1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Macarıstan II Dünya müharibəsi illərində



Yüklə 108,94 Kb.
səhifə73/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   69   70   71   72   73   74   75   76   ...   79
cavab

79.Macarıstan II Dünya müharibəsi illərində
İkinci dünya müharibəsinin başlanması Macaristanın daxili iqtisadi və siyasi həyatında ciddi dəyişikliklərə səbəb oldu. Ölkə daxilində ciddi rejim yaradıldı. Faşist təşkilatları olan "Vətən sevgisi"və "Macar birliyi" fəaliyyətlərini xeyli gücləndirdilər.

Macar hökuməti Rumıniya tərkibində olan və əsasən macarla rin yaşadığı Transilvaniyanı özünə birləşdirmək üçün Almaniyadan razılıq almaq istəsə də Hitler bunun əleyhinə çıxdı. Belə olduqda macar hökuməti öz ərazisindən alman ordularının keçməsinə icazə verməyərək Macarıstanı döyüşməyən dövlət elan etdi.

Macar hakim dairələri "Böyük Macarıstan" yaratmaq üçün fürsət axtarmağa başladılar. Transilvaniya problemi hökumətin iclaslarında daim müzakirə obyekti olurdu. Transilvaniyanı almaq üçün macar hökumətinin Ruminiya ilə sərhəddə ordu toplamasına Almaniya və İtaliya etiraz etdilər. Macarıstanla Rumıniya arasında bu məsələyə dair aparılan danışıqlar nəticəsiz qaldı. Bu ərazidə 1 mln. nəfərdən çox rumın yaşayırdı. Milli azlıq lar haqqında sazişlər imzalandı. Lakin ikinci Vyana arbitrajının qərarları Macarıstandakı narazılığı aradan qaldırmadı.

1940-cı il oktyabrın 3-də Bel Imredi hakim partiyadan çıxaraq Macar Yeniləşmə Partiyasını yaratdı. Ölkədə qruplar arasında mübarizə gücləndi. Xorti salaşistlərin lideri F.Salaşini amnistiya ilə həbsxanadan çı xardı. Bundan sonra Macaristan Almaniya bloku ilə daha çox ya xınlaşdı.

1940-ci il noyabrın 20-də Macaristan hökuməti rəsmi olaraq "Üçlər paktı"na qoşuldu. 1941-ci ilin baharında Yuqoslaviyaya müharibə elan edən Macaristan ikinci dünya müharibəsinə girdi.

Az sonra, aprelin 3-də baş nazir Pal Teleki özünü öldürdü. Macarıstanın yeni baş naziri Hitler Almaniyasına rəğbət bəsləyən Laslo Bardoşşi oldu. Macar hökumətinin bu hərəkətləri Böyük Britaniya və Fransada etirazla qarşılandı. Aprelin 6-da Böyük Britaniya Macarıstanla diplomatik münasibətlərini kəsdi. 1941-ci il iyunun 22-də Almaniya SSRI üzərinə hücum etdikdən bir gün sonra Maca ristan Sovet Ittifaqı ile diplomatik münasibətlərini kəsdi. Macar hö kuməti 1941-ci il dekabrın əvvəllərində Ingiltərəyə, dekabrın 11-də isə ABŞ-a müharibə elan etdi. Lakin müharibənin aparılmasında çoxlu çətinliklər mövcud idi. Müharibədə qələbəyə olan inam aza lırdı. Baş nazir Bardoşşi 1942-ci il martın 9-da səhhəti ilə əlaqədar olaraq istefa verdi. Yeni baş nazir Mikloş Kallayi oldu. Onun höku mətinin başlıca məqsədi Macarıstanla ABŞ və İngiltərə arasında yanmış körpüləri bərpa etmək idi. Hökumət ABŞ və İngiltərəyə ya xınlaşmaq üçün yollar axtarmağa başladı. Göstərilən səylər öz bəh rəsini verdi. 1943-cü ilin sentyabrında Macaristan Böyük Britaniya və ABŞ-la barışıq haqqında ilkin saziş imzaladı. Bu, bütövlükdə antihitlerçi koalisiyanın mənafelərinə də uyğun idi. Macarıstanın iki blok ölkələri arasında manevr etməsi "yelləncək siyasəti" adını aldı.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin