hücum etməsi ilə 1939-cu il sentyabrın 1-dən başladı. Sentyabrın 2-də İngiltərənin xarici işlər naziri parlamentdə çıxışında bəyan etdi ki, Almaniya hökuməti müharibəni dayandırmaq təklifini qəbul edəcək və 5 dövlətin (İngiltərə, Fransa, Polşa, İtaliya, Almaniya) iştirakı ilə Qdansk və Polşa koridoru məsələsi dinc yolla həll ediləcəkdir.

Lakin artıq gec idi və İngiltərə hökuməti başa düşdü ki, Hitler Almaniyası özünün Münxen müttəfiqlərinə qəti zərbə endirmək məqsədi ilə hücuma keçmişdir. Ona görə də sentyabrın 3-də baş nazir Çemberlen İngiltərənin Almaniya ilə müharibə vəziyyətində olduğunu rəsmən elan etdi.

Almaniya 1939-cu ilin aprelində təsdiq edilmiş "Vays" (Ağ) planına əsasən Rolşaya hücum etdi. Sentyabr ayının ortalarında hitlerçilər artıq Polşa ordusunun əsas qruplarını mühasirəyə ala və darmadağın edə bildilər. Sentyabrın 16- daPolşanın paytaxtı Varşava mühasirəyə alındı.

Sentyabrın 17- də Sovet qoşunları da Polşaya soxuldu və heç bir müqavimətə rast gəlmədən Qərbi Ukrayna və Qərbi Belorusiyanı tutdular. Bu ərazilər SSRİ-nin tərkibinə daxil edildilər.

Sentyabrın 17-də Polşa hökuməti ölkəni tərk etdi və sentyabrın 30-da Fransanın Anjera şəhərində Vladislav Sikorskinin başçılığı altında mühacir Polşa hökuməti təşkil edildi.

Fransa işğal edildikdən sonra isə o, Londonda yerləşdi. Qüvvələr bərabər olmadığı üçün polyaklar inadlı müqavimət göstərsələr də, Varşava sentyabrın 27-də alındı. Modlin qalasının qarnizonu sentyabrın 29-na qədər, Xel yarımadasının müdafiəçiləri isə oktyabrın 2-nə qədər vuruşsalar da, məğlub oldular.

Qısa müddətdə müharibə Polşanın məğlubiyyəti ilə qurtardı..

1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasında bağlanmış "Dostluq və sərhədlər haqqında" sazişə əsasən Narev, Qərbi Buq, San çayları üzrə Sovet-alman sərhədləri ayrılırdı.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin