80. Almaniyanın müttəfiqləri ilə sülh müqaviləsi
Almaniya ilə sülh müqaviləsi imzalandıqdan sonra qalib dövlətlər onun müttəfiqləri ilə müqavilələri hazırlamağa başladılar.İmzalanan müqavilələrin təməl prinsiplərini Versal sülhü təşkil etməli idi.
Avstriya ilə sülh müqavilosi 1919-cu il sentyabrın 10-da Paris yaxınlığında Sen-Jermendo imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə Avstriya-Macaristan monarxiyasının mövcudluğuna son qoyulurdu; Avstriyanın gələcəkdə Almaniya ilə birləşdirilməsi qadağan edilirdi.Avstriyada ümumi hərbi mükəlləfiyyət qadağan edilirdi. Ölkə yalnız 30 min nəfərlik ordu saxlaya bilərdi.
Bolqarıstanla sülh müqaviləsi 1919-cu il noyabrın 27-də Paris yaxınlığında Neyi-Sür-Sen qəsəbəsində imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə Bolqarıstan ərazisinin xeyli hissəsini o cümlədən, Egey dənizinə çıxışını itirirdi; ərazisinin bir hissəsi Yuqoslaviyaya, Cənubi Dobruca Ruminiyaya, Qərbi Frakiya isə Yunanıstana verilirdi; bolqar ordusunun sayı könüllülük asasında muzdla 20 min nəfər olmalı; müharibədə vurduğu ziyana görə bolqarlar təzminat ödəməli idi.
Macaristanla sülh müqaviləsi 1920-ci il iyunun 4-də Versalda Böyük Trianon sarayında imzalandı. Sülh müqaviləsinin şərtlərinə görə Macarıstan Yuqoslaviyanın müstəqilliyini tanıyırdı; Xorvatistan, Baçka və Banatın qərb hissəsi Yuqoslaviyaya; Transilvaniya və Banatın şərq hissəsi Ruminiyaya:Macarıstan Çexoslova kiyanın müstəqilliyini tanıyırdı; Burgenland Avstriyaya verilirdi; ölkədə ümumi hərbi mükəlləfiyyət qadağan edilirdi; Macaristan 35 min nəfərdən çox ordu saxlaya bilməzdi;
Dostları ilə paylaş: |