1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə54/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   50   51   52   53   54   55   56   57   ...   79
cavab

57.London konfransı

1921-ci il fevralın 21-dən martın 14-nə kimi keçirilən birinci London konfransında təzminat və Yaxın Şərq məsələləri müzakirə edildi. Konfransda iki türk nümayəndə heyəti iştirak edirdi.

İkinci heyət konfransda əsas rol oynamasa da hər iki nümayəndə heyəti razılaşdırılmış layihələrlə çıxış edirdi. Konfransda Türkiyənin tələbi aşağıdakılar dan ibarət idi: Türkiyənin 1913-cü ildəki sərhədlərinin bərpa edil məsi, İzmirin yunan ordusundan azad edilməsi və türklərə qaytarıl ması; boğazlardan keçidin sərbəst olduğu şəraitdə Türkiyənin suve renliyinə və təhlükəsizliyinə təminat verilməsi, işğal rejiminin ləğv edilməsi, öz sahillərini və ərazilərini qorumaq üçün Türkiyəyə hər bi-dəniz donanmast saxlamaq hüququnun verilməsi.

Italiya kamalçılarla müqavilə bağlamaq təklifini müdafiə edirdi. Fransanın baş naziri Aristid Brian da yumşaq mövqe tuturdu. İngiltərə nümayəndələri də türklərlə fərdi söhbətlərində Türkiyə ilə razılaşmağa cəhd edirdilər.

Aralarındakı müəyyən ziddiyyətlərə baxmayaraq İngiltərə və Fransa London konfransında vahid mövqedən çıxış etdilər. Martin 3-də onlar Almaniyaya bəyannamə təqdim etdilər. Bəyannamədə Versal sülhünün şərtlərinə əməl edilməsi tələb olunurdu. Almaniya martın 7-a qədər bu şərtləri qəbul etməyəcəyi təqdirdə müttəfiqlər Reynin sağ sahilindəki əraziləri tutmalı idilər. Göstərilən müddətə razılıq vermədiyindən müttəfiqlər Almaniyanın bir sıra ərazilərini tutaraq ona qarşı iqtisadi sanksiya tətbiq etdilər. Vasitəçilik barədə ABŞ-a etdiyi xahişlər nəticəsiz qaldığından Almaniya geri çakıl mayə məcbur oldu.

Konfransın gedişində türklər kaliya və Fransa ilə hərbi əməliyyatların dayandırılması və iqtisadi məsələlərin tənzimlənməsi haqqında saziş bağladılar. Lakin sonralar TBMM hökuməti Fransa ilə bağlanan sazişi təsdiq etmədiyindən Bəkir Sami istefaya getdi.

1921-ci il aprelin 29-dan mayın 5-dək keçirilən ikinci London konfransında Almaniyanın təzminat ödəməsinə dair komissiyanın qərarı müzakirə edildi. Təzminatın ümumi məbləği 132 mlrd. qızıl marka müəyyənləşdirildi. Müttəfiqlər Almaniyadan təzminatı ödəmək, sülh müqaviləsinin tərksilah keçirmək və müharibə canilərini təhvil vermək şərtlərini yerinə yetirməyi tələb etdilər. Ultimatumun vaxtı qurtaran kimi, 1921-ci il mayın 11-də Almaniya hökuməti bütün şərtləri qəbul etdiyini bildirdi.

London konfransında Ə.M.Topçubaşov başda olmaqla mühaci rət həyatı keçirən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə he yəti də iştirak etdi.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin